Psixodiaqnostik metodların-test, anket, sosiometrik və in-
tervyu kimi variantlarından psixoloji tədqiqat zamanı istifadə
olunur.
"Test" ingilis sözü olub, hərfi mənası "sınaq" , "Yoxlamaq"
deməkdir. Test metodundan istifadə etməklə müəyyən sahə üzrə
bilik və bacarıqlar yoxlanır, hər hansı işi icra etmək və ya peşəyə
yararlılıq yoxlanır.
Anket metodu zamanı tədqiqatın məqsədinə uyğun olaraq
suallar qoyulur. Həmin suallara yazılı cavab verilir. Cavabları təhlil
etməklə insanların psixoloji xüsusiyyətləri haqqında fikir
yürüdülür.
Sosiometrik metoddan kollektivlərdə insanlar arasındakı
qarşılıqlı münasibətləri öyrənmək məqsədilə istifadə olunur.
Sosiometriya (latınca-Sosietas-cəmiyyət və yunanca-metros-
ölçmək deməkdir) hansı formada tətbiq edilirsə- edilsin onun
nəticələrini müşahidə və ya eksperiment yolu ilə dəqiqləşdirmək
zəruridir.
Şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün tətbiq edilən
metodlardan biri də intervyüdür. İntervyü zamanı hər hansı məsələ
haqqında müəyyən bir şəxsin fikri soruşulur. Bu əsasən şifahi
formada həyata keçirilir.
Son zamanlar psixologiya elmində modelləşdirmə meto-
dundan da geniş istifadə edilir. Psixikanın modelləşdirilməsi
zamanı insanın psixi (təfəkkürün, qavrayışın, hafizənin və s.)
fəaliyyətində onun modeli yaradılır və həmin modelin köməyi ilə
psixi proseslər öyrənilir.
Psixologiyada tətbiq olunan riyazi metodlar çoxdur. Riyazi
modelləşdirmənin psixologiyada istifadə olunan formulu -Buqer-
Veber, Veber-Fexner və Stivens qanunlarına əsasən müəyyən
olunur.
1
Statistik metodlar dedikdə, tətbiqi riyazi statistikanın psixo-
logiyada eksperimentlərin nəticəsini işləmək məqsədilə istifadə
olunan ayrı-ayrı metodları nəzərdə tutulur.
Ehtimal məntiqindən və ehtimal modellərindən istifadə
etməklə psixoloji tədqiqatın nəticələrinin əsaslı olmasını təmin
1
Немов Р.С.Психология.В З-х кн.-4 –е изд.Кн.I.М.,2001,с.24.
14
etmək-statistik metodların psixologiya sahəsində tətbiq edil-
məsinin başlıca məqsədidir.
2
Psixoloji tədqiqatlarda zəruri düzgün metod seçib adekvat
üsulların düzgün tətbiqi sahəsində müasir psixologiyanın ən
mürəkkəb nəzəri və praktik problemlərinin həlli təmin edilmiş
olur.
İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri
Psixologiya elmi insani fərd və şəxsiyyət kimi öyrənir. Çünki
insan dünyaya fərd kimi gəlir, ictimai münasibətlər sistemində,
ünsiyyətin sayəsində şəxsiyyətə çevrilir. Fərd termini insanın bir
bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini ifadə edir. Fərd
anlayışı ümumilikdə, götürdükdə insan cinsinə mənsub olma
faktını nəzərdə tutur. Bu baxımdan həm yeni doğulmuş uşaq, həm
də yaşlı adam fərddir.
Bir cəhəti də dəqiqləşdirək: insan fərd kimi doğularaq cə-
miyyətin üzvü kimi müəyyən etik, estetik və sosial keyfiyyətləri
mənimsədikdən sonra şəxsiyyətə çevrilir. Lakin şəxsiyyət
mürəkkəb anlayışdır. Onun psixoloji baxımdan müxtəlif xüsu-
siyyətləri vardır. Onlardan aşağıdakıları göstərmək olar:
1)
şəxsiyyət fəaliyyət dairəsini daimi genişləndirməklə öz həyat
yolunu müəyyən edir;
2)
şəxsiyyətin həyat istiqamətini-onun maraq, əqidə və davamlı
motivlər sistemi müəyyən edir.
3)
şəxsiyyətin fəallığının mənbəyi olan tələbatlar sisteminə
uyğun gələn obyektlər. Onun həyat mövqeyində, maraq və
meyllərində, emosiya və hisslərində özünün aydın ifadəsini tapır;
4)
şəxsiyyətin əməyə, onu əhatə edən insanlara, özünə
münasibətləri onun şəxsiyyətini xarakterizə edir.
Nəzərdən keçirdiyimiz bu xüsusiyyətlər heyvanlar arasında
böyümüş uşaqlarda müşahidə olunmur. Çünki onlar fər-
2
Ə.S.Bayramov. Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, Maarif, 1989, s.
94.
15
ddirlər, gələcəkdə insanlarla ünsiyyət və fəaliyyət prosesində
ictimai münasibətləri mənimsədikdə şəxsiyyətə çevriləcəkdir.
Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən
əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi
aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün
əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.
Cəmiyyətin üzvü kimi şəxsiyyətin inkişafı çoxcəhətlidir.
Burada iki cəhəti xüsusilə ayırd etmək lazımdır. Birincisi-şəx-
siyyətin insanlarla, ictimai həyatın müxtəlif sahələri ilə əlaqələrini
genişləndirir, ictimai təcrübəni öz sərvətinə çevirir. Şəxsiyyətin
inkişafının bu cəhəti onun ictimailəşməsi (sosiallaşması) adlanır.
İkinci tərəfdən şəxsiyyət ictimai inkişaf prosesində şəxsiyyətə
çevrildikcə özünəməxsus (təkrar olunmaz) həyat tərzi formalaşır
ki, bu da fərdiləşmə prosesi adlanır.
Psixologiyada bu mühüm faktı ifadə etmək üçün fərdiyyət
anlayışından istifadə olunur. Fərdiyyət insanın maraqlarında,
qabiliyyətlərində, tələbatlarında, temperament və xarakter
əlamətlərində özünü göstərir. Fəaliyyət insanın anatomik- fizioloji
quruluşu ilə bağlı olsa da, əsas etibarilə onun həyat tarixini əks
etdirir.
1
Ona görə də insanlara fərdi yanaşma zamanı onların
fərdiyyətinin öyrəniləmsinin böyük praktik əhəmiyyəti vardır.
3. Qarşıya belə bir sual çıxır: fərd ictimai münasibətləri necə
( hansı yol və vasitələrlə) mənimsəyir?
Orqanizmlərdən biri olan heyvanların davranışını bütövlükdə
ətraf mühit müəyyən edir. İnsanların fəallığı isə cəmiyyətin
tələbləri ilə tənzim edilir. Davranışın insana məxsus olan tipini
ifadə etmək üçün-fəaliyyət termini işlənilir. Psixologiyada insana
məxsus olan fəaliyyətin digər orqanizmlərdən fərqləndirici
cəhətlərinə nəzər salaq.
Burada, hər şeydən əvvəl, onu doğuran tələbatlar müəyyən
edilməlidir. Tələbatların həyata keçirilməsində, ona stimul
yaradan, təkan verən motivlər xüsusi rol oynayır. Lakin fəaliyyətin
məzmununu tələbat deyil, məqsəd müəyyən edir.
1
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, "Maarif', 1989,
sə. 105-109.
16
Dostları ilə paylaş: |