Freydin aşkar biologizmi və onun şəxsiyyətinin bütün fə-
allığını yalnız seksual təhriklər əsasında izah etmək cəhdləri bir
çox psixoloqlar tərəfindən etirazla qarşılandı ki, bu da ne-
ofreydizmin (A.Kardiner, E.Fromm, K.Xorni və b.) yaran-
masının səbəblərindən birinə çevrildi. Şəxsiyyətin fəallığının başa
düşülməsində neofreydislər seksual həvəsin birinciliyindən imtina
edir və insanın aşkar surətdə biolojiləşdrilməsindən uzaqlaşırlar.
Şəxsiyyətin mühitdən asılılığı ön plana çəkilir.
Şəxsiyyət problemi ilə məşğul olan Azərbaycan psixologiyası
belə bir müddəa əsasında çıxış edir ki, şəxsiyyət öz fəallığını ətraf
aləmlə qarşılıqlı təsir prosesində fəaliyyətdə təzahür etdirir.
Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz
tələbat insanı müəyyən surətdə və müəyyən istiqamətdə iş
görməyə təhrik edir. Tələbat şəxsiyyətin haləti olub, onun konkret
varlıq şəraitindən asılılığını ifadə edir. Tələbat şəxsiyyətin
fəallığının mənbəyi kimi meydana çıxır.
Tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə
edən və onun bu şəraitdə aktivliyini şərtləndirən özünəməxsus
psixi halətdir.
1
Bu tərifdə tələbatların üç xüsusiyyəti qeyd olunur.
Onları qeyd olunan dərslik ədəbiyyatında göstərildiyi kimi ayrı-
ayrılıqda nəzərdən keçirək.
1.
İnsan özünün yaşaması və nəyə ehtiyacı olduqda, gərginlik
keçirir, narahat olur. Deməli, hər hansı tələbatın əmələ gəlməsi və
təmin olunması özünəməxsus emosiya və hisslərlə müşaiyət
olunur.
2.
İnsanın tələbatlarının aktuallaşması konkret həyat şə-
raitindən asılıdır. Hətta insanın maddi tələbatları da konkret həyat
şəraitindən asılı olaraq müxtəlif məzmun və formalarda ifadə
olunur.
3.
İnsan öz tələbatlarını təmin etməyə çalışmalıdır. Lakin
bütün bunların həyata keçirilməsi üçün imkan olmzsa, onu yaxın
tələbatla əvəz etməsi, əgər lazım gələrsə onu boğmağı da
bacarması lazımdır.
1
Bayramov Ə.S. . Əlizadə Ə.Ə.. Psixologiya. Bakı, "Maarif'
1089. səh. 116-117.
23
Müasir psixologiyada tələbatların müxtəlif təsnifatı vardır.
Onlar mənşəyinə görə təbii və mədəni; predmetinə görə isə maddi
və mənəvi tələbat növlərinə bölünür.
Bütün adamlarda yuxuya, istidən, soyuqdan qorunmağa tələbat
vardır və bütün bunlar təbii tələbatlardır. Mədəni tələbatların
növləri genişdir: çəngəl, bıçaqdan istifadə etməkdən başlamış, evi
bəzəmək, S.Vurğunun əsərlərini əldə etmək tələbatına qədər onun
müxtəlif növlərini qeyd etmək olar. Qidaya, geyimə, mənzilə və s.
olan tələbatlar maddi tələbat hesab olunur. Mənəvi tələbatlara isə
kino, teatr tamaşaları, təbiət mənzərələri, rəsm əsərlərinə baxmaq,
kitab, qəzet, jurnal oxumaq və s. göstərmək olar.
Tələbatlar dinamik xarakter daşıyır. İnsanın fəaliyyət və
ünsiyyət sahəsi genişləndikcə onlar da dəyişirlər. Tələbatların bu
mühüm xüsusiyyəti öz əksini onda tapır ki, təmin olunmuş hər
hansı bir tələbatın zəminində yeni yüksək tələbatlar formalaşır.
Tələbatlar öz-özlüyündə fəaliyyətin məqsədini müəyyən etmir.
İnsan öz tələbatlarını müəyyən etmək və təmin etmək üçün işə
başladıqda, tələbatı təmin edəcək predmet müəyyən edir, yəni
motivlər əmələ gəlir. İnsan fəaliyyətinin spesifik xüsusiyyəti
ondan ibarətdir ki, o həmişə hər hansı məqsədə xidmət edir. Lakin
özünün bütün məqsədlərini fəaliyyət prosesində, eyni dərəcədə
reallaşdıra bilmir. Çünki məqsəd şəxsi mə'na kəsb etməli, onun
daxili təhrikinə çevrilməlidir.
Motiv (latınca movere-hərəkətə gətirmək, işlətmək deməkdir)
dedikdə tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı
fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur.
1
İnsanın həyat və fəaliyyətində bir çox hadisələr baş verir ki,
onlar özünü motiv kimi göstərir: onlara misal olaraq, əqidə və
dünyagörüşü, maraq və emosiyaları, həvəs, yönəliş və s. misal ola
bilər. Motivlər çox olduğuna görə insanı fəaliyyətə eyni vaxtda
müxtəlif motivlər təhrik edə bilər. Lakin butün hallarda
motivlərdən biri əsas, aparıcı, digərləri isə ikinci dərəcəli
1
Bayramov Ə.S. , Əlizadə Ə.Ə.. Psixologiya. Bakı, Maarif"
1989, səh. 121-122.
24
olur. Şəxsiyyət üçün həyati məna kəsb edən, onun həyatının
mənasına çevirilən motivlər əsas motivlər kimi meydana çıxır.
Şəxsiyyətin iradi keyfiyyətləri və onların
formalaşması
İradə insan fəaliyyətinin xüsusi formasıdır. O, insandan öz
davranışını tənzim etməyi, bir sıra başqa istək və meylləri lə-
ngitməyi tələb edir. İradə şüurlu olaraq qarşıya qoyulmuş
məqsədlərə müvafiq müxtəlif əməliyyatların ardıcıl surətdə
təşkili və ya həyata keçirilməsini nəzərdə tutur. İradi fəaliyyət
zamanı insan öz-özünə hakimlik edir, öz şəxsi qeyri-ixtiyari
impulslarını nəzarət altına alır və lazım olduqda onları boğur,
cilovlayır. İradənin təzahüru, yəni insan tərəfindən müxtəlif növ
iradi işlərin və iradi hərəkətlərin icrası şəxsiyyətin elə bir fəallıq
formasıdır ki, orada şüur mütləq iştirak edir. İradi fəaliyyət üçün
bir sıra elə aktların, hərəkətlərin olması zəruridir ki, orada
şəxsiyyət öz səylərini və icra olunan psixi proseslərinin
xüsusiyyətlərini geniş ölçüdə dərk edə bilsin. Buraya yaranmış
vəziyyətin qiymətləndirilməsi, aparılacaq əməliyyat üçün
müvafiq yolun tapılması, məqsədə nail olmaq üçün lazımi va-
sitələrin seçilməsi, qərar qəbulu və s. aiddir.
Bəzi hallarda iradi fəaliyyət insanın həyat yolunu təyin edən,
onun ictimai, mənəvi simasını səciyyələndirən qərarların qəbul
edilməsi ilə əlaqədar olur. Ona görə də insan şüurlu fəaliyyət
göstərən bir şəxsiyyət kimi bütünlükdə belə hərəkətin icrasına
cəlb olunur. Belə hallarda insan artıq təşəkkül etmiş əqidə və
görüşlərə, əxlaqi prinsiplərə istinad edir. İnsanın həyat yolu üçün
əhəmiyyətli olan məsul iradi hərəkətlərin icrası zamanı onun
bütün görüşləri, əqidələri, ayrı- ayrı fikirlər, hisslər formasında
insanın şüurunda aktuallaşaraq (canlanaraq) situasiyanın
qiymətləndirilməsinə qəbul olunan qərarın xarakterinə və onun
icrası üçün tələb olunan vasitələrin seçilməsinə təsir edir.
25
Dostları ilə paylaş: |