İradi fəaliyyətin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, iracdı
hərəkəti insan həmişə bir şəxsiyyət kimi icra edir. Məhz bununla
əlaqədar olaraq insan iradi hərəkətin icrası üçün tam məsuliyyət
daşıyacağını aydın dərk edir. İnsan əsasən iradi fəaliyyət sayəsində
özünü bir şəxsiyyət kimi dərk edir, aydın surətdə başa düşür ki,
özünün həyat yolunu, taleyini tam surətdə özü müəyyən edir.
İradi fəaliyyət prosesində şəxsiyyətin müvafiq iradi keyfiy-
yətləri təzahür edir və formalaşır.
İnsanlarda iradi fəaliyyət müxtəlif formada cərəyan edir. Biri
təkidlilik göstərir, digərində bu keyfiyyət müşahidə olunmur, biri
qərar qəbul edərkən özünü çox müstəqil aparır, digəri, əksinə, tez
təsir altına düşür, biri öz əzmi ilə hamını heyran edir, digəri
qətiyyətsizliyi ilə fərqlənir.Belə keyfiyyətlər çoxdur. Biz burada
onların ən mühümləri barədə - müstəqillik, qətiyyətlilik, təkidlilik,
soyuqqanlılıq haqqında məlumat verəcəyik.
Müstəqillik - həm iradi hərəkətin motivində, həm də qərar
qəbulunun xarakterində təzahür edir. Müstəqilliyin mahiyyəti
ondan ibarətdir ki, insan öz davranışını təsadüfi təsirlərə, ət-
rafındakıların təzyiqinə deyil, müvafiq şəraitdə necə hərəkət etmək
haqqında öz bilik, əqidə və təsəvvürlərinə əsaslanaraq müəyyən
edir.
Qətiyyət. Bu iradi keyfiyyət öz vaxtında, lüzümsüz tərəddüdə
yol vermədən kifayət qədər əsaslandırılmış qərar qəbul etmək və
onu düşünülmüş bir şəkildə həyata keçirmək qabiliyyətində ifadə
olunur. Bu mühüm iradi keyfiyyətin əksini qətiyyətsizlilik təşkil
edir. Qətiyyətsizlik qərar qəbulu prosesində təzahür edə bilər. Belə
ki, qətiyyətsiz adam tərəddüd edir, seçdiyi hərəkətin düzgünlüyünə
inanmır, ona şübhə ilə baxır, motivlər mübarizəsi nəhayətsiz
prosesə çevrilir. Qətiyyətlə yanaşı, nəzərdə tutulmuş qərarların
müvəffəqiyyətlə həyata keçirilməsini təmin edən olduqca mühüm
iradi keyfiyyətlərdən biri təkidlilikdir. Təkidlilik insanın uzun
müddət və zəifləməyən enerji gərginliyinə qabil olduğunu göstərir.
Planlaşdırılmış məqsədə çatmaq yolunda meydana çıxan çətin-
26
liklər onu qorxutmur, o dönmədən qarşısına qoyduğu məqsədə
doğru hərəkət edir. Təkidlilik ilə tərslik arasında böyük fərq
vardır. Tərslik real şəraiti düzgün qavrayıb qiymətləndirə
bilməməkdə, dəyişmiş şəraitə çevik münasibət göstərə bilmə-
məkdə ifadə olunur. İnsan iradəsinin zəifliyi bunda özünü gö-
stərir.
İradi fəaliyyətin yüksək səviyyəsi çox parlaq şəkildə insanın
özünü ələ almaq (dözümlülük, soyuqqanlılıq) bacarığında
təzahür edir.
İnsan bacarığı sayəsində özünü ələ alaraq təhlükəlilik, qorxu,
kimi maneələri aradan qaldırır və düşünülmüş, əsaslı surətdə
qəbul etdiyi qərarı həyata keçirmək qabiliyyətini göstərir. Başqa
sözlə desək, soyuqqanlılıq, arzuedilməz, həm də şüurlu
təhrikedici qüvvələri özünə tabe etmək bacarığından ibarətdir.
İradə insanın özü tərəfindən bəyənilməyən hisslərin: əsəbiliyin,
qorxu, hiddət, qəzəb, ümidsizlik affektlərinin və s. təzahürünü
cilovlamaq bacarığında ifadə olunur.
Şəxsiyyətin iradi keyfiyyətlərinin inkişafı prosesinə müəy-
yən yaş dövründə yeni, həm də olduqca mühüm bir amil -
özünütərbiyə əlavə olunur. İnsan şüurlu olaraq özündə lazımi
iradi keyfiyyətlər tərbiyə etməyə başlayır. Psixi fəaliyyətin heç
bir sahəsində, məsələn, nə təxəyyül, nə təfəkkür sahəsində və
başqa sahələrdə insan öz üzərində hakim olduğu iradi hərəkətlər
sahəsində olduğu qədər aydın surətdə hiss edə bilmir. Ona görə
də şəxsiyyətin təşəkkülündə onun inkişafının elə dövrü mühüm
mərhələ təşkil edir ki, həmin dövrdə böyüyən insan nəinki öz
hərəkət və davranışını tənqidi cəhətdən qiymətləndirməyi
bacarır, həm də öz qarşısında özünütərbiyə və öz şəxsiyyətinin
keyfiyyətini dəyişmək vəzifəsini qoyur.
Şəxsiyyətin fəaliyyətinin hissi-emosional sahələri
Hər bir insan gündəlik həyatda gah sevinir, gah kədərlənir,
gah qəzəblənir, gah da şadlanır. Bütün bunlar nə ilə əla-
qədardır? Emosiya nədir? Hiss deyəndə nəyi başa düşürük? Bu
kimi suallara cavab verməyə çalışaq.
27
İnsan təbiətin və cəmiyyətin inkişaf qanunları əsasında,
cəmiyyət üzvləri ilə qarşılıqlı münasibətdə, ünsiyyət şəraitində
fəaliyyət göstərir və inkişaf edir. Bu münasibət və ünsiyyət şə-
raitinin bəziləri insanın xoşuna gəlir, bəziləri gəlmir, bəzisinə isə
laqeyd olur. Bütün bunlar müxtəlif hisslərdə öz əksini tapır. Lakin
hisslərin mənbəyi olan insanlar, obyektiv aləm, cisim və hadisələr
həmişə eyni cür təsir edən hisslər yarada bilmirlər. Belə ki, adam
bir vaxt ehtirasla sevdiyi bir insana, cisim və hadisəyə zaman
keçdikcə dərin nifrət bəsləyə bilər. Bundan başqa eyni cisim və
hadisə müxtəlif adamlarda müxtəlif hisslər yarada bilər.
Deməli, hisslər insanın münasibətləri ilə bağlıdır. Bu cəhəti
nəzərə alsaq ona aşağıdakı kimi tərif verə bilərik:
Hiss və emosiya insanın dərk etdiyi cisim və hadisələrə, başqa
adamlara, həmçinin rəftar və davranışına, fikir və arzusuna
bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
Hisslər obyektiv aləmə bəslənən subyektiv münasibətin
inikasıdır. Belə münasibəti ifadə edən hisslər iki əsas funksiya
yerinə yetirirlər. Birincisi, hisslər ətraf aləmdə baş verən
hadisələrin hansının insan həyatı üçün faydalı və ya təhlükəli
olduğunu bildirən siqnal funksiyasıdır. İkinci isə hisslər insanın
fəaliyyətində motiv kimi çıxış edir və onları müəyyən istiqamətə
yönəldə bilir.
Hissin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar
onun subyekti isə şəxsiyyətin özüdür. İnsanın şəxsi münasibətləri,
onun ətraf aləmə olan düşüncə və fikirləri, emosiya və hisslərdə
ifadə olunur. Əgər təkamül prosesinə nəzər salsaq görərik ki,
emosiyalar orqanizmin tələbatı ilə bağlı olmuşdur, insanın
davranışını daxilən tənzim edən bir prosesdir.
Hisslər də başqa psixi hadisələr kimi, beyin fəaliyyətinin
məhsuludur. Onun əmələ gəlməsində qabıqaltı sahələrdə baş verən
sinir prosesləri mühüm rol oynayır. Beyinin hipotolamus, talamus
və hippokamp sahələri ürəyin, tənəffüs və həzm orqanlarının,
həmçinin daxili ifrazat vəzilərinin fəaliyyətini tənzim edir. Həmin
üzvlərin fəaliyyətində olan hər hansı dəyişiklik müəyyən hissin baş
verməsinə səbəb olur. Bunu
28
Dostları ilə paylaş: |