Əhval - çox zəif cərəyan edən emosional haldır. Onlar zəif
cərəyan etdikləri üçün çox la aydın nəzərə çarpmır və kəskin xarici
ifadəyə malik olmurlar.
Əhvalın səbəbi bə'zən tam aydın olmur, çünki onun necə əmələ
gəldiyi aydın dərk edilmir. Zəif qıcıqlandırıcılar belə əhvalı dəyişə
bilir. Təsəvvür və düşüncələr, ətraf aləmə bəslənən münasibət,
insan şad olduqda ona xoş təsir bağışlayır, qəmgin olduqda isə
əksinə, sönük və mənasız görünür.
Əhvalı törədən səbəblər çoxdur. İnsanın yaşadığı həyat şəraiti,
rahat iş, mənzil şəraitinin olub-olmaması, insanlar arasındakı
qarşılıqlı münasibətlər, eləcə də orqanizmdə olan dəyişikliklər
(insanın xəstə və ya sağlam olması) əhvala ciddi təsir göstərir.
İnsan öz əhvalını idarə etməyi bacarmalıdır, bunun üçün isə onu
törədən səbəbləri yaxşı bilməlidir.
Affektlər - (affekt latın sözü olub (affektus) ruhi təlatüm,
həyəcanlanma deməkdir) coşğun sürətdə əmələ gəlib, kəskin xarici
ifadəyə malik olan azmüddətli, lakin qüvvətlə cərəyan edən
hisslərdir. Qeyz, dəhşət, həddən artıq şadlıq, kədər, qəzəb və s.
affektə misal ola bilər. Affekt halında insan öz hərəkət və danışığı
üzərində şüurlu nəzarətə nail ola bilmir, qışqırır, kəskin hərəkətlər
edir, aydın danışığını itirir, bəzən heç bir söz deyə bilmir, bayılır
və s. Həmin vəziyyətlər beyində baş verən sinir prosesləri ilə
əlaqədardır. Beyində yaranan kəskin oyanma ocağı başqa
sahələrdə ləngimə yaradır. Ona görə adam ətrafında nə baş
verdiyini anlaya bilmir.
Bəzən isə affekt qəflətən müəyyən partlayış kimi baş verir,
adam tez özündən çıxır. Daxili vəzilərin fəaliyyəti güclənir,
tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir, adam
tərləyir, əlləri və bədəni əsməyə başlayır və s. bütün bu dəyişiklik
affektin tam şiddətləndiyi vaxt baş verir.
Affekt halının təzahürü və daxili təsiri sönməyə başladığı vaxt,
adam əzgin, yorğun vəziyyətə düşür, ətrafındakı hadisələrə
etinasız, yüxulu kimi olur.
Ehtiras - uzun müddətli, dərin və qüvvətli hissdir. Bu hiss
zamanı iradi cəhd qüvvətlənir, adamı müəyyən çətinlikdən qurtarır.
Ancaq ehtiras həmişə fəallaşdırıcı təsir göstərmir, in-
32
sanı əzab çəkməyə də vadar edir. Bu cəhət ehtirasın ikili xa-
rakter daşıdığını göstərir. Ehtiras çox böyük qüvvəyə malikdir.
Ancaq burada əsas məsələ onun hansı obyektə yönəlməsidir. Bu
cəhətdən ehtiraslar mənfi və müsbət ehtiraslara bölünür.
1
İnsanın qumara, spirtli içkilərə, narkomaniyaya olan ehtirası
mənfi; elmə, incəsənətə, zəhmətə və s. olan ehtirası isə müsbət
ehtirasdır.
Stres (ingiliscə stress- təzyiq, gənginlik deməkdir)- insanın
gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional
halətdir. Mürəkkəb şəraitdə müstəqil qərar qəbul etmək təhlükəli
vəziyyətdən çıxmağa çalışmaq insanın rastlaşdığı haldır. Belə
emosional halətlər müasir elmi-texniki tərəqqi şəraitində tez-tez
müşahidə olunur.
Stress terminini 1936-cı ildə məşhur Kanada fizioloqu Q.
Selye təklif etmişdir. O əvvəlcə fizioloji termin kimi işlənmiş,
sonra isə insanın davranışını psixoloji səviyyədə təsir etmək üçün
tətbiq olunmağa başlanılmışdır. Hal-hazırda fizioloji streslə
(ürək-damar, tənəffüs sistemində olan dəyişiklik, qanda
biokimyəvi dəyişiklik) yanaşı psixoloji stress də vardır.
Psixoloji stress öz növbəsində emosional və informasiya
streslərə bölünür. İnformasiya yükü həddən çox olduqda
informasiya stresi əmələ gəlir. Emosional stress isə təhlükəli,
qorxulu, yaxud dərin inciklik şəraitində təzahür edir. Bu halda
psixi proseslərin emosional halətin cərəyanında, fəaliyyətin
motivasiya sahəsində dəyişiklik baş verir. Nəticədə insanın
hərəkətlərində, nitqində pozğunluq özünü biruzə verə bilir.
Frustrasiya- (latın sözü olub, aldanma, əhval pozğunluğu)-
insanın öz məqsədinə çatmasına maneəçilik törədən real və ya
xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir.
Bə'zən insan elə maneələrlə rastlaşır ki, bu maneələr onun arzu
və istəklərini ürəyində qoyur, yaranan mənfi emosional halət
onun şüur və fəaliyyətini pozur. Frustrasiya o zaman meydana
çıxır ki, insanın təmin olunmamaq səviyyəsi
1
Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün
ədrslik. Ba-h." Maarif', 1989. s. 118-139.
33
onun dözüm səviyyəsindən üstün olur. Frustrasiya daha çux
şəxsiyyətin mənfi qiymətləndirilməsi kimi hallarda özünü itir-
mək, küskünlük və s. şəkildə özünü göstərir. Frustrasiya halında
insanda dərin psixi sarsıntılar baş verir.
Frustrasiya haləti bə'zən insan xarakterinə təsir edir, bir sıra
dəyişikliklər törədir, onun davranış və rəftarında özünə inamsızlıq
nəzərə çarpır. Bir sıra nevrozların baş verməsi də frustrasiya halı
ilə izah edilə bilər. Bunun qarşısını almaq üçün psixi gərginliyə
dözüm tərbiyə edilməlidir.
Ali hisslər. Ali hisslərə əxlaqi, estetik və zehni hisslər
daxildir. Müəyyən cəmiyyət miqyasında mövcud olan əxlaq
normalarına bəslənən subyektiv münasibətlə bağlı hisslərə əxlaqi
hisslər deyilir.
İnsanlar arasındakı münasibətlər, ayrı-ayrı adamlar, insan
qrupları, ictimai hadisələr və qanunlar əxlaqi hisslərin obyekti ola
bilər. Əgər qeyd olunanlara, həmçinin mövcud cəmiyyətin
birgəyaşayış qaydalarına, müəyyən davranış normalarına
münasibət müvafiqdirsə, o zaman insanda müsbət əxlaqi hisslər
yaranır. Xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, kollektivçilik,
məsuliyyət hissləri belə hisslərdəndir. Bəzən də elə olur ki, insan
mövcud əxlaq normalarına uyğun hərəkət etmir, öz mənafeyini
xalqının mənafeyindən üstün tutur. Bu zaman onda fərdiyyətçilik,
bədxahlıq, düşmənçilik, paxıllıq və s. kimi mənfi hjsslər kök salır.
Öz yaramaz hərəkət və rəftarının ictimai əxlaqa uyğun gəlmədiyini
dərk edən, bunun üçün dərin iztirab keçirən adamda isə təəssüf,
peşmançılıq, utancaqlıq, xəcalət çəkmək kimi əxlaqi hisslər nəzərə
çarpır.
Deməli, əxlaqi hisslər mövcud cəmiyyətin rəftar və əxlaq
normalarına insanın bəslədiyi mənfi və ya müsbət münasibətin əks
etdirilməsidir.
Estetik hisslər. Estetik hisslər təbiətin, incəsənət əsərlərinin
gözəlliyini qavramaq, dərk etməklə əlaqədardır.
1
İnsan özünün
ictimai təcrübəsində dünyanın gözəlliyini qavramaq qabiliyyəti
əldə etmişdir. J.J. Russo göstərir ki, gözəllik ona
1
Ə.Bayamov Ə.S. . Əlizadə Ə.Ə. Psıxologiya. Ali məkləblər
üçün dərslik. Ba-kı. Maarif'. 1989. s. 143-144.
34
Dostları ilə paylaş: |