CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

Əhval  -  çox  zəif  cərəyan  edən  emosional  haldır.  Onlar  zəif 
cərəyan etdikləri üçün çox la aydın nəzərə çarpmır və kəskin xarici 
ifadəyə malik olmurlar. 
Əhvalın səbəbi bə'zən tam aydın olmur, çünki onun necə əmələ 
gəldiyi aydın dərk edilmir. Zəif qıcıqlandırıcılar belə əhvalı dəyişə 
bilir.  Təsəvvür  və  düşüncələr,  ətraf  aləmə  bəslənən  münasibət, 
insan  şad  olduqda  ona  xoş  təsir  bağışlayır,  qəmgin  olduqda  isə 
əksinə, sönük və mənasız görünür. 
Əhvalı törədən səbəblər çoxdur. İnsanın yaşadığı həyat şəraiti, 
rahat  iş,  mənzil  şəraitinin  olub-olmaması,  insanlar  arasındakı 
qarşılıqlı  münasibətlər,  eləcə  də  orqanizmdə  olan  dəyişikliklər 
(insanın  xəstə  və  ya  sağlam  olması)  əhvala  ciddi  təsir  göstərir. 
İnsan  öz  əhvalını  idarə  etməyi  bacarmalıdır,  bunun  üçün  isə  onu 
törədən səbəbləri yaxşı bilməlidir. 
Affektlər  -  (affekt  latın  sözü  olub  (affektus)  ruhi  təlatüm, 
həyəcanlanma deməkdir) coşğun sürətdə əmələ gəlib, kəskin xarici 
ifadəyə  malik  olan  azmüddətli,  lakin  qüvvətlə  cərəyan  edən 
hisslərdir.  Qeyz,  dəhşət,  həddən  artıq  şadlıq,  kədər,  qəzəb  və  s. 
affektə misal ola bilər. Affekt halında insan öz hərəkət və danışığı 
üzərində şüurlu nəzarətə nail ola bilmir, qışqırır, kəskin hərəkətlər 
edir, aydın danışığını  itirir,  bəzən  heç  bir söz deyə  bilmir,  bayılır 
və  s.  Həmin  vəziyyətlər  beyində  baş  verən  sinir  prosesləri  ilə 
əlaqədardır.  Beyində  yaranan  kəskin  oyanma  ocağı  başqa 
sahələrdə  ləngimə  yaradır.  Ona  görə  adam  ətrafında  nə  baş 
verdiyini anlaya bilmir. 
Bəzən  isə  affekt  qəflətən  müəyyən  partlayış  kimi  baş  verir, 
adam  tez  özündən  çıxır.  Daxili  vəzilərin  fəaliyyəti  güclənir, 
tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir, adam 
tərləyir, əlləri və bədəni əsməyə başlayır və s. bütün bu dəyişiklik 
affektin tam şiddətləndiyi vaxt baş verir. 
Affekt halının təzahürü və daxili təsiri sönməyə başladığı vaxt, 
adam  əzgin,  yorğun  vəziyyətə  düşür,  ətrafındakı  hadisələrə 
etinasız, yüxulu kimi olur. 
Ehtiras  -  uzun  müddətli,  dərin  və  qüvvətli  hissdir.  Bu  hiss 
zamanı iradi cəhd qüvvətlənir, adamı müəyyən çətinlikdən qurtarır. 
Ancaq ehtiras həmişə fəallaşdırıcı təsir göstərmir, in- 
 
32 


 
sanı  əzab  çəkməyə  də  vadar  edir.  Bu  cəhət  ehtirasın  ikili  xa-
rakter  daşıdığını  göstərir.  Ehtiras  çox  böyük  qüvvəyə  malikdir. 
Ancaq burada əsas məsələ onun hansı obyektə yönəlməsidir. Bu 
cəhətdən ehtiraslar mənfi  müsbət ehtiraslara bölünür.
1 
İnsanın  qumara,  spirtli  içkilərə,  narkomaniyaya  olan  ehtirası 
mənfi;  elmə,  incəsənətə,  zəhmətə  və  s.  olan  ehtirası  isə  müsbət 
ehtirasdır. 
Stres  (ingiliscə  stress-  təzyiq,  gənginlik  deməkdir)-  insanın 
gözlənilməz  gərgin  şəraitlə  rastlaşarkən  keçirdiyi  emosional 
halətdir. Mürəkkəb şəraitdə müstəqil qərar qəbul etmək təhlükəli 
vəziyyətdən  çıxmağa  çalışmaq  insanın  rastlaşdığı  haldır.  Belə 
emosional  halətlər  müasir  elmi-texniki  tərəqqi  şəraitində  tez-tez 
müşahidə olunur. 
Stress  terminini  1936-cı  ildə  məşhur  Kanada  fizioloqu  Q. 
Selye  təklif  etmişdir.  O  əvvəlcə  fizioloji  termin  kimi  işlənmiş, 
sonra isə insanın davranışını psixoloji səviyyədə təsir etmək üçün 
tətbiq  olunmağa  başlanılmışdır.  Hal-hazırda  fizioloji  streslə 
(ürək-damar,  tənəffüs  sistemində  olan  dəyişiklik,  qanda 
biokimyəvi dəyişiklik) yanaşı psixoloji stress də vardır. 
Psixoloji  stress  öz  növbəsində  emosional  və  informasiya 
streslərə  bölünür.  İnformasiya  yükü  həddən  çox  olduqda 
informasiya  stresi  əmələ  gəlir.  Emosional  stress  isə  təhlükəli, 
qorxulu,  yaxud  dərin  inciklik  şəraitində  təzahür  edir.  Bu  halda 
psixi  proseslərin  emosional  halətin  cərəyanında,  fəaliyyətin 
motivasiya  sahəsində  dəyişiklik  baş  verir.  Nəticədə  insanın 
hərəkətlərində, nitqində pozğunluq özünü biruzə verə bilir. 
Frustrasiya-  (latın  sözü  olub,  aldanma,  əhval  pozğunluğu)-
insanın  öz  məqsədinə  çatmasına  maneəçilik  törədən  real  və  ya 
xəyali  maneələrlə  rastlaşdığı  zaman  düşdüyü  psixi  vəziyyətdir. 
Bə'zən  insan  elə  maneələrlə  rastlaşır  ki,  bu  maneələr  onun  arzu 
və  istəklərini  ürəyində  qoyur,  yaranan  mənfi  emosional  halət 
onun  şüur  və  fəaliyyətini  pozur.  Frustrasiya  o  zaman  meydana 
çıxır ki, insanın təmin olunmamaq səviyyəsi 
 
1
 Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər üçün 
ədrslik. Ba-h." Maarif', 1989. s. 118-139. 
33 


onun  dözüm  səviyyəsindən  üstün  olur.  Frustrasiya  daha  çux 
şəxsiyyətin  mənfi  qiymətləndirilməsi  kimi  hallarda  özünü  itir-
mək,  küskünlük  və  s.  şəkildə  özünü  göstərir.  Frustrasiya  halında 
insanda dərin psixi sarsıntılar baş verir. 
Frustrasiya  haləti  bə'zən  insan  xarakterinə  təsir  edir,  bir  sıra 
dəyişikliklər törədir, onun davranış və rəftarında özünə inamsızlıq 
nəzərə çarpır. Bir sıra  nevrozların  baş  verməsi də  frustrasiya  halı 
ilə  izah  edilə  bilər.  Bunun  qarşısını  almaq  üçün  psixi  gərginliyə 
dözüm tərbiyə edilməlidir. 
Ali  hisslər.  Ali  hisslərə  əxlaqi,  estetik  və  zehni  hisslər 
daxildir.  Müəyyən  cəmiyyət  miqyasında  mövcud  olan  əxlaq 
normalarına  bəslənən  subyektiv  münasibətlə  bağlı  hisslərə  əxlaqi 
hisslər deyilir. 
İnsanlar  arasındakı  münasibətlər,  ayrı-ayrı  adamlar,  insan 
qrupları, ictimai hadisələr və qanunlar əxlaqi hisslərin obyekti ola 
bilər.  Əgər  qeyd  olunanlara,  həmçinin  mövcud  cəmiyyətin 
birgəyaşayış  qaydalarına,  müəyyən  davranış  normalarına 
münasibət  müvafiqdirsə,  o  zaman  insanda  müsbət  əxlaqi  hisslər 
yaranır.  Xeyirxahlıq,  dostluq,  rəğbət,  yoldaşlıq,  kollektivçilik, 
məsuliyyət hissləri belə hisslərdəndir. Bəzən də elə olur ki, insan 
mövcud  əxlaq  normalarına  uyğun  hərəkət  etmir,  öz  mənafeyini 
xalqının mənafeyindən üstün tutur. Bu zaman onda fərdiyyətçilik, 
bədxahlıq, düşmənçilik, paxıllıq və s. kimi mənfi hjsslər kök salır. 
Öz yaramaz hərəkət və rəftarının ictimai əxlaqa uyğun gəlmədiyini 
dərk  edən,  bunun  üçün  dərin  iztirab  keçirən  adamda  isə  təəssüf, 
peşmançılıq, utancaqlıq, xəcalət çəkmək kimi əxlaqi hisslər nəzərə 
çarpır. 
Deməli,  əxlaqi  hisslər  mövcud  cəmiyyətin  rəftar  və  əxlaq 
normalarına insanın bəslədiyi mənfi və ya müsbət münasibətin əks 
etdirilməsidir. 
Estetik  hisslər.  Estetik  hisslər  təbiətin,  incəsənət  əsərlərinin 
gözəlliyini  qavramaq,  dərk  etməklə  əlaqədardır.
1
  İnsan  özünün 
ictimai  təcrübəsində  dünyanın  gözəlliyini  qavramaq  qabiliyyəti 
əldə etmişdir. J.J. Russo göstərir ki, gözəllik ona 
 
1
  Ə.Bayamov  Ə.S.  .  Əlizadə  Ə.Ə.  Psıxologiya.  Ali  məkləblər 
üçün dərslik. Ba-kı. Maarif'. 1989. s. 143-144. 
 
34
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə