CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.

səhifə2/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   31

 əvvəl,  bizim  psixi  həyatımızı  əhatə  edən  konkret  faktlara  diqqət 
yetirməliyik. 
Bu  faktlar  isə  kəmiyyət  və  keyfiyyət  cəhətdən  xarakterizə 
olunur. Lakin bu psixoloji faktlar nə qədər maraqlı olsa da, elmi 
psixologiya onları izah etməyi zəruri hesab edir. Psixoloji faktlar 
müəyyən  hadisələr  əsasında  yaransa  da,  müvafıq  qanunlara 
tabedirlər. Bu qanunlar da öz növbəsində psixologiyanın tədqiqat 
obyektinə  çevrilirlər.  Lakin  qanunların  dərk  edilməsi  hələ 
özlüynüdə  psixoloji  mexanizmlərin  aşkara  çıxarılması  demək 
deyildir.  Burada  olan
 
qanunauyğunluq  bu  mexanizmlər  vasitəsi 
ilə  təzahür  edir,  aşkara  çıxır  və  müəyyən  olunur.  Psixi  fəaliyyət 
zamanı  həmin  fəaliyyətin  mexanizmlərinin  müəyyən edilməsi də 
psixologiyanın vəzifəsinə daxildir. 
Psixi  fəaliyyətin  mexanizmləri  hər  hansı psixi prosesi  həyata 
keçirdiyi,  konkret  anatomik-fızioloji  proseslərdə  iştirak  etdiyi 
üçün,  bu  mexanizmlərin  təbiətini  və  işini  fiziologiya,  biofızika, 
biokimya, kibemetika və s. elmlərlə birlikdə aydınlaşdırır. 
Beləliklə,  bütün  bunları  nəzərə  alaraq,  yuxarıda  adı  çəkilən 
dərslik  ədəbiyyatına  da  istinad  edərək,  psixologiya  elminə  daha 
dəqiq tərif verə bilərik: 
Psixologiya  beyində  obyektiv  aləmin  subyektiv  surəti  kimi 
əmələ  gələn  psixikanın  faktları,  qanunauyğunluqları  və  mexa-
nizmləri haqqında elmdir. 
Tədqiq  edilmişdir  ki,  psixi  hadisələr  insanın  beyin  fəaliy-
yətinin  işi  ilə  əlaqədardır.  Bu  fikir  hələ  bizim  eradan  əvvəl  VI 
əsrdə A.Krotonski tərəfindən formalaşmış, Hippokrat (460-377-ci 
illər  b.e.ə.)  tərəfindən  isə  təsdiq  edilmişdir.  Psixoloji  biliklərin 
ötən  ikiminillik  tarixi  ərzində  bu  tədqiqatların  nəticələri  inkişaf 
etmiş və yeni məlumatlarla zənginləşdişrilmişdir. 
XX əsrin əvvəllərində iki müxtəlif elm sahəsi- fiziologiya və 
psixologiya-tərəfındən  insan  beynində  baş  verən  hallar  və 
proseslər  onların  xüsusi  bir  elm  sahəsi  kimi  formalaşmasında 
mühüm  rol  oynamışdır.  Baş  beyin  elə  üzv,  yaxud  üzvlərin  elə 
mürəkkəb  sistemidir  ki,  onların  fəaliyyəti  ali  heyvanların  və  in-
sanın  psixikasını  şərtləndirir.  Baş  beynin  yuxarı  hissəsi  qabıq 
adlanan altılaylı neyronlar kütləsi (10 milyarda yaxın) ilə 
 
5


 
örtülmüş  böyük  yarımkürələri  əmələ  gətirir.
1
  Qabıq  psixi  fəa-
liyyətin  ən  mühüm  üzvüdür.  Yarımkürələrdən  aşağıda  ənsə 
hissəsində funksiyaları hələ kifayət qədər aydınlaşdırılmamış beyin 
yerləşir. Məlumdur ki, o əzələ hərəkətlərinin əlaqələndirilməsində 
mühüm  rol  oynayır.  Böyük  yarımkürələrə  beyin  kötüyü  bitişir. 
Onun yuxarı hissəsi-talamus; aşağı hissəsi isə hipotalamus adlanır. 
Mərkəzi  sinir  sisteminin  bütün  qeyd  edilən  hissələri  son 
dərəcədə  mürəkkəb  quruluşa  malikdir;  onların  öyrənilməsi  ilə 
anatomiya və histologiya elmləri məşğul olur. 
Müasir  dövrdə  elmi  tədqiqatların  nəticələrinə  görə,  onurğa 
beyni  və  beyin  kötüyü  reflektor  fəaliyyətin  başlıca  olaraq  ana-
dangəlmə (şərtsiz reflekslər) formasında həyata keçirilir. 
İ.M.Seçenov "Baş beynin refleksləri" (1863) əsərində belə bir 
nəticəyə  gəlmişdi  ki,  "Şüurla  və  şüursuz  həyatın  bütün  aktları 
mənşə  etibari  ilə  reflekslərdən  ibarətdir"
2
.  Akademik  İ.P.Pavlov 
(1849-1936) 
reflektor 
nəzəriyyəsini 
geniş 
eksperimental 
tədqiqatlar  əsasında  yeni  faktlarla  zənginləşdirdi.  Onun  ali  sinir 
fəaliyyəti  haqqındakı  təlimi  reflektor  nəzəriyyəsinin  inkişafında 
mühüm  mərhələ  təşkil  edir.  O  heyvanlar  üzərində  apardığı 
çoxsaylı təcrübələr əsasında müəyyən etmişdir ki, heyvanlarda və 
eləcə də insanlarda xarici yəni ətraf aləmlə qarşılıqlı təsirlər beyin 
vasitəsilə tənzim olunur. Pavlovun kəşf etdiyi bu qanunauyğunluq 
ümumilikdə  iki  siqnal  sistemi  haqqında  təlimdir.  Heyvanlar  öz 
davranışlarında birinci siqnallara əməl edirlər, çünki onların bütün 
psixi fəaliyyəti birinci siqnal sistemi səviyyəsində həyata keçirilir. 
İnsanda  da  birinci  siqnal  sisteminin  siqnalları  vardır  və  insan 
həmin  siqnallar  vasitəsilə  cisimlər  haqqında  məlumat  alır  və 
davranışını tənzim edir. 
 
 
 
 
1
  Ümumi  psixologiya.  Prof.  A.  V.  Petrovskinin  redaktəsi  ilə. 
Pedaqoji institut tələbələri üçün dərslik Bakı, Maarif, 1982, s. 8. 
2
 
И.М.Сеченов  Рефлексы  головного  мозга.Избранные 
философские психологические произведения.М.Госполитиз- 
дат, 1974, c. 176. 



Heyvanlardan  fərqli  olaraq  insanda  ikinci  siqnal  sistemi  də 
vardır.  Bu  siqnal  sistemi  tələffüz  edilən,  eşidilən  və  oxunan 
sözlərdən ibarətdir. 
Psixikanın  insana  məxsus  olan  ali  səviyyəsi  şüurdur.  İnsan 
şüuru bizi əhatə edən aləm haqqında biliklərlə tanış edir. Şüurun 
strukturunda  ən  mühüm  idrak  prosesləri  iştirak  edir,  onların 
köməyi  ilə  insan  daim  öz  biliklərini  zənginləşdirir.  Beyinə  təsir 
edən qıcıqlandırıcıların əks olunması ilə şüurda ətraf aləmin hissi 
mənzərəsi  yaranır  və  insan dərk edir. Əgər  idrak proseslərindən 
hər  hansı  biri (duyğu, qavrayış, hafızə, təxəyyül,  təfəkkür və s.) 
pozularsa, şüurda da pozğunluq yaranar. 
Şüurun izah edilməsində digər mərhələ onun "mən"ini "qeyri-
mən"dən  fərqləndirməkdən  ibarətdir.  Yəni  mənlik  şüurunun 
həyata keçirilməsi, formalaşması prosesi baş verir. 
Şüurun  üçüncü  bir  xarakteristikası da  vardır ki, o da  insanın 
qarşıya qoyduğu məqsədə uyğun olaraq onun fəaliyyətinin təmin 
olunmasından ibarətdir. Məqsədli fəaliyyət zamanı, şüurda onun 
motivləri əmələ gəlir, zəruri  hallarda  bəzi düzəlişlər edilir,  iradi 
qərar qəbul olunur və s. 
Nəhayət,  şüurun  dördüncü  bir  xarakteristikası  da  vardır  ki, 
buraya,  yəni  insan  şüuruna  hisslər  aləminin  daxil  olması  ilə 
əlaqədar  olaraq  şəxsiyyətlərarası  emosional  qiymətlərin 
olmasıdır. 
Qeyd etmək lazımdır ki, şüurun formalaşmasının zəruri şərtini 
dil  təşikl  edir.Nitq  vasitəsilə  isə  zəruri  biliklər  toplanır  və  ifadə 
olunur.  A.İ  Gertsen  yazmışdır  ki,  "hər  bir  adam  kökləri  az  qala 
Adəmin  cənnətinə  gedib  çıxan  dəhşətli  qenealogiya  ağacına 
istinad edir; bizim arxamızda sahil dalğalarının arxasında olduğu 
kimi,  bütün  okeanın  -ümumdünya  tarixinin  gücü  hiss  olunur  bu 
anda bütün əsrlərin fikri bizim beynimizdədir"
1
. Dil hər hansı bir 
insan tərəfindən mənimsənilir və onun real şüuruna çevrilir. Dilin 
köməyi  ilə  cəmiyyətin  çoxəsrlik  praktikasında  əldə  edilən 
təcrübədən istifadə edilir. 
Bir  çox  alimlərin  (İ.R.Pavlov  və  b.)  apardıqları  ekspe-
rimentlərə  əsasən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  yalnız  bə-
lədləşmə manipulyasiyası sahəsində bəzi heyvanlar situativ 
 
1
 И.А.Герцен.Былое и дума.Т.З.М.,Худ.Лутературы”,1973,с.225. 
 



: Uploads -> Ebooks
Ebooks -> Annotasiya
Ebooks -> Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil
Ebooks -> Mövzu 3. MÜAsir döVRÜn sosial- qlobal problemləRI. saat plan
Ebooks -> Pedaqogika. Əlizadə Nigar. Qrup 203
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə