CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə3/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   2   3   4   5   6   7   8   9   ...   31

məsələ  həll  etməyə  qabildir.  Tədqiqatçı  alimlərdən  hələ  heç  biri 
meymunlarda  mücərrəd  təfəkkür  tərzini  müşahidə  etməmişlər. 
Heyvanlar hər hansı qavranılan şəraitin quludur. İnsanlar isə vaxtın 
şəraitin qulu olmur və onlar gələcəyi görməyə qabildirlər. 
İnsan  psixikasını  heyvan  psixikasından  fərqləndirən  birinci 
əsas  şərt,  insanların  müvafiq  şəraitə  uyğun  olaraq  şüurlu  hərəkət 
etməyə  qabil  olmasıdır.  İkincisi  isə  insan  heyvanlardan  fərqli 
olaraq şüurlu plan əsasında alət yaradır və onu qoruyub mühafizə 
edir.  Üçüncüsü  isə  insan  əldə  etdiyi  təcrübəni  gələcək  nəsillərə 
verməyə,  alətlərdən  istifadə  qaydalarına,  insanlar  arasında  olan 
ünsiyyət qaydalarına yiyələnirlər. 
Heyvanlar  aləminin  psixikasının  fərqləndirici  cəhətlərindən 
biri  də  onun  inkişafının  bioloji  təkamülə  əsasianmasıdır.  Məlum 
olduğu  kimi,  insan  şüurunun  inkişafı  ictimai-tarixi  inkişaf 
qanununa tabedir. 
Bəşəriyyətin  yaratmış  olduğu  təcrübəni  mənimsəyəcək  insan 
ixtiyari diqqəti və mücərrəd təfəkkürü inkişaf etdirir. 
Beləliklə,  insan  psixikası  materiyanın  təkamülünün  bütün 
gedişi boyu hazırlanmış, əşyayi-əməli təfəkkür qabiliyyətinə malik 
olmuş, külli miqdarda assosiasiyalar yarada bilmişdir. 
 
 
 
Psixoloji təlimlər tarixindən 
Psixoloji  inkişafın  tarixindən  bizə  məlumdur  ki,  "ruhi  aləm" 
anlayışının əmələ gəlməsi ibtidai insanların animistik görüşləri ilə 
əlaqədardır. Fəlsəfənin müstəqil bir bölməsi kimi ruh haqqında elm 
Aristotel  tərəfindən  işlənmişdir.  Onun  "Ruhi  aləm  haqqında" 
əsərini  bu  haqda  ilk  elmi-psixoloji  əsərlərdən  hesab  etmək  olar. 
Aristotel  ruhi  fəaliyyətin  öyrəniləmsinin  təcrübi,  obyektiv 
metodunu  müdafiə  edirdi.  İlk  dəfə  elm  tarixində  Aristotel  canlı 
bədənin ruhi aləmlə birlikdə olması ideyasını irəli sürmüşdü. Belə 
ki, Aristotelə qədər olan həm materialistlər, həm də idealistlər ruhi 
aləmi bədəndən ayrılıqda təsəvvür edirdilər. 
 
8


XVII  əsr  bioloji  və  psixoloji  biliklərin  inkişafında  yeni  bir 
dövr  açır.  Fransız  alimi  Dekart  (1596-1650)  tərəfindən  davra-
nışın reflektor təbiətinin kəşfi baş verdi. Ətraf aləmdə baş verən 
xarici  təsirlərə  orqanizmin  cavab  reaksiyası  kimi  refleks 
haqqında  anlayış  yarandı  (latın  sözü  "refleks"  əksetmə  de-
məkdir).  Lakin  Dekart  sübut  etdi  ki,  əzələlər  ruhi  aləmin  mü-
daxiləsi olmadan, xarici təkanlara cavab verir. Lakin o, bu sxemi 
bütün psixi fəaliyyətə tətbiq edə bilmədi. 
XVII əsrin digər böyük mütəfəkkirlərindən olan ingilis mate-
rialisti Hobbs (1588-1679) və Niderland fılosof-materialisti Spi-
noza (1632-1677)) elmi psixologiyanın əsas prinsiplərindən biri 
olan-determinizmi müdafiə edirdilər. Bu prinsipə görə, bütün ha-
disələr  maddi  səbəb  və  qanunların  təsiri  ilə  yaranır.  Onlar  belə 
hesab edirdilər ki, insanın hiss və fıkirlərini idarə edən qanunlar 
öz dəqiqliyinə görə həndəsi qanunlar kimidir. 
XVIII əsrdə bir sıra ölkələrdə dərin iqtisadi dəyişikliklər baş 
verdi.  Bu  zaman  elmdə  rasionalizm  hökm  sürürdü.  Rasyona-
lizmə  görə,  ancaq  ağıl  əsil  biliklər  verir.  Bu  dövrdə  empirik 
(təcrübi)  psixologiyanın  banisi  hesab  edilən  ingilis  filosofu  və 
pedaqoqu  Con  Lokk  (1632-1704)  bu  təlimin  düzgün  müdafiə-
çisi idi. Lokka görə təcrübənin iki mənbəyi ola bilər: xarici hiss 
üzvlərini əks etdirən xarici və ağılın daxili fəaliyyəti olan daxili 
təcrübə. 
Lokkun  daxili  və  xarici  təcrübə  haqqında  təlimi  bu  ətrafda 
həm materialist, həm də idealist təlimlərin inkişafına təkan verdi. 
Belə  ki,  materialistlər:  Hartli  (1705-1757);  Didro  (1713-1784), 
Radişşev (1749-1802) -xarici təcrübəni əsas götürürdülər. Berkli 
başda  olmaqla  idealistlər  isə  daxili  olanı,  yəni  məzmunu  ilkin 
olaraq götürürdülər. 
İnsanın  mürəkkəb  psixi  fəaliyyəti  haqqında  Lokkdan  sonra 
ideyalar  assosiasiyası  (rabitəsi)  qanunu,  psixologiyanın  başlıca 
qanunu  kimi  hakim  istiqamətə  çevrilir.  Bu  istiqamətin  ən 
görkəmli  nümayəndəsi  D.Hartli  olmuşdur.  Hartli  iki  anlayışı: 
refleks  haqqında  olan  anlayışla,  assosiasiya  haqqında  olan 
anlayışı birləşdirdi. 
 



XVIII əsrdən  başlayaraq  psixika  haqqında  təlim  beyinlə 
əlaqələndirildi  (bu  vaxta  qədər  bu  təlimi  bədənin  bütün  hissə- 
lərinə,  o  cümlədən  ürək  və  böyrəyə  də  aid  edirdilər).  Bu  isə 
baş  beyində  olan  müvəffəqiyyətli  tədqiqat  işlərinin  təsiri  altın- 
da  baş  verdi.  Belə  ki,  XVIII  əsrin  sonu,  XIX  əsrin  əvvəllərində 
ingilis  Ç.Bell  və  fransız  F.  Majandi  hissi  və  hərəki  sinir  tellərini 
kəşf  etdilər.  Lakin  onun  mürəkkəb  psixi  hallarda  tətbiqi  məsə- 
ləsində  də  bir  çox  tənqidi  fikirlər  səsləndi.  Yaranmış  vəziyyət- 
dən  çıxış  yolunu  rus  fizioloqu  İ.M.Seçenov  "Baş  beyinin  ref- 
leksləri"  kitabında  izah  edərək  göstərdi  ki,  "şüurlu  və  şüursuz 
həyatın  bütün  aktları  məqşəd  e'tibarilə  reflekslərdən  ibarət- 
dir".
1 
Beləliklə, Seçenovun sözləri ilə desək "mənşə e'tibarilə" psixi 
hadisə refleks kimi prosesdir". 
XIX əsrin  ortalarında  Ç.Darvinin  təkamül  nəzəriyyəsi  ya- 
randı,  bu  isə  insanın  və  heyvanın  bədən  quruluşunda  bir  cox 
ümumi  cəhətlərin  olduğunu  əsaslandırdı.  Bioloji  planda  insan 
və  heyvanın  davranışında  və  psixikasında  bir  çox  ümumi  cə- 
hətlərin  olması  haqqında  ilk  addım  atdı.  Bu  tədqiqatlar  zoopsi- 
xologiya sahəsində olan inkişafa xüsusilə böyük təkan verdi. 
İ.M.Seçenovun  bir  çox  nəzəri  müddəaları  İ.P.Pavlov  (1849-
1936)  tərəfindən  eksperimental  surətdə  təsdiq  olunmuş  və 
konkretləşdirilmişdir. Pavlovun tədqiqatlarının əsasını  bütövlükdə 
iki siqnal sistemi haqqında təlim təşkil edir ki, bu haqda yuxarıda 
qeyd etdik. 
Psixoloji  təlimlərin  inkişafında  XIX  əsrin  ikinci  yarısı  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Bu  vaxt  tibbdə,  o  cümlədən  psixiatrtik 
praktikada  bir  çox  elmi  nailiyyətlər  əldə  edildi.  XIX  əsrin  ikinci 
yarısında baş verən elmi nailiyyətlərin ən başlıcası ondan ibarətdir 
ki, eksperimental üsullar tədricən psixologiya elminə nüfuz edirdi 
İlk  dəfə  olaraq  1879-cu  idlə  Almaniyanın  Leypsik  şəhərində 
Vilhelm Vundt özünün eksperimental psixologiya laboratoriyasını 
yaratdı. Bu laboratoriyada nəinki, Almaniyada, həm də 
 
1
 
И.М.Сеченов  Рефлексы  головного  мозга.Избранные 
философские психологические произведения.М.Госполитиз- 
дат, 1974, c. 176. 
 
10 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə