CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   2   3   4   5   6   7   8   9   ...   31

Deməli,  fəaliyyətin  ilkin  fərqləndirici  əhəmiyyəti  ondan  ibarət-
dir  ki,  insan  fəallığının  mənbəyi  tələbatlar  əsasında  yaranır  və 
düşünülmüş məqsədlə idarə olunur. 
Qeyd  etmək  lazımdır  ki,  qarşıya  qoyulmuş  məqsədə  nail 
olmaq  üçün,  fəaliyyətin  müvəffəqiyyətli  icrasından  danışmaq 
lazımdır.  Nəhayət,  fəaliyyət  insan  davranışını  elə  idarə  etmək 
qabiliyyətinə  malik  olmalıdır  ki,  məqsədəyönəlmiş  hərəkətləri 
həyata keçirə bilsin. Buradan görünür ki, fəaliyyət idrak və iradi 
proseslərlə sıx bağlıdır, onlar olmasa mövcud ola bilməz. 
Müasir  insanlarda,  onların  tələbatlarına  uyğun  olaraq  çoxlu 
miqdarda  fəaliyyət  növü  vardır.  Onları  təsəvvür  etmək  üçün 
həmin  insanın  tələbatlarına  uyğun  olaraq  onları  hesablamaq 
lazımdır.  Bu  iş  isə  olduqca  mürəkkəbdir,  çünki  tələbatların 
əhəmiyyətlilik dərəcəsi müxtəlifdir. 
Bütün  insanlar  üçün  xarakterik  olan  fəaliyyət  növlərini 
ümumiləşdirsək  onların  fərdi  inkişaf  aktivliyi  nəzərə  alınmaqla 
aşağıdakı əsas fəaliyyət növlərini göstərə bilərik: ünsiyyət, oyun, 
təlim və əmək. 
Ünsiyyət-birinci fəaliyyət növü olmaqla insanın fərdi inkişaf 
prosesində  yaranır.  Onun  ardınca  oyun,  təlim  və  əmək  gə-
lir.Bütün bu fəaliyyət növləri inkişaf etdirici xarakter daşıyır və 
şəxsiyyətin intellektual inkişafında aktiv iştirak edir. 
Ünsiyyət  fəaliyyətində  (başqa  sözlə  desək  kommunikatik 
fəaliyyətdə)  obyekt  başqa  adamlardır.  İnsan  psixikasında  məhz 
nəyə  təsir  edəcəyimizdən  asılı  olaraq  ünsiyyət  fəaliyyətinin 
psixoloji  məzmunu  da  müxtəlif  olacaqdır.  Bir  halda  bu  yeni 
biliklərin  verilməsindən,  başqa  halda  əqidənin  dəyişilməsindən, 
üçüncü halda isə işə bilavasitə təhrikdən ibarət olacaqdır. 
Ünsiyyət fəaliyyətində insanlar işin məqsədini bir-birinə izah 
edir,  iş  prosesində  qarşıya  çıxan  çətinlkləri  və  nöqsanları 
müzakirə  edir,  məsləhətləşirlər.  Bu  prosesdə  ünsiyyət  ancaq  və 
ancaq  insanların  birgə  fəaliyyətinin  təşkilinə  xidmət  edir. 
Ünsiyyətin fəaliyyət obyektini bir adam (və ya iki-üç) və ya çox 
adamdan məktəbin sinfi, auditoriya. bütöv zal) ibarət olması 
 
 
17


ilə  müəyyən  edilir.  Burada  birinci  halda  şəxsiyyətlərarası 
ünsiyyətdən; ikinci halda isə sosial ünsiyyətdən söhbət gedir. 
Onda  istifadə edilən  vasitələrdən asılı olaraq, ünsiyyət  fəaliy-
yətini  müxtəlif  növlərə  ayırmaq  olar.  Ünsiyyətin  ən  qədim  növü 
maddi  ünsiyyətdir.  Ünsiyyətin  ən  inkişaf  etmiş  və  xüsusi  tərkib 
hissələrinə malik olan növü işarə ünsiyyətini göstərmək olar. 
Nitq  ünsiyyəti  işarə  ünsiyyətinin  xüsusi  halıdır.  Nitq  fəaliy-
yəti insanın ünsiyyət üçün dildən istifadə etməsi  prosesidir. Lakin 
ünsiyyət fəaliyyəti nitq olmadan da həyata keçirilə bilər, belə halda 
jestlərdən,  duruşdan,  baxışdan,  baxışın  istiqamətindən  istifadə 
olunur.  Bu  cür  mənalı  ünsiyyət  xüsusilə  emosional  vəziyyət, 
hisslər  və  əhvalların  ötürülməsi  ilə  əlaqədar  olan  şərait  üçün 
xarakterikdir. 
Tədqiqatlar  göstərir  ki,  uşaqda  oyun  fəallığının  həyata  ke-
çirilməsi  forması  həyat  fəaliyyəti  formasıdır.  Özlüyündə  bu 
funksional  həzzlə  bağlıdır.  Onun  təhrikedicisi  fəallığa  tələbat, 
mənbəyi  isə  təqlid  və  təcrübədir.  Uşaqların  oyun  fəaliyyətinin  ən 
mühüm  xüsusiyyəti  ilk  başlanğıcdan,  böyüklərlə  ünsiyyət  və 
onların rəhbərliyi altında praktiki davranış forması əsasında inkişaf 
edir. 
Üçüncü  yaşdan  başlayaraq rollu oyunlar  meydana çıxır. Yəni 
uşaq böyüklərdə müşahidə etdiyi funksiyaları təkrar edir: məsələn, 
iki yaşlı qız kuklasını yedizdirir və s. Həkim rolunu oynayan uşaq 
özünü "həkim" kimi aparır. 
Beləliklə,  oyun  icra  olunan  işlərin  sahəsində  dərk  edilməni 
inkişaf etdirir, özünüdərketməni genişləndirir.
1 
Uşağın orqanizminin  böyüməsi, anatomik-fizioloji  inkişaf, ali 
sinir  fəaliyyətinin  formalaşması  və  mürəkkəbləşməsi  baş  verir. 
Öyrətmə  uşağın  inkişafında  əsas  amil  kimi  çıxış  edir.  Onun 
həyatına yeni bir fəaliyyət növünün daxil olması vaxtı gəlib çatır. 
Bu  elə  fəaliyyətdir  ki,  onun  məqsədi  müəyyən  məlumatları, 
hərəkətləri, davranış formalarını mənimsəməkdən ibarətdir. Bu cür 
spesifik  fəaliyyət  təlim  adlanır.  Təlim  fəaliyyəti  müəyyən  bilik, 
bacarıq və vərdişlərə yiyələnmək 
 
1
  Ümumipsixologiya.  Prof.  A.  V.Petrovskinin  red.  İl.  Bakı, 
"Maarif' 1982. s. 186-195. 
18 
 


 
üçün insanın fəaliyyətin şüurlu məqsədlərlə idarə olunduğu yerdə 
mümkündür.  insanda  təlim  o  zaman  mövcud  olur  ki,  o  öz 
hərəkətlərini  özü  tənzim  edə  bilir.  Bu  qabiliyyət  isə  əvvəlki 
fəaliyyət  növləri  olan-oyun,  praktik  davranış  və  s.  əsasında 
formalaşır və altı-yeddi yaşlarda lazımi inkişaf səviyyəsinə çatır. 
Təlim  fəaliyyəti  insanı  tək  bilik,  bacarıq  və  vərdişlərlə  si-
lahlandırmır.  O,  özünün  psixi  proseslərini  idarə  edərək,  insanı 
əməyə hazırlayır. 
Əmək  fəaliyyəti  insanın  əsas,  aparıcı  fəaliyyətidir.  Bu  fəa-
liyyət  növü  ancaq  insana  məxsusdur,  onun  sayəsində  insan 
yaşamağa  və  təbiət  qüvvələri  üzərində  qalib  gəlməyə  müvəffəq 
olur.  Əmək  fəaliyyəti  nəticəsində  inkişaf  üçün  zəruri  olan 
məhsullar istehsal olunur və insanlar tələbatlarını ödəyirlər. Ona 
görə də insanların əmək fəaliyyəti öz mahiyyəti etibarilə ictimai 
xarakter daşıyır. 
Beləliklə, biz şəxsiyyətin formalaşmasında faəliyyətin rolunu 
aydınlaşdırdıq.  Həmin  prosesin  ikinci  tərəfi  də  vardır.  Bu  tərəf 
fəaliyyətin öz inkişafında şəxsiyyətin rolunu nəzərdə tutur. Çünki 
şəxsiyyət 
formalaşdıqca 
fəaliyyətin 
xarakterində 
əsaslı 
dəyişikliklər  baş  verir  fəaliyyətin  motivləri  formalaşır. Fəaliyyət 
prosesi  şəxsi  məna  kəsb  edir.  Bundan  asılı  olaraq  fəaliyyətin 
tərkibinə daxil olan  bütün  idrak proseslərinin  xarakteri dəyişilir. 
Onlar  şəxsiyyətin  xüsusiyyətləri  ilə  şərtlənməyə  başlayırlar. 
Beləliklə də, fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, 
emosiya  və  idrak  sahələri  bir-birinə  nüfuz  edir,  onlar  tədricən 
qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar. 
insan  fəaliyyəti  şüurun  təşəkkülü  və  inkişafı  ilə  əlaqədar 
olaraq  şüurlu  fəallıq  kimi  təşəkkül  tapır  və  inkişaf  edir.O  da  öz 
növbəsində şüurun təşəkkülü və inkişafı üçün əsas rol oynayır. 
Şəxsiyyətin  anadangəlmə  deyil,  konkret  tarixi  həyat  şə-
raitində,  təlim  və  tərbiyə  prosesində  formalaşması  fikri  ilə  çox 
psixoloqlar  razıdırlar.  Lakin  şəxsiyyətin  formalaşmasında  hansı 
qanunlar əsas rol oynayır, bu məsələyə münasibətdə 
 
 
 
19


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə