CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.

səhifə8/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Freydin  aşkar  biologizmi  və  onun  şəxsiyyətinin  bütün  fə-
allığını  yalnız  seksual  təhriklər  əsasında  izah  etmək  cəhdləri  bir 
çox  psixoloqlar  tərəfindən  etirazla  qarşılandı  ki,  bu  da  ne-
ofreydizmin  (A.Kardiner,  E.Fromm,  K.Xorni  və  b.)  yaran-
masının səbəblərindən birinə çevrildi. Şəxsiyyətin fəallığının başa 
düşülməsində neofreydislər seksual həvəsin birinciliyindən imtina 
edir  və  insanın  aşkar  surətdə  biolojiləşdrilməsindən  uzaqlaşırlar. 
Şəxsiyyətin mühitdən asılılığı ön plana çəkilir. 
Şəxsiyyət problemi ilə məşğul olan Azərbaycan psixologiyası 
belə bir müddəa əsasında çıxış edir ki, şəxsiyyət öz fəallığını ətraf 
aləmlə  qarşılıqlı  təsir  prosesində  fəaliyyətdə  təzahür  etdirir. 
Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz 
tələbat  insanı  müəyyən  surətdə  və  müəyyən  istiqamətdə  iş 
görməyə təhrik edir. Tələbat şəxsiyyətin haləti olub, onun konkret 
varlıq  şəraitindən  asılılığını  ifadə  edir.  Tələbat  şəxsiyyətin 
fəallığının mənbəyi kimi meydana çıxır. 
Tələbatlar  insanın  konkret  həyat  şəraitindən  asılılığını  ifadə 
edən  və  onun  bu  şəraitdə  aktivliyini  şərtləndirən  özünəməxsus 
psixi halətdir.
1
 Bu tərifdə tələbatların üç xüsusiyyəti qeyd olunur. 
Onları  qeyd  olunan  dərslik  ədəbiyyatında  göstərildiyi  kimi  ayrı- 
ayrılıqda nəzərdən keçirək. 
1.
 
İnsan özünün yaşaması və nəyə ehtiyacı olduqda, gərginlik 
keçirir, narahat olur. Deməli, hər hansı tələbatın əmələ gəlməsi və 
təmin  olunması  özünəməxsus  emosiya  və  hisslərlə  müşaiyət 
olunur. 
2.
 
İnsanın  tələbatlarının  aktuallaşması  konkret  həyat  şə-
raitindən asılıdır. Hətta insanın maddi tələbatları da konkret həyat 
şəraitindən  asılı  olaraq  müxtəlif  məzmun  və  formalarda  ifadə 
olunur. 
3.
 
İnsan  öz  tələbatlarını  təmin  etməyə  çalışmalıdır.  Lakin 
bütün bunların həyata keçirilməsi üçün imkan olmzsa, onu yaxın 
tələbatla  əvəz  etməsi,  əgər  lazım  gələrsə  onu  boğmağı  da 
bacarması lazımdır. 
 
 
1
Bayramov  Ə.S.  .  Əlizadə  Ə.Ə..  Psixologiya.  Bakı,  "Maarif' 
1089. səh. 116-117. 
23 
 


 
Müasir  psixologiyada  tələbatların  müxtəlif  təsnifatı  vardır. 
Onlar mənşəyinə görə təbii  mədəni; predmetinə görə isə maddi 
və mənəvi tələbat növlərinə bölünür. 
Bütün adamlarda yuxuya, istidən, soyuqdan qorunmağa tələbat 
vardır  və  bütün  bunlar  təbii  tələbatlardır.  Mədəni  tələbatların 
növləri genişdir: çəngəl, bıçaqdan istifadə etməkdən başlamış, evi 
bəzəmək, S.Vurğunun əsərlərini əldə etmək tələbatına qədər onun 
müxtəlif növlərini qeyd etmək olar. Qidaya, geyimə, mənzilə və s. 
olan tələbatlar  maddi tələbat hesab olunur. Mənəvi tələbatlara  isə 
kino, teatr tamaşaları, təbiət mənzərələri, rəsm əsərlərinə baxmaq, 
kitab, qəzet, jurnal oxumaq və s. göstərmək olar. 
Tələbatlar  dinamik  xarakter  daşıyır.  İnsanın  fəaliyyət  və 
ünsiyyət  sahəsi  genişləndikcə  onlar  da  dəyişirlər.  Tələbatların  bu 
mühüm  xüsusiyyəti  öz  əksini  onda  tapır  ki,  təmin  olunmuş  hər 
hansı bir tələbatın zəminində yeni yüksək tələbatlar formalaşır. 
Tələbatlar öz-özlüyündə fəaliyyətin məqsədini müəyyən etmir. 
İnsan  öz  tələbatlarını  müəyyən  etmək  və  təmin  etmək  üçün  işə 
başladıqda,  tələbatı  təmin  edəcək  predmet  müəyyən  edir,  yəni 
motivlər  əmələ  gəlir.  İnsan  fəaliyyətinin  spesifik  xüsusiyyəti 
ondan ibarətdir ki, o həmişə hər hansı məqsədə xidmət edir. Lakin 
özünün  bütün  məqsədlərini  fəaliyyət  prosesində,  eyni  dərəcədə 
reallaşdıra  bilmir.  Çünki  məqsəd  şəxsi  mə'na  kəsb  etməli,  onun 
daxili təhrikinə çevrilməlidir. 
Motiv (latınca  movere-hərəkətə gətirmək,  işlətmək deməkdir) 
dedikdə  tələbatların  təmin  olunması  ilə  əlaqədar  olaraq  insanı 
fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur.
1 
İnsanın  həyat  və  fəaliyyətində  bir  çox  hadisələr  baş  verir  ki, 
onlar  özünü  motiv  kimi  göstərir:  onlara  misal  olaraq,  əqidə  və 
dünyagörüşü, maraq və emosiyaları, həvəs, yönəliş və s. misal ola 
bilər.  Motivlər  çox  olduğuna  görə  insanı  fəaliyyətə  eyni  vaxtda 
müxtəlif  motivlər  təhrik  edə  bilər.  Lakin  butün  hallarda 
motivlərdən biri əsas, aparıcı, digərləri isə ikinci dərəcəli 
 
 
1
  Bayramov  Ə.S.  ,  Əlizadə  Ə.Ə..  Psixologiya.  Bakı,  Maarif" 
1989, səh. 121-122. 
24 


olur.  Şəxsiyyət  üçün  həyati  məna  kəsb  edən,  onun  həyatının 
mənasına çevirilən motivlər əsas motivlər kimi meydana çıxır. 
 
 
Şəxsiyyətin iradi keyfiyyətləri və onların 
formalaşması 
İradə  insan  fəaliyyətinin  xüsusi  formasıdır.  O,  insandan  öz 
davranışını  tənzim  etməyi,  bir  sıra  başqa  istək  və  meylləri  lə-
ngitməyi  tələb  edir.  İradə  şüurlu  olaraq  qarşıya  qoyulmuş 
məqsədlərə  müvafiq  müxtəlif  əməliyyatların  ardıcıl  surətdə 
təşkili  və  ya  həyata  keçirilməsini  nəzərdə  tutur.  İradi  fəaliyyət 
zamanı  insan  öz-özünə  hakimlik  edir,  öz  şəxsi  qeyri-ixtiyari 
impulslarını  nəzarət  altına  alır  və  lazım  olduqda  onları  boğur, 
cilovlayır. İradənin təzahüru, yəni insan tərəfindən müxtəlif növ 
iradi işlərin və iradi hərəkətlərin icrası şəxsiyyətin elə bir fəallıq 
formasıdır ki, orada şüur mütləq iştirak edir. İradi fəaliyyət üçün 
bir  sıra  elə  aktların,  hərəkətlərin  olması  zəruridir  ki,  orada 
şəxsiyyət  öz  səylərini  və  icra  olunan  psixi  proseslərinin 
xüsusiyyətlərini  geniş  ölçüdə  dərk  edə  bilsin.  Buraya  yaranmış 
vəziyyətin  qiymətləndirilməsi,  aparılacaq  əməliyyat  üçün 
müvafiq  yolun  tapılması,  məqsədə  nail  olmaq  üçün  lazımi  va-
sitələrin seçilməsi, qərar qəbulu və s. aiddir. 
Bəzi  hallarda  iradi  fəaliyyət  insanın  həyat  yolunu təyin  edən, 
onun  ictimai,  mənəvi  simasını  səciyyələndirən  qərarların  qəbul 
edilməsi  ilə  əlaqədar  olur.  Ona  görə  də  insan  şüurlu  fəaliyyət 
göstərən  bir  şəxsiyyət  kimi  bütünlükdə  belə  hərəkətin  icrasına 
cəlb  olunur.  Belə  hallarda  insan  artıq  təşəkkül  etmiş  əqidə  və 
görüşlərə, əxlaqi prinsiplərə istinad edir. İnsanın həyat yolu üçün 
əhəmiyyətli  olan  məsul  iradi  hərəkətlərin  icrası  zamanı  onun 
bütün  görüşləri,  əqidələri,  ayrı-  ayrı  fikirlər,  hisslər  formasında 
insanın  şüurunda  aktuallaşaraq  (canlanaraq)  situasiyanın 
qiymətləndirilməsinə  qəbul  olunan  qərarın  xarakterinə  və  onun 
icrası üçün tələb olunan vasitələrin seçilməsinə təsir edir. 
 
 
25
 


: Uploads -> Ebooks
Ebooks -> Annotasiya
Ebooks -> Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil
Ebooks -> Mövzu 3. MÜAsir döVRÜn sosial- qlobal problemləRI. saat plan
Ebooks -> Pedaqogika. Əlizadə Nigar. Qrup 203
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər


Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə