CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə10/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

hisslərin xarici ifadəsi də aydın surətdə göstərir. Çünki hər hansı 
hissi  halətdən  sonra  insanda  ürək  döyüntüsü  arta  bilər,  üzün 
rəngi və tənəffüs dəyişə bilər. Əlbəttə emosiyalarla əlaqədar olan 
bədən  reaksiyalarının  mərkəzləri  qabıqaltı  sahədə  yerləşmişdir. 
Lakin baş beyin qabığı qabıqaltı mərkəzlərə ləngidici təsir edir. 
Bunun  nəticəsində  insan  reaksiyaları  nizama  salınır.  Ancaq  baş 
beyin  qabığında  əmələ  gələn  sinir  proseslərinin  (oyanma  və 
ləngimənin)  bir-birini  əvəz  etməsi  də  müəyyən  hisslərin  əmələ 
gəlməsinə  səbəb  olur:  məsələn,  böyük  yarımkürələrin  ləngimə 
vəziyyətinə  keçməsi  qorxaqlıq,  çəkinmək  kimi  hisslərin,  donub 
qalma,  tutulma  kimi  halətlərin  əmələ  gəlməsinin  əsasını  təşkil 
edir. 
Dinamik  stereotipin  yaranması  və  ya  pozulması  hisslərin 
əmələ  gəlməsində  mühüm  rol  oynayır.  Əgər  qıcıqlayıcı  müəy-
yən  ardıcıllıqla  təsir  edirsə,  beynimizdə  həmin  ardıcıllıqla 
müvəqqəti  sinir  rabitələri  əmələ  gəlib  möhkəmlənir.  Belə  möh-
kəmlənmiş  rabitələr  insanın  cisim  və  hadisələrə  bəslədiyi 
münasibətin  əsasını  təşkil  edir.  Həmin  sistemdə  olan  hər  hansı 
dəyişiklik  bizdə-sevinc,  kədər,  ümidsizlik,  şənlik  və  s.  hissləri 
əmələ  gətirir.  Deməli,  müəyyən  dinamik  sterotiplərin  əmə-lə 
gəlməsi  və  ya  pozulması  ilə  əlaqədar  olan  sinir  prosesləri 
hisslərin fizioloji əsasını təşkil edir. 
İkinci  siqnal  sistemi  inşan  hisslərinin  yaranmasında  və 
tənzim  edilməsində  mühüm  rol  oynayır.  Bununla  da  beyin  qa-
bığı  bədəndə  baş  verən  bütün  prosesləri  öz  nəzarəti  altında 
saxlayır.  Söz  qacıqlandırıcılarının  vasitəsilə  başqa  şəxslərin 
daxili aləminə təsir etmək, onlarda müxtəlif emosional vəziyyət, 
hisslər yaratmaq mümkün olur. 
Bədəndə  olan  müəyyən  üzvi  dəyişikliklər  müxtəlif  hisslərin 
yaranmasına  səbəb  olur.  Belə  dəyişikliklərlə  insanda  hisslərin 
xarici  ifadəsini  müəyyən  etmək  mümkündür.  Bu  vaxt  müəyyən 
hisslərin  əmələ  gəlməsi  ilə  əlaqədar  insanda  tənəffüs  sürəti 
dəyişir,  qan  damarları  ya  genişlənir  (üz  dartılır)  ya  da  büzülür 
(rəng  ağarır),  qan  təzyiqi  artıb-azala  bilir.  İnsanın  mimikasında 
(üzün  ifadəli  hərəkətlərinə),  səsin  intonasiya  və  tembrinə  əsa-
sən, onun nə kimi hisslər keçirdiyini təyin etmək mümkündür. 
 
29 


Böyük sənətkarlar da insanın daxili aləmini əks etdirərkən, hissləri 
mühüm  vasitə  saymışlar:  məsələn,  L.N.Tolstoy  hissi  vəziyyətdən 
asılı  olaraq  gözlərin  ifadəsinin  85,  gülüşün  isə  97  təsvirini 
vermişdir.  Dodaq,  göz  və  qaşların  müxtəlif  vəziyyətə  düşməsinə 
əsasən insanın nə kimi hisslər keçirdiyini asanlıqla müəyyən etmək 
olar. 
Hisslər  insanın  nitqində də  ifadə olunur.
1
  Hissi  nitq  vasitəsilə 
ifadə  etməyi  bacarmaq  lazımdır.  Burada  ifadələrin  düzgün 
seçilməsi,  hissləri  doğuran  şəraitin  obrazlı  təsviri,  sözlərin  xüsusi 
şəkildə  tələffüzü,  mimika  və  pantomimikanın  nitqin  məzmuna, 
ahənginə  uyğun  gəlməsi  də  vacibdir.  Buraya  intonasiya,  danışıq 
sürəti, vurğunun yerində işlədilməsi və s. daxildir. Hisslərin nitqdə 
ifadəsi  üçün  danışığın  ifadəli  hərəkətlərlə  müşayiət  edilməsi 
zəruridir. 
Deyilənləri  ümumiləşdirsək  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 
insan  hisslərinin  əsas  mənbəyi  ictimai  həyatdır,  insanlar  arasında 
olan  qarşılıqlı  münasibətdir,  cəmiyyətdə  olan  birgəyaşayış 
qaydalarının  gözlənilməsidir.  Bu  mənada  insan  hissləri  heyvani 
hisslərdən  tamamilə  fərqlənir.  İnsanın  üzvi  tələbatlarının 
ödənilməsi  ilə  bağlı  hisləri  heyvanların  emosiyalarından  xeyli 
fərqlənir. 
Emosiya  sadə  hissi  hal  olub,  əsasən  üzvi  tələbatların  (yemək 
su,  təmiz  hava  və  s.)  ödənilməsi  ilə  əlaqədardır.  Belə  tələbatların 
ödənilməsi  ilə  əlaqədar  heyvanlarda  da  müəyyən  emosiyalar  baş 
qaldırır. Məsələn, heyvan öz balasını itirdikdə qəmgin olur, ağlayır 
və  s.  Əlbəttə,  insanın  sadə  tələbatlarının  ödənilməsi  ilə  bağlı 
emosiyalar,  heyvanlarda  nəzərə  çarpan  emosiyalardan  mahiyyət 
e'tibarilə  fərqlənir.  İnsan  heyvandan  yalnız  ağlı,  iradəsi  ilə  deyil, 
eyni  zamanda  hissi  ilə  də  fərqlənir.  insan  şüurlu,  ictimai  varlıq 
olduğuna  görə,  onun  hissləri  də  ictimai  münasibətlərlə  bağlıdır. 
İnsanın  varlığı  ictimai  mahiyyət  kəsb  etməklə,  həyat  şəraiti,  şüur 
tərzi dəyişildikcə, onun  hissləri də dəyişərək  yeni  əxlaqi  məzmun 
kəsb edir. Belə hisslər heyvanlarda ola bilməz. 
 
 
1
 Bayramov Ə.S. , Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər Uçün 
dərslik. Bakı. Maarif, 1989, s. 132-133. 
30 
 


 
Biz  qeyd  etdik  ki,  insanın  fəaliyyəti  hisslərlə  üzvi  surətdə 
bağlıdır.  Burada,  birinci-insan  hisləri  müəyyən  fəaliyyətin  nəti-
cəsində  törəyib  cərəyan  edir;  ikinci-hisslər  fəaliyyətin  motivi 
kimi, insanı hər hansı fəaliyyətə təhrik də edə bilər, yaxud onu hər 
hansı  fəaliyyətdən  çəkindirə  də  bilər.  Bu  cəhətdən  hisslər  fəal 
(sfenik)  qeyri-fəal (astenik) olmaqla iki qrupa bölünürlər. 
Orqanizmin  həyat  fəaliyyətini  yüksəldən,  onun  qüvvəsini 
artıran,  fəaliyyətə  təhrik  edən  hisslər  fəal  və  ya  sfenik  hisslər 
adlanır. Məsələn, sevinc hissi, qan damarlarını genişləndirir, beyni 
qanla yaxşı təchiz edir, adam yorğunluq hiss etmir, zehni və fiziki 
əmək qabiliyyəti yüksəlir. 
Astenik  hisslər  isə  əksinə,  orqanizimn  həyat  fəaliyyətini 
zəiflədir, enerjini azaldır: məsələn, insan kədərləndikdə onun qan 
damarları büzülür, sifəti ağarır, beyinə qan az gedir, insan özünü 
əzgin hiss edir, onun zehni və fiziki fəaliyyəti zəifləyir və s. 
Ancaq  hissləri  iki  qrupa  bölmək,  onların  arasından  sədd 
çəkmək  də  doğru  deyildir.  Çünki  eyni  bir  hiss  şəraitlə  əlaqədar 
gah  stenik,  gah  da  astenik  də  ola  bilər:  məsələn,  qorxu  hissi 
birinin əl-qolunu bağlayır, digəri isə həmin təsir altında igidlik də 
göstərə bilər və s. 
İnsan  hisslərin təsiri altında  bu  və  ya digər cismə, yaxud  ha-
disəyə  ya  müsbət,  ya  da  mənfi  münasibət  bəsləyə  bilər.  Bu  cə-
hətdən  insan  hissləri  həmişə  bir-birinin  əksi  olur.  Bu,  hisslərin 
qütbülüyü adlanır. Məsələn, sevinc-kədər, məhəbbət-nifrət və s. 
 
 
Hisslərin keçirilməsi formaları. Ali hisslər 
Müasir  psixologiyada  insanda  baş  verən  emosional  halların 
öyrənilməsinə  böyük  əhəmiyyət  verilir.  Çünki  emosional  hallar, 
günlərlə,  bəzən  həftələrlə  davam  edir,  onun  tək  əmək 
məhsuldarlığına  deyil,  həm  də  psixi  sağlamlığına  da  təsir  gö-
stərir. Bu halların bəziləri ilə tanış olaq. 
 
31


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə