CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.

səhifə12/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 
münasibətdən  doğan  müqəddəs  ideya  və  vəzifə  hissi  olmaqla 
ancaq insan qəlbində yaşayır. 
İnsanın  estetik  hisslərinin  ilk  mənbəyi  təbiətin  gözəlliyidir. 
Bundan sonra insana gözəllik hisslərini təlqin edən, həmin təbiəti 
obrazlarla  əks  etdirən  bədii  ədəbiyyat,  incəsənət  əsərləri  və 
musiqidir. İnsanın özünün hərəkət və rəftarları da bu və ya digər 
estetik hiss doğura bilər. Bir çox mütəfəkkirlər insan gözəlliyinə 
böyük  qiymət  vermişlər.  "İnsan  dünyanın  əşrəfidir"  deyən  dahi 
Nizami "İnsanı daima inkişaf edən təbiətin son əsəri" hesab edən 
Höte, "Yer üzərində ən böyük gözəllik insan gözəlliyidir" deyən 
Pestalotsi bu fikrə təsadüfən gəlməmişdir. 
N.Q.Çernışevski  göstrəir  ki,  biz  ən  gözəl  şeyi  təmənnasız 
olaraq  sevirik,  ondan  zövq  alırıq,  onu  bizə  əziz  olan  bir  adam 
kimi  sevirik. Gözəllikdə  nə  isə  bizim  qəlbimizə  yaxın  əziz olan 
bir şey var. 
Bizim  maddi  tələbatlarımızın  ödənilməsində  estetik  hisslər 
iştirak  etmir.  Onlar  bizim  aclığımızı,  susuzluğumuzu  təmin 
etməyə, yaxud, həyatımızı mühafizə etməyə yönəlir. Lakin bədii 
əsərdən,  gözəl  musiqidən  alınan  estetik  zövq,  bəzən  insanın 
aclığını, susuzluğunu unutdurur. 
İnsanın  estetik  hisslərinə  həm  əxlaqi  hisslər,  həm  də  onun 
dünyagörüşü,  həm  də  yaşadığı  ictimai  şərait  təsir  edir.  Bu 
cəhətdən də gözəllik haqqında insanların meyarı başqa-baqa olur. 
Zehni  hisslər.  Zehni  hisslər  insanın  idrak  fəaliyyəti  ilə 
əlaqədar  olan,  onu  ətraf  aləmi  dəha  dərindən  və  ətraflı  dərk 
etməyə  yönəldən  mürəkkəb  hisslərdir.  Həmin  hisslər  təlim 
prosesində, elmi axtarışlar, eləcə də incəsənətin müxtəlif növləri 
üzrə  yaradıcı  fəaliyyət  zamanı  meydana  çıxır.  İnsan  təbiətin, 
cəmiyyətin sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi 
onda  müxtəlif  hisslər  doğurur.  Bu  hisslər  hər  hansı  nəzəri  və 
əməli məsələnin həlli ilə əlaqədar olur. 
Qədim yunan filosofları Platon və Aristotelin fikrincə, hər cür 
fəlsəfənin  başlanğıcı  təəccübdür.  Onların  bu  sözünün  nə  qədər 
böyük idrak əhəmiyyəti vardır. Çünki insan təəccüb- 
 
 
35 


ləndikcə onu ciddi axtarışa təhrik edən, mühüm zehni hiss, şübhə 
hissi yaranır. 
 
İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət 
Müasir  dövrdə  ünsiyyətin  psixologiyasında  ünsiyyətə  belə 
tə'rif  verilmişdir:  "İki  və  daha  çox  adamın  münasibətləri  aydın-
laşdırmaq  və  ümumi  nəticə  əldə  etmək  məqsədilə  öz  səylərini 
əlaqələndirməyə  və  birləşdirməyə  yönəldilmiş  qarşılıqlı  təsirinə 
ünsiyyət deyilir".
1 
L.S.Vıqotski  ünsiyyət  tələbatına  uşağın  psixi  inkişafının  əsas 
və  hərəkətverici  qüvvəsi  kimi  xüsusi  əhəmiyyət  verirdi.  O, 
göstərirdi  ki,  uşağın  xarici  aləmə  hətta  ən  sadə  münasibəti  də 
başqa adama münasibət vasitəsilə əks olunur. 
Məzmun və məqsədindən asılı olaraq ünsiyyəti bir neçə növə 
bölmək  olar.  Məzmununa  görə  o  maddi  kimi  təqdim  oluna  bilər 
(ərzaq  və  əşyanın  dəyişdirilməsi);  koqnitiv  (bilik  münasibəti); 
motivasiyalı  (hiss,  məqsəd,  maraq  və  motiv  tələbatları); 
fəaliyyətlə əlaqəli (bilik, bacarıq və vərdişlər mübadiləsi) və s. 
Ünsiyyət və fəaliyyət arasında fərqlər vardır. Belə ki, ünsiyyət 
nəticəsində  insanlar  bir-birlərinə  təsir  edir.  Fəaliyyət  nəticəsində 
isə insanın intellektual, aktiv inkişaf forması onun şəxsiyyət kimi 
formalaşmasında  ifadə  olunur.  Fəaliyyət  də  ünsiyyət  kimi 
şəxsiyyətin intellektual inkişafında iştirak edir. 
İnsanların  qarşılıqlı  münasibətləri  bir-biri  idə  bağlı  olsa  da, 
onalrı  ünsiyyətlə  eyniləşdirmək  olmaz.  Çünki  ünsiyyət  insanların 
birgə  həyat  fəaliyyəti  ilə  şərtlənir.  Qarşılıqlı  münasibətlər 
ünsiyyətin məzmununa təsir göstərə bilir. Qarşılıqlı münasibətlər: 
a)  formal  (rəsmi);  b)  qeyri-formal  (qeyri  rəsmi);  formada  həyata 
keçirilir. 
Formal  qarşılıqlı  münasibətlər  fəaliyyətin  normativ  cəhət-
lərini əks etdirir və işgüzar münasibətlərdə ifadə olunur. Mə- 
 
1
  Ə.Bayramov  Ə.S.  .  Əlizadə  Ə.Ə  Psixologiya.  Ali  məktəblər 
üçün dərslik. Bakı, Maarif'. 1989. s. 441. 
 
36 


sələn,  məktəblərdə  "direktor-müəllim"  tipli  münasibət  formal 
qarlışıqlı  münasibətə  misal  ola  bilər.  Onların  qarşılıqlı  münasi-
bətləri rəsmi xarakter daşıyır, inzibati-hüquqi qaydalarda tənzim 
olunur. 
Qeyri-formal  qarşılıqlı  münasibətlər  isə  heç  kəs  tərəfindən 
müəyyən edilmir, psixoloji cəhətdən əlverişli şərait olduqda öz- 
özünə  yaranır. Burada qarşılıqlı  münasibətin (ər-arvad,  iki dost, 
iki  yoldaş,  iki  tanış  və  s.)  xarakterindən  asılı  olaraq  müəyyən 
psixoloji  məsafə  gözlənilir.  Məsələn,  ər-arvad  qarşılıqlı 
münasibəti  üçün  məqbul  hesab  edilən  rəftar  tərzi,  ünsiyyət 
forması,  eyni  qrupda  təhsil  alan  oğlan  və  qızın  qarşılıqlı 
münasibətlərində  qəbul  olunmur.  Onların  pozulması,  adətən 
əxlaqi meyarlarla qiymətləndirilir. 
Bir  çox  psixoloqlar  (Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə,  M.Ə. 
Həmzəyev,  Ə.Qədirov  və  s.)  ünsiyyət  mədəniyyətinin  əhəmiy-
yətini  xüsusi  qeyd  edirlər.  Ünsiyyət  mədəniyyəti  insan  müna-
sibətlərinin  daxili  gözəlliyində  öz  əkisni  tapır.  Nəzakətlilik, 
təmkinlilik,  mehribanlıq,  xeyirxahlıq,  tərəf-müqabili  dinləmək 
bacarığı  və  başa  düşmək  arzusu,  onun  zövqünə,  fikirlərinə, 
ovqatına  hörmətlə  yanaşmaq,  sevinc  və  kədərini  anlamaq, 
dərdinə  şərik  olmaq-bütün  bunlar  ünsiyyət  münasibət  və  qay-
dalarını mənimsəmək üçün ilkin vacib şərtlərdəndir. 
 
Seminar məşğələlərinə hazırlaşmaq üçün mövzular 
1.
 
Psixologiya elminin predmeti. 
2.
 
Psixoloji təlimlər tarixi. 
3.
 
Psixologiyanın tədqiqat metodları. 
4.
 
İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri. 
5.
 
Şəxsiyyət və fəaliyyət. 
6.
 
Şəxsiyytəin  formalaşması  və  inkişafının  hərəkətverici  mexa-
nizmləri. 
7.
 
Tələbatlar  şəxsiyyətin  fəallığının  mənbəyi  kimi.  Tələbatların 
növləri. 
8.
 
Şəxsiyyətin motivasiya sahəsi və maraqlarin formalaşması. 
9.
 
İradə haqqında anlayış. 
37 
 


: Uploads -> Ebooks
Ebooks -> Annotasiya
Ebooks -> Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil
Ebooks -> Mövzu 3. MÜAsir döVRÜn sosial- qlobal problemləRI. saat plan
Ebooks -> Pedaqogika. Əlizadə Nigar. Qrup 203
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər


Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə