CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

bəzi  növ  duyğular  (məsələn,  ağrı,  dadbilmə  oynaq-əzələ  və  s.) 
həm xarici , həm də daxili duyğular hesab olunur. 
Bizi  əhatə  edən  aləm  çox  mürəkkəbdir.  Ona  görə  də  hə-min 
aləmi əks etdirən hiss üzvlərimiz hər hansı hadisəyə qarşı az və ya 
çox dərəcədə  həssas ola  bilər,  başqa sözlə desək, həmin  hadisəni 
az  və  ya  çox  dəqiqliklə  əks  etdirə  bilər.  Deməli,  hiss  üzvlərinin 
həssaslığı  müəyyən  şəraitdə  duyğu  yaratmağa  qabil  olan  ən  az 
qıcıqla  müəyyən  edilir.  Hər  hansı  qıcıqlandırıcıların  güclə 
seçiləcək  duyğu  yaradan  ən  kiçik  qüvvəsi  həssaslığın  aşağı 
mütləq həddi adlanır. 
Həmin  həddən  aşağı  olan  qıcıqlar  duyğu  yaratmaq  və  onlar 
haqqında olan siqnallar baş beyin qabığına ötürülür. Beyin qabığı 
orqanizm  üçün  vacib  olan  impulslar  qəbul  edir,  qalanları  isə 
saxlayır.  Vəziyyətin  bu  cəhəti  bioloji  cəhətdən  məqsədə-
müvafıqdir.  Heç  bir  orqanizmin  baş  beyin  yarımkürələri  qabığı 
ətrafda  baş  verənləri  eyni  şəkildə  qavrayaraq  ona  qarşı  reaksiya 
vermir. Əgər bu hal olsaydı onda orqanizm məhv olardı. Ona görə 
də  baş  beyin  yarımkürələri  qabığı  orqanizmin  keşiyində  duraraq 
onu gərəksiz reaksiyalardan xilas edir. 
Dərslik  ədəbiyyatında  göstərilir  ki,  duyğuların  aşağı  həddi 
müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini müəyyən edir.
1
 
Belə  ki,  mütləq  həssaslığın  mütləq  hədd  kəmiyyəti  arasında  tərs 
mütənasiblik mövcuddur. Yəni hədd kəmiyyəti nə qədər az olarsa, 
analizatorun  mütləq  həssaslığı  bir  o  qədər  yüksək  olur.  Məsələn, 
müvafiq  iyli  maddələrə  qarşı  iybilmə  hüceyrələrinin  həddi  8 
molekuldan artıq olmur. Amma dad-bilmə duyğularının yaranması 
üçün iybilmə duyğularından fərqli olaraq, ən azı 25000 dəfə artıq 
molekul tələb olunur. 
S.İ.Vavilovun  təcrübəsinə  əsasən  demək  olar  ki,  görmə  və 
eşitmə  analizatorlarının  həssaslığı  olduqca  yüksəkdir.  Belə  ki, 
insan gözü torlu qişaya təsir edən 2-8 kvant şüa enerjisini görməyə 
qabildir. Bu o deməkdir ki, biz tam qaranlıqda yanan şamı 27 km 
qədər məsafədən görə bilərik. Bununla belə, biz 
 
1
  Ümumi  psixologiya.  Prof.  A.  V.Petrovskinin  red.  ilə.  Bakı. 
"Maarif' 1982, s. 251-258. 
44 


 
toxunmanı  duymağımız  üçün,  görmə  və  eşitmə  duyğularından 
fərqli olaraq 100-10.000.000-dəfə çox enerji tələb olunur. 
Həssaslığın aşağı duyğu həddi ilə yanaşı, yuxarı duyğu həddi 
də vardır. Təsir edən qıcıqlandırıcıya müvafiq duyğu yaratmaqda 
ən  yüksək  qıcıq  qüvvəsinə  həssaslığın  yuxarı  mütləq  həddi 
deyilir. Əgər reseptorlarımıza təsir edən qıcıqlandırıcının qüvvəsi 
həmin həddi keçirsə, yalnız ağrı duyğusu yaranır. 
Biz  hiss  üzvlərimizin  köməyi  ilə  hər  hansı  qıcıqlandırıcının 
olmasını müəyyən etmirik, eyni zamanda həmin qıcıqlan-dırıcıları 
qüvvə və kəmiyyətinə görə də bir-birindən fərqlən-diririk. Alman 
fizioloqu E.Veber (1795-1878) fərqləndirmə həssaslığının mütləq 
deyil,  nisbi  xarakter daşıdığını  müəyyən  etmişdir.Bu o demekdir 
ki,əlavəqıcıqlandırıcının əsas olana nisbəti daimi kəmiyyətə malik 
olmalıdır. Məsələn, əgər əlimizdə 100 qram ağırlığında yük varsa, 
onun artdığını duymaq üçün ən azı 3,4 qram artırılması zəruridir. 
Əgər  yükün  ağırlığı  1000  qram  olarsa  güclə  duyulacaq  fərqlin 
meydana  gəlməsi  üçün  33,3  qrama  qədər  yük  əlavə  etmək 
lazımdır. 
Fərqləndirmə həddi müəyyən analizator üçün daimi olan fərq 
kəmiyyəti ilə xarakterizə olunur. Görmə analizatoru üçün 
bu təxminən 
100
1 ə eşitmə, üçün 
10
1 ə, toxunma üçün 
30
1 ə 
 
 
bərabərdir. 
Alman  fiziki  Q.  Fexner  (1801-1887)  Veberin  eksperimental 
məlumatlarından  çıxış  edərək  duyğunun  intensivliyinin  qıcığın 
qüvvəsindən asılılığını aşağıdakı düsturla ifadə etmişdir. 
S= KLql+C 
Burada  S-  duyğunun  intensivliyi,  /  -qıcığın  qüwəsi,  K  və  C  -
sabitliyi göstərir. 
Əsas  psixofiziki  qanun  adlanan  bu  Veber-Fexner  qanununa 
görə,  duyğunun  intensivliyi  qıcıqlandırıcının  qüvvəsinin 
loqarifminə mütənasibdir. Başqa sözlə, qıcığın qüvvəsi hən- 
45 


 
dəsi  silsilə  ilə  artdıqda,  duyğunun  intensivliyi  ədədi  silsilə  ilə 
artır.
1 
Adaptasiya.  Adaptasiya  və  ya  alışma,  qıcıqlandırıcının  tə-
sirindən  asılı  olaraq,  hiss  üzvlərinin  həssaslığının  dəyişməsindən 
ibarətdir.
2 
1.
 
Adaptasiya qıcıqlandıcının fasiləsiz olaraq təsiri prosesində 
duyğunun  tamamilə  yox  olması  kimi  özünü  göstərir.  Məsələn, 
dərinin  üzərində  dayanan  yüngül  yükün  təsiri  az  vaxtdan  sonra 
duyulmur.  Xoşagəlməz  qoxu,  müəyyən  müddət  keçdikdən  sonra 
hiss olunmur. 
2.
 
Güclü  qıcıqlandırıcının  təsiri  nəticəsində  duyğuların  küt-
ləşməsi baş verir. Məsələn, əlimizi soyuq suya saldıqda duyğunun 
intensivliyi zəifləyir. Qaranlıq otaqdan gur işıqlı otağa çıxdıqda və 
ya  əksinə  olduqda  əvvəlcə  heç  nə  görmürük.  Sonra  gözümüz 
şəraitə alışır, əşyaları seçməyə başlayırıq. 
3.
 
Zəif  qıcıqlandırıcının  təsiri  altında  həssaslığın  artması  da 
adaptasiya  adlanır.  Bu  cür  adaptasiyanı  pozitiv  adaptasiya 
adlandırırlar. Məsələn, qaranlıqda qalarkən gözün həssaslığı artır. 
Eşitmə  adatasiyasının  analoji  forması  sakitliyə  alışmaqdan 
ibarətdir. 
Adaptasiya hadisəsi analizatorların mərkəzi şöbələrində gedən 
proseslərlə  izah  olunur.  Uzunmuddətli  qıcıqlanma  zamanı  baş 
beyin  qabığında  həssaslığın  zəifləməsinə  daxili  ləngimə  səbəb 
olur. Ləngimənin  inkişafı, digər ocaqlarda güclü  oyanma  yaradır, 
bu da yeni şəraitdə həssaslığın artmasına səbəb olur. 
Adaptasiya  bir  sıra  duyğularda-görmə,  iy,  toxunma  və  tem-
peraturda qüvvətli, bəzilərində isə-eşitmə və ağrı duyğularında zəif 
olur.  Tədqiqatlar  əsasında  müəyyən  edilmişdir  ki,  işıqlı  otaqdan 
qaranlıq  otağa  keçərkən  və  orada  bir  saat  qaldıqdan  sonra  görmə 
analizatorunun həssaslığı 200 min dəfə artır
Qeyd  etmək  lazımdır  ki,  tək  resoptorun  adaptasiya  səviyyəsi 
deyil, duyğuların intensivliyi başqa qıcıqlandırıcılardan da 
 
 
1
Ümumipsixologiva.  Prof.  A.  V.Petrovskinin  red.  ilə.  Bakı. 
"Maarif' 1982, s. 254. 
2
 Yenə orada. s. 254-256. 
46 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə