CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 
ki, cisim və hadisələr hər iki halda hiss üzvlərinə təsir edir, hər 
iki halda real gerçəkliyin subyektiv surətidir. 
Göründüyü  kimi  bunlar  mexanizm  etibarilə  bir-birinə  ta-
mamilə  yaxındır.  Belə  ki,  istər  duyğu,  istərsə  də  qavrayış  pro-
sesində analizatorun (duyğunun əmələ gəlməsi üçün zəruri olan 
anatomik-fizioloji  cihazın)  fəaliyyət  halına  gəlməsi  zəruridir. 
Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar 
əks etdirilə bilməz. 
Məlumdur  ki,  filogenezdə  analizator  ancaq  uyğunlaşdığı 
xassəni  əks  etdiir.  Duyğunun  bu  xüsusiyyəti  elmdə  mono-
modallıq  adlanır  və  onu  qavrayışdan  fərqləndirir.  Analizatorun 
strukturuna  nəzər  salsaq  görərik  ki,  o,  reseptor,  afferent  və 
efferent sinirlər olmaqla üç hissədən ibarətdir. Bu hissələr vahid 
bir  tam  kimi  işləyir.  Onun  normal  fəaliyyəti  duyğu  ilə  qav-
rayışın əmələ gəlməsi üçün mühüm şərtdir. 
Duyğularla  müqayisədə  qavrayış  surətləri  bir  neçə  anali-
zatorun  iştirakı  ilə  baş  verdiyinə  görə  nolimodallı  olur.  Yəni 
qavrayış  prosesində  müxtəlif  analizatorlar  arasında  yaranan 
əlaqələr  durur.  Duyğularda  cismin  müəyyən  keyfiyyətləri  əks 
olunur.  Qavrayış  sayəsində  isə  əşyalar  tam  şəkildə  əks  olunur, 
çünki  duyğularda  əks  olunan  ayrı-ayrı  keyfiyyətlərin  hamısı 
burada  qavrayış  surətlərinin  tərkibinə  daxil  olur.  Əgər  qı-
cıqlandırıcıların  kəmiyyət  və  keyfiyyət  tərkibinə  nəzər  salsaq, 
görərik ki, duyğularda onların hər ikisi qıcıqlayıcının intensivliy-
ini  əks  etdirir.  Əksinə  qavrayış  surətləri  intensivlik  xassəsinə 
malik olmur. Məsələn, ağrı orqanizmin müəyyən hisəssi ilə bağlı 
olur. Qavrayışda  isə  belə  məhdudluq olmur. Duyğu surətlərinin 
yaranmasında  emosionallıq  üstün  rol  oynayır,  qavrayışda  isə 
əksinə, əşya hissi deyil, cismin surəti şəklində yaranır. 
Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, 
qavrayış  ətraf  aləm  haqqında  duyğularla  müqayisədə  daha 
mükəmməl və dolğun məlumat verir. 
Qavrayış  prosesində,  nitq,  hafazə,  təfəkkür  və  s.  idrak 
prosesləri  iştirak  etdiyinə  görə  o  daha  mürəkkəb  idrak  pro-
sesidir. Burada insanın keçmiş təcrübəsi də iştirak edir. Odur 
 
41 


ki, əgər qavrama üçün şərait dəyişərsə belə, qavrayışın tamlığı və 
sabitliyi  itmir.  Məsələn,  cisim  uzaqlaşır,  onun  təsviri  gözümüzdə 
kiçilir, lakin biz həmin cismi malik olduğu böyüklükdə qavrayırıq. 
Belə sabitlik əsasında biz cisimləri müxtəlif cür qavrayırıq. Bunun 
da  çox  böyük  idrak  əhəmiyyəti  vardır.  Biz  qeyd  etdik  ki, 
qavrayışda  insanların  keçmiş  təcrübəsi  də  iştirak  edir  ki,  bu  da 
onun mə'nalı olmasına təsir edir. 
Yəni  insanın  keçmiş  həyatı  təcrübəsi,  biliyi  hər  hansı  hadisə 
haqqında  nəticə  çıxarmağa  kömək  edir.  Bütün  bünlarla  yanaşı 
qavrayış prosesində insanın dünyagörüşü, maraq, meyli emosional 
vəziyyəti  də  mühüm  rol  oynayır.  Çünki  eyni  vaxtda  insana 
müxtəlif  cisim  və  hadisələr  təsir  edir.  İnsan  onların  hamısını 
qavraya  bilməz.  Onlardan  yalnız  ən  əhəmiyyətli  hesab  ediləni 
ayırd edilir və qavranılır. 
Appersepsiya.  Appersepsiya (latınca ar ad+perseptiq qavrayış 
deməkdir)  -  qavrayışın  insanın  keçmiş  təcrübəsindən,  psixi 
fəaliyyətinin  ümumi  məzmunundan  və  fərdi  xüsusiyyətlərindən 
asılı olmasına deyilir. 
Aparılan  tədqiqatlar  sayəsində  müəyyən  edilmişdir  ki,  qav-
rayış təkcə qıcıqlandırıcılardan deyil, qavrayan subyektin özündən 
də  asılıdır.  İnsan  şəxsiyyətinin  xüsusiyyəti,  onun  qavranılan 
obyektə  münasibəti  arzu  və  hissləri,  maraq  və  tələbatları 
qavrayışda  özünü  göstərir.  Ona  görə  də  eyni  cisim  təbii  olaraq 
müxtəlif adamlar tərəfindən  müxtəlif cür qavranıla və  yada salına 
bilər. 
Qavrayış  subyektin  keçmiş  təcrübəsindən  də  asılıdır.  Yəni 
insanın təcrübəsi nə qədər zəngin olarsa, biliyi nə qədər çox olarsa, 
onun  qavrayşı  da  bir  o  qədər  zəngin  olar.  Fəaliyyətin  motivi, 
məqsədi, qavrayışın insan qarşısında duran məzmun və məqsədi ilə 
təyin  olunur.  Məsələn,  konsert  zamanı,  müğənninin  səsi  ön  plana 
çıxır və qavrayışın obyektinə çevrilir, yerdə qalanlar isə qavrayışın 
fonu olur. 
Qavrayış  prosesində  emosiyalar  da  iştirak  edir  və  bu  zaman 
qavrayışın məzmunu dəyişə bilir. Emosional reaksi- 
 
42


yaların  qavrayış  prosesində  mühüm  rol  oynaması  bir  sıra  ek-
sperimentlərlə də təsdiq olunmuşdur.
1 
Beləliklə,  insanın  keçmiş  təcrübəsi,  emosional  vəziyyəti 
göstərir  ki,  qavrayış  idarə  edilməsi  mümkün  olan  fəal  bir  pro-
sesdir. 
 
 
Duyğuların təsnifatı və həsaslığın növləri.  
Adaptasiya. Sensibilizasiya. Sinesteziya. 
Duyğular  təsir  edən  qıcıqlandırıcıların  müvafiq  reseptorlara 
təsiri nəticəsində baş verdiyinə görə onları təsir etdiyi reseptorlara 
əsasən  təsnif  edirlər.  inikasın  xarakterinə  və  reseptorların 
yerləşdiyi yerə görə duyğular üç qrupa bölünür: 
1)
 
reseptorları  bədənin  səthində  yerləşən  və  xarici  mühitin 
cisim  və  hadisələrinin  xassələrini  əks  etdirən  eksteroseptiv 
duyğular; 
2)
 
reseptorları  daxili  üzvlərdə,  həmçinin  bədənin  toxuma-
larında  yerləşən  və  daxili  üzvlərin  vəziyyətini  əks  etdirən  inte-
roseptiv duyğular; 
3)
 
reseptorları  oynaq  və  əzələlərdə  yerləşən,  bədənimizin 
hərəkəti  və  vəziyyəti  haqqında  məlumat  verən  proprioreseptiv 
duyğular. 
Eksteroseptorları  iki  qrupa  bölmək  olar:  kontakt  və  distant 
reseptorlar.  Kontakt  reseptorlarda  qıcıqlanma  onlara  təsir  edən 
obyektlərlə  bilavasitə  təmas  zamanı  baş  verir.  Lamisə  (dəri)  və 
dadbilmə  reseptorları  bu  cür  reseptorlardır.  Distant  reseptorlar 
bizdən uzaqda olan obyektlərə qıcıqlanma reaksiyası verir; distant 
reseptorlara görmə, eşitmə və iybilmə daxildir. 
Qeyd  olunan  duyğuları,  müasir  elmi  araşdırmalar  nöqteyi 
nəzərindən  xarici  (eksteroseptorlar)  və  daxili  (interoseptorlar) 
növlərə bölünməsini düzgün hesab etmək olmaz. Çünki 
 
1
  Ümumipsixologiva.  Prof.  A.  V.Petrovskinin  red.  ilə.  Bakı. 
"Maarif' 1982. s. 266-263. 
43


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə