CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

olmaz.  Ancaq  təfəkkür  daha  mərəkkəb  psixi  prosesdir.  İnsanın 
gerçəkliyi tam dərk etməsi məhz təfəkkür sayəsində mümkün olur. 
Təfəkkürün  köməyilə  insanlar  bilavasitə  qavranılmayan  cisim  və 
hadisələri  də  dərk  edirlər:  məsələn.  atomun  tərkib  hissələrini 
bilavasitə  qavramaq  mümkün  deyildir.  Halbuki  insanlar  onu 
bilirlər.  Bu  vasitəli  bilikdir.  Deməli,  təfəkkür  varlığın  vasitəli 
inikasıdır. 
Varlığın  vasitəli  və  ümumiləşmiş  inikasınıdan  ibarət  olan 
təfəkkür, hissi idrakın materilları əsasında gələcəyi görmək imkanı 
verir. Onu da qeyd etmək lazımdır ki, təfəkkür nitqlə vəhdətdədir 
və  dil  materialları  əsasında  maddiləşir.  Çünki  ,  adam  öz-özünə 
fikirləşəndə də,  başqasının  fikrini  bilmək  istəyəndə də, öz fikrini 
izah  edəndə  də  mütləq  dildən  istifadə  edir.  Təfəkkür  prosesində 
bütün beyin qabığı iştirak edir, xüsusən də beyin qabığındakı nitq 
mərkəzləri  söz  siqnallarının  əks  etdirilməsində  mühüm  rol 
oynayır. 
Təfəkkürlə  nitq  vəhdətdədirlər,  lakin  onun  özü  deyildir.  Belə 
ki, bir fıkri ifadə etmək üçün adam müxtəlif dillərdən istifadə edə 
bilər. Nitqdən köhnə  sözlər çıxa  bilər. Lakin  fikrin  ifadə  forması 
dəyişilimr. 
Təfəkkür  də  şüur  kimi  ictimai-idraki  səciyyə  daşıyır.  Onun 
nəticələri  insanların  tarixi  təcrübələrində  öz  əksini  tapır.  Çünki 
insan  təfəkkürü  ilk  növbədə  cisim  və  hadisələrin  ümumi  və 
mühüm  əlamətlərini  əks  etdirir.  İnsanın  belə  bir  idrak  fəaliyyəti 
nəticələri təfəkkürün formalarında tətbiq olunur. 
Psixologiya elmi öyrənir ki, hansı fikir necə və nə üçün əmələ 
gəlir,  necə  inkişaf  edir.  Bütün  bu  suallara  cavabı  təfəkkür 
proseslərinin  cərəyanetmə  qanunauyğunluqları  verir.  Deməli, 
təfəkkürün  formaları  həm  də  psixologiyanın  tədqiqat  obyektidir. 
Təfəkkürün  aşağıdakı  formaları  vardır:  məfhum,  hökm,  əqli 
nəticə  və  ya  istidlal.  Cisim  və  hadisələrin  ümumi  və  mühüm 
əlamətlərinin  inikasından  ibarət olan təfəkkür  formasına  məfhum 
deyilir.  Dərslik  ədəbiyyatında  göstərildiyi  kimi  məfhum  həmişə 
sözlərdə  ifadə  olunur.  Onlar  isə  müxtəlifdir.  Ümumi,  fərdi, 
konkret məfhumlar vardır. 
 
65 
 


 
Cisim  və  hadisələrin  ümumi  və  mühüm  əlamətlərini  əks 
etdirən məfhumlar ümumi məfhum adlanır. Məsələn, bitki, şəhər, 
məktəb  və  s.  Cisim  və  hadisələrin  ümdə  xüsusiyyətlərini  əks 
etdirən  məfhumlar  fərdi  məfhum adlanır. Məsələn, şair Nizami, 
Göy göl və s. 
Gerçək  mövcud  olan  cisimlərin  mühüm  əlamətlərini  əks 
etdirən  məfhumlar  konkret  məfhum  adlanır.  Məsələn,  kitab, 
qələm, dəftər və s. 
Bəzən insan təfəkkürünün obyekti cisim və hadisələrin özləri 
deyil,  onların  xassələri  olur.  Bu  halda  həmin  xassələr  cismin 
özündən  təcrid  edilib,  müstəqil  düşünülə  bilər.  Bü  cür  yaranan 
məfhumlara  mücərrəd  məfhumlar  deyilir.  Məsələn,  yaxşılıq, 
pislik, xoşbəxtlik, səadət və s. 
Hökm, varlığın cisim və hadisələri arasında müəyyən əlaqə və 
münasibətin olub-olmadığını iqrar və ya inkar etməkdən ibarətdir. 
Ümumi, xüsusi və fərdi hökmlər vardır. "Bütün quşlar uçur" 
ümumi,  "Bəzi  quşlar  suda  üzür",  xüsusi  "Bu  quş  gözəldir"  isə 
fərdi hökmdür. 
Hökmlər iqrarı ilə inkari olur. "Təxəyyül insana məxsusdur" 
iqrarı. "Heyvanlarda şüur yoxdur" inkar hökmdür. 
Cisimdə hər hansı bir əlamətin iqrar və ya inkar edilmə sinin 
səciyyəsinə görə şərti, təqsimi və qəti hökmlər vardır. 
Hər hansı bir fikrin həqiqiliyi hökmdə söylənilmiş şərtlər dən 
asılıdırsa, bu, şərti hökm adlanır. Məsələn, əgər şagirc müntəzəm 
surətdə çalışarsa, dərslərindən geri qalmaz. 
Təqsimi  hökmlərdə  hər  hansı  cismə  aid  olan  bir  neçə 
xüsusiyyət iqrar və ya inkar edilir. Məsələn, "Akif ya birinci, ya 
ikinci, ya da üçüncü sinifdə oxuyur". 
Hökm cisimdə bu və ya başqa bir əlamətin olduğunu şərtsiz, 
danışıqsız  iqrar  və  ya  inkar  edirsə,  o  qəti  hökm  hesa  olunur. 
Məsələn "Bakı Xəzər dənizinin sahilində yerləşir" və s. 
İnsanlar  həmişə  öz  hökmlərinin  doğru  olub-olmaması 
yoxlamağa  çalışırlar.  Bu  cəhətdən  hökmlərin  mümkünlük, 
gerçəklik  zərurət növləri vardır. 
 
 
66


Mümkünlük  hökmündə,  cisimlə  onun  əlamət  və  keyfiyyəti 
arasındakı  əlaqə  ehtimal  kimi  başa  düşülür.  Məsələn,  Bu  gün 
bəlkə hava tutuldu, yağış yağdı." 
Gerçəklik  hökmü  cisim  və  hadisələrlə  onların  əlamətləri 
arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu, hökmün ən 
yüksək  forması  hesab  olunur.  Çünki  zərurət  hökmü  elmin  son 
sözünü  deyir.  Məsələn,  Ayda  həyat  yoxdur,  Yer  günəş  ətrafında 
fırlanır və s. 
Təfəkkürün formalarından biri də istidlal və ya əqli nəticədir. 
Qeyd  etdiyimiz  kimi,  hökmlər  doğru  və  yanlış  ola  bilər.  Bu  isə 
qavrayış  vasitəsilə  müəyyənləşdirilir.  Lakin  bir  çox  hallarda 
hökmün  doğru  və  yalnış  olmasını  müşahidə  yolu  ilə  müəyyən-
ləşdirmək  mümkün olmur, əqli əməliyyat  lazım gəlir ki, o sübut 
olunsun.  Deməli,  istidlal  obyektiv  aləm  hadisələrinin  məlum 
əlaqələri  əsasında  naməlum  əlaqələrini  bilməkdən  ibarət  olan 
təfəkkür formasıdır. 
Əqli  nəticənin  üç  növü  vardır:  induksiya,  deduksiya,  təşbih.
1
 
Ayrı-ayrı  faktlar,  hallar  üzərində  aparılan  müşahidələr  əsasında 
ümumi nəticə çıxarmaqdan ibarət olan, xüsusidən ümumiyə gedən 
əqli nəticəyə-induksiya deyilir. Məsələn, gümüş, qızıl, mis, dəmir 
və s. metallar yüksək temperaturda əriyir. 
Məlum olan ümumi  müddəaya əsasən  müəyyən  xüsusi  hallar 
haqqında  nəticə  çıxarmaqdan  ibarət  olan,  ümumidən  xüsusiyə 
gedən əqli nəticə-deduksiya adlanır. 
Təşbih  zamanı  hadisələr  arasında  olan  qismən  oxşarlıq 
əsasında  nəticə  çıxarılır.  Təşbih  xüsusidən-xüsusiyə  gedən 
istidlaldır. Təşbihi çox da etibarlı əqli nəticə hesab etmək olmaz. 
Çünki  onun  nəticəsi  bəzən  doğru,  bəzən  yalnış  olur.  Məsələn, 
Marsda  həyatın  olması  ehtimalını  irəli  sürürük.  Bu  nəticə  doğru 
da, yalnış da ola bilər. 
 
 
 
 
1
  Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə.  Psixologiya.  Ali  məktəblər  iiçün 
dərslik. Bakı, "Maarif', 1989.292-294. 
67 
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə