CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə25/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

dırmaq  üçün  onu  məhz  şəxsiyyət  baxımından  nəzərdən  keçirmək 
lazımdır. 
Psixologiyada yaradıcılıq bir proses kimi uzun müddət əsasən 
iki  yolla  öyrənilmişdir.  Birinci  yol  yazıçıların,  rəssamların, 
bəstəkarların,  alimlərin  və  b.  ayrı-ayrı  əsərlərinin  və  ya  su-
rətlərinin  yaradılmasına  aid  fıkir  və  mülahizələrini  öyrənməkdən 
ibarətdir. Onların sənətkarlıq məsələləri, xüsusilə əsər üzərində işi, 
yaratdıqları  surətlər  və  s.  haqqında  məktubları,  xatirələri  və  ya 
məqalələrində  bu  baxımdan  zəngin  materiallar  vardır.  Bundan 
başqa,  hər  bir  yazıçı, rəssam,  bəstəkar və  ya aktyor  müəyyən  bir 
əsər  və  ya  surət  üzərində  işləyərkən  müxtəlif  istiqamətlərdə 
yaradıcılıq  işi  aparır. Bu  materialların təhlili  hər hansı  bir surətin 
və ya əsərin yaradılması prosesini aydınlaşdırmaq, yazıçı, rəssam, 
bəstəkar 
və 
aktyorun 
təxəyyülünün 
xüsusiyyətlərini 
müəyyənləşdirmək 
baxımından 
maraqlıdır. 
Yaradıcılıq 
proseslərinin öyrənilməsinin ikinci yolu bundan ibarətdir. 
Beləliklə,  psixologiyada  yaradıcılıq  prosesləri  müxtəlif  isti-
qamətlərdə  öyrənilir.  Həmin  tədqiqatlar  təxəyyülün  xüsusiy-
yətlərini  aydınlaşdırmaq  üçün  xüsusi  əhəmiyyətə  malik  olan 
mühüm nəticələr çıxarmaq imkanı verir. Onlardan bəzilərini qeyd 
edək: 
a)
 
yaradıcılıq  mürəkkəb  prosesdir.  Hər  hansı  bir  surətin 
yaradılmasında  müxtəlif  psixi  proseslər  (qavrayış,  hafizə,  tə-
fəkkür,  təxəyyül,  nitq  və  s.  iştirak  edir.  Lakin  təxəyyül  həmişə 
digər psixi proseslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərsə də, yeni 
surətlərin yaradılması bilavasitə onun funksiyasına daxildir. 
b)
 
təxəyyül  fəaliyyət  prosesində  formalaşır.  O,  özünün  qu-
ruluşuna görə fəaliyyətin struktur xüsusiyyətlərini əks etdirir. Bu o 
deməkdir ki, fəaliyytəin hər bir sahəsinin öz xüsusiyyətəlri vardır. 
Ədəbi, musiqi, təsviri fəaliyyət sahələrini müqayisə etsək fikrimiz 
aydın olar. Həmin fəaliyyət sahələrindən hər birinin özünəməxsus 
xüsusiyyətləri,  ifadə  vasitələri  vardır.  Bundan  asıiı  olaraq  ədəbi 
fəaliyyətdə  təxəyyül  bir  xüsusiyyət,  təsviri  fəaliyyətdə  isə  başqa 
xüsusiyyət kəsb edir. 
 
74 


c)  yaradıcılıq  prosesində  insanda  özünü  aktuallaşdırma  tə-
ləbatı  formalaşır.  Görkəmli  yazıçılar,  alimlər  və  b.  bu  cəhətə 
həmişə  diqqət  yetirmiş,  əməksevərliyin  yaradıcı  fəaliyyət  sa-
həsində  də  böyük  əhəmiyyətə  malik  olduğunu  xüsusilə  qeyd 
etmişlər. 
ç) bütün psixi proseslər şəxsiyyət xarakteri daşıyır. Bu ümumi 
psixoloji  qanunauyğunluq  təxəyyüldə  xüsusilə  aydın  nəzərə 
çarpır. Çünki, insanın öz şəxsiyyətini  yaratdıbı surətlər vasitəsilə 
ifadə  etməsi  üçün  ən  optimal  şərait  məhz  yaradıcılıq  prosesində 
əmələ gəlir. 
Yeni  surətlərin  yaradılması  prosesində  mənlik  şüurunun 
funksiyaları çoxcəhətlidir. Onların  hamısı  şəxsiyyətin  yaradıcılıq 
prosesində  özünü  ifadə  etməsi,  özünü  aktuallaşdırması,  öz 
yaradıcılıq meyllərini həyata keçirmək üçün ideal və model-lərin 
seçilməsi ilə bağlıdır. Bu o deməkdir ki, şəxsiyyət amilini nəzərə 
almadan  təxəyyül  surətlərini  psixoloji  baxımdan  ətraflı  təhlil 
etmək olmaz. 
 
Seminar məşğələlərinə hazırlaşmaq üçün mövzular 
1.
 
İnsanın həyat və fəaliyyətində duyğuların rolu. 
2.
 
Duyğuların təsnifatı. 
3.
 
Analizatorların quruluşu. 
4.
 
Həssaslıq və onun ölçülməsi. 
5.
 
Adaptasiya hadisəsi. 
6.
 
Duyğuların qarşılıqlı təsiri, Sensibilizasiya. Sinesteziya. 
7.
 
Qavrayışın əsas xüsusiyyətləri. 
8.
 
Qavrayış prosesində appersepsiya. 
9.
 
Qavrayışın növləri.  
10.Diqqət psixi proses kimi.  
11.Diqqətin fizioloji mexanizmləri. 
12.Diqqətin növləri. 
13.Hafizə psixi proses kimi. 
14.Hafizənin növləri. 
15.Hafizə prosesləri. 
16.Təfəkkürün tərifi və əsas formaları. 
75 


17.Təfəkkürün növləri. 
18.Təxəyyül anlayışı.  
19.Təxəyyülün əsas növləri. 
20.Təxəyyül və yaradıcı fəaliyyət. 
 
Ədəbiyyat 
1.
 
Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər 
üçün dərslik. Bakı, Maarif, 1989, 540 s. 
2.
 
Ümumi  psixologiya.  Prof.  Petrovskinin  red.  ilə.  Bakı, 
Maarif, , 1982,495 s. 
3.  Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1986, 294 
s. 
4.
 
Qədirov  Ə.Ə.,  Xəlilov  N.Ə.  Yaş  psixologiyası.  Gəncə, 
1999, 391 s. 
5.
 
Bayramov  Ə.S.  Şagirdlərdə  əqli  keyfiyyətlərin  inkişaf 
xüsusiyyətləri. Bakı, 1967. 
6.
 
Əlizadə Ə.Ə. Şagirdlərdə təxəyyülün  inkişafı  və tərbiyəsi. 
Bakı, 1965. 
7.
 
Əlizadə  Ə.Ə.  Şagirdlərin  yaradıcı  fəaliyyətinin  psixo-
dogiyası, Bakı, 1968. 
8.  Məmmədov A.İ. Hafızə psixologiyası. Bakı, 1974. 
9.  Выготский  Л.С.,Мышление и  речь.Собр.Соч.т.2,Ю  M., 
1982. 
10.Лурия 
А.Р.Ошушения  и  восприятие.М.,  1975. 
(ошушения: 247-266. Bocnpиятие: 266-290. 
11.Флорес 
С. 
―Память‖ 
– 
П.Фресс.Ж.Пиаже. 
―Экспериментальная психология.M., 1973, c. 228. 
13.Н
ЕМОВ 
Р.С.П
СИХОЛОГИЯ
.
 
В
 
ТРЕХ  КНИГАХ

НИГА 
I.О
БЩИЕ ОСНОВЫ ПСИХОЛОГИИ
.
 
 M., 2001, 687 c. 
 
 
76 


ÜÇÜNCÜ HİSSƏ 
 
 
ŞƏXSİYYƏTİN PSİXOLOJİ XÜSUSİYYƏTƏLƏRİ 
 
 
Temperament anlayışı. Onun psixoloji və fizioloji 
əsasları 
 
Məlum  olduğu  kimi,  insan  dünyaya  hazır  şəxsiyyət  kimi 
gəlmir.  O,  tədricən  şəxsiyyət  kimi  formalaşır.  Lakin  şəxsiyyət 
olmazdan  əvvəl  onda  psixikanın  fərdi  psixoloji  xüsusiyyətləri 
özünü göstərir. Psixikanın bu xüsusiyyətləri çox davamlı və sabit 
xüsusiyyət olub, hər bir kəsdə müxtəlif olur. 
Temperament xassələri də insana irsən xas olan davamlı psixi 
xassələrdən  biridir.
1
  Deməli,  temperament  dedikdə  hər  şeydən 
əvvəl, psixikanın dinamikasına (cərəyanetmə xüsusiyyətlərinə) ilk 
növbədə  diqqət  yetirmək  lazımdır.  İnsanın  psixi  fəaliyyətinin 
dinamikasını  xarakterizə  edən  belə  təbii  xassələr  temperamentin 
xassələridir.  Psixi  fəaliyyətin  cərəyanı  dedikdə  1)  psixi 
proseslərin  əmələ  gəlmə  sur'əti  və  onların  davamlılığı;  2) 
psixikanın  tempi  və  ritmi;  3)  psixi  proseslərin  intensivliyi;  4) 
psixi fəaliyyətin müəyyən obyektlərə yönəlməsi nəzərdə tutulur. 
Psixi  fəaliyyətin  dinamikası  üçün  bu  deyilənlər  kifayət  dey-
ildir.  Buraya  əlavə  olaraq  motivləri  və  psixi  halları  daxil  etmək 
olar. Lakin  motiv  və psixi  hallardan  fərqli olaraq temperamentin 
xassələri  müxtəlif  fəaliyyət  növlərində  dəyişmir,  eyni  şəkildə 
təzahür  edir.  Beləliklə,  temperamentin  müxtəlif  şəraitdə  özünü 
büruzə  verməsi  onun  səciyyəvi  xüsusiyyətidir.  Temperament 
insanın  danışığında,  sevinc  və  kədərində,  başqa  insanlarla 
ünsiyyətdə,  işində,  istirahətində,  yerişində,  ətraf  hadisələrə 
reaksiyasında təzahür edir. Temperamentin xassələri insanın digər 
psixi xüsusiyyətlərinə nisbətən daha davamlı və sabitdir. 
 
 
1
 Ümutnipsixologiya. Prof. Petrovskinin red. ilə. Bakı, Maarif. , 
1982, 495 s. 
77 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə