CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə28/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   23   24   25   26   27   28   29   30   31

məti  (V.  Ştern),  ya  əsas  təhrikedici  qüvvələri  (L  Klaqes),  ya  da 
meyl  və  münasibətəlri  (A.F.  Lazurski)  kimi  şərh  olunmuşdur. 
Xarakterin  irsən  keçməsi  və  həyat  prosesində  qazanılması 
məsələsinin  şərhində  də  prinsipial  fikir  ayrılığı  vardır.  İ.Kantın 
(XVIII əsr) fikrincə xarakter temperamentdən fərqli olaraq, həyat 
prosesində  qazanılır.  Lakin  fiziki  xüsusiyyətəlri  şərh  edərkən 
Kant irsi və həyatda qazanılan xüsusiyyətləri bir-birindən ayırmır. 
Ribo  xarakteri  irsiyyətlə  şərtlənən  bir  hadisə  kimi  başa 
düşmüşdür. Malaper, Fulye və başqa alimlər xarak-terdə həm irsi, 
həm  də  həyatda  qazanılmış  xassələr  olduğunu  qeyd  etmişlər. 
Polan  xarakterin  tamamilə  həyat  şəraiti  ilə  müəyyən  edildiyini 
göstərmişdir.  Bu  iki  nöqteyi-nəzərin  mübarizəsi  indiyə  qədər  də 
davam edir. 
Hər bir xarakter əlaməti yalnız müvafiq tipik şəraitdə təzahür 
etdiyi  üçün,  onun  fizioloji  sinir  mexanizmlərinin  də  yalnız 
müvafiq  tipik,  təkrar  olunan  şəraitdə  təzahür  edəcəyini  güman 
etmək olar. 
Belə  fizioloji  mexanizmlərdən  biri  dinamik  stereotipidir
Dinamik  stereotip  dedikdə,  eyni  şəkildə  təkrar  olunan  qıcıq-
landırtcılar  sisteminin  təsirinə  cavab  olaraq  əmələ  gələn  şərti 
reflekslər  sistemi  nəzərdə  tutulur.  Dinamik  stereotipin  səciyyəvi 
əlaməti  orqanizmin  eyni  şərti  qıcıqlandırıcılara  şəraitdən  asılı 
olaraq,  müxtəlif  reaksiyalarla  cavab  verməsidir.  Bu  keçirilmə 
adlanır.  Əsasını  dinamik  stereotip  təşkil  edən  keçirilmənin 
mahiyyəti mərkəzi sinir sistemində şəraitdən asılı olaraq müxtəlif 
funksional halların yaranmasından ibarətdir. 
Xarakter  və  sinir  sisteminin  ümumi  tipinin  təzahürlərini 
müqayisə  etdikdə,  xarakter  əlamətlərinin  mənşəyini  başqa  bir 
fizioloji şəraiti də üzə çıxır. Mə'lum olmuşdur ki, sinir sisteminin 
ümumi  tipinin  əks  (zidd)  xassələrinə  psixoloji  cəhətdən  əks 
hərəkət  tərzi  uyğun  gəlir.  Məlumdur  ki,  sinir  sisteminin  ümumi 
tipi  həm  də  temperamentin  fizioloji  əsasını  təşkil  edir.  Buradan 
aydın olur ki, temperament və xarakter arasında sıx əlaqə vardır. 
Temperamentin  tipi  xarakterin  xüsusi  fərdi  əlamətlərinin 
mənşəyinin ən mühüm psixoloji şərtlərindən biridir. 
 
       85


Məlumdur  ki,  ikinci  siqnal  sistemi  xarakter  əlamətlərinin 
əsasını təşkil edən "keçirilmə" mexanizminin əmələ gəlməsin-
də  mühüm  rol  oynayır.İkinci  siqnal  sisteminin  birinci  siqnal 
sistemi üzərində üstünlüyünü və bu iki siqnal sistemi arasında 
olan  qarşılıqlı  münasibətləri  nəzərə  alaraq,  İ.P.Pavlov  sinir 
sisteminin insana məxsus üç tipini ayırd etmişdir. 
1."Mütəfəkkir" tip. Bu tipdə ikinci siqnal sistemi üstünlük 
təşkil edir. 
2."Bədii" tip. Bu tipdə  birinci  siqnal sistei üstünlük  təşkil 
edir. 
3."Orta" tip. Bu tipdə siqnal sistemlərinin heç biri üstünlük 
təşkil  etmir.  Xarakter  əlamətlərinin  mənşəyində  sinir  sistemi-
nin xüsusi tiplərinin də iştirak etdiyi güman edilir. Lakin sinir 
sisteminin ümumi tipinin xassələri əvvəlcədən xarakterin necə 
olacağını  müəyyən  etmir.  Eyni  sinir  tipinə  malik  olan 
insanların  xarakteri  müxtəlif  ola  bilər:  məsələn,  sinir  sistemi 
zəif tipə mənsub olan adam mehriban, yaxud da kinli, doğruçu 
və ya yalançı, səliqəli və ya pinti ola bilər. 
 
Xarakter əlamətləri və xarakterin aksentuasiyasi 
 
                       
Xarakter  əlamətləri  çoxdur.  Ayrı-  ayrı  dillərdə  xarakter 
əlamətlərini  ifadə  edən  dörd  mindən  çox  söz  vardır.  Onların 
çoxu olduqca  müxtəlif  mənalarda  işlənir, hətta bəzən  eyni  bir 
xarakter əlamətini müxtəlif çalarlarda səciyyələndirir. Biz qeyd 
etdik  ki,  xarakter  inasnın  münasibətini  ifadə  edir.  Bu  baxım-
dan xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar. 
1.
 
Kollektivə  və  başqa  adamlara  münasibəti  ifadə  edən 
xarakter  əlamətləri:  kollektivçilik,  doğruçuluq,  kobudluq, 
qayğıkeşlik, tələbkarlıq və s. 
2.
 
Əməyə  münasibəti  ifadə  edən  xarakter  əlamətləri: 
əməksevərlik, tənbəllik, məsuliyyətlilik və s. 
3. İnsanın özünə münasibətini ifadə edən xarakter əlamət-
ləri: təvəzökarlıq, lovğalıq, şöhrətpərəstlik və s. 
4. Əşyalara münasibəti ifadə edən xarakter əlamətləri: sə-
liqəlilik, pintilik, qayğıkeşlik və s. 
   
  86 
 


Hər şeydən əvvəl, qeyd  edək ki,  insanın kollektivə,  başqa 
adamlara, əməyə, özünə və əşyalara münasibətlərini ifadə edən 
xarakter  əlamətləri  bir  -  biri  ilə  üzvi  surətdə  əlaqədardır. 
Məsələn,  müəyyən  olunmuşdur  ki,  özünə  hörmət  etməyən 
adam  başqalarına  da  hörmət  etmir.  İnsan  xarakterinin 
bütövlüyündən  danışanda,  adətən-xarakter  əlamətlərinin  qar-
şılıqlı əlaqədə olmasını nəzərə alırlar. Bununla əlaqədar olaraq 
tərbiyə  nöqteyi-nəzərindən  böyük  əhəmiyyətə  malik  olan  iki 
məsələni qeyd etmək lazımdır. 
1.
 
Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü 
göstərir. Tərbiyəçi (ana və ya müəllim) bu mənfi cəhəti aradan 
qaldırmaq üçün onda nəzakətlilik kimi müsbət xarakter əlaməti 
tərbiyə etməyə  çalışır.  ilk  baxışda, tərbiyəçi  məsələyə düzgün 
yanaşır. Psixoloji baxımdan  isə ona haqq qazandırmaq olmaz. 
Çünki kobudluq uşağın başqa insanlara münasibəti ilə bağlıdır. 
Kobudluğu  aradan  qaldırmaq  üçün  onun,  birinci  növbədə, 
insanlara münasibətini dəyişmək lazımdır. 
2.
 
İnsanın  xarakteri  dəyişirmi?  İnsanın  başqa  adamlara, 
əməyə,  özünə  və  əşyalara  münasibəti  dəyişdikcə,  onun  xa-
rakteri  də  dəyişir.  Xarakter  əlamətləri  yalnız  uşaq  yaşlarında 
deyil, bütün ömür boyu inkişaf edir və tərbiyə olunur. Adamla-
rın böyük əksəriyyəti öz xarakterlərində 25-55 yaşlar arasında 
müəyyən dəyişikliklər baş verdiyini qeyd edirlər. 
Xarakter əlamətlərini tipik  fərdi əlamətlər olmaqla üzrə 
iki  yerə  bölə  bilərik.  İnsanın  psixi  həyatının  bütün  cəhətləri 
kimi  xarakteri  də  onun  ictimai  varlığı  ilə  şərtlənir.  Eyni  cə-
miyyətdə  yaşayan  insanların  həyat  şəraitində  ümumilik  xüsu-
siyyətlərilə yanaşı, özünəməxsus cəhətlər də özünü göstərir. Bu 
xüsusiyyətləri  ifadə  etmək  üçün  makro  və  mikro  mühit 
terminlərindən  istifadə  edə  bilərik.  Bizim  hamımızın  makro-
mühitimiz eynidir. Yəni birimiz şəhərdə, birimiz kənddə, aran-
da,  dağlıq  yerdə  yaşasaq  da  bir  ölkədə  böyüyür,  təhsil  alır  və 
fəaliyyət göstəririk. 
Makromühit  kimi  mikromühit  də  geniş  anlayışdır.  Bir 
misalla  fikrimizi  izah  edək:  Leyla  və  Rəfiqə  eyni  sinifdə 
oxuyurlar.  Leylanın  qardaşı  yoxdur,  iki  bacıdırİar.  Rəfiqənin 
isə bacısı 
         87 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə