CəFƏR İbrahimov


R e a k s i y a l a r ı n  t i p i



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   23   24   25   26   27   28   29   30   31

R e a k s i y a l a r ı n  t i p i. Bu xassə haqqında biz müxtəlif 
psixi  reaksiya  və  proseslərin  sürətinə  o  cümlədən  hərəkətlərin 
sürətinə, nitqin tempinə, zirəkliyə, yaddasaxlamanın sürətinə ağlın 
itiliyinə görə fikir yürüdürük. 
P l a s t i k l i k  v ə o n u n  ə k s i  o l a n  r i k i d l i k  k e y 
f i y y ə t i. Bu xassəni insanın xarici təsirlərə nə qədər tez uyğun-
laşmasından  (rlastiklik)  və  ya  əksinə,  davranış,  adət  və  müla-
hizələrində nə qədər ətraflı və süst (rikid) olmasından bilmək olar. 
E k s t r a v e r s i y a  v ə   o n u n  ə k s i  o l a n   i n t r o v 
e r s i y a  k e y f i y y ə t i. Bu xassə haqqında fikir söyləyərkən 
insanın  reaksiya  və  fəaliyyətinin  ən  çox  nədən-indiki  anda  olan 
xarici  təəssüratdanmı  (ekstraversiya),  yaxud  əksinə,  keçmiş  və 
gələcəklə  bağlı  olan  sürətlərdən,  təsəwür  və  fikirlərdənmi 
(introversiya) asılı olduğunu öyrənmək lazımdır. 
E m o s i o n a  l   o y a n ıqlıq. Bu xassə haqqında biz emo-
sional reaksiyanın əmələ gəlməsi üçün nə dərəcədə az təsirin lazım 
olduğuna  və  bu  reaksiyanın  hansı  surətlə  əmələ  gəldiyinə  görə 
mühakimə yürüdürük. 
Hansı  temperament  tipi  yaxşıdır?  Hər  temperament  tipinin 
özünəməxsus xüsusiyyəti vardır. Əslində onları  m ü s b ə t və ya 
m ə n f i xüsusiyyətlərə də bölmək düzgün deyildir. Sözün mütləq 
menasında  müsbət  və  mənfi  temperament  xüsusiyyətləri  yoxdur. 
Əsas məsələ bu və ya digər temperament xüsusiyyətinin müsbət və 
ya mənfi olmasında dyeil, insanın onları özünün peşə fəaliyyətində 
və  ya  təlim  fəaliyyətində  necə  (nə  dərəcədə  düzgün)  nəzərə 
almasındadır. 
Psixoloqlar  bu  baxımdan  maraqlı  qanunauyğuluq  müəyyən 
etmişlər: 
Onlar istehsalatda yüksək nəticə əldə edən işçilərlə adi işçiləri 
psixoloji baxımdan müqayisə etmişlər. 
Məlum  olmuşdur  ki,  fleqmatik  və  sanqvinik  tipli  toxucu 
qadınlar  eyni  əmək  şəraitində  müxtəlif  iş  taktikasından  istifadə 
edirlər.  Məsələn,  sanqviniklər  qəza  hallarını  iş  gedişində,  mə-
sələn,  sap  qırılan  kimi  dərhal  aradan  qaldırırlar.  Halbuki  fleq-
matiklər qəza hallarını tez aradan qaldıra bilmirlər. 
 
82 


Psixoloqlar  bu  faktların  təhlili  əsasında  aşağıdakı  nəticəni 
çıxararlar:  iş  üsulları,  üslubi  fərdi  xüsusiyyətlərinə  uyğun  gələn 
işçilər  daha  yüksək  istehsalat  uğurları  əldə  edirlər.  Beləliklə,  də 
psixologiyada  fərdi  üslub  anlayışı  yarandı.  Göründüyü  kimi, 
anlayış  iki  sözdən  ibarətdir.  Fərdi  sözünün  mənası  aydındır.  Bəs 
üslub  nə  deməkdir?  Üslub  çoxmənalı  sözdür.  Burada  o,  iş 
priyomu, vasitəsi, üslubu mənasında işlənmişdir. 
Temperament  fəaliyyətin  səmərəsini  deyil,  ancaq  fərdi 
üslubunu  müəyyən  edir.  Göründüyü  kimi,  hər  hansı  bir  işi 
obyektiv surətdə müxtəlif üsullarla icra etmək olar. Bu şəraitdə bir 
temperament  tipində,  məsələn,  fleqmatikdə  məhz  onun  üçün 
səmərəli  olan  müəyyən  bir  üsul,  sanqvinikdə  isə  başqa  bir  üsul 
aktuallaşır.  Seçilmiş  üsullar  fəaliyyətin  obyektiv  tələbləri  ilə 
uzlaşdıqca  onlar  daha  da  dəqiqləşdirilir,  yeni  üsullardan  istifadə 
olunma başlanılır. Tədricən insan üçün tipik olan və onu fərdiyyət 
kimi xarakterizə edən müəyyən bir sistem əmələ gəlir. 
Fərdi üslub fəaliyyətin bütün sahələrində mühüm rol oynayır. 
Peşə fəaliyyəti ilə yanaşı, təlim fəaliyyətində də onun əhəmiyyəti 
böyükdür. Təlim prosesində şagirdlərdə özünəməxsus fərdi üslub 
formalaşdıqca,  onlar  yaxşı  oxuyur,  ev  tapşırıqlarını  vaxtında  və 
səliqə ilə yerinə yetirirlər. 
 
 
Xarakter haqqında anlayış. Onun fizioloji əsasları 
İnsanlar  bir-birindən  yalnız  özlərinə  xas  olan  fərdi  psixoloji 
xüsusiyyətlərinə  görə  fərqlənirlər.  Adətən,  elə  bu  mənada  da 
konkret  insan  üçün  səciyyəvi  olan  əlamətlərdən  bəhs  edilir. 
(Xarakterin  yunancadan  hərfi  təcrüməsi  "naxış,  iz"  deməkdir). 
Lakin  psixologiyada  "xarakter"  sözü  daha  dar  və  xüsusi  mənada 
işlədilir
1
.  Çünki  insanın  hər  cür  fərdi  xüsusiyyətlərini  xarakter 
əlaməti  adlandırmaq  olmaz.  Məsələn,  görmə  və  eşitmə 
qabiliyyətinin itiliyi, yadda saxlamanın sürəti və müddəti, ağlın 
 
1
  Ümumipsixologiya.  Prof.  A.  V.Petrovskınin  red.  tlə.  Bakı., 
«Maarif». 1982. s.440-446 
83 


dərinliyi  və  s.  kimi  fərdi  psixi  xüsusiyyətlər  xarakter  əlaməti 
deyildir. 
Xarakter  dedikdə  psixologiyada  konkret  şəxsiyyət  üçün  tipik 
olan  fəaliyyət  tərzində  təzahür  edən,  tipik  şəraitdə  üzə  çıxan  və 
şəxsiyyətin  bu  şəraitə  olan  münasibəti  ilə  müəyyən  edilən 
özünəməxsus  fərdi  psixoloji  xüsusiyyətlərinin  məcmuyu  nəzərdə 
tutulur.
1 
Şəxsiyyətin  münasibətləli  xarakter  əlamətlərinin  fərdi 
özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. 
Bir tərəfdən hər bir tipik şəraitdə emosional həyəcanların fərdi 
özünəməxsusluğu 
şəxsiyyətin 
münasibətlərindən 
asılıdır. 
Xarakterin  hər  bir  xüsusiyyəti  məhz  belə  tipik  şəraitdə  özünü 
büruzə verir. 
Digər tərəfdən, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən 
davranış  formasının  özünəməxsus  fərdi  xüsusiyyətləri  və  onun 
münasibətindən asılıdır. 
"Xarakteristika"  sözünü  insanın  fərdi  xüsusiyyətlərini  təsvir 
etmək üçün ilk dəfə yunan filosofu Teofrast (b.e.ə. 4-3-cü əsrlər) 
işləmişdir.  Lakin  onun  işlətdiyi  "xaraukteristika"  terminində 
insanın yalnız əxlaqi simasının təsviri verilirdi. "Xarakter" sözünü 
Labryuyur  də  (XVII  əsr)  elə  bu  mənada  işlətmişdir.  Məşhur 
Azərbaycan  alimi  N.Tusinin  "Əxlaqi-Nasiri"  əsəri  də  insan 
xarakterləri  sahəsində  incə  müşahidələrlə  zəngindir.  Beləliklə, 
xarakter  sözü  başlanğıcdan  insanın  sosial-əxlaqi  simasını  əks 
etdirən  bir  anlyaış  kimi  işlədilmiş  və  bu  mənada  orqanizmin 
xassələrindən  asılı  olan  temperamentə  tamamilə  zidd  məna  kəsb 
etmişdir. XIX əsrdən  başlayaraq  xarakter sırf psixoloji planda  ya 
ağlın, hissin və iradənin (A. Ben), ya hiss və iradənin (Ribo), ya da 
təkcə  iradənin  (P.F.  Lesqaft)  fərdi  xüsusiyyətlərini  bildirən  bir 
məfhum  kimi  işlənmişdir.  XX  əsrdə  xarakter  anlayışı  altmda 
psixikanın  ayrı-ayrı  sahələrinin  xüsusiyyətəlri  deyil,  şəxsiyyətin 
bütün  xassələri  nəzərdə tutulmuşdur. Bu xassələr, öz növbəsində, 
şəxsiyyətin müxtəlif istiqa- 
 

Üımımipsixologiya. Prof. Petrovskinin red. ilə. Rakı. Maarif. , 
1982, 440-441. s. 
84 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə