CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

cismin  izi,  möhürü  kimi  izah  edən  nəzəriyyələr  də  vardır.  Bu 
mexaniki  iz,  möhürün  mum  üzərində  olan  izi  ilə  eyniləşdirilir, 
güman edilirdi ki, guya beynimizdə də cisimlərin izləri belə qalır. 
Müasir dövrdə bu cür ideyalar qəbul edilmir, rədd edilir. 
Mexanizm  etibarilə  hafızə  də  sinir  sistemi  ilə  əlaqəlidır. 
Burada  da  qıcıqlayıcıların  təsiri  ilə  sinir  oyanmaları  əmələ  gəlir, 
beyində  cismin  ideal  surəti  yaranır.  Bu  zaman  sinir  hücey-
rələrində elektrokimyəvi  və  biokimyəvi dəyişikliklər əmələ gəlir. 
Bu cəhətlər qısa və uzunmuddətli hafizənin mexanizmini yaradır. 
Hafizə proseslərində izlərin saxlanması sinir hüceyrələrində dərin 
biokimyəvi dəyişikliklərin olması ilə bağlıdır. Belə dəyişiklik həm 
sinapslarda  (sinir  oyanmsının  bir  qrup  sinir  hüceyrəsindən  başqa 
qrupa  ötürüldüyü,  verildiyi  və  s.)  həm  də  neyronların  özünə  və 
ayrı-ayrı üzvlərində baş verir. Nəticədə yaddasaxlama prosesində: 
birinci 
mərhələdə 
beyin 
hüceyrələrində 
qısa 
müddətli 
elektrokimyəvi  reaksiya  baş  verir.  İkinci  mərhələdə  sinir 
hüceyrələrində  yeni  zülalı  maddənin  (protoinin)  yaranması  ilə 
bağlı biokimyəvi reaksiya baş verir. Birinci mərhələ qısa müddətli 
hafizənin,  ikinci  mərhələ  isə uzun-müddətli  hafizənin  mexanizmi 
hesab edilir. 
İ.P.Pavlovun  şərti  reflekslər  nəzəriyyəsi  hafizə  mexanizm-
lərinin  izah  edilməsində  mühüm  rol  oynayır.  Çünki  həmin  nə-
zəriyyə hafizənin xronoloji cəhətdən daha qədim tarixə malik olan 
psixoloji nəzəriyyəsinin mahiyyətini izah etməyə imkan verir. Bu 
əsasda  hafizə  mütəşəkkil  bir  assosiasiyalar  sistemidir.  Hafizə 
fəaliyyətinin əsasını həmin assosiasiyalar (rabitələr) təşkil edir. Bu 
assosiasiyalar  hələ  eramızdan  əvvəl  Aristotel  tərəfindən  irəli 
sürülən üç prinsipə əsaslanır. 
1.
 
Qonşuluq assosiasiyası. Hər hansı hadisənin qavranılması 
və  yaxud  cisim  haqqında  təsəvvür,  onunla  bir  zamanda 
qavranılmış  hadisə  və  təsəvvürün  canlanmasına  səbəb  olur. 
Məsələn,  orta  məktəb  yoldaşınıza  rast  gəlməklə  məktəb  həyatına 
dair hadisələr təsəvvürünüzdə canlanır. 
2.
 
Oxşarlıq assosiasiyası. Hər  hansı  bir cismin  qavranılması 
və ya onun haqqında təsəvvür, ona oxşar başqa cisim 
 
 
56


təsəvvürünü canlandırır. Dostumuza bənzər adam gördükdə, onun 
haqqında təsəvvür yaranır. 
3. Əkslik assosiasiyası. Cisim və hadisələrin qavranılması və 
ya  təsəvvür,  bir-birinə  əks  olan  surətlərin  şüurumuzda 
canlanmasına  səbəb  olur.  Məsələn,  qış  təsəvvürü  yay  tə-
səvvürünü, gözəl adam, çirkin adam təsəvvürünü əmələ gətirir və 
s. 
İ.P.  Pavlov  qeyd  edirdi  ki,  sinir  rabitələri  mühüm  fizioloji 
hadisədir,  lakin  hafizə  qanunauyğunluqlarını  tək  assosiasiyalarla 
məhdudlaşdırmaq səhv olardı. Çünki hafizə təfəkkürlə sıx əlaqədə 
cərəyan edərək cisim və hadisələr arasında olan mürəkkəb daxili 
rabitələri  əks  etdirir.  Bununla  yanaşı,  hafizə  prosesləri  müəyyən 
məqsədə  yönəlmiş  olur  və  bu  məqsədə  xidmət  edən  fəal  bir 
prosesdir. 
Beləliklə,  göstərilən  qısa  məlumatdan  məlum  olur  ki,  həm 
diqqət, həm də hafizənin əsasını müvafiq qıcıqlayıcıların təsiri ilə 
yaranan sinir prosesləri təşkil edir. 
 
Diqqət və hafizənin növləri 
Qabaqcadan  nəzərdə  tutulmuş,  hər  hansı  məqsəd  və  ya 
niyyətlə  bağlı  olmayan  iradi  səy  tələb  etməyən  diqqət  qeyri-
ixtiyari diqqət adlanır. 
Qeyri-ixtiyari  diqqətin  yaranması  üçün,  təsir  edən  qıcıq-
landırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar. 
1.
 
Qıcıqlayıcının  qüvvəsi  və  gözlənilmədən  təsiri.  Eyni 
zamanda  təsir  edən  iki  qıcıqlayıcıdan  hansı  daha  qüvvətlidirsə, 
diqqəti  də  o  cəlb  edəcəkdir.  Əgər  qıcıqlayıcılar  eyni  miqdarda 
əhəmiyyət kəsb edirlərsə, o zaman diqqət də hər ikisinin arasında 
tərəddüd edəcəkdir. Onlardan gah biri, gah da digəri üstün olur və 
diqqəti özünə cəlb edir. 
2.
 
Qıcıqlayıcının  yeniliyi.  Yeni  əyani  vəsait,  yeni  maşın 
modeli,  sinifdə  yeni  şagirdin  olması  və  s.  qeyri-ixtiyari  surətdə 
diqqəti  cəlb  edir.  Adam  həmin  yeni  hadisənin  nədən  ibarət 
olduğunu bilməyə can atır. 
 
57 


3.  Obyektin  hərəkətdə  olması.  Məlumdur  ki,  əgər  cisim 
hərəkət etmirsə, o diqqəti cəlb etmir. Hərəkətin başlanması və ya 
kəsilməsi  diqqəti  cəlb  edir.  Müəllim  şagirdlərin  diqqətini  səsin 
intonasiyasını  dəyişməklə  və  ya  öz  izahatını  dayandırmaqla  da 
cəlb edə bilər. 
İnsanın  emosional  vəziyyətdə  olması  da  qeyri-ixtiyari,  diq-
qətin  yaranmasına  səbəb  olur.  Burada  qıcıqlayıcının  insanın 
tələbatlarına  uyğun  gəlməsi  də  mühümdür.  Məsələn,  ac  adamları 
xörəyin iyi başqalarına nisbətən daha tez cəlb edir. 
Beləliklə, qeyri-ixtiyari diqqət: a) həm xarici səbəblərdən; həm 
də b) insanın daxili emosinal vəziyytəindən asılıdır. 
İxtiyari  diqqətin  yaranması,  insanın  qarşıya  qoyduğu  məq-
sədlə bağlıdır. 
Şüurlu  olaraq,  qarşıya  qoyulmuş  məqsədlə  bağlı  olan, 
müəyyən iradi səy əsasında yaranan diqqət ixtiyari diqqət adlanır. 
İxtiyari diqqət, şüurlu surətdə icra olunan diqqətdir. Bu zaman 
ikinci  siqnal  sisteminin (söz siqnallarının) köməyi  ilə  insan cisim 
və hadisələr üzərində hakimlik edir. 
Qeyri-ixtiyari və ixtiyari diqqət keyfiyyətcə bir- birindən fərqli 
olsa da, bir-biri ilə sıx əlaqədədir. 
Hər  hansı  fəaliyyətin  icrası  zamanı  ilk  növbədə  diqqətin 
saxlanılması  üçün  iradi  səy  tələb  olunur.  Lakin  çətinlik  aradan 
qaldırıldıqda,  fəaliyyət  üzərində  iş  cəmləşdikcə,  yerinə  yetirilən 
işə, prosesin özünə maraq yaranır. Diqqətin bir növündən digərinə 
keçid baş verir. Belə diqqət şüurlu vəzifə və məqsədlərlə bağlıdır, 
ona görə belə diqqəti qeyri-ixtiyari diqqətlə eyniləşdirmək olmaz, 
çünki  burada  diqqəti  saxlamaq  üçün  iradi  cəhd  tələb  olunmur. 
Diqqətin  qeyri-ixtiyari  növlərindən  keyfiyyətcə  fərqlənən  həmin 
növü  psixologiyada  N.F.  Dobrinin  irəli  sürdüyü  "ixtiyaridən 
sonrakı  diqqət"  termini  ilə  adlandırılmışdır.  Daha  səmərəli  və 
məhsuldar zehni fəaliyyəti diqqətin həmin növü ilə əlaqələndirirlər 
(İ.V.Straxov)  məsələn,  məktəbli  yalnız  lazım  olduğu  üçün  çətin 
məsələnin  həllinə  qarışır.  Məktəblinin  diqqəti  əvvəlcə  tez-tez 
yayınır,  öz  fikrini  məsələ  həlli  üzərində  cəmləşdirməyə  çalışır, 
daha doğrusu o özünü 
 
 
58


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə