CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

10.Şəxsiyyətin iradi keyfıyyətləri və onların formalaşması. 
11.Hisslər haqqında anlayış. 
12.Emosional halların ifadəsi və fizioloji əsasları. 
13.Hisslərin keçirilməsi formaları. Ali hisslər. 
14.Ünsiyyətin xüsusiyyətləri 
15.İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət 
 
Ədəbiyyat 
1.
 
Ə.Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.  Psixologiya.  Ali  məktəb-
lər üçün dərslik. Bakı, "Maarif', 1989, s. 441. 
2.
 
Ümumi  psixologiya.  Prof.  Petrovskinin  red.  ilə.  Bakı, 
"Maarif' 1982, 495 s. 
3.
 
Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə..  Sosial  psixologiyanın  ak-
tual məsələləri. Bakı, Azərnəşr, 1986, 350 s. 
4.
 
Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji 
problemləri. Bakı, Azərnəşr, 1981, 190 s. 
5.
 
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1986, 294 s. 
6.
 
Qədirov  Ə.Ə.,  Xəlilov  N.Ə.  Yaş  psixologiyası.  Gəncə 
1999, 381 s. 
7.
 
Bayramov Ə.S. Psixoloji düşüncələr. Bakı, 1994. 
8.
 
Əqoşevski M.Q. İstoriə psixoloqii M., "Mıslğ" 1985, 575 s. 
9.
 
Kovalev A.Q. Vospitaniə çuvstv. M. "Pedaqoqika", 1971. 
10.
 
Selivanov  V.İ.  Vospitanie  voli  şkolğnika.  M.,  Uçpedqiz, 
1954. 
11.
 
Nemov  R.S.  Psixoloqiə.  V  trex  kniqax.  Kniqa  I.  Obhie 
osnovı psixoloqii. 4-e izdanie. M., Vlados, 2001, 688 s. 
 
 
 
 
 
 
 
 
38


 
İKİNCİ HİSSƏ  
 
ŞƏXSİYYƏTİN İDRAK PROSESLƏRİ 
 
İdrakın formaları və səviyyələri. Duyğuların yaranması 
 
İdrak  obyektiv  aləmin  insanın  hiss  üzvlərinə  təsirindən  ya-
ranan  inikas  prosesidir.  Bu  təsir  nəticəsində  subyeklə  obyekt 
arasında  qarşılıqlı  münasibət  yaranır.  İdrak  prosesinin  yaran-
ması isə həmin qarşılıqlı münasibətdən asılıdır. Materialist idrak 
nəzəriyyəsi də idrakın bünövrəsini belə qarşılıqlı təsirdə axtarır. 
Fəlsəfədən  məlumdur ki,  həmin  nəzəriyyənin  bünövrəsini  məhz 
inikas  prinsipi  təşkil  edir.  İnikas  prinsipi  həm  aktiv,  həm  də 
passiv  ola  bilər.
1
  Passiv  qarşılıqlı  təsirə  misal  olaraq  şəlaləni 
göstərmək  olar.  Şəlalənin  suları  qayalara  toxunaraq  parçalanıb 
tökülür.  Bu  zaman  tədricən  qayalarda  ovulma  başverir. 
Məlumdur ki, mühitdə olan təsirlərə, hər hansı varlıq aktiv inikas 
prinsipi  əsasında  cavab  verir.  Deməli,  hər  hansı  orqanizm  öz 
ehtiyacını  məhz  idrak  fəaliyyəti  nəticəsində  dərk  edir.  Bu 
səviyyədə  ancaq  insana  məxsus  olan  yeni  bir  idrak  fəaliyyəti 
növü-insan  şüuru  bu  fəaliyyətə  qoşulur.  Nəticədə  orqanizmlə 
mühit  arasında  müvazinət  yaranır,  yəni  insan  öz  davranışını 
tənzim  edə  bilir  və  gələcəkdə  ola  bilənlərə  münasibətini  təmin 
edir.  Bütün  bunların  sayəsində  insan  özünün  gələcək  işlərini 
planlaşdırır. 
Fəlsəfə elmi öyrədir ki, idrakın hissi və mənliqi olmaqla iki 
səviyyəsi vardır. idrakın bu səviyyələri onun vasitəli və vasitəsiz 
formalarını da izah etməyə imkan verir. Məlumdur ki, hissi idrak 
əsasən  vasitəsiz,  məntiqi  səviyyə  isə  vasitəli  inikas  formasıdır. 
Lakin  həm  filogenezdə,  həm  də  ontogenetik  inkişafda  hissi 
idrakdan məntiqi idraka keçid prosesi tədricən baş verir. 
 
1
Bayramov  Ə.S.  ,  Əlizadə  Ə.  Ə.  Psixologiya.  Ali  məktəblər 
üçün dərslik. Bakı "Maarif' 1989. s. 214-215. 
39


Burada  aralıq  proseslər  adlanan,  yeni  keyfiyyət  fərqləri  əmələ 
gəlir. 
Bunlar  da  nəzərə  alınsa  psixi  inikasın-hissi-perseptiv,  tə-
səsvvürlər  və  məfhum  təfəkkür  səviyyələrini  ayırd  etmək  olar. 
Hissi  idrak  da  daxil  olmaqla,  ümumiyyətlə  idrakın  düzgünlüyü 
məhz praktikada yoxlanılır. 
Hissi  idrak  duyğudan  başlanır.  Onun  əsas  vəzifəsi  ətraf 
aləmdə,  eləcə  də  orqanizmdə  baş  verənlər  barədə  subyektə 
mə'lumat  verməkdir.  Bütünlüklə  idrak  proseslərinin  bünövrəsini 
duyğular təşkil edir. O, orqanizmlə  mühit arasında  ilkin əlaqədir. 
Deməli,  xarici  aləm  haqqında  biliklərimizin  mənbəyidir.  Onun 
vasitəsilə insan varlığı dərk edir. 
Duyğular-indiki  anda  hiss  üzvlərinə  təsir  edən  cisim  və  ha-
disələrin ayrı-ayrı keyfiyyətvə xassələrinin beyində inikasıdır.

Beləliklə,  duyğular  həm  ətraf  aləmdə  baş  verən  hadisələri, 
həm də orqanizmin daxilində olan proseslər barədə məlumat verir 
ki,  bunun  sayəsində  də  orqanizm  ətraf  mühitə  bələdləşir.  Hər  bir 
insan  duyğuların  verdiyi  məlumata  istinad  edir,  beyində  isə  bu 
məlumatlar  təhlil  olunur,  nəticədə  mürəkkəb  idrak  fəaliyyəti  baş 
verir. 
 
Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya 
Qavrayış  prosesi  də  hissi  idrakın  mühüm  mərhələsini  təşkil 
edir. Burada cisim və hadisələr bütövlükdə, yəni bütün əlamət və 
xüsusiyyətləri  ilə  birlikdə  əks  olunur.  Məsələn  əgər  avtomobildə 
olan  əşyanı  qavramaq  istəyiriksə,  avtomobilin  rəngi,  bütövlüyü, 
forması,  markası,  məkanda  tutduğu  yeri  və  həmin  əşyanın  hansı 
hissəsində  yerləşməsini,  hansı  əşyalarla  əhatə  olunmasını 
bütövlükdə  dərk  edirik.  Beləliklə,  əşyanın  tam  surəti  beynimizdə 
hissi  idrakın  nisbətən  mürəkkəb  mərhələsidir.  Elə  buna  görə  də 
qavrayış duyğudan fərqlənir. Lakin hər ikisi üçün ümimi cəhətlər 
də vardır. Bu da ondan ibarətdir 
 
1
  Bayramov  Ə.S.  ,  Əlizdə  Ə.Ə. Psixologiya.  Ali ınəktəblər  üçün 
dərslik. Bakı, "Maarif'. 1989. s. 218-219. 
40 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə