CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.

səhifə4/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   31

 
bütün  dünyada  psixologiya  elminin  inkişafına  əsaslı  təsir  gös-
tərdilər.  Bir  qədərdən  sonra  Vundtun  laboratoriyası  əsasında 
dünyada  ilk  Eksperimental  Psixologiya  İnstitutu  təşkil  olundu. 
Beləliklə, psixologiya eksperimental bir elm olmaqla yanaşı, həm 
də müstəqil bir elm kimi inkişaf etməyə başladı. 
Azərbaycanda  ilk  psixologiya  laboratoriyası  1926-cı  ildə 
F.Ə.İbrahimbəyli tərəfindən yaradılmışdır. 
Azərbaycanda  da  psixologiya  elmi  özünəməxsus  inkişaf  yolu 
keçmişdir. 
Biz  Azərbaycanda  ilk  psixoloji  təsəvvürlərə  aid  xalqımızın 
adət-ənənəsində, ailə və rnəişət (toy, yaş, və s.) mərasimlərində də 
təsadüf edirik. Molla Nəsirəddin, Bəhlul Danəndə insanları yaxşı 
tanıyırdılar. Azərbaycanın xalq nağılları və dastanlarında müxtəlif 
psixoloji hadisələr geniş təsvir olunmuşdur. 
"Kitabi-Dədə  Qorqud"  dastanında  insanların  qarşılıqlı  mü-
nasibətləri  təhlil  olunur.  Dastanda  davranış  normalarında  özünü 
büruzə  verən  xəyanət,  həsəd,  qorxaqlıq  fərarilik  kimi  mənfi 
surətlər tənqid edilmişdir.
1 
XI  əsrdən  başlayaraq  Azərbaycanda  psixoloji  ideyalar  fəlsəfi 
traktat və bədii ədəbiyyat nümunələrində daha çox təsadüf olunur. 
Azərbaycanda  psixoloji  ideyaların  inkişafında  Bəhmənyar, 
Xəqani,  Şirvani,  Nizami  Gəncəvi,  Nəsirəddin  Tusi,  İmadəddin 
Nəsimi,  Məhəmməd  Füzuli,  Abbasqulu  ağa  Bakıxanov, 
M.F.Axundov,  Ü.Hacıbəyov,  Hüseyn  Cavid,  C.Cabbarlı  kimi 
mütəfəkkir şair və yazıçıların böyük xidməti olmuşdur. 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Azərbaycan  maarif-
çiləri  mütərəqqi  rus  pedaqoq  və  psixoloqlarının  əsərləri  ilə  tanış 
olmaq  imkanı  qazandılar.  Artıq  Azərbaycan  pedaqoqlarının 
əsərlərində yaş və pedaqoji psixologiya məsələlərinə daha çox yer 
ayrılmağa  başladı.  Bu  halda  aydın  təsəvvür  əldə  etmək  üçün 
görkəmli  Azərbaycan  pedaqoqu  Məhəmməd  Tağı  Sidqinin 
"Nümunəyi-əxlaq" əsərini xatırlamaq kifayətdir.
1 
 
1
Ə.S. Bayramov. . Ə.Ə.Əlizadə. Psixologiya. B., 1989, s. 56.  
1
Ə.S.Bayramov. , Ə.Ə.Əlizadə. Psixologıya. Bakı, Maarif'. 1989, 
s. 60. 
 
11 


Azərbaycanda  Sovet  hakimiyyəti  qələbə  çaldıqdan  sonra 
psixologiya  elmi  müstəqil  bir  elm  kimi  sürətlə  inkişaf  etdi  Ali 
məktəblərdə  psixologiya  elmi  tədris  olunmağa  başladı  və  kadr 
hazırlığına diqqət artırıldı. 
Respublikamızın  yaşlı  nəslinin  nümayəndələrindən  A.O.Ma-
kovelski, Ə.K.Zəkuyev,  M.R.Abbasov, M.Hacıyev  və  b. səmərəli 
fəaliyyət göstərmiş, kafedra və laboratoriyalar açmışlar. 
Azərbaycan psixoloqlarından  M.C. Məhərrəmov,  Ş.S.Ağayev, 
Ə.S.Bayramov, Ə.Ə.ƏIizadə, M.Ə. Həmzəyev, Y.Kərimov, N.Ka-
zımov,  Ə.Ə.Qədirov,  M.S.Əbdütov,  Q.Əzimov,  Z.M.Mehdizadə, 
İ.Ə.Seyidov,  Ş.Babayev,  Aİ.Məmmədov,  İ.N.Məmmədov,  T.M. 
Mustafayev, S.Seyidov və b. apardıqlan elmi -tədqiqat işləri psixo-
logiya elmini daha da zənginləşdirmişdir. 
Azərbyacan  psixoloqlarının  əsərlərində,  dissertasiylarında 
psixologiyanın  ən  yaxşı  tədqiqat  metodları  seçilib  toplanmış, 
eksperimentlərin  qoyuluşu,  gedişi,  aparılması  şərh  olunmuş, 
araşdırmanın  yol  və  vasitələri  göstərilmiş,  alınan  nəticələr  təhlil 
edilmişdir.
1
  Azərbaycan  psixoloqları  XX  əsrdə  apardıqları 
araşdırmalar  əsasında  nəticələrə  dair  konfranslarda,  dünya 
miqyaslı  qurultaylarda,  konqreslərdə  çıxış  etmiş  və  məruzələr 
etmişlər. 
 
 
Psixologiyanın tədqiqat metodları. 
 
 
Psixoloji  tədqiqat  metodları  dedikdə  bu  elmin  öz  predmetini 
tədqiq  etmək  üçün  hansı  yol  və  vasitələrdən  istifadə  edilməsi 
nəzərdə tutulur. Müasir psixologiyada istifadə edilən əsas metodlar 
və əsas metodların variantları 1 saylı cədvəldə göstərilmişdir. 
Müşahidə  bir  neçə  variantda  həyata  keçirilir.  Kənardan 
müşahidə hadisələrin gedişatına müdaxilə etmədən onu baş verdiyi 
təbii şəraitdə izləməyi nəzərdə tutur. 
 
 
1
Ə.Ə.Qədirov,  N.Ə.  Xəlilov.  Yaş  psixologiyası  Dərs  vəsaiti. 
Gəncə, 1999, s. 36-38. 
12 


Cədvəl 1. 
Psixoloji tədqiqatın əsas metdları və onlrın variantları 
 
 
Özünü müşahidə zamanı insan özünü təhlildən istifadə edərək 
öz  davranışını,  təəsüratını,  öz  hafizəsinin  məhsuldarlığını  və  s. 
müəyyənləşdirir.  Bu  zaman  adam  özünə  başqalarının  gözü  ilə 
baxır və özünü başqaları ilə müqayisə edir. 
Müşahidə  metodunun  tədqiqat  üçün  bir  çox  üstünlükləri  ilə 
yanaşı  nöqsanları  da  vardır.  Bu  nöqsanlar,  hər  şeydən  əvvəl 
ondan  irəli  gəlir  ki,  bəzən  psixi  hadisələr  çox  sürətlə  cərəyan 
edir.  Lazım  olan  anın  qeydini  aparmaq  çətin  olur,  bəzən  də 
mümkün  olmur.  Təkrar  müşahidə  lazımi  səmərəni  vermir.  Bu 
çatışmazlıqları  aradan  qaldırmaq  məqsədilə  psixologiyada 
eksperiment  metodundan  istifadə  olunur.  Eksperiment  metodu 
isə  cədvəldən  göründüyü  kimi  təbii  və  laborator  olmaqla 
müxtəlif variantlarda həyata keçirilə bilər. 
Laborator  eksperiment  adından  da  göründüyü  kimi  xüsusi 
laboratoriyalarda  aparılır  və  onun  gedişində  müxtəlif  cihaz-
lardan  istifadə  olunur.  Lakin  bəzən  psixi  prosesin  gedişi  labo-
rator  şəraitində  səhih  olmur,  bu  çatışmazlığı  aradan  qaldırmaq 
məqsədilə təbii eksperimentə geniş yer verilir. 
 
13
Əsas metodlar 
Əsas metodların variantları 
Müşahidə 
Kənardan müşahidə 
Özünümüşahidə 
Eksperiment 
Təbii 
Laborator 
Psixodiagnostik 
Testlər 
Anketlər 
Sosiometriya 
İntervyü 
modelləşdirmə 
Riyazi 
Texniki 
Kibernetik 
Statistik 


: Uploads -> Ebooks
Ebooks -> Annotasiya
Ebooks -> Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil
Ebooks -> Mövzu 3. MÜAsir döVRÜn sosial- qlobal problemləRI. saat plan
Ebooks -> Pedaqogika. Əlizadə Nigar. Qrup 203
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə