Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   8   9   10   11   12   13   14   15   16

İçməyə çağırırdı. Mən isə evə gedib yatmağı 
düşündüyüm  üçün  axmaq  bir  bəhanə 
uydurdum. “Bu gün saatım evdə  qalıb, gələ 
bilməyəcəm”.  Heç  nə  demədi.  Sağollaşıb 
avtobusa  minəndə  saata  baxdım,  saat  yed-
diydi... 
  
*** 
  
O gün evə çatan kimi yatmağı düşünsəm də, 
olmadı.  Facebookda  gəzişdim  bir  az.  Tanış-
lara, köhnə sevgililərə yazdım: “Təkəm. Hü-
zünlüyəm. Darıxıram.” 
  
Absurd  cavablar  aldım:  “Darıxma.  Keçəcək. 
Təklikdəndir.” 
  
Sevişməyə  cəsarət  edə  bilməyən  qadınların 
şıltaqlığı tutur sosial şəbəkələrdə... 
  
Facebookda  qəribə  “smaylik”lərə  nifrət  edi-
rəm... 
  
Yerimə  uzanıb  yorğanı  başıma  çəkdim. 
“Günlərim  necə  də  yeknəsəkdir”  deyə  dü-
şündüm. Yata bilmədim. Qalxıb işığı yandır-
dım.  Dünən  zibillikdən  tapdığım  krossvor-
dun bütün boş damalarına eyni sözü yazdım 
–“darıxıram...” 
  
Qəfil  telefonum  işıqlandı.  Səssiz  rejimdəki 
telefonlara  göz  atmasaq  zəng  gəldiyini  hiss 
etmirik. 
85
 
 


  
O idi. 
  
Görüşmək  istəyirdi.  Saatımı  qolumdan  açıb 
çarpayının  üstünə  atdım.  Bu  gecə  saata 
baxmayacaqdım... 
 
 
 
 
86
 
 


 
dörd 
 
Evli qadına aşiq olmaq əzabı 
 
İ.C. üçün... 
 
İçkinin  təsirindən  bu  dəfə  ayaqlarım  tutul-
muşdu. Sol ayağımdakı trombdan müalicəyə 
başladığım  üçün  günümün  çox  hissəsi  evdə 
keçirdi.  Bütün  günü  facebook-da  üzünü 
görmədiyim o qadınla danışırdım. 
  
Əvvəlcə  qardaşımın  evinin  bir  otağına 
sığınmışdım,  sonra  isə  ayrıca  kirayə  mənzil 
tutub kitab-dəftərimi və bir-iki dəst paltarımı 
da götürüb köçmüşdüm birotaqlı mənzilə. 
  
Facebook-dakı  dostum  da  insaf  edib  skype-
da  gül  camalını  göstərdi  və  beləcə  mənim 
təkliyimə və tənhalığıma o qadının həyəcanlı 
baxışları və şirin səsi qənim kəsildi. 
  
Müalicəm  uğurla  getdiyi  üçün  içki  ilə 
əvvəlki ayrılmaz dostluğumuz pozulmuşdu. 
Hər  şeyə  ayıq  başla,  sağlam  analitik  təfək-
kürlə baxa bilirdim. Yəni, hisslərimin ağlıma 
qalib gəlmək şansı sıfıra bərabər idi. 
  
İsrarla  məni  görüşə  çağırması,  “mənə  öz 
kitablarını  gətir”  deməsi  ürəyimcə  olsa  da, 
bu  görüşdən  qaçırdım.  Amma  həyatımda 
ciddi  boşluq  yaranmışdı,  tanıdığım,  ünsiy-
87
 
 


yətdə olduğum bütün qadınlar ya  çıxıb get-
mişdi, ya da mən uzaqlaşmışdım onlardan. 
  
Dostum da tez-tez deyirdi ki, “Kədərli, qara-
mat  statuslarınla  bezdirmisən  qadınları. 
Birdəfəlik başa düş ki, qadınlar kədərli, məğ-
lub kişiləri yox, güclü, pozitiv kişiləri sevir”. 
Sözün açığı heç nə umrumda deyildi. Sonun-
cu  münasibətdən  geriyə  ancaq  kədərli  xati-
rələr  qalmışdı.  Birlikdə  olduğum  qadın  baş-
qasıyla yatandan sonra bütün əhvalatı nöqtə 
vergülünə  qədər  mənə  danışıb  bağışlanma-
ğını istəmişdi. Əvvəlcə bağışlamışdım, sonra 
nəyə  isə  əsəbləşib  onu  da  biryolluq  həya-
tımdan silməyə qərar vermişdim. 
  
Deyirəm  axı,  ağılla  hisslərin  çarpışmasında 
ağılın qalib çıxdığı günlər idi. Uzun müddət 
facebook-da  danışdığım  tələbə  qız  görüş-
məyi  təklif  elədi.  Düşünmədən  qəbul  edib, 
onu  münasib  kafelərin  birinə  dəvət  elədim. 
Sözün açığı sadəcə tanımadığım biri ilə dərd-
ləşməyə  ehtiyacım  vardı.  Kədərli,  hüznlü 
halımla  oturub  kitab  vərəqləyirdim  ki,  gəlib 
çıxdı  (Sözün  açığı  kitabı  oxumaq  üçün  yox, 
vaxtımı öldürmək üçün vərəqləyirdim). 
  
Ordan-burdan  xeyli  söhbət  elədik,  kompli-
ment  deyib,  kompliment  eşitdim  və  eqomu 
xeyli doyuzdurdum. Qalxmağa hazırlaşanda 
əlimdən tutdu. Bütün bədənimdən qəribə bir 
gizilti keçdi və hiss etdim ki, dəhşətli şəkildə 
onu arzulayıram. O isə 19 yaşlı bir qızın edə 
88
 
 


biləcəyi  məhrəmliklə  əllərimi  kiçik  əllərinin 
içində  bərk-bərk sıxır, hərdən də gözlərimin 
içinə  baxırdı.  Hər  ikimiz  nə  istədiyimizi 
bilirdik,  amma  olmazdı.  Onu  evimə  dəvət 
edə  bilməzdim,  çünki  qarşımı  kəsən  çoxlu 
səbəblər  vardı  (Təcrübəsiz  bir  qıza  bu 
vicdansızlığı edə bilməzdim). 
  
Evə  dönüb  içki  şüşəsinə  cumdum.  Bəzi 
hallarda siqaret və içki qadını əvəz edir, daha 
doğrusu unutdurur. Amma bəzi hallarda... 
  
Çox  içmək  səhhətimə  ziyan  olduğu  üçün  o 
gün  azacıq  içdim  və  içimdəki  ağırlıq  əriyib 
gedənə qədər ağladım. 
  
Sonra yenə axşam düşdü, feyzbukda hüznlü 
statuslar yazıb siqareti siqaretə caladım. Heç 
kəslə  danışmaq  istəmirdim.  Yazılan  PM-lərə 
cavab  vermədən silirdim və başa düşürdüm 
ki,  hər  kəs  yüngülvarı  təsəlli  ilə  özünü 
canıyanan göstərməyə çalışır. 
  
Onun  üçün  darıxırdım.  Feyzbuk  səhifəsinə, 
səhifədəki  fotolarına  dəfələrlə  baxdım.  “Çox 
gözəldir”  deyə  düşündüm.  Gecə  yarısını 
keçəndən  sonra  ondan  PM  gəldi.  Skaypa 
dəvət  edirdi.  Narahatçılıqla,  bir  az  da 
həyəcanla  skaypı  açdım.  Salamlaşdıq  və  o 
ərindən,  onu  necə  sevməyindən  danışmağa 
başladı… 
  
89
 
 


Növbəti  günlər  bu  söhbətlər  qətiyyən  xoşu-
ma  gəlməsə  də,  onunla  söhbət  eləməyə  can 
atırdım.  Əri  haqqında  söhbətləri  bitəndən 
sonra,  bir-birimizə  şeirlər  oxuyurduq.  Yazıq 
şairlər… 
Atilla İlhan, Nazim, Küçük İskəndər, Qismət, 
Aqşin, Salam…. 
  
O çox gözəl şeir oxuyurdu və bilgisayarımın 
kiçik  monitorunda  onun  görüntüsü,  qulaq-
cıqlardan ta ürəyimə qədər işləyən həyəcanlı 
səsi  mənə  təkliyimi  unutdururdu.  Onunla 
sağollaşan  kimi  birbaşa  yatağa  uzanıb,  onu 
düşünə-düşünə 
yuxuya 
gedirdim. 
Yeniyetmə kim... 
  
Hər  gün  eyni  narahatçılıqla  onunla  online 
görüşümüzü  gözləyirdim.  Şansızlıqdan  mən 
onun  əri  ilə  bağlı  söhbətlərini  dinləməyə 
məcbur idim… 
  
Ağrılarım  azalan  günlərin  birində  görüşmə-
yə  qərar  verdik.  Sakit  kafelərin  birində 
görüşüb  çay  sifariş  verdik.  O  çox  rahat  və 
sərbəst  idi.  Boynu  xəzli  gödəkçəsini  çıxar-
madan qarşımda oturub gülümsəyirdi. O an 
içimdə  hansı  təlatümün  baş  verdiyini  isə 
sözsüz  ki,  anlamırdı.  Bu  masada  tez-tez  əri 
ilə birlikdə oturduqlarını danışırdı… 
  
O  gün  içimdəki  ümidsizliyi  boğmaq  üçün 
avtobus  dayanacağına  qədər  bərabər  getmə-
yi  təklif  elədim.  Könülsüz  razılaşdı.  Amma 
90
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə