Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   8   9   10   11   12   13   14   15   16

 
altı 
 
Hovuz və hamam 
 
Ötənlərdə oğlumla kiçik bir söhbətimiz oldu. 
Daha  doğrusu  evin  xanımı  evsizlikdən,  şə-
raitsizlikdən  şikayətlənəndə  oğlum  da  söh-
bətə qoşuldu: 
  
- Niyə ev almırsan, ata? 
  
- Alacağam, oğlum. 
  
- Bəs maşın? 
  
- Onu da alacağam. 
  
- Evimizin hovuzu da olacaq? 
- ... 
  
- Deyirəm ki, evimizin hovuzu olacaq? Yekə 
hovuzlu ev alaq. Mən də girib üzərəm. 
  
Oğluma nə cavab verdiyimi dəqiq xatırlamı-
ram.  Amma  xəyallar  məni  uşaqlıq  illərinə 
apardı. 
  
...Sadə, iki otaqlı kənd evində böyümüşəm. 
  
Sadə müəllim maaşı ilə dolanmışıq. 
  
97
 
 


Valideynlərimizdən  heç  nə  tələb  etmədən, 
aza qane olmuşuq. 
  
Arzularımızı ürəyimizdə saxlamışıq ki, atam 
naümid  halda  qaşlarını  çatmasın,  nənəm 
deyinməsin, anam ağlamasın... 
  
Yamaqlı  şalvarla,  “taxta  qaloş”-İran  qaloşu 
deyilən  çox  keyfiyyətsiz  qaloşla  getmişəm 
məktəbə. 
  
Dərsliklərimiz, dəftər-qələmimiz də ürəyimiz 
istədiyi kimi olmayıb. 
  
Bir çantanı dörd-beş il sürümüşəm arxamca. 
  
Atamın,  şəhərdə  yaşayan  qohumlarımın 
paltarlarını geyinmişəm. 
  
Gecələr  neft  lampasının  işığında  “Kapitan 
Qrantın  uşaqlar"ını,  “Don  Kixot”u”,  “Qulli-
verin  səyahəti”ni,  “Robinzon  Kruzo”nu, 
“Qırmızı  qvardiya”nı,  “Balaca  şahzadə”ni 
oxumuşam... 
  
Qışda  saat  altı  olmamış  kəndimizdə  həyat 
dayanardı. 
  
Evlərin  pəncərəsindən  közərən  neft  lam-
paları kəndimizə miskin bir görkəm verirdi. 
  
Dərsdən sonra sinif yoldaşlarımın kitabların-
dan növbəti mövzunu köçürürdüm. 
98
 
 


  
Müəllimlərimiz bütöv dərsi, 45 dəqiqə kons-
pekt yazdırırdı. 
Çoxumuzun barmaqlarının ucu qabar olardı. 
  
Uşaqlığı sovet imperiyasının çökdüyü dövrə 
düşən  yüz  minlərlə  həmyaşıdım  kimi, 
məhrumiyyətlər görmüşəm. 
  
14-15  yaşıma  qədər  içməli  suyu  qonşuların 
həyətindən, küçədəki bulaqdan daşımışıq. 
  
Hamamımız isə heç olmayıb. 
  
Hər  həftə  anam  odun  peçini  qalayır,  su  qız-
dırır,  bizi  növbəylə  alüminium  vannanın 
içində çimdirirdi. 
  
Böyüdükcə  özümüz  o  vannanın  içində  çim-
məyə alışdıq. 
  
Elə  hərbi  xidmətə  gedəndə  də,  universitetə 
qəbul olunanda da eyni vannanın içində çim-
mişəm. 
  
Hamamı  olan  qonşulara,  qohumlara  həsəd 
aparırdım. 
  
Yayda üzümüz gülürdü. 
  
Havalar  qızan  kimi  arıxanada  özümüzə 
“hamam” düzəldirdik. 
99
 
 


Payız  yağışları  başlayana  qədər  “letni 
hamam” işimizə yarayırdı. 
Bütün  yayı  Nazar  çayının  axarının  qarşısını 
daşla kəsib “ambarça” düzəldirdik. 
  
Saatlarla sudan çıxmırdıq. 
  
İllərlə  ən  böyük  arzum  təzyiqlə  axan  ilıq 
suyun altında yuyunmaq olub. 
  
13  il  əvvəl  kəndimizdən  çıxanda,  qərar  ver-
dim ki, bir daha geriyə qayıtmayım. 
  
Hamamsızlıq,  ürəyim  istədiyi  kimi  yuyuna 
bilməməyim  məni  ən  çox  bezdirən 
səbəblərdən idi. 
  
Kirayə yaşadığım evlərin mənim üçün yega-
nə maraqlı tərəfi daimi isti suyun, hamamın 
olması idi. 
  
Bəlkə  də  güləcəksiniz,  amma  hamam  hər 
zaman mənim üçün nisgilli bir istək olub. 
  
İndi uşaqlıq xatirələrimi başlı-başına buraxıb 
gəldiyim o kənd, o ev çox dəyişib. 
  
İllərlə  həsrətini  çəkdiyimiz  hamam  da  var, 
təzyiqli duş da. 
24 saat işığı yanır evimizin. 
  
Hər dəfə kəndə gedəndə qəribə hisslər keçi-
rirəm. 
100
 
 


  
Həyətin  bir  küncündə  balaca  bir  uşaq,  dü-
yünlü  olduğu  üçün  yarılmayan  fıstıq  kötü-
yün  üstündə  oturub  həsrətlə  o  hamama  ba-
xır. 
  
*** 
  
Oğlumla  qısa  söhbətimizdən  sonra  saatlarla 
özümə gəlmədim. 
  
Mən  adicə  hamam  arzusuyla  yaşayırdım, 
oğlum hovuz arzulayır. 
  
Mən dərsik üçün sinif yoldaşlarımın qapısını 
döyürdüm,  o  5  yaşında  internetdə  oyunlar 
oynayır. 
  
Mən  arzularımı  içimdə  boğurdum,  o  dilə 
gətirir. 
  
Amma xoşbəxtəm. 
  
Mən  uşaqlığımı  yaşaya  bilməmişəm,  o  isə 
xoşbəxt uşaqlardan biridir. 
  
Onu  da  bilirəm  ki,  bir  gün  uşaqlığımı  ona 
danışsam, nağıl zənn edəcək... 
 
 
 
101
 
 


 
yeddi 
 
Evimizdəki yad adam 
 
Bəri  başdan  deyim  ki,  bu  nə  gileydi,  nə  də 
narazılıq. 
  
Bu  ölkədə  yazı-pozuyla  məşğul  olmaq  izti-
rabdan, məhrumiyyətdən, problemdən başqa 
bir şey deyil. Bilirəm, ağzıgöyçəklər yüz söz 
deyəcək  bu  yazıdan  sonra.  Onu  da  bilirəm 
ki,  haqlı  olaraq  “narazısan,  get  başqa  işlə 
məşğul ol” deyəcəklər. Deyin dostlar, deyin. 
Bu  ölkədə  ən  asan  şey  bir  yazarı  qabağına 
qoyub uşaq kimi danlamaqdır. 
  
Çox  dedilər  “qayıt  bu  yoldan”,  “get  düz-
əməlli  bir  işlə  məşğul  ol”,  daha  pullu,  daha 
perspektivli  təkliflər  də  etdilər.  Getmədim, 
gedə bilmədim. Yox, bəlkə də getməyə cəsa-
rətim  çatmadı.  Şöhrət,  tanınmaq,  oxunmaq, 
tərif  eşitmək  yolumu  kəsdi,  yolumu  bağla-
dı... 
  
Etiraf  edim  ki,  yazmağa  başlayanda  nə 
ədəbiyyata,  nə  mədəniyyətə,  nə  də  ölkəyə, 
millətə  xidmət  etmək  məqsədini  qarşıma 
qoymuşdum. Bütün bunları fikirləşəcək yaş-
da deyildim neft lampasının işığında cızma-
qaralar edəndə... 
  
102
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə