Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 
antişeir - II 
 
tanrı çaşsaydı, 
adəmin qabırğasından qadın yox, 
kişi yaratsaydı 
yəni istehsalat xətası olsaydı  
bütün günü PUB-lardan çıxmazdıq. 
sevişməyə vaxt ayırmazdıq. 
nə müharibələr, 
nə soyqırımlar olardı. 
dünyanın qadınsız vaxtları vardı... 
 
çox yox, azacıq diqqətsizlik etsəydi, 
qadını yaratdıqdan sonra 
səhviniz düzəltsəydi. 
bir az əl gəzdirsəydi Tanrı  
qadın adlı əsərinə. 
çevirməsəydi Adəmi Həvvanın əsirinə 
həvva aldatmasaydı Adəmi 
nə Həvva peşman olardı, 
nə Adəm qovulardı 
cənnət insanla dolardı. 
nə bu qədər dinlər, məzhəblər 
nə günahlar, nə savablar 
nə də qara donlu kafirlər olardı... 
dünyanın qadınsız vaxtları vardı... 
 
işini gücünü atıb, 
tanrı insan yaratmaq sevdasına düşməsəydi, 
hər şey yerli yerindəydi. 
ya da Adəmdən sonra, 
yaradıcılığa ara versəydi 
66
 
 


qadın dünyaya gəlməsydi... 
tanrı tələsməsəydi... 
tanrının tələskənliyidi qadın 
ya da yaradılış xətası. 
ən əsası 
tanrım, nə yaratdığını 
nə aldığını, nə satdığını bilirsən 
kef elə gözəl Tanrı 
dünya açıq bazardı. 
 
Offf, o gözəl günlər offf!!! 
dünyanın qadınsız vaxtları vardı... 
 
 
 
 
 
 
 
 
 
67
 
 


 
antişeir - III 
 
məsələn, bir az gülərüz. 
bir az dağınıq baxışlı 
qəmdən  kədərdən  uzaqda,  taleyi  gətirmiş 
olsun 
evlənməmiş, boşanmamış, yalan danışmamış 
olsun. 
Evi olsun, işi olsun 
saç daranmış, üz təraşlı 
bəli, əsil kişi olsun. 
ən uzağı bığ saxlamaq, 
dözülməz vərdişi olsun... 
 
belə adamları sevin... 
 
məsələn, gözəl restoran  
həzin nəğmə 
şam işığı 
bahalı qırmızı şərab 
yaqut qaşlı qızıl üzük 
bir az incə, başaşağı... 
nəzakətli həlim səslə 
evlilik təklifi etsin 
sonra tutub əllərindən 
səni rəqsə dəvət etsin 
 
belə adamları sevin... 
 
ən bahalı restoranda 
toy çalınsın hay-həşirlə 
sonra bal ayı, xoş günlər 
68
 
 


nazını çəksin səbrlə... 
nəvazişlər, oxşamalar 
kübar, mədəni, ağıllı 
bir də çox ciddi görkəmli 
ali təhsilli, savadlı 
 
belə adamları sevin... 
 
arxasınca oyun qurub, başına min oyun açın 
hamısın gözündən salın 
dost-doğma, qohum-qardaşın. 
imkan verməyin pulunu 
qıza-qadına yedirsin 
nə qazanır, nə pulu var 
hamısın evə gətirsin 
 
məsələn, sürücüsüylə 
aldadın, qocalan kimi 
oğlan lar iş quran gündən 
qızlar köçüb gedən kimi,  
gəlirlər azalan kimi 
deyinin sabaha qədər, yaş keçdikcə
qocaldıqca 
yatağını da ayırın 
gecələr xoruldadıqca 
Ooda çəkilsin divana 
üstünə ədyalı çəksin 
elə adamı sevin ki, 
gözünü tək sizə diksin 
evdən çıxıb gedəndə də 
bircə pencəyi götürsün 
 
belə adamları sevin! 
69
 
 


 
ya da ki, idmançı olsun, 
adam döysün, medal alsın 
dar köynəkli dəmir bilək
canlara vic-vicə salsın 
bahalı maşın, bağ evi 
prezident versin hədiyyə 
sağlam həyat, təmiz ürək 
səviyyə olsun, səviyyə! 
 
belə adamları sevin... 
 
məsələn, bir bar küncündə 
içən yazarı sevməyin 
kədərli olmasın heç vaxt 
şairə fikir verməyin.. 
nə badə şeir-zad yazar 
ömrü-günü zay etməyin 
həyat gözəldi xanımlar 
hər yaramaza axmağa 
hər alkaşa pay etməyin 
 
birdən həyatdı, nə deyim 
təbi zadı ola bilər 
cavanlıqda təqaüdü 
qocalanda dövlət işi 
fəxri adı ola ola bilər 
şeir yazsa da qalstuk 
boğazında tarım dursun 
şeirlə, sözlə, kitabla 
sizin üçün həyat qursun 
 
belə adamları sevin! 
70
 
 


 
antişeir  - IV 
 
 
sado-mozaxist ayrılıq şeiri 
  
bir az dəlilik elə, 
bir az qaralt qanımı. 
paltarları qarışdır, 
vur, sındır fincanımı. 
  
dönüb arxaya baxma 
min taksiyə, çıxıb get. 
acizləşmə, ağlama 
dişlərini sıxıb get. 
  
qayıtmağı düşünmə, 
bu gediş son gedişdi. 
əlvida-zad söyləmə, 
bu çox axmaq vərdişdi. 
  
bir az qürurun olsun, 
belə baxma, sərt danış. 
məni yumşaldan deyil, 
bu ah-nalə, yalvarış. 
  
məndən nigaran qalma, 
yaşayaram birtəhər. 
ağlamağa çalışma 
səni boğmasın qəhər. 
  
 
 
71
 
 


 
evə bir az əl gəzdir, 
mətbəxi də süpür, get. 
ürəyin soyumasa 
gəl üzümə tüpür, get. 
  
yaxşı, daha uzatma, 
bir şillə çək üzümə. 
bəlkə bir az tək qalıb 
gələ bildim özümə. 
  
beləcə razılaşaq 
nə sən ağla, nə də mən. 
ayrılaq, 
bitsin hər şey 
sakit, 
səssiz, 
dinmədən. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
72
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə