Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

 
otel xidmətçisinin zənginə ayılasan, 
“bir şey lazım olsa, çağıraram”- deyəsən, 
yanında uşaq kimi uyuyan 
çılpaq fahişənin 
qançır olmuş bəmbəyaz bədəninə sarılasan, 
qadın bədənindəki hərarəti duyduqca 
unudasan hər şeyi... 
 
gecədən ağzı açıq  qalmış, 
şərab şüşəsindəki, 
azacıq şərabla susuzluğunu söndürəsən 
və tüpürüb hər şeyə 
kəsəsən damarlarını 
sevmədiyin qadının yanında 
intihar edəsən... 
 
ölümün yandırmayacaq heç kəsi, 
qorxusundan ağlayan fahişənin çığırtısı 
eşitdiyin son qadın səsi, 
gözlərini qapayan əlləri 
son qadın təması... 
beləcə dodağında iztirablı təbəssüm 
güləsən 
və adi bir insan kimi
çox adi bir iztirabla 
öləsən...  
 
 
 
 
 
 
54
 
 


 
sevgi şeirinin son versiyası 
 
j. üçün 
 
 
bir nağıl danışımmı sənə? 
qorxulu sevgi nağılı 
bütün sevgi nağılları 
“happy end”lə bitmir ki.. 
bəzən sevilənlər qarşılıq verir 
həmişə atıb getmir ki... 
 
 
bir dəfə olduğun evdə 
nə qədər xatirən var 
bilirsənmi? 
siqaret tüstüsü hopmuş divarlar 
gözümə dolan gözlərin 
və dəfn olunmuş arzular... 
 
bu sənə aşiq olmaq idi, xəbərsiz 
xatirələrini zorla saxlamqdı otağımda 
gözlərini həkk etməkdi divarlara 
qoxunu bürünməkdi yatağımda... 
 
xəbərsiz saçlarına toxunmaqdı 
gizlincə rəsmlərinə baxmaqdı 
mənə aid olmayan bədinin 
hamarlıını xatırlamaqdı 
səbəbsiz ağlamaqdı sevmək 
yastığı üzünə sıxmaqdı bərk-bərk 
 
55
 
 


 
günahkarlıq duyğusudu 
yuxusuz qalmaqdı gecələr 
sonra şərabdan təsəlli ummaqdı 
siqaret sümürməkdi sabaha qədər...  
xam xəyallar qurmaqdı səni sevmək 
(bilirsən, bəzən çox asandı çıxıb getmək) 
 
 
bəs əclaflıq nədir bilirsənmi? 
səni sevməyən qadına vurulmaqd.ı 
mənim olmayacağını bilə-bilə 
bədəninə sarılmaqdı. 
bədənin göyərmiş yerlərinə baxıb 
utanmaqdı 
əzabla qıvrılmaqdı.. 
iyrənc hislərlə oyaq qalmaqdı sabah qədər 
və unutma 
gedənlərin yerini doldurmaq üçün 
mütləq 
tapılır bir nəfər. 
 
gəl sənə bir nağıl danışım 
qorxulu sevgi nağılı... 
dinləsən nə faydası, unutsan nə xeyiri? 
bəzi kəlimələri dəyişsək 
ayrılıq şeirinə dönür 
sənə yazılan ilk sevgi şeiri... 
 
 
 
 
 
56
 
 


 
indi sən olmalıydın yanımda... 
 
indi sən olmalıydın yanımda 
kadıköydə, modada 
qağayılara simit atmalıydıq 
susmalıydıq sahildə 
və bir də 
başını çiynimə qoymalıydın 
bir udum hava çəkməliydin ciyərlərinə 
yosun qoxulu qayalıqlarda. 
sənə yenidən aşiq olmalıydım 
kadıköydə, modada... 
 
indi sən olmalıydın yanımda 
məni qısqanmalıydın 
“dünyanın ən gözəl qızına – istanbula...” 
gülməliydin dağınıq saçlarıma 
sarılmalıydın boynuma... 
külək oxşamalıydı saçlarını 
görməliydin bu şəhərin 
dənizə düşən işıqlarını... 
 
indi sən olmalıydın yanımda... 
taksimdə - bir gecə barında 
pivələrimizi yarıya qədər içib, 
bir siqaret yandırlmalıydıq... 
əllərin çiynimə qonmalıydı  
qəfildən 
saçların küləklə sovrulmalıydı 
bu qoca şəhərdə 
bu qədər kimsəsiz olmamalıydım... 
 
57
 
 


 
 
indi sən olmalıydın yanımda 
çılğınlıq etməliydim 
dəlilər kimi... 
istanbulun ən tənha yerində 
ən çılğın aşiqlər kimi 
divara söykənib öpüşməliydik 
sonra əl-ələ tutub qaçmalıydıq otelə 
gecəni sabaha qədər içməliydik 
istanbul gecələrini... 
indi sən olmalıydın yanımda 
yormalıydıq min illik İstanbul küçələrini... 
 
indi sən olmalıydın yanımada 
bu şeiri oxumağa bir adamım olmalıydı 
kimsə gülməməliydi bu halıma 
bu qədər uzaqda olmamalıydın... 
 
indi sən olmalıydın yanımda 
kadıköydə, modada 
siqaret yandırıb 
marmarının sularına baxmalıydıq... 
indi sən olmalıydın yanımda 
sonra da birlikdə darıxmalıydıq... 
 
 
 
 
 
 
 
 
58
 
 


 
avqustun gəlişi 
 
biri vardı, 
biri yoxdu... 
hamı daha çox yoxdu 
şair yoxluqlara içərdi, 
beləcə zaman keçərdi... 
  
israilin qəzzanı bombaladığı günlərdi 
bu qədər sevildiyinə rəğmən 
sonuncu qadınım da getmişdi... 
deyəsən 
sənin  adını  qulağına  pıçıldamağımdan 
incimişdi... 
  
həkim olmaq istəyən yeddi yaşlı qız 
qan xərçənginə tutulmuşdu 
rəngi solmuşdu... 
tökülmüşdü qıvırcıq, sarışın saçları 
yanında oturub susurdu böyük qardaşları... 
hər gün həyətdə oturub 
gəlinciyinin saçlarını yolurdu 
hər gün bir az da solurdu... 
  
gündə bir maşından düşən sarışın qızın 
axtarışları bitmişdi 
sonuncu sevgilisi də atıb getmişdi 
özünü  yalnızlığın qucağına atmışdı 
gözlərinin sürməsi yayılmışdı üzünə 
ağlamaqdan 
saçlarını qısa kəsdirib 
siqaretə başlamışdı... 
59
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə