Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   2   3   4   5   6   7   8   9   ...   16

 
 
mən əyalət uşağıyam 
 
mən, əyalət uşağıyam, 
bizim kəndimizin səması 
gecələr qaranlıq, soyuq, 
bizim kəndin küçələri 
daşlı, palçıqlı, nahamar. 
həyata üsyanla böyümüşəm 
daşlı, palçıqlı, nahamar küçələrdə. 
 
yağış yağanda evimiz damardı, 
nənəm deyinər, 
atam içər, 
anam da tez-tez ağlayardı. 
 
uşaqlığımı yaşaya bilmədim, kəndimizdə 
bir az paltar, 
bir az yemək, 
bir az da qızınmaq dərdi vardı bizdə. 
kəndimizdə  
səma soyuq, qaranlıq, 
hərdən ay görünərdi göy üzündə. 
uşaqlığımı yaşaya bilmədim kəndimizdə... 
 
mən, əyalət uşağıyam, 
on ildi şəhərlərdə 
kirayə mənzillərdə 
içimə çəkilib, 
özümə qısılıb yaşayıram. 
kəndimiz girir yuxularıma, 
yarıda qırılır yuxularım... 
25
 
 


qışqırıram. 
 
 
mən, əyalət uşağıyam, 
kəndimizdə gecələr sakit, 
səma soyuqdu. 
qışda soyuqdan donardıq, 
nə vaxtsa şəhərə köçəcəyik deyə 
xəyallar qurardıq. 
 
qışda ayaqlarım islanardı 
rezin qaloşda. 
başım açıq, əynim nazik, 
bəzən şəhərdə yaşayan 
yaşıdım olan qohumlarımın 
köhnə paltarlarıyla 
məktəbə gedərdim... 
 
mən, əyalət uşağıyam, 
kəndimizin gecələri 
sakit, 
səması soyuq, qaranlıq olardı. 
 
qışda palçıqlı küçələr, 
arxlar, çaylar 
tamam donur. 
hələ də evimiz damır yağışda. 
yenə də səma bomboz, 
qaranlıq soyuq olur qışda. 
 
 
 
 
26
 
 


 
 
darıxıram... 
 
K. üçün 
 
qərib, ruhsuz, avara 
səs-küylü küçə, təkotaqlı ev,  
bir sözlə bu dünya, bu ölkə, bu şəhər,   
içimi didir... 
hüznlüdür günəşin qürubu, sıxılıram. 
gecələr beynimdə ac köpəklər ulaşır. 
ümidim, təsəllim səhər... 
günəşin işıqlandırdığı hər yerdə kədər
hər səhər içimi didir... 
 
hər şeyi tərsinə döndər
darıxıram... 
 
adamlar, maşınlar, binalar 
iş yerim, yatağım, paltarım... 
üzümə gülən tanışlar,  fahişələr 
ümidsiz, arzusuz dostlarım... 
metro çıxışlarındakı dilənçilər, 
küçə süpürən qadınlar... 
onlar 
ah, onlar... 
 
hamının, hər kəsin üzündə kədər, 
darıxıram... 
 
mənimçün zaman dayanıb 
27
 
 


məni  tərk  etdiyin  vaxtı  göstərir  evimdəki 
bütün saatlar... 
pəncərəmdən içəri soxulur payız 
adını pıçıldayır külək, 
səni yamsılayır yağışlar. 
indi  yanımda  olsan,  bir  çay  dəmləyərdim, 
içərdik... 
bu soyuq otaqda birlikdə üşüyərdik... 
 
nə olar, vaxt elə birtəhər
darıxıram... 
 
səhər yenicə açılıb, sərxoşam 
bir viski şüşəsinin dibində gecələmişəm... 
bütün sakinlərinin tərk etdiyi 
qəza vəziyyətində olan ev kimi bomboşam... 
səni düşünmüşəm... 
 
məni hərdən xatırla, 
yada sal, adımı çək. 
bilirəm, 
məni əcəlim deyil 
sənsizlik öldürəcək... 
 
heç olmasa bu yağışlı havalarda 
mənə bir mesaj göndər
darıxıram... 
 
 
 
 
 
 
28
 
 


 
 
 
dəlilik 
 
heç olmasa ömründə bircə yol 
dəlilik edəsən... 
 
günəşə gözlərini qıymadan baxıb, 
qucaqlayasan tikanlı bir gül kolunu. 
məsələn, toyunun il dönümündə 
o qədər içəsən ki, 
unudasan uşağının üzünü, evinin yolunu. 
 
heç olmasa ömründə bircə yol 
dəlilik edəsən... 
 
heç vaxt üzünü görmədiyin bir qadına zəng 
edib 
”gəl sevişək” deyəsən. 
saçlarını daramamış çıxasan evdən. 
corabı ayyaqqabının üstündən geyəsən. 
 
heç olmasa ömründə bircə yol 
dəlilik edəsən... 
 
tüpürəsən üzü küləyə,  
sonra güləsən. 
çıxıb gedəsən səni tanıyan dostların 
həyatından 
içəsən eşşək kimi 
qarşına çıxan hamını söyəsən. 
 
29
 
 


heç olmasa ömründə bircə yol 
dəlilik edəsən... 
 
öz qiymətindən də ucuz 
düşmən cəbhəyə "satılasan". 
bir addım geriyə çəkilib, 
yer kürəsinin üstündən atılasan... 
 
heç olmasa ömründə bircə yol 
dəlilik edəsən... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
30
 
 


 
 
 
bakı 
 
“yandır bakını, tazə gülüstan tələb eylə”  
həmid herisçi 
 
çirkli küçələrin, prospektlərin 
ürək bulandıran, 
darıxdırıcı mənzərələrinlə 
küləyinlə, dənizinlə, günəşinlə 
dalanınla, tininlə 
miskinsən Bakı... 
 
ey “əzəmətli küləklər şəhəri” 
kilsələrin, 
məscidlərinlə 
“içərişəhər”inlə 
yağışlar yusada 
təmizlənməyən küçələrinlə 
üfunət qoxuyan çirkablı xəzərinlə 
neftinlə 
çirkinsən, 
çirkinsən bakı... 
 
yoxluğunla, 
səfalətinlə, 
aclığınla 
pulunla, varınla, parıltınla 
gecənin bağrına sancılan 
küçə lampalarınla 
hər şeyinlə 
cılızsan, qoca şəhər 
31
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə