Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
1   2   3   4   5   6   7   8   9   ...   16

 
ya da uyğun bildiyin bir sinaqoqda, 
sakit bir hücrədə 
  
bir az dünyanın işlərindən, 
vəd etdiklərindən; 
hurilərindən, 
cənnətdən, 
müjdələrindən 
cəhənnəmdən, 
əzabdan 
hikkələrindən... 
mükafatından danışaq... 
  
elə tənhayam ki, əgər varsansa 
bir sevgi şeiri,  
ya kədərli bir musiqi dinləyib 
ağlayaq... 
fələstində, myanmarda 
suriyada ölən uşaqlara 
terrorda öldürülən məsumlara, 
toronadoda, zəlzələdə 
tələf olanlara 
yas saxlayaq... 
  
ya da əgər varsansa 
içkimiz bitməsin... 
yay gəlməsin... 
silahlar səslənməsin, 
sevgililər getməsin, 
analar qocalmasın, 
uşaqlar ölməsin! 
  
18
 
 


 
əgər varsansa əsməsin bu iyrənc küləklər 
əgər varsansa yığışdır müqəddəslik, 
ucalıq söhbətlərini... 
əgər varsansa çöksün diktaturalar, 
dağılsın qanlı rejimlər... 
rahatlaşsın yorğun beyinlər, 
kədərli ürəklər 
hindistanda səndən daha müqəddəsdir 
inəklər... 
  
əgər varsansa çıx get, 
rahat yaşasın insanlar, 
sən olan yerdə  sükunət 
bir də yalançı ümid var... 
  
sənsiz daha xoşbəxt olar, 
bu dünya, bu ölkə, bu şəhər... 
çıxıb gedəcəyin bir yer yoxdursa 
çəkilib özünə yaşa, birtəhər... 
  
əgər varsansa, susma 
danış mənimlə, sakitləşsin ağrım.... 
əgər varsansa görün
toxun mənə, 
toxun mənə tanrım! 
 
 
 
 
 
 
 
19
 
 


 
aldatmaq...  
ağlatmaq...  
ovutmaq 
 
E. üçün... 
 
məni aldatmaq asandı: 
bir gülüş, 
bir öpüş, 
ya da süzgün gözlərlə baxıb 
saçlarınla oynamağın, 
“sən yaxşı insansan”- deməyin, 
bir də dəniz qədər dərin gözlərində 
oxuduğum sevgi. 
yandırar... 
yandırar... 
yaxar, 
bu gözəlliklər ki, var 
aldadar məni, gülüm, aldadar... 
 
məni ağlatmaq asandı, 
buludlu havalar, 
həzin bir musiqi, 
gözlədiyim bir telefon zəngi 
alar məni özümdən 
uzaqlara uçurar. 
 
gecənin gec saatlarında 
dinlədiyim bütün mahnılar 
ağladar məni gülüm, ağladar... 
 
 
20
 
 


 
 
 
məni ovutmaq asandı, 
əllərimi tutub, 
gözlərimə baxıb, 
dağılmış saçlarıma 
çəkdiyin bir tumar 
və ya titrəyən səsinlə 
telefonun o başından: 
“səni çox istəyirəm”- deməyin, 
səsindəki həzinlik, 
gözlərindəki xumar 
ovudar məni gülüm, ovudar... 
 
21
 
 


 
ayrılığın ildönümü 
 
bir şüşə ucuz şərab 
bir-iki qutu siqaret 
və bir az da dul qadın təbəssümü götürüb 
çıxaram marketdən 
 
evin soyuq divarları qəh-qəhə çəkdikcə 
ciyərlərimə çəkərəm 
acı siqaret tüstüsünü... 
göz yaşına qarışmış şərabı 
hüznlə çəkərəm başıma. 
güzgüdə çuxura düşmüş gözlərimə 
divarda saralmış rəsminə baxaram 
illər təkcə məni dəyişdirib deyəsən, 
nə yaxşı ki sən 
saralmış rəsmlərdə  
dəyişmirsən. 
 
səssizcə axıb keçər zaman 
gecənin necə düşdüyünü 
hiss eləmədən 
sabahın necə açılacağını 
düşünmədən 
başımı ataram yastığa 
 
bir az göz yaşları və ümid 
beləcə bitirərəm gərgin bir günü 
(əslində insan beləcə qısaldır ömrünü) 
 
hər il beləcə qeyd edərəm 
ayrılığın ildönümünü. 
22
 
 


 
oğurluq 
 
K. üçün 
 
sən çox erkəndən gələrdin, 
mən hələ yuxudan qalxmamış. 
evə çatmamış zəng edib 
məni yuxudan oyadardın 
mən səni qarşılayardım 
sakitcə 
sən otağa, 
mən hamama keçərdim. 
sonra adama bir stəkan çay içərdik. 
bərk-bərk köksümə sıxardım səni. 
 
oğurluq səadətin qoxusunu çəkərdim 
ciyərlərimə 
oğurluq sevginin sərxoşluğu yayılardı 
bədənimə 
öpüşərdik ... 
 
sən üstündəki paltarı 
mən üzümdəki həyanı soyunardım 
sevişərdik... 
sən çox erkəndən gələrdin, 
şəhər hələ yuxudan qalxmamış 
bir telefon zənginə diksinib 
qapıya yüyürərdim 
hər dəfə üzündə eyni məsum təbəssüm, 
baxışlarında ağır bir kədər olardı... 
sənin üzün gülməzdi, 
23
 
 


mənim də halım birtəhər olardı... 
 
qonşu bağından oğurladığı almanı 
gizləyən uşaq kimi, 
üzünü əllərimin içində gizləməyə çalışardım. 
 
etdiyim günahın bədəli, 
ömür boyu sənə həsrət qalmaqdı, 
sən gedəndən sonra bacardığım yeganə iş 
hönkür-hönkür ağlamaqdı. 
gecələr qoxun çökmüş yastığa 
üzümü söykəyib hıçqırardım... 
hər gecə yuxuma girərdi gözlərin 
diksinib yerimdən qalxardım... 
dəli kimi başımı divarlara çırpardım... 
nə içki, nə siqaret 
təsəlli deyilmiş sənsiz gecələrdə... 
mən bir içim xoşbəxtlik dadardım, 
sənin gəldiyin günlərdə... 
 
sən çox erkəndən gələrdin 
şəhər yuxudan qalxmamış... 
biz sevişərdik və sən çıxıb gedərdin işinə... 
hər gedişindən sonra bir darıxmaq dolardı 
içimə... 
mən ağlayardım... 
sən gedərdin.... 
ecələr qoxun çökmüş yastığı qucaqlayardım 
bir dəli darıxmaq dolardı içimə... 
səninsə ərin var yanında, 
bir də bizə xəyanət etdiyin kişilər... 
nə vecinə, quzum 
nə vecinə... 
24
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə