Cəlil Cavanşir



Yüklə 255,85 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix26.09.2017
ölçüsü255,85 Kb.
#1678
1   2   3   4   5   6   7   8   9

32 

 



 

“Kim unudub məni yol ayrıcında- 

gəlsin qucaqlasın, 

gəlsin aparsın…” 

 

Zərdüşt Şəfi 

 

 

İntihardan dərhal sonra onun haqqında internet sayt-



larında və qəzetlərdə dostlarının kədərli nekroloqları görün-

məyə başladı. Təxminən bir ay çəkən bu prosesdən sonra ar-

tıq  hər  kəs  öz  işində  idi.  İntihar  hadisəsindən  dörd  ay  keç-

mişdi. Gənc qələm adamları əvvəlki kimi toplaşır, içki məc-

lisləri  qururdular.  Yenə  də  Bakının  küçələrində  tıxacdı. 

Beynəlxalq  təşkilatların  ölkə  ilə  bağlı  veridiyi  hesabatlarda 

heç nə dəyişməmişdi.  

Bir  sözlə  günəş  əvvəlki  kimi  şərqdən  doğur,  qərbdə 

batırdı.  Hərdən  dostları  Nicatı  içki  masası  ətrafında  xatırla-

yır  və  kövrəlirdilər.  Nicatın  dəfnindən  sonra  təkcə  Şahin 

onun qəbrini ziyarətə getmişdi. Yazı-pozu adamında o uzun-

luqda  yolu  getməyə  pul  hardadı?  Heç  kəsə  xəbər  etmədən 

maşını düz qəbiristanlığa sürmüş, Bakıdan alıb gətirdiyi bir 

qucaq qərənfili onun tənha məzarının üstünə düzmüş, daşın 

üstündə oturub Nicatla keçirdiyi maraqlı günləri, içkili-şeir-

li-qadınlı məclisləri xatırlamışdı. 

Sonra  maşının  yük  yerindən  şərab  şüşüəsini  çıxarıb 

açmış, iki siqaret yandırmışdı. Siqaretin birini Nicatın qəbri-

nin baş tərəfinə qoymuşdu, birini özü sümürmüşdü. İki plas-

tik stəkana şərab süzüb, birini sinə daşının üstünə qoyub, öz 

stəkanını başına çəkmişdi. Ağlamışdı... 



33 

 

 



Şahin doğurdan da bunu edə bilər. Keçən dəfə deyirəm:  

- Qardaş, mən ölsəm neyniyərsən?  

Deyir qardaş, vallah sən romanda yazdığın kimi, bir şüşə çaxırdan, 

viskidən alıb gələrəm qəbrinin üstünə, siqaretdən çəkib, içkidən içib 

ağlayaram... 

  

Bəli,  məhz  qəribə  olduğu  üçün,  ətrafındakı  standart 



adamlardan fərqləndiyi üçün dostluqları alınırdı. 

Şahin  Nicatla  bağlı  ağrılı  xatirələri  çözələyir,  intihar 

hadisəsindən sonra baş verənləri beynində saf-çürük edirdi. 

Nicat haqqında yazılan bütün yazıları toplayıb, öz hesabına 

kitab çıxarmağı düşünürdü. Bu fikrini bir neçə nəfərə bildir-

mişdi. Nicatın dostları dəstək verəcəklərini desələr də, orta-

lıqda  real  iş  yox  idi.  Hə...  Deyəsən  yazıçı  dostlarından  biri 

onun  haqqında  roman  yazmağa  hazırlaşırdı.  –  Nə  idi  onun 

adı? – Şahin xatırlamağa çalışdı – Hə Nicat,  Elxan Daşdəmir. 

Şahin  qeyri-iradi  tərzdə  qəbirlə  söhbətləşməyə  başla-

dı...Şahin inancında sabitqədəm olsa da, dostuyla vidalaşma-

ğın, söhbətləşməyin yolunu tapmışdı. 

Mövhumatın  qatı  dumanı  arasında  görünməz  olan 

bu  dağ  kəndində,  qəbrin  başında  oturub  siqaret  çəkə-çəkə, 

qırmızı şərab içə-içə xəyala daldı... 

 

*** 



 

... Nicatın dəfnindən dönəndə, yolda siqareti siqaretə 

calayan  Elxan  Daşdəmir  intiharla  bağlı  müxtəlif  versiyalar 

irəli sürürdü. Onun fikrincə Nicat intihar etməmişdi. Onu öl-

dürmüşdülər.  Elxanın  fikrincə  Nicatı  öz  yaxın  ətrafından 

kimsə öldürə bilərdi. Bununla bağlı gülməli və qəribə versi-




34 

 

yalar irəli sürürdü. Orxanın maşınında yerini rahatlayıb dil-



boğaza qoymurdu: 

– Kitabının müzakirəsi çox gərgin keçmişdi. İki cəbhə yaran-

mışdı.  Həm  peşəkar  tənqidçilər,  həm  də  bloqqerlər  roman 

haqqında yazırdı. Ciddi müzakirələr getdi. Yaxın dostları isə 

nəinki  onu  tək  qoymuşdu,  hətta  orda-burda  arxasınca  da-

nışırdı. Bütün bunlar onun əsəblərini korlamışdı. Üstəlik şe-

irdən romana keçməsini çoxlarının gözü götürmürdü. Hətta 

biri  yazmışdı  ki,  qələm  adamı  ya  şeir  yazar,  ya  da  roman. 

Hər ikisini yazmaq qeyri-peşəkarlıqdır. 

Orxan özündən çıxdı: 

– Nə gicləyirsən? Deyirsən tənqidçilər və ya bloqqerlər öldü-

rüb Orxanı? Bəlkə jurnalistlər? 

–  Yaxşı,  qışqırma.  Elə  demədim.  Bu  sadəcə  bir  versiyadır. 

Axı Nicat həssas adam idi. Bütün bunlara dözməyib intihar 

edibsə... 

– Hə, bütün bunlara dözməyib intihar edibsə günahkar ədə-

bi mühitdəki dostlardır, eləmi? – Orxan gənc yazarın fikirlə-

rini tamamladı. 

– Dedim axı, bu sadəcə bir versiyadır. 

– Başqa nə düşünürsən? Yaxşısı budur bütün bunları mətbu-

ata  çıxarmadan,  mənimlə  fikirlərini  bölüş.  Hər  halda  mən 

Nicatın  həkimi  olmuşam  və  onun  ölümü  barədə  versiyala-

rını analiz edə bilərəm. 

– Qadın məsələsi ola bilərmi? 

– Qadın məsələsi? – Orxan suala, sualla cavab verdi. 

–  Əlbəttə.  Gör  neçə  qadınla  münasibəti  var  idi.  Görüşdüyü 

qadınların  arasında  evlisi  də  vardı,  nişanlısı  da.  Bəlkə  onu 

namus  üstündə,  qisas  məqsədi  ilə  öldürüblər?  Ya  da  etdiyi 

hərəkətlərdən utandığı üçün, özü intihar edib. 



35 

 

– İnandırıcı deyil. Axı o heç kəsi yoldan çıxarmayıb. Üstəlik, 



son  vaxtlar  bütün  qadınlarla  əlaqələrini  kəsmişdi.  Bu  versi-

yan  inandırıcı  deyil.  Üstəlik  mən  onun  belə  kiçik  səbəblər-

dən intihar etdiyinə və ya sənin dediyin kimi, öldürüldüyü-

nə inanmıram. 

– Orxan, sən yaxşı insansan, yaxşı həkimsən. Amma yazıçını, 

xüsusilə  intihar  etmiş  bir  yazıçını  anlamaq  o  qədər  də  asan 

deyil.  Onun  təbəddülatlarını  mən  çox  müşahidə  eləmişəm. 

Üstəlik  sonuncu  dəfə  intihara  cəhd  edəndə  qapını  sındırıb, 

onu xilas eləmişəm. 

– Bunu bilmirdim. Nə vaxt olub bu hadisə? 

– İki-üç il bundan əvvəl. Mənim qonşuluğumda ev kirayələ-

mişdi. Bir axşam içib həm qazı açıq qoymuşdu, həm də da-

marlarını kəsmişdi. 

– Sonra? 

– Bax bu sualın cavabını deyəndən sonra özün də əmin ola-

caqsan ki, o intihar edə bilməzdi. Ölmək istəmirdi. Çünki da-

marlarını  kəsən  kimi  mənə  SMS  yazmışdı,  vida  SMS-i. 

Hadisədən 10 dəqiqə sonra özümü yetirdim və qapını sındır-

dım. Qohum-qardaş, dost-tanış yığışdı və Nicatı xilas etdik. 

– Haqlısan, o özünü öldürə bilməzdi. Çünki onun bütün inti-

har cəhdləri göz qabağında olub və onu xilas ediblər. Ölmək 

istəsə heç kəsin əli çatmayan bir yer seçərdi. Sözün düzü in-

tihar etmək üçün əvvəllər seçdiyi bütün üsullar uğursuz idi. 

Mənə  elə  gəlir  ki,  o  hansısa  hadisəyə  etirazını  bu  uğursuz 

cəhdlərlə  edirdi.  Üstəlik  sağ  qalacağını  da  əvvəlcədən  he-

sablayırmış. 

– Mən şəxsən Nicatın intihar etməyinə inana bilmirəm. 

– Amma onun ağacdan sallanıb yellənən cəsədini gözlərimlə 

görmüşəm. Fotoları da kənddə hamınıza göstərdim. Üstəlik 

məhkəmə-tibbi,  kompleks  məhkəmə-tibbi-bioloji  və  tibbi-




Yüklə 255,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə