Hövzədənkənar idarəçilik
Avropa İttifaqı. Hər iki ölkə Aİ ilə daha sıx iqtisadi əlaqələr qurmağa
çalışır və Aİ qanunvericiliyinə uyğunlaşdırma istiqamətində irəliləyir.
İnkişafa yardım layihələri çərçivəsində, hakimiyyət orqanları Aİ
Direktivləri, o cümlədən Aİ Su Çərçivə Direktivi ilə tanış olmuşlar.
Gürcüstan və Aİ arasında Assosiasiya Sazişində (2014-cü ilin iyul
ayında imzalanmışdır) Gürcüstan qanunvericiliyinin Aİ normalarına,
o cümlədən ətrafmühit, su, kənd təsərrüfatı və enerji ilə bağlı
qanunvericiliyə uyğunlaşdırılması nəzərdə tutulur. Azərbaycan,
eynilə, Aİ ilə əməkdaşlığını gücləndirir və milli su qanunvericiliyinin
və qaydalarının işlənib hazırlanmasında Aİ standartlarına
uyğunlaşdırma istiqamətində çalışır. Ardıcıl milli su ehtiyatları
strategiyalarının təsis edilməsinin əlaqələndirilməsinə kömək
etmək üçün hər iki ölkədə Aİ Su Təşəbbüsü (EUWI) çərçivəsində
Milli Siyasət Dialoqu ilə bağlı proseslər davam edir.
3-CÜ ŞƏKIL
Alazani / Qanıx hövzəsində ehtiyatların idarə olunması ilə məşğul olan təşkilatların icmalı
İkitərəfli / subregional səviyyə
İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya
AZƏRBAYCAN
GÜRCÜSTAN
Mərkəzi hökumət
Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Energetika Nazirliyi
Iqtisadiyyat Nazirliyi
Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyi
Energetika Nazirliyi
İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi
Səhiyyə Nazirliyi
Regional İnkişaf və İnfrastruktur Nazirliyi
Dövlət agentlikləri
və müəssisələri
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi
Gürcüstan Birləşmiş Meliorasiya Sistemləri Şirkəti MMC
“Azərsu” Səhmdar Cəmiyyəti
Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
Su Ehtiyatları Dövlət Agentliyi
Tarif Şurası
Sahələrarası dövlət orqanları
İqtisadi Şura
Aİ-yə İnteqrasiya üzrə Hökumət Komissiyası
Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası
Yerli səviyyə
Rayonlar, bələdiyyələr
Bələdiyyələr
Su istehlakçı birlikləri
5
|
5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI
Iqtisadi inkişaf. Hövzədə iqtisadi inkişaf əsasən iki sahədən
asılı olacaqdır: kənd təsərrüfatı və hidroenerji hasilatı. Hövzənin
Gürcüstan hissəsində sənayeninaqro-sənayedən başqa, digər
növlərinin inkişafda böyük rol oynayacağı gözlənilmir. Lakin,
Azərbaycanda sənayenin genişləndirilməsi, xüsusən də hər bir
regionda sənaye infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur.
16
Regionların cəlbediciliyi ilə yanaşı infrastruktura yeni yatırımlar və
yerli xidmət təminatçıları və qurumların təlim keçməsi nəticəsində
turizmin Inkişafı gözlənilir.
17
Formal iqtisadiyyatda məşğulluq
imkanlarının artması sayəsində yanacaq üçün odun toplama və
meşələrin qırılması səviyyələrinin azalacağı gözlənilir; 2003-cü
ildən bəri meşələrin qırılması səbəbindən Gürcüstan tərəfində
24,861 hektar meşəlik ərazi, meşə örtüyünün 8.1 faizi itirilmişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi. Kənd təsərrüfatında
istifadə Gürcüstanda və Azərbaycanda ümumi su istehlakının
müvafiq olaraq 58 faizini və 76 faizini təşkil edir. Kənd təsərrüfatı
hasilatında, o cümlədən məhsul, mal-qara və balıqçılıqda gözlənilən
artımdan sonra kənd təsərrüfatında sudan istifadəyə olan tələbatın
da artacağı gözlənilir. İxracatdan irəli gələn tələbat, habelə müxtəlif
subsidiyalar, kreditlərə çıxış imkanı, suvarma infrastrukturu, torpaq
idarəçiliyi və tədqiqatlar vasitəsilə hökumət dəstəyi sayəsində
kənd təsərrüfatında hasilatın artacağı gözlənilir.
18
Hövzənin
Gürcüstan tərəfində Gürcüstanın Birləşmiş Meliorasiya Sistemləri
Şirkəti hazırda davam edən suvarma qurğularının bərpası ilə kənd
təsərrüfatı torpaqlarını 141,000 hektara qədərartıracaqdır. Mövcud
olan kiçik su anbarlarının bərpası və İlto, Stori və Qəbələdə çaylarda
yeni növ su anbarlarının tikintisi də planlaşdırılır.
Energetikanın inkişaf etdirilməsi. Hövzədə elektrik enerjisinə
təhlükəsiz çıxış imkanı olsa da, məsələn, “Azərbaycan-Gürcüstan-
Türkiyə Enerji Körpüsü” layihəsi vasitəsilə ixrac üçün alternativ
enerji mənbələri, xüsusən də hidroenerji mənbələri araşdırılır.
Azərbaycanda hövzənin Balakən (1.44 MVt), Zaqatala (1.34 MVt),
Qax və Samux ərazilərində günəş, külək, biokütlə və hidroenerjidən
istifadə etmək planları vardır.
19
Gürcüstanın məqsədi, bərpa
olunan enerjini təşviq etməklə,
20
mədən yanacaqlarından asılılığı
azatmaqdır, məsələn, Kaxeti rayonunun məqsədlərindən biri
bio-yanacaqlara yatırım etmək üçün imkanları araşdırmaqdan
ibarətdir.
21
Geotermal mənbələr üçün də potensial vardır.
22
Alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə
üçün əsas istiqamətlər Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi tərəfindən işlənib hazırlanmış “2012-2020-
ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə haqqında dövlət siyasətlərinin
müəyyənləşdirilməsinə dair” strategiya layihəsində və qəbul edilmək
üçün Gürcüstan Parlamentinə təqdim edilmiş Enerji Siyasəti
layihəsində şərh olunur. Gürcüstanın Energetika Nazirliyi, Alazani
/ Qanıx hövzəsi də daxil olmaqla, hidroenerji potensialına dair
hesablamaları yeniləyir. Azərbaycan enerji alqı-satqı zəmanətləri
vasitəsilə kiçik hidroenerji hasilatını (0.5 – 10 MVt) dəstəkləyir.
Gürcüstan, uzun-müddətli alqı-satqı müqavilələri, yaşıl tariflər və
lisenziyalardan azad elektrik enerjisi hasilatı vasitəsilə, 13 MVt-dan
aşağı hasilat gücü ilə bərpa olunan enerji stansiyalarını (o cümlədən
kiçik hidroenergetikanı) dəstəkləyir.
23
Hidroelektrostansiyalara yeni
yatırımların məqsədi, Təmiz İnkişaf Mexanizmi kreditləri kimi, ətraf
mühitə buraxılan karbon qazının miqdarına görə ödəmələrdən
faydalanmaqdır.
24
Qeyd olunmalıdır ki, hövzənin Gürcüstan
tərəfində çay yatağının çox enli olması və yamacların kiçik olması
səbəbindən hidroenergetikanın inkişaf etdirilməsi çox çətindir. Kiçik
gücə malik hidroelektrostansiyalar yalnız əksər hissəsi axınlı olan
Alazani / Qanıx çayının sol qollarında quraşdırıla bilər. Əlavə olaraq,
geoloji baxımdan qeyri-stabillik müəyyən çətinliklər doğurur və bu
çaylarda hidroelektrostansiyaların tikintisi və fəaliyyəti müəyyən
riskləri öz üzərinə götürür.
Məişətdə istifadə. Tədricən daha çox özəl təsərrüfatlar enerji və
su şəbəkələrinə qoşularaq elektrik enerjisinə və suya olan tələbatı,
habelə çirkab suların təmizlənməsinə ehtiyacı artırır. Əlavə olaraq,
iqtisadi inkişaf, çox güman ki, artıq enerji və su şəbəkələrinə
qoşulmuş özəl təsərrüfatlar tərəfindən ehtiyatlardan adambaşına
düşən istifadənin daha yüksək həcmdə olacağına görə istehlak
modellərində dəyişikliyəsəbəb olacaqdır. Gürcüstan tərəfində çaya
2013-cü il ərzində 9.3 milyon m
3
təmizlənməmiş su buraxılmışdır.
25
Azərbaycanda çirkab suları təmizləmə qurğularının tikintisi
planlaşdırılır (Kahn, 7,000 m
3
/gün), davam edir (Şəki, 20,000 m
3
/
gün, Zaqatala rayonu, 10,000 m
3
/gün).
26
və ya tamamlanır
Iqlim dəyişikliyi. Hər iki ölkə temperatur artımına məruz qalmışdır
və gələcəkdə yağıntının miqdarında azalmalar gözlənilir.
27
Bu, çox
güman ki, 2035 və 2065-ci illər arasında, xüsusilə yayın sonlarında və
payızın əvvəllərində çayda axının həcmini 9-13 faiz azaldacaqdır.
28
Hövzədəki ehtiyatlarla bağlı digər iddialar. 5m
3
/s həcmdə nəql
edə bilən 213 km. uzunluğunda Oğuz-Qəbələ-Bakı su kəməri kimi,
paytaxt Bakını
29
su ilə təchiz etmək üçün Alazan-Ağrıçay susaxlayan
təbəqədən yeraltı suları nəql etmək üçün yatırımlar edilmişdir.
HÖVZƏDƏKİ EHTİYATLARIN TÜKƏNMƏSİNƏ TƏSİR GÖSTƏRƏN ƏSAS ÜNSÜRLƏRİN
MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
16
İstiqamətlər, 26 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “2015 – 2020-ci illərdə Azərbaycan Respublikasında sənayenin inkişafı
üzrə dövlət proqramı”nda işlənib hazırlanmışdır.
17
Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Gürcüstan. Kaxeti Regional İnkişaf Strategiyası (Tbilisi, 2013-cü il); Azərbaycan Prezidenti, 2014-cü il. “Azərbaycan 2020-ci il: gələcəyə
baxış” inkişaf konsepsiyası: www.president.az/files/future_en.pdf
18
Dünya Bankı.
Azərbaycan Tərəfdaşlıq Proqramından çıxarış (Vaşinqton K.D., Dünya Bankı, 2013-cü il).
19
Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya (2015-ci il).
20
Bərpa olunan enerji ehtiyatlarından istifadə və təchizat mənbələrinin şaxələndirilməsi, məsələn, prioritetləri və inkişaf imkanlarını müəyyənləşdirən Gürcüstanın Energetika Nazirliyi
tərəfindən işlənib hazırlanmış yeni strateji Enerji Siyasəti çərçivəsində enerji sektoru üçün əsas istiqamətlər sırasına daxil edilmişdir.
21
Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Gürcüstan. Kaxeti Regional İnkişaf Strategiyası. (Tbilisi, 2013-cü il).
22
Enerji Xartiyası, 2012-ci il. Gürcüstanın enerjidən səmərəli istifadə siyasətlərinin və proqramlarının geniş icmalı (Brüssel, Enerji Xartiyası Katibliyi, 2012-ci il).http://www.
energycharter.org/what-we-do/energy-efficiency/energy-efficiency-country-reviews/
23
YUNIDO.
Dünyada Kiçik Hidroenergetikanın İnkişafına dair Hesabat. (Vyana, Birləşmiş Millətlət Təşkilatının Sənaye İnkişafı Təşkilatı, 2013-cü il). www.smallhydroworld.org
24
Enerji Xartiyası, 2012-ci il.
Gürcüstanın enerjidən səmərəli istifadə siyasətlərinin və proqramlarının geniş icmalı (Brüssel, Enerji Xartiyası Katibliyi, 2012-ci il).
25
Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti. Gürcüstanın Kaxeti regionunda su təchizatına dair informasiya (Müsahibə) (fevral 2014-cü il).
26
Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya (2015-ci il).
27
Maykl Vestfal və digərləri.
Cənubi Qafqaz regionu üçün iqlim dəyişikliyinin təsirlərinə dair regional araşdırma (Tbilisi, BMTİP, 2011-ci il).
28
Medea İnaşvili. 2013-cü ilin noyabr ayında əlaqənin dəyərləndirməsi üzrə seminarda təqdim edilən Alazani / Qanıx çayı hövzəsində iqlim dəyişikliyinə dair proqnozlar.
29
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən informasiya (2013-cü il).
30
Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya (2015-ci il).
5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI |
6