•
İnkişaf tərəfdaşlarının dəstəyindən faydalanma
– texniki
və maliyyə tərəfdən inkişaf tərəfdaşları (Aİ, İƏİT, BMTİP-
GEF,
38
UNECE
39
və ABŞBİA)
40
sahəvi strategiyaların işlənib
hazırlanmasında və yerinə yetirilməsində mühüm yardımçı rol
oynayırlar. Bu dəstək, həmin sahəvi strategiyalarda (Gürcüstan
üçün yeni Enerji Strategiyası və ya Kür Araz Çayı Hövzəsi üçün
Strateji Fəaliyyət Planı kimi sahələrarası strategiyalar) əlaqələrin
nəzərə alınmasını və sahələrarası tədbirlərin daxil edilməsini
təmin etməyə yönəldilə bilər.
İnformasiya
•
Hövzədəki ehtiyatların və nəzarət olunmayan qaynar
nöqtələrin
xüsusən də hövzədə tədricən daha çox təsirə məruz
qalan ehtiyatların (yeraltı suların çəkilməsi) monitorinqini və
dəyərləndirilməsini təkmilləşdirmə və ekosistem xidmətlərinin
iqtisadi dəyərinin qiymətləndirilməsinə xüsusi diqqət yetirmə.
•
Sahəvi planları və ya dəyərləndirmələri işləyib hazırlayarkən
əlaqələrin dəyərləndirilməsi
– ehtiyatlarla bağlı məhdudiyyətlərin
və sahələrarası təsirlərin nəzərə alındığı enerji dəyərləndirmələri,
kənd təsərrüfatı ilə bağlı dəyərləndirmələr və ya sağlamlıqla bağlı
dəyərləndirmələr kimi.
•
Hidroelektrostansiyaların yerləşməsi, planlaşdırılması və tikintisi
baxımından dayanıqlığı artırmaq üçün
rəhbər prinsiplərin
işlənib hazırlanması və tətbiqi və beynəlxalq təcrübədən
yararlanma.
41
•
Kənd təsərrüfatı və meşəçilik təcrübələrini təkmilləşdirmək
üçün genişləndirmə xidmətlərini təmin etmə,
o cümlədən
məhsul seçimi, su idarəçiliyi və aqro-kimyəvi maddələrin tətbiqi,
sahələrarası biliklər barədə məlumatlı olmaq.
Alətlər
•
Torpaqdan istifadənin planlaşdırılmasını təkmilləşdirmə
•
Müxtəlif sahələr boyu siyasi alətlərin siyasi məqsədlərə
uyğunluğunu və ardıcıllığı yaxşılaşdırma üçün imkanları
müəyyənləşdirmək məqsədilə siyasi alətlərin (subsidiyalar və su
ayırma hüquqları kimi)
hazırki strukturunun xəritələşdirilrməsi
və onların təsirlərini dəyərləndiilrməsi.
•
Ehtiyatların idarəçiliyində “çirkləndirən ödəyir prinsipini”
və infrastrukturun maliyyələşdirilməsində “faydalanan
ödəyir prinsipini” tətbiq etmək üçün alətləri təqdim
etmə,
o cümlədən özəl şirkətlər, açıq şirkətlər, agentliklər və
təsərrüfatlar. Məqsədyönlü iqtisadi alətlər sudan səmərəli
istifadəni həvəsləndirə, eyni zamanda infrastukturun təmir və
genişləndirilməsində maliyyə baxımından dəstək ola bilərdi.
Buna duyulan ehtiyac kənd təsərrüfatında xüsusilə özünü biruzə
verir.
•
Hövzədə, xüsusən də yuxarı hövzədəodun yanacağından
müasir yanacaqlara keçidi təşviq etmək üçün siyasət
aparma
və subsidiyalara və qaz infrastrukturunun inkişaf
etdirilməsinə önəm verən Azərbaycan təcrübəsindən yararlanma.
Gürcüstanda oxşar mədən yanacaq bazası olmadığından, odun
yanacağından keçid çox güman elektrik enerjisi və yanacağın
idxalı üçün planlaşdırma tələb edəcəkdir. Hövzədə ətrafmühitə
təsirləri aşağı səviyyədə saxlamağa çalışan məhdudiyyətləri
nəzərə alaraq, kiçik hidroelektrostansiyalar inkişaf etdirilə bilər.
•
Kənd təsərrüfatında islahatlara dəstək paketləri,
belə ki,
onlar, məsələn, sudan dayanıqlı və məsuliyyətli şəkildə istifadə,
habelə, məsələn fermerlərə qabaqcıl fermer təcrübələri üzrə
təlim keçməklə, az su tələb edən məhsullar və iqlim dəyişikliyinin
təsirlərinə hazırlıq istiqamətində hərəkət etməklə torpaq, su,
enerji və təbiiehtiyatların daha təkmil şəkildə idarə olunmasını
təşviq edirlər.
•
Su təchizatını və sanitar xidmətləri daha yaxşı idarə etmək
üçün alətləri təqdim etmə
- bura təsərrüfatlar üçün məcburi
şəkildə sayğacların qoyulması, aşağı axın cihazlarının təşviqi və
sudan təkrar istifadə və təmizləmə üçün qaydalar aid edilə bilər.
•
Ekoloji axın normalarının işlənib hazırlanması
– bu, hər iki
ölkədə hidroenergetikanın inkişaf etdirilməsinə marağın artması
səbəbindən, xüsusilə önəmlidir. Ekoloji axınlar, çay ekosisteminin
xüsusiyyətlərini nəzərə alaraq, eyni zamanda ardıcıllığa səy
göstərərək hər bir işdə ayrıca müəyyənləşdirilməlidir.
•
Mövcud qaydaların tətbiqini genişləndirmə
- məsələn, çirkab
suların axıdılması və ya bərktullantıların yerləşdirilməsi ilə bağlı.
İnfrastruktur
•
Hövzədəki su ehtiyatlarının saxlanmasını və qorunmasını
təmin etmək üçün infrastrukturun tikintisinə yatırım etmə
–
suvarma infrastrukturunun modernləşdirilməsindən başlayaraq
çirkab suların təmizlənməsi üçün yeni qurğuların inşa edilməsinə
qədər.
•
Daşqın halları ilə bağlı idarəçiliyə yatırım üçün
hazırda
meşələrin bərpası və meşəsalma səyləri kimi təbii infrastrukturu
və tikinti infrastrukturunu birləşdirən yanaşmanın işlənib
hazırlanması.
•
Hidroenerji hasilatı ilə işləyən yeni hidroelekrtostansiyaların
çoxsaylı istifadəçilərə faydalarını maksimuma çatdıran
şəkildə layihələşdirilməsini təmin etmə
- məsələn, stansiyaları,
suvarma və içməli su təchizatı üçün suyun ayrılması, habelə,
məsələn, çaya uyğun növdə hidroelektrostansiya layihələrinə
üstünlük verməklə ətraf mühitə təsirləri minimuma endirməklə
inşa etmə.
•
Bərpa olunan enerjinin inkişaf etdirilməsini təşviq etmə
(hidroenerjidən başqa digər) – hövzənin Azərbaycan tərəfində
planlaşdırılan biokütlə, günəş, külək və sairədən elektrik enerjisi
və istiliyin hasil olunması kimi.
Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq
•
Daşqın riskinin idarə olunması tədbirlərini əlaqələndirmə,
o cümlədən infrastrukturla bağlı tədbirlər, mütəmadi olaraq
çay yataqlarının təmizlənməsi və xidmət və fövqəladə hallara
hazırlıq.
•
Çirkab suların təmizlənməsi üçün ehtiyac duyulan qurğuların
növünün və ölçüsünün müəyyənləşdirilməsinə, habelə
aşağı keyfiyyətdə suyun axıdılma hallarını azaltmaq üçün
digər tədbirlərə (sudan təkrar istifadə kimi) diqqət yetirməklə
suyun keyfiyyətinin qorunması ilə bağlı tədbirlərin
əlaqələndirilməsi.
•
İnformasiyanı bölüşmə və qarşılıqlı şəkildə öyrənmə üçün
imkan yaratma
– məsələn, Gürcüstanın öz təcrübəsini inkişaf
etdirdiyi ekosistem xidmətlərinin iqtisadi dəyərləndirilməsi
sahəsində və ya Azərbaycanın irəliləyişə nail olduğu sudan
səmərəli istifadə olunan suvarma texnologiyasının tətbiqi üçün.
•
İqlim dəyişikliyinə uyğunlaşma planlarının və tədbirlərinin
əlaqələndirilməsi.
•
Optimal hidroenerji artımı və məkanların müəyyənləşdirilməsində
əlaqə yanaşmasını özündə əks etdirən və çoxsaylı
hidroelektrostansiyaların bütün təsirlərinin nəzərə alındığı
hidroenerji potensialının inkişaf etdirilməsi üçün strateji
planın işlənib hazırlanması.
Bunun, çox güman ki, Alazani /
Qanıx hövzəsindən kənarda da faydaları olacaqdır.
38
BMTİP-GEF, Kür Araz çayı hövzəsində yeraltı su ehtiyatları. Kür Araz çayı hövzəsində transsərhəd deqradasiyanın azaldılması adlı BMTİP-GEF layihəsi, 2007-ci il.
39
UNECE,
Transsərhəd çayların, göllərin və yeraltı suların ikinci dəyərləndirməsi (Nyu York və Cenevrə, Birləşmiş Millətlər Təşkilatı, 2011-ci il).
40
UNECE,
Azərbaycanda İkinci Ekoloji Fəaliyyət İcmalı, (Nyu York və Cenevrə, Birləşmiş Millətlər Təşkilatı, 2011-ci il).
41
Buna nümunə olaraq, Alp Konvensiyası çərçivəsində işlənib hazırlanmış “Alp regionunda kiçik hidroenergetikadan istifadə üzrə ümumi rəhbər prinsiplər”(2011-ci il) və ya Dunay
Çayının Mühafizəsi üzrə Beynəlxalq Komissiya (İCPDR) çərçivəsində işlənib hazırlanmış “Dayanıqlı Hidroenerji üzrə Rəhbər Prinsiplər”(2013-cü il).
42
Gürcüstan, biomüxtəlifliyin iqtisadi faydalarına diqqət yetirilən Ekosistemlərin və Biomüxtəlifliyin İqtisadiyyatı (TEEB) adlı qlobal təşəbbüs çərçivəsində qiymətləndirilmişdir.
YUNEP, Gürcüstanda TEEB üzrə ilkin araşdırma.(Cenevrə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, 2013-cü il).http://www.teebweb.org/
11
|
5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI