Hövzə səviyyəsində idarəçilik
Su ehtiyatlarının idarəçiliyi. Beynəlxalq layihələr çərçivəsində Kür
çayı üzərində hövzə boyu əməkdaşlıq qurmaq üçün bir sıra səylər
göstərilmişdir. İndiyənədək bu təşəbbüslər uğurlu olmamışdır.
Azərbaycan müştərək layihələr vasitəsilə transsərhəd əməkdaşlığı
təşviq etməyə çalışır.
13
Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının (ATƏT) və UNECE-in dəstəyi ilə, hazırda Kür çayı
hövzəsindəki ümumi su ehtiyatlarına dair Azərbaycan və Gürcüstan
arasında ikitərəfli müqavilənin layihəsi müzakirə olunmaqdadır.
Müqavilə müxtəlif su istifadəçilərini əhatə etmək, habelə su
ehtiyatlarının mühafizəsi, ekosistemlərin bərpası və hidroloji
fövqəladə hadisələrin təsirlərini idarəetmə və planlaşdırılmış
müştərək komissiyalarda hakimiyyət orqanlarının çoxsahəli
təmsilçiliyini tətbiq etmək üçün nəzərdə tutulur. GEF tərəfindən
maliyyələşdirilən layihələr çərçivəsində də ikitərəfli əməkdaşlığa
dəstək göstərilmişdir.
Digər ehtiyatların idarəçiliyi. Gürcüstan və Azərbaycan arasında
əməkdaşlıq vəziyyəti ümumən yaxşıdır. İki ölkə bir sıra beynəlxalq
layihələrdə, məsələn, monitorinq və dəyərləndirmə və regional
toplantılarda iştirak etmişlər. 1997 və 2007-ci illərdə ekoloji
əməkdaşlıq sazişləri imzalanmışdır (daha ətraflı məlumat almaq
üçün 4-cü fəsildə 7-ci cədvəldə hüquqi əsas və əməkdaşlığın əhatə
dairəsinə nəzər salına bilər). 1997 və 1998-ci illərdə imzalanmış
enerji sahəsində əməkdaşlıq sazişləri ilə elektrik enerjisinin ticarəti
həyata keçirilmişdir və bu əməkdaşlıq İqtisadi Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiya tərəfindən tənzimlənir;
14
Həmçinin
Azərbaycandan Gürcüstana təbii qaz ixrac olunur.
Hövzə səviyyəsində sahələrarası idarəçilik. Transsərhəd
Diaqnostik Təhlillərin
15
və Strateji Fəaliyyət Planının hazırlandığı
daha geniş Kür hövzəsini əhatə edən BMTİP/GEF-in
maliyyələşdirdiyi layihənin bir hissəsi kimi sahələrarası əməkdaşlığa
dəstək göstərilmişdir.
Milli səviyyyədə idarəçilik
Hüquqi və təşkilati çərçivələr. Hövzədəki ehtiyatların idarə
olunması üçün təşkilati çərçivələr 3-cü şəkildə təqdim olunur. Bu
sahədəGürcüstanda altı və Azərbaycanda altı dövlət qurumu iştirak
edir:. Azərbaycanda milli siyasətlər Gürcüstanda olduğundan
daha yüksək səviyyədə dövlət müəssisələri tərəfindən yerinə
yetirilsə də, ümumən mərkəzi dövlət təşkilatları tərəfindən yüksək
səviyyədə nəzarət vardır. Oxşar ehtiyatların tənzimlənməsində
iştirak edən qurumların sayının çox olması bəzən təkrarlanma
və əlaqələndirmədə çətinliklər yaradır. GürcüstandaEkologiya
və Təbii Ehtiyatlar Nazirliyi və Energetika Nazirliyi Ətraf Mühitə
Təsirin Qiymətləndirilməsinin (ƏMTQ) aparılmasında və hidroenerji
ilə bağlı icazələrin verilməsində müəyyən vəzifələr daşıdıqları
üçün səylərin əlaqələndirilməsi tələb olunur. Gürcüstanda 1997-
ci ildə qəbul edilmiş Su haqqında Qanun hazırda yenilənmə
mərhələsindədir; Gürcüstanda hövzə prinsipinin tətbiq edildiyi yeni
Su haqqında Qanunun qəbul olunacağı gözlənilir. Azərbaycanda
Milli Su Strategiyasının hazırlanması 2012-ci ildən bəri davam
edir, lakin bu sənəd hazırlanarkən müxtəlif tərəflər arasında yekun
razılaşma əldə olunmamışdır.
Sahələrarası idarəçilik. Gürcüstanda 2013-cü ildən bəri İqtisadi
Şura iqtisadi siyasəti və strategiyanı əlaqələndirir və Aİ üzrə Hökumət
Komissiyası sahəvi nazirliklərin Aİ-yə inteqrasiyaya yönələn
fəaliyyətini əlaqələndirir. Siyasi inteqrasiya və əlaqələndirmə və
hökumətdaxili əlaqələndirmə, məkan planlaşdırmasında və ƏMTQ-
də və əməyin təhlükəsizliyinə nəzarət sahəsində mühüm rola malik
olan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin mandatının bir
hissəsidir.
Çoxsəviyyəli idarəçilik. 2005-ci ildən bəri Gürcüstan
bələdiyyələri torpaqdan istifadənin planlaşdırılmasına, meşələrin
və su ehtiyatlarının idarə olunmasına, su təchizatı və sanitar
xidmətlərin təmin olunmasına, yerli torpaq bərpa sisteminin
inkişaf etdirilməsinə görə cavabdehlik daşıyırlar. Onlar Gürcüstan
qanunvericiliyini tətbiq etməkləehtiyatlardan səmərəli istifadəyə və
onların qorunmasına görə cavabdehlik daşıyırlar.. Səlahiyyətlərin
xeyli şəkildə bələdiyyələrə ötürülməsi yerli meşələr və yerli su
ehtiyatları ilə bağlı mülkiyyət hüquqlarının verilməsində gerçəkləşir.
Yerli suvarma sistemlərinin saxlanılmasına görə cavabdehlik
bələdiyyələrdən suvarma birliklərinə keçmişdir, lakin onlar öz
fəaliyyətini dayandırdıqdan sonra buna görə kimin cavabdehlik
daşıdığı bəlli deyildir. Azərbaycanda sudan istifadə edənbirliklər
özəl sektorla əlaqəni təşkil edərək, təsərrüfatların suvarılması,
suyun paylanması və idarəçiliyinə görə cavabdehlik daşıyırlar.
Azərbaycanda su təchizatı, sanitar və suvarma infrastrukturlarına
iri yatırımlar mərkəzləşdirilmiş dövlətə məxsus səhmdar şirkətlər
tərəfindən həyata keçirilir. Bunu qeyd etmək maraqlıdır ki, Alazani
/ Qanıx hövzəsi Gürcüstanda on bir və Azərbaycanda dörd inzibati
rayon tərəfindən əhatə olunur.
İDARƏÇİLİK MÜHİTİNİN ŞƏRHİ
13
Rafiq Verdiyev, 2012-ci il. Azərbaycan Respublikasının Milli Su Strategiyası. Aİ Su Təşəbbüsü üzrə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya İşçi Qrupunun on altıncı görüşü
münasibətilə NPD Mərkəzi Qrupunda təqdimat (Cenevrə, 2 iyul 2012-ci il).
14
Azərbaycanın hakimiyyət orqanları tərəfindən verilən informasiya, 2015-ci il.
15
Harald J.L Leummens və Meri M.Mathyus. Kür Araz çay hövzəsi üçün yenilənmiş transsərhəd diaqnostik təhlillər. “Kur Araz çayı hövzəsində transsərhəd deqradasiyasının
azaldılması” (Tbilisi-Bakı-Yerevan, BMTİP / GEF, 2013-cü il).
5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI |
4