Alazani / Qanıx çayı hövzəsindəki ehtiyatların idarəçiliyinə əlaqə
yanaşmasını tətbiq etməklə Azərbaycan və Gürcüstan bir çox
faydalar əldə edə bilərlər. Bu faydaların qısa icmalının nəticələri 1-ci
Cədvəldə verilir, bundan sonra isə 4-cü fəsildə “Əlaqə yanaşmasının
tətbiq edilməsinin faydaları” bölümündə analitik çərçivə təqdim
olunur.
ƏLAQƏ YANAŞMASININ QƏBUL EDİLMƏSİNDƏ FAYDALARIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
CƏDVƏL 1
Alazani / Qanıx Hövzəsindəki ehtiyatların idarə olunmasında transsərhəd əməkdaşlığın faydaları
Iqtisadi tədbirlər üzrə
İqtisadi tədbirlərdən kənar
Hövzədəki
ehtiyatların
təkmilləşdirilmiş
idarəçiliyindən
İqtisadi faydalar
•
Kənd təsərrüfatında məhsuldarlığın və gəlirlərin artması
•
Dəniz ehtiyatlarının qorunması və artırılması
•
Daşqınlar və su anbarında çöküntünün əmələ gəlməsi
səbəbindən hidroenerji hasilatında itkilərdən yayınma
•
Içməli suyun təmizlənməsində məsrəflərə qənaət
•
Daşqınların vurduğu iqtisadi itkilərin azalması
•
Fövqəladə hallar və ziyanın aradan qaldırılmasında
dövlət xərclərinin azalması
•
Turizm sənayesinin genişlənməsi
Sosial və ətraf mühitlə bağlı faydalar
•
Daxildə havanın daha az çirklənməsi sayəsində sağlamlıq üçün
faydalar
•
Daşqınlar nəticəsində insan tələfatının azalması
•
İşsizliyin azalması
•
Yoxsulluğun azaldılması və yaşayış səviyyəsinin yüksəlməsi
•
Yerli icmalar tərəfindən istirahət üçün istifadə
•
Meşə arealının qorunması
•
Karbon məhdudlaşdırması
Azərbaycan
və Gürcüstan
arasında inamın
artmasından
Regional iqtisadi əməkdaşlığın faydaları
•
Enerji daşıyıcıların (elektrik enerjisi, təbii qaz, ağ neft
kimi) ticarətində artım
Geo-siyasi faydalar
•
Beynəlxalq və Aİ normalarına uyğunlaşdırma
•
Gürcüstan və Azərbaycan arasında münaqişələrin baş vermə
ehtimalının azalması
5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI |
12
Alazani / Qanıx hövzəsindəki ehtiyatların dayanıqlı istifadəsi və
idarəçiliyi Gürcüstanda və Azərbaycanda çay ətrafı rayonların
inkişafı üçün vacibdir. Hövzədə məhsuldar kənd təsərrüfatı
torpaqları, cəlbedici landşaftlar, zəngin və yaxşı keyfiyyətli su
ehtiyatları vardır. Bu ehtiyatlara güvənən kənd təsərrüfatı və
turizm sektorlarının sahilyanı rayonların inkişafına təkan verəcəyi
gözlənilir. Kənd ərazilərində enerjiyə çıxış imkanının və əlçatanlığın
artırılması kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşmasına
kömək edir.
Hövzədəki ehtiyatlar tədricən tükənməyə doğru gedir. İqtisadi
inkişaf suya olan tələbatı və hövzədən kənar şəhərləri təchiz etmək
üçün suyun nəqlini yönəldir,kənd təsərrüfatı və məişətdən çirklənmə
səviyyələrini yüksəldir və hidroenerji potensialından istifadəni artırır.
Yoxsulluq səviyyəsi azalsa da, bu problem hələ də mövcuddur və
odun yanacağı üçün meşələrin qırılması və çay yataqlarına və
suvarma infrastrukturuna zəif xidmət səbəbindən, o, eroziya və
çöküntünün əmələ gəlməsinə səbəb olur. Eroziya proseslərindən
əlavə, kənd təsərrüfatı torpaqlarında daşqınlar da baş verir.
43
Alazani / Qanıx hövzəsində müxtəlif ehtiyatlar arasında
çoxsaylı əlaqələr vardır. Enerji-torpaq və torpaq su əlaqələri
xüsusilə güclüdür. İkinci dərəcəli əlaqələr də önəmlidir – məsələn,
yuxarı hövzədə müasir yanacaqların olmaması odun yanacağın
yığılmasına görə meşələrin qırılmasına gətirib çıxararaq torpağın
eroziyaya məruz qalmasına və çoküntünün artmasına təsir
göstərir, bu da öz növbəsində su ehtiyatlarına və əhaliyə (daşqınlar
vasitəsilə), habelə su anbarlarında lillənmə və daşqınlar vasitəsilə
enerji hasilatına təsir göstərir. Buna görə də müxtəlif fəaliyyət
seçimlərinin fəsadlarının başa düşülməsi sahələr boyu bilvasitə
təsirlərə nəzər salınmasını və mümkün olduğu qədər onların nəzərə
alınmasını tələb edir.
Bu dəyərləndirmə hövzədəki ehtiyatların dayanıqlı istifadəsinə
və idarəçiliyinə dəstək göstərmək üçün mümkün həll yollarını
müəyyənləşdirmişdir. Bura təsisatlar, informasiya, alətlər,
yatırımlar və beynəlxalq əməkdaşlıq və əlaqələndirmə ilə bağlı həll
yolları aiddir.Çox vaxt ardıcıl tədbir paketlərinin işlənib hazırlanması
tələb olunur, (məsələn, kənd təsərrüfatına dəstək və ya müasir
yanacaqlara keçidin təşviqi ilə bağlı).Əlaqə yanaşması, məsələn,
dayanıqlı və çoxməqsədli bərpa olunan enerji mənbələrinin inkişaf
etdirilməsində tədbirlərin seçimi üçün yol göstərir.
Texniki səviyyədə əməkdaşlığın hazırki səviyyəsi yaxşıdır,
lakin əlaqənin idarə olunması daha güclü transsərhəd
idarəçilik tələb edir. İki ölkə, hazırda Alazani/Qanıxın da mənsub
olduğu Kür hövzəsi üçün transsərhəd sazişlə bağlı danışıqlar aparır.
Bu sazişin yekunlaşması sudan istifadə edən mütəlif sektorların
transsərhəd səviyyədə əməkdaşlığa cəlb olunmasına dəyərli imkan
yaradacaqdır.
Hövzədəki ehtiyatların inteqrə edilmiş şəkildə idarə
olunmasında daha intensiv transsərhəd əməkdaşlıq əlavə
həqiqi faydalar gətirəcəkdir. Bu, Gürcüstana və Azərbaycana,
öz resurs bazalarından (məsələn, Gürcüstan meşələri, Azərbaycan
qazı) əlavə yararlanmaq, resursların inkişaf etdirilməsini,habelə
hövzə miqyasında risk idarəçiliyini optimallaşdırmaq (məsələn,
hidroenergetikanın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi,
daşqınlarla bağlı əlaqələndirilmiş şəkildə idarəçilik), regional
iqtisadi inkişaf üçün öz resurs bazalarını effektiv şəkildə qorumaq
və yeni iqtisadi imkanlar qazanmaq (məsələn, daha intensiv
enerji ticarəti vasitəsilə) şansını verəcəkdir. Bu iki ölkə bir-birindən
öyrənmək üçün müəyyən imkanlara malikdir, məsələn, Gürcüstan,
odun yanacaqdan müasir yanacaqlara keçidin təşviq olunmasında
Azərbaycan təcrübəsindən faydalanacaqdır və Azərbaycan isə
ekosistem xidmətlərinin iqtisadi dəyərləndirilməsində Gürcüstan
təcrübəsini öyrənə bilər.
Nəticə etibarilə, “əlaqəni idarə etmək” üçün daha güclü və
daha ardıcıl milli siyasətlərə ehtiyac vardır. Daha geniş mənada,
transsərhəd səviyyədə ehtiyatlar və sektorlar arasında dinamika milli
inkişafla izah olunur. Sahələrarası planlaşdırmanın gücləndirilməsi
lazımdır, bunun üçün daha təkmil informasiya mübadiləsi, habelə
sahəvi planlaşdırmanı apararkən sahələrarası təsirləri nəzərə alan
mexanizmlər tələb olunur. Azərbaycanda Milli Su Strategiyasının
hazırlanması və Gürcüstanın Su haqqında Qanununun yenilənməsi
sudan istifadə sektorları arasında əlaqələndirməni gücləndirmək
üçün bir imkan yaradacaqdır. Eynilə, Gürcüstanın yeni Enerji
Strategiyasının işlənib hazırlanması müxtəlif enerji siyasəti
seçimlərinin digər sektorlara (kənd təsərrüfatı, meşəçilik, turizm,
şəhər inkişafı) təsirlərini də nəzərdən keçirmək imkanını verəcəkdir
Bu pilot (sınaq) əlaqə dəyərləndirməsi yalnız hövzədəki
ehtiyatların, sahələrarası əlaqələrin, mümkün həll yollarının və
istifadə olunmamış faydaların vacibliyinə dair ümumi icmalı
təmin edir. Problemləri həll etmək və imkanlardan yararlanmaq
üçün tələb olunan texniki, siyasi və ya idarəçiliklə bağlı tədbirləri və
maliyyələşmə variantlarını daha dəqiq şəkildə müəyyənləşdirmək
üçün əlavə təhlil, maraqlı tərəflərin iştirakı və planlaşdırma işi
gərəkli olacaqdır.
Alazani / Qanıx hövzəsində transsərhəd əməkdaşlığın
gətirəcəyi faydalar və nailiyyətlər bir çox hallarda onun
hüdudlarını aşacaqdır. Bu, xüsusilə Kür hövzəsi üçün, habelə
milli səviyyədə əhəmiyyətlidir. Məsələn, daşqınlara əlaqələndirilmiş
şəkildə nəzarət üzrə yekun saziş asanlıqla əldə oluna biləcəkdir.
YEKUNLAR VƏ TÖVSİYƏLƏR
43
Son illərdə daşqınlar zamanı, çay Gürcüstanda yüz hektarlarla kənd təsərrüfatı ərazisini yuyub apararaq özəl fermerlərə məxsus torpaq əraziləri əhəmiyyətli şəkildə azaltmışdır.
13
|
5-CI FƏSIL: ALAZANI / QANIX ÇAYININ HÖVZƏSI
Information Service
United Nations Economic Commission for Europe
Palais des Nations
CH - 1211 Geneva 10, Switzerland
Telephone: +41(0)22 917 44 44
Fax:
+41(0)22 917 05 05
E-mail:
info.ece@unece.org
Website:
http://www.unece.org
Hətta milli səviyyədə su, enerji, ərzaq və ətraf mühit sahələri arasında əlaqələndirmədə çətinliklər mövcuddur,
lakin təsirlərin bir ölkədən başqa bir ölkəyə yayıldığı transsərhəd hövzələrdə mürəkəbblik xeyli artır. Bir-birilə
qarşılıqlı bağlı olan ehtiyatların idarə olunmasında “əlaqə yanaşması”, səmərəliliyi artırmaqla, mübadilələri
azaltmaqla, birgə fəaliyyət qurmaqla və idarəçiliyi təkmilləşdirməklə, eyni zamanda ekosistemləri qorumaqla,
su, enerji və ərzaq təhlükəsizliyini gücləndirməyin bir yolu kimi meydana çıxmışdır.
Bu nəşr Qafqazda Azərbaycana və Gürcüstana məxsus Alazani / Qanıx Çay Hövzəsində 2013 – 2015-ci
illər üçün BMT AİK-in Su Konvensiyası proqramı çərçivəsində aparılan əlaqə dəyərləndirməsinin nəticələrini
özündə əks etdirir. Tətbiq olunan metodologiya xüsusilə çox-rejimli təcrübə ilə transsərhəd hövzələrdə
əlaqənin dəyərləndirilməsi üçün işlənib hazırlanmışdır və müxtəlif tərəfdaş təşkilatların dəstəyi ilə tətbiq
olunmuşdur.
Dəyərləndirmənin məqsədi, ümumi ehtiyatlar üçün sahilyanı ölkələrin çoxsaylı ehtiyacları ilə bağlı gərginlikləri
yüngülləşdirə biləcək sahələrarası birgə fəaliyyəti və tədbirləri müəyyənləşdirməklə transsərhəd əməkdaşlığa
kömək etməkdir. Prosesdə qərarların qəbul edilməsinə dəstək göstərmək üçün müvafiq informasiyanın əldə
olunmasına səy göstərilmiş və hövzələrdə müxtəlif təcrübə və əsas iştirakçılar cəlb olunmuşlar. Alazani
/ Qanıx üçün birgə dəyərləndirmə prosesi çərçivəsində əsas sahələrarası problemləri və həll yollarını
müəyyənləşdirmək üçün sahələrarası seminar keçirilmiş, sonra onlar təhlillərlə təfsilatlı şəkildə araşdırılmış
və müvafiq sahədə müxtəlif orqanlarla məsləhətləşmələr aparılmışdır.
Əlaqənin dəyərləndirilməsinə dair icmalda su, ərzaq və torpaq, enerji və ekosistem xidmətləri və onların
idarəçiliyinin səciyyəvi xüsusiyyətləri şərh olunur. Dəyərləndirmədə Alazani / Qanıx hövzəsində müxtəlif
hövzə ehtiyatları arasında çoxsaylı əlaqələrin olduğu göstərilir və bu ehtiyatarın inteqrasiyalı idarəçiliyində
transsərhəd əməkdaşlığın gücləndirilməsinin əlavə real faydalar gətirəcəyi vurğulanır. Qrafiklərdə müəyyən
edilmiş qarşılıqlı əlaqələr göstərilir. İqlim dəyişikliyi və sosial-iqtisadi amillər və sahələrarası inkişaf
dinamikasına onların təsirləri də nəzərdən keçirilir.
Nəhayət, geniş tərkibdə fayda gətirəcək tədbirlər də açıqlanır. Əlaqəyə dair bu cür həll yolları təşkilatları,
informasiyanı, alətləri, infrastrukturu, habelə beynəlxalq əlaqələndirmə və əməkdaşlığı əhatə edir. Həll
yollarında vurğulanır ki, siyasi stimullar, iqtisadi vasitələr və digər dəstək tədbirləri düzgün həyata keçirilməli
və daha geniş sahələrarası təsirlər nəzərə alınmalıdır. Dəyərləndirmə onu göstərir ki, əldə olunacaq faydalar
da sahələr boyu genişlənə bilər. Məsələn, müasir enerji mənbələrinə çıxış imkanının artırılması eroziyanı,
daşqınların vurduğu ziyana məruz qalma və biomüxtəlifliyin itməsini azaltmaq məqsədini daşıyan meşələrin
bərpası ilə bağlı səylərə əlavə olaraq kənd yerlərində yanacaq kimi odundan istifadəni məhdudlaşdıra bilər.
Daha geniş mənada, infrastrukturdan çoxsaylı istifadə potensialını və ekoloji faktorları nəzərə alaraq, daha
dayanıqlı inkişaf yolları tapıla və maliyyə vəsaitləri daha səmərəli şəkildə ayrıla bilər.
Printed in Geneva - October 2016 - 200 - ECE/MP.WAT/46 (Chapter 5)
Transsərhəd hövzələrdə ehtiyatlardan
istifadənin tənzimlənməsi:
su, ərzaq,
enerji və ekosistemlər arasında əlaqənin
dəyərləndirilməsi adlı nəşrdən çıxarış