Coğrafiya 8


§25. Daimi və mövsümi küləklər



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

§25. Daimi və mövsümi küləklər
Atmosferin ümumi dövranı
Tropik enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin alçaq təzyiq
sahələrinə doğru (45- 60° enliklərə) əsən küləklər isə qərb küləkləri adlanır. Şimal
mülayim qurşaqda qərb küləkləri Avrasiyada Ural dağlarına qədər bol yağıntı
gətirir. Antarktida materikinin ətrafında qərb küləkləri soyuq Qərb küləkləri
cərəyanını yaradır. Qərb küləkləri Alyaska və Çilinin cənub-qərb qurtaracağında bol
yağıntıların düşməsinə səbəb olur.
Qütblərin yüksək təzyiq sahələrindən mülayim enliklərdəki alçaq təzyiq sahələrinə
doğru Şimal yarımkürəsində şimal-şərq küləkləri, Cənub yarımkürəsində isə
cənub-şərq küləkləri əsir.
Qış və yay mussonlarının
yaranması
İl ərzində materiklər və okeanlar qeyri-bərabər qızır, fəsillər üzrə onların üzərində
atmosfer təzyiqi sahələri yerini dəyişir. Bu, musson küləklərinin (ərəbcə mövsüm)
yaranmasına səbəb olur. Yayda quru tez qızdığına görə onun üzərində alçaq təzyiq
sahəsi yaranır. Nəticədə hava axınları okeanlardan quruya yönəlir. Buna yay
mussonu deyilir. İyuldan oktyabra qədər davam edən yay mussonları Şərqi, Cənub-
Şərqi və Cənubi Asiyada hakim olur. Musson küləkləri Xuanxe, Yantszı, Mekonq,
Qanq, Amur və Brahmaputra çaylarının rejiminə, regionda çəltikçiliyin inkişafına
böyük təsir göstərir.


Qışda Avrasiya üzərində yüksək təzyiq sahəsi yaranır. Bu halda hava axınlarının
istiqaməti materikdən okeanlara yönəlir və qış mussonu yaranır.


Atmosfer
Nə öyrəndik
Mövzuya aid suallar
Xəritə üzərində iş
Ev tapşırığı
Yer üzərində atmosfer təzyiqi sahələrinin paylanmasından asılı olaraq .... .....
yaranır. Daimi küləklərə ...., .... ...., ....-.... və ....-.... küləkləri aiddir. Onlar .... və ....
paylanmasına təsir göstərir. Materiklər və okeanlar arasında əsən .... küləkləri
iqlimə təsirinə görə fərqlənir. Mussonlar yayda .... ...., qışda .... .... əsir.
1.  Daimi küləklərin istiqamətini hansı coğrafi amillər müəyyən edir?
2.  Daimi küləklərin təsiri ilə hansı hava şəraiti yaranır?
3.  Musson küləklərinin istiqamətinin mövsümlər üzrə dəyişməsinə səbəb
nədir?
Daimi və musson küləklərinin təsiri altında olan əraziləri uyğun olaraq
qruplaşdırıb yazın.
Ölkələr: Braziliya, Malayziya, Filippin, İrlandiya, Çili, Danimarka, Kanada,
Yaponiya, Koreya Respublikası.
Şəhərlər: Sinqapur, Karakas, Cakarta, London, Paris. 
Adalar: Madaqaskar, Sulavesi, Şri-Lanka, Kuril, Tayvan, Aleut 
Yarımadalar: Malakka, Alyaska, Kamçatka, Yutlandiya.
Dəniz və körfəzlər: Alyaska, Karib, Şimal, Biskay, Cənubi Çin, Benqal, Yapon.
Küləklər
Ölkələr Şəhərlər
Dəniz və körfəzlər
Adalar
Yarımadalar
 
 
 
 
 
 


Verilmiş xəritə- sxemdə daimi küləklərin adlarını yazın:
1. ____________________________ 
2. ____________________________ 
3. ____________________________ 
4. ____________________________ 
5. ____________________________


§26. Siklon və antisiklonlar
§26. Siklon və antisiklonlar
Hava axınları hakim olduğu ərazilərdə havanın temperaturunu, yağıntıların
düşməsini müəyyən edir. Hava axınlarının bu xassələri onların aşağı və ya yuxarı
hərəkət etməsindən asılıdır.
Təhlil edək:
1.  Hava axınlarının aşağı və ya yuxarı hərəkət etməsi hansı səbəbdən baş verir?
2.  Havanın üfüqi və şaquli istiqamətlərdə hərəkəti onun xassələrində hansı
dəyişikliklərə səbəb olur?
3.  Azərbaycanın ərazisinə ilin müxtəlif vaxtlarında gələn hava axınları hansı
xüsusiyyətlərinə görə fərqlənir?
Açar
sözlər
Siklonlar. 
Tropik siklonlar. 
Antisiklonlar. 
Şəlakət.
Mülayim enliklərdə yaranan hava axınlarında siklonlar və antisiklonlar mühüm rol
oynayır. Siklonlar atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Hava
kənardakı yüksək təzyiq sahəsindən mərkəzdəki alçaq təzyiq sahəsinə yönəlir. Yerin
öz oxu ətrafında fırlanması nəticəsində küləklər Şimal yarımkürəsində saat
əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənubda saat əqrəbinin hərəkət
istiqamətində əsir. Siklon yaranarkən temperatur kəskin dəyişir, buludluluq artır və
yağıntı düşür.
Siklon


Tropik siklonlar okeanların üzərində yaranan tropik hava kütləsinin yay aylarında
ekvatordan ən çox uzaqlaşdığı sahələrdə baş verir. Tropik siklonlar dənizlərdə güclü
dalğalanmaya səbəb olur, quruya hərəkət edərkən yaranan güclü küləklər və leysan
yağışları böyük dağıntılar əmələ gətirir. Cənubi və Cənub-Şərqi Asiyada onlar
tayfun, Amerikada tufan (qasırğa) adlanır.


Atmosfer
 
Avropanın iqliminə siklonlar və antisiklonlar böyük təsir göstərir
Siklonların yarandığı ərazilərdə smerç (tornado) formalaşır. Smerç – havanın güclü
qızması zamanı yuxarı qalxan hava axınları nəticəsində topa-yağış buludlar
sahəsində yaranan atmosfer burulğanıdır. Onlar ABŞ-ın cənubunda əmələ gəlir və
tornado adlanır. Tornado yüksək sürətlə xortum formasında hərəkət edərək böyük
dağıntılara səbəb olur.
Antisiklonun mərkəzində atmosfer təzyiqi normal təzyiqdən (760 mm c.st.) yüksək
olur, hava axınları mərkəzdən kənara yönəlir. Havanın hərəkəti Şi-
 
Antisiklon


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə