Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

mühit və onun mühafizəsi
Demoqrafik siyasət
 - demoqrafik inkişafa nail olmaq məqsədilə əhalinin təbii
artımının yüksəldilməsi və ya azaldılması üçün ölkənin əhalisinə münasibətdə
dövlətin həyata keçirdiyi inzibati, iqtisadi, təbliğati tədbirlər sistemi.
Demoqrafiya
 - əhalinin təbii artımının qanunauyğunluqları, onun xarakterinin
sosial-iqtisadi və təbii şəraitdən, etnik tərkibdən asılılığı haqqında elm.
Dərin okean çökəkliyi, Nov
 - okeanların sahilboyu zonalarında okean tipli tavalarla
materik tipli tavaların toqquşmasından əmələ gələn dərinsulu çökəkliklər.
Divergent sərhədlər
 - litosfer tavalarının bir-birindən uzaqlaşdığı sərhəddir.
Divergent sərhədlər orta okean dağ silsilələrinə uyğun gəlir.
Duzluluq
 - 1 litr suda həll olmuş maddələrin qramlarla miqdarı. Suyun duzluluğu
dərəcəsi promillə (‰) ifadə olunur. Dünya okeanında suyun orta duzluluğu 35‰-
dir, yəni 1 l okean suyunda 35 qr. duz həll olmuşdur.
Exolot
 - okean və dənizlərdə suyun dərinliyini ölçmək üçün istifadə olunan cihaz.
Gəmilərdə qurulan exolotdan göndərilən səs siqnalı saniyədə 1500 m sürətlə
hərəkət edir, suyun dibinə çataraq geri qayıdır və qəbul edilir.
Ekologiya
 – orqanizmlər və onların birliyinin, biosenozların ətraf mühitlə qarşılıqlı
əlaqəsi haqqında biologiya elmi. Bu termin ilk dəfə 1866-cı ildə alman bioloqu Ernst
Hekkel tərəfindən işlədilmişdir.
Ekoloji mühit
 - insanların yaşaması, bitki və heyvanların mövcud olması üçün şərait
nöqteyi-nəzərindən təbii mühitin ümumi vəziyyəti.
Emiqrasiya
 - daimi və uzunmüddətli yaşayış üçün əhalinin ölkəni tərk etməsi.
Əhalinin miqrasiyası
 - yaşayış yerini dəyişməklə və ya dəyişmədən insanların bir
yerdən digərinə (rayondan rayona, ölkədən ölkəyə) yerini dəyişməsi. Miqrasiyaya
mexaniki hərəkət də deyilir.
Əhalinin təbii artımı, Təbii artım
 – müəyyən vaxt ərzində (çox vaxt 1 ildə)
doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərqin mütləq ölçüsü. Təbii artım hər
1000 nəfərə görə promille ilə (‰) hesablanır.
Fiziki coğrafiya
 - bütövlükdə coğrafi təbəqəni və onu təşkil edən komponentlərin
təbiətini kompleks şəkildə öyrənən təbiət elmi.
Hava kütlələri
 - troposferin ümumi fiziki xassələrə malik olan böyük həcmli hissəsi.
Arktika (Antarktika), mülayim, tropik və ekvatorial hava kütlələri ayrılır.
Hərəkət xətləri üsulu
 - xəritələrdə hər hansı bir yerdəyişmənin hərəkət
istiqamətini göstərmək üçün istifadə olunan üsul. Dəmir, avtomobil yollarında
yüklərin daşınma istiqaməti, dəniz yolları, təyyarə xətləri hərəkət xətləri üsulu ilə
verilir.
Hondvana
 - Yerin inkişafının ilkin mərhələsində, 200-250 mln. il əvvəl Cənub
yarımkürəsində movcud olmuş materik. Hondvana hazırkı Cənubi Amerikanın çox
hissəsini, Avstraliyanı, Hindistanı, Ərəbistanı, bütün Afrikanı və Antarktidanı tuturdu.
Xəritələrin təsnifatı
 - miqyasına, məzmununa və əhatə etdiyi ərazilərə görə
xəritələrin qruplara ayrılması.


Terminlərin izahlı lüğəti
Xəritədə təsvir üsulları
 – xəritələrdə obyekt və hadisələrin təsviri üçün istifadə
edilən yollar. Onlara keyfiyyət fonu, areallar, hərəkət xətləri, izoxətlər, nöqtələr və s.
üsullar aiddir.
İxtisaslaşma
 - müəssisələrin bir məhsul istehsal etməsidir. Onlar məhsulun bir
hissəsinin və ya hazır məhsulun istehsalı üzrə ixtisaslaşa bilər.
İqlim əmələ gətirən amillər
 – iqlimin yaranmasına təsir edən fiziki-coğrafi
səbəblər. Coğrafi enlik, atmosferin ümumi dövranı və səth örtüyü əsas iqlim əmələ
gətirən amillərdir. İqlimə həmçinin, okean və dənizlərdən uzaqlıq, okean cərəyanları,
relyef şəraiti, mütləq hündürlük, dağların yerləşmə istiqaməti də təsir göstərir.
İqtisadi coğrafiya
 - təbii şərait və ehtiyatlardan istifadə edilməsini, təsərrüfatın və
əhalinin yerləşməsi prinsiplərini öyrənən coğrafiya elmi. Termini elmə 1760-cı ildə
rus alimi M.V.Lomonosov (1711-1765) gətirmişdir.
İmmiqrasiya
 - başqa ölkədən bir ölkəyə daimi və ya müvəqqəti köçüb gəlmək.
İnkişaf etməkdə olan ölkələr
 - təsərrüfatın inkişafına və əhalinin həyat səviyyəsinə
görə dünyanın İEÖ-nə nisbətən geri qalan ölkələri. Onlar Asiya, Afrika, Okeaniya və
Latın Amerikasında yerləşirlər.
İnkişaf etmiş ölkələr
 - sosial-iqtisadi inkişafına və əhalinin həyat səviyyəsinə görə
dünyanın qabaqcıl mövqe tutan ölkələri. Bu qrupa ABŞ, Kanada, Yaponiya, Qərbi
Avropa ölkələri, CAR, Koreya Respublikası, Sinqapur, Avstraliya, Yeni Zelandiya və
İsrail aiddir
İşıqlanma qurşaqları
 - Günəşin Yer səthini qızdırma dərəcəsindən asılı olaraq
ayrılan qurşaqlar. Yer üzərində günəş şüalarının düşmə bucağı, gecə və gündüzün
uzunluğu, fəsillərin yaranmasına görə fərqlənən bir isti, iki mülayim və iki soyuq
(qütb) işıqlanma qurşağı ayrılır. Onların sərhədi tropiklər və qütb dairələrinə görə
keçir.
İzoxətlər üsulu
 - xəritədə, kəsiliş və profillərdə hər hansı göstəricinin (məs.,
hündürlük, temperatur) eyni kəmiyyətə malik olan nöqtələrini birləşdirməklə
hadisələrin təsvir edilməsi üsulu.
Köçürmə kapitalizm ölkələri
 – əhalisinin əksəriyyəti digər ölkələrdən, əsasən,
Qərbi Avropadan köçüb gələnlər hesabına formalaşan ölkələr qrupu. Bu ölkələrin
əksəriyyəti B.Britaniyanın keçmiş müstəmləkələri olmuşdur (Kanada, Avstraliya,
CAR, Yeni Zelandiya). Bura daxil edilən İsraildə ABŞ-ın köməyi ilə müasir kapitalist
təsərrüfatı qurulmuşdur. Onlar İEÖ qrupuna aiddir.
Keyfiyyət fonu üsulu
 - eyni bir mövzunu göstərən xəritələrdə rəngin müxtəlif
çalarlarından istifadə etməklə obyekt və hadisələrin göstəricilərinin fərqləndirilməsi.
Bu üsul ərazinin hər hansı əlamətə görə bölünməsi zamanı işlədilir.
Kombinələşmə
 - istehsalın təşkili formalarından biri. Kombinələşmə zamanı
texnoloji cəhətdən bir-biri ilə əlaqəli olan bir neçə ixtisaslaşmış istehsal sahələri bir
müəssisədə cəmlənir.
Konvergent sərhədlər
 - litosfer tavalarının bir-birinə yaxınlaşan sərhədləri.
Konvergent sərhədlərdə materik Yer qabığına malik olan iki tava, ya da materik və
okean tipli Yer qabığına malik olan tavalar toqquşur.


Terminlərin izahlı lüğəti
Kooperativləşmə
 - istehsalın təşkili formalarından biri, hazır məhsulun istehsalında
iştirak edən müəssisələr arasında əlaqədir.
Kurort-turizm ehtiyatları
 - əhalinin istirahəti və müalicəsi üçün istifadə edilən təbii
və antropogen mənşəli ehtiyatlar.
Qabarma-çəkilmələr
 - Ayın və Günəşin cazibə qüvvəsi ilə okean və dənizlərin
sahillərində suyun səviyyəsinin dövri olaraq qalxması və düşməsi.
Qərb küləkləri
 - Şimal və Cənub yarımkürələrində tropik enliklərin yüksək təzyiq
sahələrindən (25 - 30° enliklərdən) mülayim enliklərin alçaq təzyiq sahələrinə (45 -
60° enliklərə) əsən küləklər.
Qurşaq vaxtı
 – saat qurşağı daxilində olan vaxt. Qurşaq vaxtı saat qurşağının orta
xəttində olan vaxta görə müəyyən olunur.
Qütb dairələri
 - gecə və gündüzlərin sutkalıq növbələşməsinin şimal və cənub
sərhədləri. Qütb dairələri və qütblər arasında gecə və gündüzlərin adi növbələşməsi
pozulur. Şimal qütb dairəsi 66°34/ şimal enliyində, Cənub qütb dairəsi 66°34/ cənub
enliyində yerləşir.
Lavrasiya
 - Şimal yarımkürəsində 200 – 135 mln. il əvvəl mövcud olmuş materik.
Lavrasiya Kanada kristallik massivini və Avrasiyanın şimal-qərbdən çox hissəsini
əhatə edirdi. Materik Tetis okeanı ilə cənubda yerləşən Hondvanadan ayrılırdı.
Litosfer
 - Yerin bərk hissəsinin üst təbəqəsi. Ona Yer qabığı və mantiyanın üst
hissəsi daxildir, qalınlığı 50 km-dən 200 km-ə qədərdir.
Litosfer tavaları
 - litosferin geniş əraziləri əhatə edən hissələri. Onların qalınlığı 60-
100 km arasında olur, mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində
üfüqi istiqamətdə sürüşür.
Mussonlar
 - materiklər və okeanlar arasında hava və rütubət mübadiləsinin əsas
formalarından birini əmələ gətirən küləklər. Mussonlar yayda okeanlardan quruya,
qışda qurudan okeana yönəlir, Sakit və Hind okeanlarının Avrasiya sahillərində
yaranır.
Nöqtələr üsulu
 - tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması,
onların kəmiyyət göstəricilərinin təsviri üçün istifadə edilən üsul. Nöqtələrin ölçüləri
və ya sayı onların kəmiyyət göstəricilərini ifadə edir.
Okean cərəyanları
 - okean və dənizlərdə müxtəlif qüvvələrin (əsasən daimi
küləklərin) təsiri altında böyük su kütlələrinin üfüqi istiqamətdə böyük məsafədə
yerdəyişməsi. Formalaşdığı ərazi və suyunun temperaturuna görə isti və soyuq
cərəyanlar ayrılır.
Orta okean silsilələri
 - okean yatağı daxilində böyük dağ sistemləri. Dağların eni
2,0 min km, hündürlüyü 2-3 km, uzunluğu 60 min km-dən çoxdur, bütün okeanların
dibi ilə uzanır. Əsas hissələrinə Orta Atlantik silsiləsi, Mərkəzi Hind okeanı
(Ərəbistan- Hindistanla birlikdə), Şərqi Sakit okean qalxmaları, Şimal Buzlu
okeanında Hakkel silsiləsi aiddir.
Ölkəşünaslıq
 - regional fiziki və iqtisadi coğrafiyanın qovşağında yaranmış


Terminlərin izahlı lüğəti
sahəvi coğrafiya elmi. Ölkəşünaslıq dünya ölkələrinin, onların təbiətinin, əhalisinin,
təsərrüfatının, mədəniyyətinin və ictimai quruluşunun kompleks öyrənilməsi ilə
məşğul olur. Burada təbii ehtiyatların əsası, ölkə əhalisinin yaşayış və təsərrüfat
fəaliyyəti öyrənilir.
Pangeya
 - 250 mln. il əvvəl mövcud olması fərz edilən və ilk okeanla əhatə olunmuş
ilk vahid quruya verilmiş ad. Bu adı ona alman alimi A.Vegener 1912-ci ildə
vermişdir.
Pantalassa okeanı
 – 200 mln. ildən 70 mln. il əvvələ qədər Pangeya quru sahəsini
əhatə edən, Yer kürəsinin yarısını tutan nəhəng okean.
Passatlar
 - Şimal və Cənub yarımkürələrində, 25 - 30° enliklərinin yüksək atmosfer
təzyiqi sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru il ərzində eyni
istiqamətdə əsən küləklər. Koriolis qüvvəsinin təsirilə passatlar şərqə meyil edir.
Ona görə Şimal yarımkürəsində şimal-şərqdən, Cənub yarımkürəsində cənub-
şərqdən əsir.
Rekreasiya ehtiyatları
 - insanların istirahəti və müalicəsinin təşkilinə əlverişli şərait
yaradan ehtiyatlar. Onlara təbii (meşələr, dağlar, mineral bulaqlar) və atropogen
obyektlər (tarixi, arxeoloji, arxitektura, incəsənət əsərləri) aiddir.
Rift dərələri
 - Yer qabığının uzununa yerləşən iri tektonik strukturları (qrabenlər).
Onlar Şərqi Afrika və orta okean silsilələrinin oxu üçün səciyyəvidir.
Saat qurşaqları
 - beynəlxalq vaxt hesablama sistemi. Saat qurşaqlarının
ayrılmasına əsasən dünyanın istənilən yerində olan məntəqələrin yerli vaxtları
arasında əlaqə qurulur. Yer özü ətrafında 24 saata fırlandığına görə meridianlarla 24
saat qurşağı ayrılır, yəni hər 15°-dən bir saat qurşaqları bölünür (360 : 24 = 15°).
Beynəlxalq razılığı görə (1924) saat qurşaqlarının hesablanması Qrinviç
meridianından şərqə doğru aparılır.
Siklonlar
 - atmosferin qapalı alçaq təzyiq sahəsi ilə əlaqədar havanın geniş sahədə
burulğanlı hərəkəti. Siklonun mərkəzində atmosfer təzyiqi normal atmosfer
təzyiqindən
(760 mm c. st.) az olur. Ona görə hava kənardakı yüksək təzyiq sahəsindən siklonun
mərkəzinə yönəlir. Kariolis qüvvəsinin təsiri nəticəsində siklonda külək Şimal
yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənub yarımkürəsində
saat əqrəbinin hərəkəti istiqamətində əsir. Güclü külək əsir, bulud əmələ gəlir, yağış
yağır.
Siyasi coğrafiya
 - ölkələrin sosial-iqtisadi, tarixi, siyasi, milli-mədəni inkişaf
xüsusiyyətləri ilə əlaqədar siyasi qüvvələrin ərazi üzrə paylanmasını, siyasi xəritənin,
ölkələrin ərazisinin, sərhədlərinin formalaşmasını, dövlət quruluşunu, onların
dəyişməsini öyrənən coğrafiya elmi.
Sunami
 - güclü sualtı vulkan və zəlzələ nəticəsində okean səthində əmələ gələn
dalğalar. Sahilə yaxınlaşarkən dalğaların sürəti azalır (30-100 km/saata qədər),
hündürlüyü isə 25-30 m-ə qədər artır, böyük dağıntılara və insan tələfatına səbəb


olur.
Şimal-şərq küləkləri
 - Şimal coğrafi qütbünə yaxın enliklərin yüksək təzyiq
sahələrindən mülayim enliklərin (60° şm.e.) alçaq təzyiq sahələrinə doğru daim əsən
küləklər.


Terminlərin izahlı lüğəti
Tektonik hərəkətlər
 - Yerin daxilində yaranan istilik, radioaktiv və kimyəvi enerjinin
təsiri ilə Yer qabığının hərəkəti. Yer qabığının əsrlik tərəddüdü, qırışıqlıq
əmələgəlmə, qırılmalar üzrə hərəkətləri, üfüqi və şaqulu hərəkətləri fərqləndirilir.
Tetis okeanı
 - 500 mln. il əvvəldən mövcud olmuş su hövzəsinin adı. Tetis okeanı
enlik istiqamətində Vest-Hind adalarından başlayaraq Aralıq dənizi, Qafqaz, Mərkəzi
Asiya, Himalay, Hind-Çin yarımadasından keçib, Böyük Zond arxipelaqına qədər
uzanan geosinklinal hövzələrin yerində olmuşdur.
Təbii ehtiyatlar
 - cəmiyyətin mövcudluğu və inkişaf üçün zəruri olan, əhalinin və
təsərüfatın tələbatının ödənilməsi üçün istifadə edilən təbiət elementləri.
Təbii zonalar
 - oxşar temperatur və rütubətlənmə şəraitinə, eyni növ torpaq
örtüyünə, bitki və heyvanlar aləminə malik, burada hakim olan bitkilərə görə
adlanan təbii komplekslər. Onlar ekvatordan qütblərə doğru üfüqi istiqamətdə
dəyişir.
Təmərküzləşmə
 - istehsalın və işçi qüvvəsinin iri müəssisələrdə cəmlənməsi.
Metallurgiya, maşınqayırma, kimya, yüngül və yeyinti sənayesi sahələrində məhsul
istehsalı üçün iri müəssisələr yaradılır, yəni istehsal təmərküzləşir.
Tibbi coğrafiya
 – insanların sağlamlığına mənfi və müsbət təsir göstərən fiziki-
coğrafi şəraiti, təbii və sosial-iqtisadi amilləri, xəstəliklərin yayılması
qanunauyğunluqlarını öyrənir.
Topoqrafik xəritə
 - ərazilərin müfəssəl təsvirini verən böyük miqyaslı xəritələr.
Topoqrafik plan
 – mühəndis qurğularının, texniki layihələrin hazırlanması və
tikintisində, faydalı qazıntıların işlənməsi zamanı, şəhər təsərrüfatı işlərinin
görülməsi zamanı istifadə edilən 1: 2000 və daha böyük miqyaslı xəritə.
Tropiklər
 - ekvatordan həm şimala, həm də cənuba 23°27/ paralellər. Tropiklər
Günəşin göy qübbəsində zenitdə olmasının sərhədləridir. Şimal yarımkürəsində bu
paralel Şimal tropiki və ya Xərçəng tropiki, Cənub yarımkürəsində Cənub tropiki və
ya Oğlaq tropiki adlanır.
Üzvi aşınma
 - bitkilərin və heyvanların həyat fəaliyyəti nəticəsində süxurların
mexaniki olaraq dağılması və ya kimyəvi dəyişməsi.
Yeni sənaye ölkələri
 - iqtisadiyyatı az vaxt ərzində sürətlə inkişaf edərək, İEOÖ
üçün səciyyəvi olan geri qalmış təsərrüfatdan İEÖ üçün xas olan səviyyəyə qədər
yüksələn, keçmişdə müstəmləkə və yarımmüstəmləkə olmuş Asiya ölkələri. Hazırda
YSÖ-ə Malayziya, Tailand, Filippin İndoneziya, Hindistan, Latın Amerikasında
Argentina, Meksika və Braziliya aiddir.


Mündəricat
Mündəricat


Mündəricat


Eminov Zakir Namin oğlu 
Səmədov Qabil Mahmud oğlu 
Əliyeva Aygün Rafiq qızı
Coğrafiya 
8
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik
Çapa imzalanıb: 02.07.2015 
Formatı 70×100  /  
F.ç.v. 12. Sayı 112500 nüsxə
“Xəzər Etiket” mətbəəsi. 
Bakı şəhəri, М.Müşfiq küçəsi 2E. Tel.: 497-35-76.
Mətbəənin direktoru
Həsən Həsənov
Kompüter dizaynı
Vüqar Nağıyev
Korrektor
Fəridə Ələsgərli
1
16

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə