Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

almaq üçün regionlarda təsərrüfat
sahələrinin inkişafı sahəsindəki tədbirləri
genişləndirmək lazımdır.


Əhali və təsərrüfatın ərazi təşkili
Kooperativləşmə – hazır məhsulun istehsalında iştirak edən müəssisələr
arasındakı əlaqədir. Maşınqayırma müəssisələri arasında kooperasiya əlaqələri
daha genişdir. Müəssisə çatışmayan detalları başqa müəssisələrdən alır və son
məhsulu istehsal edir. Gəncə Avtomobil zavodunda Rusiya və Belarusdan gətirilən
ehtiyat hissələri ilə müxtəlif təyinatlı maşınlar istehsal olunur.
Kombinələşmə – texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal
sahələrinin və ya proseslərinin bir müəssisədə birləşməsidir. Kombinələşmə
prosesi kombinatlarda özünü daha aydın göstərir. Kombinat – məhsulu ardıcıl
olaraq tam emal edən, bir-birinə xidmət edən və ya tullantıları emal edən
müəssisələrdir. Onlar metallurgiya, kimya, yüngül və yeyinti sənayesi sahələrində
təşkil edilir. Metallurgiya kombinatlarında dəmirdən çuqun alınır, sonra polad
əridilir, poladdan son məhsul olan prokat (boru, dəmir yolu relsləri, polad lövhə,
metal məftillər və s.) hazırlanır.
Təsərrüfatın inkişafının ilkin vaxtlarında iqtisadi və maliyyə imkanları məhdud
olduğu hallarda həyata keçirilməsi mümkün olan iki proqramdan biri seçilir. Bu
zaman ehtiyatda qalan layihənin qiyməti alternativ dəyər hesab olunur. Məsələn,
iqtisadi rayonlarda hansı kənd təsərrüfatı bitkisinin becərilməsinə üstünlük
verilməsi və hansı sənaye obyektinin tikintisinin həyata keçirilməsi sahəsində seçim
aparılarkən ilkin vaxtda onlardan birinə üstünlük verilir. Bu halda daha tez başa
gələn, öz məsrəflərini tez ödəyən və daha çox gəlir gətirən obyektlərin
yaradılmasına üstünlük verilir.
Bir çox hallarda yerli tələbatın ödənilməsi və ya təsərrüfatın sahə strukturunun
təkmilləşdirilməsi lazımdır. Bunun üçün hazırda istehsal edilən məhsullar və ya
göstərilən xidmətlərlə yanaşı, yenilərinin də təşkilinə zərurət ya-
 
Sellüloz-kağız kombinatı


§50. İstehsalın təşkili formaları
ranır. Bu halda əvvəldən olan sahələrdə müəyyən məhdudiyyətlər yarana bilər. Bu
zaman alternativ seçim aparılır. Alternativ seçim – bir əmtəənin və xidmətin əlavə
miqdarının əldə edilməsi məqsədilə digərinin müəyyən miqdarından imtina
edilməsidir. Belə vəziyyət Naxçıvan MR-də geniş tətbiq edilir. Onun daxili tələbatının
müxtəlif məhsullarla ödənilməsi üçün çoxsahəli təsərrüfat yaradılmışdır.
Müəssisələrdə istehsal edilən məhsulların artırılması üçün əlavə xərclər çəkilir. Bu
məhsullar həm əlavə gəlirlər əldə edilməsinə, yeni satış bazarları tapmağa, həm də
gəlirləri artırmağa imkan verir. Bu zaman çəkilən xərclər son hədd xərclər adlanır.
Son hədd xərclər – əlavə bir məhsul vahidinin istehsalı üçün tələb olunan əlavə
xərclərdir.
Müəyyən bir əlavə və ya yeni məhsulun istehsalına başladıqdan sonra əldə edilən
üstünlük və ya əlavə fayda son hədd fayda adlanır. Bu, həmin müəssisənin
gələcəkdə daha səmərəli fəaliyyətinə zəmin yaratmış olur.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
İstehsalın təşkili formalarına ...., ...., .... və .... aiddir. İstehsalın iri müəssisələrdə
cəmlənməsi .... adlanır. Hazır məhsulun istehsalında iştirak edən müəssisələr
arasında olan əlaqə .... adlanır. Texnoloji cəhətdən qarşılıqlı əlaqədə olan istehsal
sahələrinin bir müəssisədə birləşməsi .... adlanır.
1.  İstehsalın təşkili formaları arasında hansı əlaqələr mövcuddur?
2.  İstehsalın düzgün yerləşməsinin hansı əhəmiyyətli cəhətləri vardır?
3.  Təsərrüfat sahələri və obyektləri arasında əlaqələrin qurulmasına istehsalın
təşkili formaları necə təsir göstərir?
1.  İstehsalın təşkili formalarının ayrı-ayrı təsərrüfat sahələrində tətbiqi üzrə
sxem qurun.
2.  Azərbaycanda təsərrüfatın yerləşməsinə istehsalın təşkili formalarının
təsirinə aid misallar göstərin.


Yaşadığınız ərazidə olan təsərrüfat obyektlərinin yerləşməsi zamanı istehsalın
təşkili formaları necə nəzərə alınır? Onlar haqqında məlumat toplayın.


Əhali və təsərrüfatın ərazi təşkili
§51. Ümumiləşdirici tapşırıqlar. Təbii ehtiyatların
təsnifatı 
                                                   və təsərrüfat
əhəmiyyəti
1. Ölkələrin təbii ehtiyatlarla təminat səviyyəsini müqayisə edin:
Mineral
ehtiyat
Ölkə
Ümumi
ehtiyat
İllik
hasilat
Neft
İran
12,6 mlrd. t
196 mln. t
Daş kömür
Rusiya
193 mlrd. t
144,5 mln.t
Təbii qaz
Əlcəzair
4,6 trln. m
85 mlrd.
m
Dəmir filizi
Braziliya 17,6 mlrd. t
281 mln. t
2. 2013-cü ildə dünya əhalisinin sayı 7137,0 mln. nəfər olmuşdur. Şəhər
əhalisinin 51% olduğunu nəzərə alaraq kənd əhalisinin sayını tapın.
3. Miqrasiya xəritəsindən istifadə edərək əhalinin əsas emiqrasiya və
immiqrasiya mərkəzlərini müəyyən edin. Bu proseslərin əsas səbəblərini izah
edin.
4. Cədvəlin boş qalan yerlərini doldurun.
3
3


5. Dünyada ehtiyatlarla yaxşı təmin olunmuş ölkələrə aid cədvəli doldurun:
Ölkələr
Rusiya ABŞ Kanada Çin Avstraliya
Əsas ehtiyatlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə