Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

okeanlarının mərkəzindən üzüb keçməyə, onların ölçülərini müəyyən etməyə imkan
vermişdir. Bununla yanaşı, dünyada kəşf olunmayan, insan ayağı dəyməmiş
ərazilər, “ağ ləkələr” qalırdı.
H.Merkatorun dünya
xəritəsi (1538)
XVII – XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin,
Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı
tədqiqatları aid etmək olar. Avrasiyanın ucqar şərq nöqtəsinə rus dənizçisi
S.İ.Dejnyov hələ XVII əsrin


§1. Coğrafi kəşflərin yeni mərhələsi
C.Kuk
A.Humboldt
ortalarında çatmışdır və ya fəth etmişdir. İki materik arasında olan Berinq boğazı
XVIII əsrin əvvəlində kəşf edilmişdir. Az sonra Asiyadan Amerika sahillərinə rus
dənizçisi V.Berinqin başçılığı ilə çatmaq mümkün olmuşdu.
İngilis dəniz səyyahı Ceyms Kuk naməlum Cənub torpaqlarını axtarmaq və xəritəyə
köçürmək üçün XVIII əsrin 60-70-ci illərində üç dəfə dünya səyahəti etmişdir. O,
səyahət zamanı Sakit okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları
öyrənmiş, Havay adalarını kəşf etmişdir. Yeni Zelandiyanın müstəqil iki adadan
ibarət olması onun səyahətinin əsas nəticələrinə aiddir.
Alman təbiətşünası Aleksandr Humboldt 1799-1804-cü illərdə And dağlarını,
Orinoko, Amazon çaylarını, Kotopaxi, Çimboraso və Meksikada olan vulkanları,
Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını, daxili
və sahilboyu ərazilərdə


A. Humboldtun səyahət marşrutu


Coğrafi kəşflərdən tədqiqatlara doğru
D.Livinqston
H.M.Stenli
iqlim şəraitində olan fərqləri göstərmişdir. A.Humboldt bitkilərin coğrafi enliklər və
şaquli zonallıq üzrə yayılmasını öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş,
okean cərəyanlarının materikin təbiətinə təsirini müəyyən etmişdir.
1849-1873-cü illərdə ingilis David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını
öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə
qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axarlarını, Nyasa və Tanqanika
göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində
H.M.Stenlinin başçılığı ilə öyrənilmişdir.
XX əsrin ən mühüm coğrafi nailiyyətlərinə Rusiyada üzən “dreyf stansiyaları” ndan
istifadə edərək Şimal Buzlu okeanının öyrənilməsini aid etmək olar. 1977-ci ildə isə
ölkənin atom buzqıran gəmisi Şimal qütbünə çatmışdır.
Nə öyrəndik
Mövzuya aid suallar
Uyğunluğu müəyyən edin
XVIII əsrdə olan coğrafi kəşflərdə ..... və ..... iştirak etmişlər. Bu dövrdə ..... .... və
.... öyrənilmişdir. XIX əsrdə materiklərin daxili rayonları ...... edilmişdir. XX əsrdə
Şimal Buzlu okeanında coğrafi ...... aparılmışdır.
1.  XVIII əsrdə coğrafiyanın inkişafında hansı hadisələrin əhəmiyyəti olmuşdur?
2.  Böyük Coğrafi kəşflər dövründən sonra okeanlarda hansı kəşflər olmuşdur?
3.  XIX və XX əsrlədə dünyanın hansı ərazilərində “ağ ləkələr” silinmişdir?


1. 
Cənubi Amerikada hündürlük qurşaqlarını öyrənmişdir.
2.  Avrasiya və Amerikanı ayıran su obyektini müəyyən etmişdir.
3.  Konqo və Zambezi çaylarının yuxarı axarlarını öyrənmiş, Viktoriya şəlaləsini
kəşf etmişdir.
4.  Avrasiyadan Amerikaya gedən ekspedisiyaya rəhbərlik etmişdir
5.  Amazon və Orinoko çaylarını, Mərkəzi Amerikada yerləşən adaların təbii
şəraitini öyrənmişdir.
1. D.Livinqston
2. A.Humboldt
3. V.Berinq


§2. Coğrafiya elmlərinin inkişafı
§2. Coğrafiya elmlərinin inkişafı
Qədim Yunanıstan elmi biliklərin vətəni hesab olunur. Burada bir neçə əsr ərzində
yaşayan alimlərin yaratdığı elmlər sistemi vahid ad altında (fəlsəfə) birləşmişdir.
İntibah dövründən başlayaraq təbiət və cəmiyyət haqqında toplanan məlumatlar
genişlənərək yeni elm sahələrinin formalaşmasına gətirib çıxarmışdır.
Təhlil edək: 
1.  Coğrafiya elmində yeni sahələrin yaranması onun inkişafına necə təsir
etmişdir?
2.  Coğrafiyanın inkişafında hansı mərhələləri ayırmaq olar?
Açar
sözlər
Coğrafiya elmləri
sistemi. Fiziki
coğrafiya.
İqtisadi
coğrafiya.
Ölkəşünaslıq.
İnsan
coğrafiyası.
Təbiətdə baş verən proseslər və hadisələr arasında qarşılıqlı əlaqələr mövcuddur.
Onlar haqqında toplanan biliklər genişləndikcə coğrafiyada yeni sahələr ayrılırdı.
Coğrafiya ilkin dövrlərdə təsviri xarakter daşımışdır. İlkin coğrafi biliklər məlum
olan ərazilərin təbiətini, relyefini, iqlim şəraitini, su obyektlərini təsvir etməklə
kifayətlənirdi. Bu təsvirlərdə iqtisadi coğrafiyanın ilkin inkişaf mərhələsi kimi
xalqların məşğuliyyəti, adət-ənənələri, şəhərlər haqqında da zəngin məlumatlara
rast gəlinirdi.


Nikolay Kopernikin “Heliosentrik
sistem nəzəriyyəsi”nin sxematik
təsviri
Bu dövrdə bir çox təbii proseslər və hadisələr izah edilmiş, onların səbəbləri və
nəticələri göstərilmişdir. Bunlara hələ qədim Yunanıstanda b.e.ə. IV əsrdə yaşamış
Aristotelin Yerin kürə şəklində olmasına aid sübutlarını göstərmək olar. Hələ bu
vaxtlarda Yerin ölçüləri hesablanmış (K.Eratosfen), onun öz oxu və Günəş ətrafında
fırlanması, iqlimin Günəşin üfüqdə hündürlüyündən asılı olaraq dəyişməsi
söylənmişdir (Hipparx).
Orta əsrlərdə polyak alimi N.Kopernik Yerin və digər planetlərin Günəş ətrafında
fırlanmasına əsaslanan heliosentrik sistem nəzəriyyəsini irəli sürmüşdür (1453).


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə