Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

Antarktidada elmi stansiya əhəmiyyət kəsb edir. Bu stansiyalarda hava üzərində
davamlı olaraq müşahidələr aparılır, havanın çirklənmə səviyyəsi, qaz qarışıqlarının
miqdarının dəyişməsi, çayların sululuğu öyrənilir. Belə məntəqələr dağlıq
rayonlarda, dəniz və göllərdə, xüsusi qorunan ərazilərdə də təşkil edilir.
Antarktidada aparılan elmi işlər təkcə materikin öyrənilməsi üçün deyil, ətraf suların
xassələrini, Yer kürəsində iqlim dəyişmələrini izləmək üçün də vacibdir.


§4. Coğrafiyada yeni biliklərin toplanması yolları
 
Şimal qütb rayonlarında hərəkət edən (dreyf) buzlar üzərində müşahidə stansiyaları
qurulur. Onlar ətraf ərazilərin iqlimi və suyunun xassələri haqqında məlumat
toplamağa imkan verir
Hazırda müxtəlif məzmuna malik xəritələrin tərtib edilməsi üçün aerofoto və kosmik
şəkillərin çəkilməsi, həmçinin kompüter texnologiyasının imkanlarından geniş istifadə
edilir. Yerin aerofoto və kosmik şəkillərinin çəkilməsi üçün müxtəlif hündürlükdə uçan
aparatlarda cihazlar qurulur. Kosmik şəkillərin köməyi ilə dəqiq xəritələr tərtib edilir.
Bu aparatlar Yer səthində və atmosferdə baş verən dəyişiklikləri izləməyə imkan verir.
Dəniz gəmilərində qurulan kameralar okeanların dərin sahələri və dib relyefinin
öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.


Coğrafi kəşflərdən tədqiqatlara doğru
Kompüter texnologiyasının tətbiqi coğrafiyanın əksər sahələri üçün məlumatların
əldə edilməsi işlərini xeyli asanlaşdırır. Məsələn, Ümumdünya Hava Xidmətinin
Moskva, Melburn və Vaşinqtonda əsas mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə
meteoroloji peyklər vasitəsilə və meteoroloji stansiyalarda toplanan məlumatlar
təhlil edilir, ümumiləşdirilir və digər ölkələrə ötürülür.
Nə öyrəndik
Mövzuya aid suallar
Uyğunluğu müəyyən edin
Ev tapşırığı
Coğrafiyada yeni biliklər toplamaq üçün müxtəlif .... üsulları vardır. Əhali
haqqında məlumatlar .... üsulu ilə toplanır. Təbii proseslərin öyrənilməsi üçün
......... stansiyalar və ......... məntəqələri yaradılır. Kosmik aparatlardan istifadə
edilməsi .... ....., .... ..... və .... ..... sahələrində xüsusi əhəmiyyət kəsb edir.
1.  Müxtəlif ərazilərdə yaradılan elmi-tədqiqat stansiyaları və müşahidə
məntəqələrinin hansı əhəmiyyəti vardır?
2.  Coğrafi xəritələrin tərtib edilməsi zamanı hansı vasitələrdən istifadə edilir?
3.  Kosmik aparatlardan istifadə edilməsi əsasında hansı problemləri həll
etmək olur?
Coğrafiyanın öyrəndiyi ən mühüm istiqamətlərə uyğun məlumat əldə edilməsi
yollarını müəyyən edin:
1.  Xəritələrin tərtib edilməsi
2.  Hava proqnozunun verilməsi
3.  Əhalinin göstəricilərinin
nizamlanması
1.  Kosmik aparatlardan aparılan
çəkilişlər
2.  Meteoroloji peyklər
3.  Yerli idarəetmə orqanlarında ailə
siyahıları
4.  Meteoməntəqələr
5.  Statistika idarələrinin topladığı
məlumatlar


1.  Dreyf stansiyaları haqqında məlumat toplayın, onların fəaliyyəti ilə alınan
elmi nəticələri təsvir etməyə çalışın.
2.  Azərbaycanın müstəqilliyi illərində regionların sosial-iqtiisadi inkişafı
sahəsində baş verən dəyişikliklər haqqında məlumatlar toplayın.


§5. Azərbaycanda coğrafiya elminin inkişafı
§5. Azərbaycanda coğrafiya elminin inkişafı
Azərbaycan füsunkar təbiəti, zəngin təbii ehtiyatları ilə həmişə diqqəti cəlb etmişdir.
Bu ehtiyatlar uzun illər ərzində coğrafiyaçı alimlər tərəfindən öyrənilmiş, onlardan
istifadə edilməsi yolları müəyyən edilmişdir. Vaxt keçdikcə ölkənin təbii şəraiti və
sərvətlərinin öyrənilməsi davam edir, onların istifadəsi genişlənir.
Təhlil edək: 
1.  Azərbaycanda coğrafiyanın hansı sahələri inkişaf etmişdir?
2.  Azərbaycanda coğrafiyanın inkişafında rolu olan hansı alimləri tanıyırsınız,
onların xidməti nədən ibarət olmuşdur?
3.  Müstəqillik illərində Azərbaycanda coğrafiyanın inkişafında hansı dəyişikliklər
baş verir?
A.Bakıxanov
H.Zərdabi
Azərbaycan alimləri coğrafiya elminin inkişafına bir çox töhfələr vermişlər. N.Tusi
(1201-1274) 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik
hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi
məntəqələrin koordinatlarını vermişdir.
Məşhur coğrafiyaçı Ə.Bakuvi XIV-XV əsrlərdə yaşamışdır. Onun yazdığı yeganə kitab
Parisdə Milli Kitabxanada saxlanılır.
XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda elmin ayrı-ayrı sahələri, o
cümlədən təbiətşünaslıq inkişaf etmişdir. Regionun Rusiyanın tərkibinə


qatılmasından sonra burada əhalinin, şəhərlərin, təbii şəraitin və təbii ehtiyatların
öyrənilməsinə başlanmışdır.
XIX əsrdə yaşayan H.Z.Şirvani Azərbaycanın məşhur tarixi simalarından biri, səyyah
və coğrafiyaşünasdır. O, ömrünün 40 ilini səyahətdə keçirmiş, bu dövrdə 60 min km
yol getmişdir. H.Z.Şirvani Mərkəsi Asiyada, Hindistanda, İndoneziyada, Ərəbistanda
və Şimali Afrikada olmuşdur. Səyyah gəzdiyi ərazilər haqqında bir neçə əsərin
müəllifidir.
XIX əsrdə A.Bakıxanov (1794-1837) Azərbaycanın tarixi, ictimai-iqtisadi inkişafı
haqqında “Gülüstani-İrəm”, X.Kolumbun Amerikanı kəşf etməsi haqqında “Qəribə
kəşflər”, Kainatın Heliosentrik sistemi haqqında “Kainatın sirləri” əsərlərini
yazmışdır. Azərbaycanın


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə