Coğrafiya 8


§51. Ümumiləşdirici tapşırıqlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

§51. Ümumiləşdirici tapşırıqlar
6. Təbii ehtiyatlarla təminatın əsas göstəriciləri hansılardır?
a) Ehtiyatların neçə il müddətinə çatması 
b) Ehtiyatların dağlıq və dağətəyi zonada yerləşməsi 
c) Geoloji yaşının qədimliyi və ehtiyatların çox olması 
d) Hər nəfərə düşən ehtiyatların miqdarı 
e) Ölkənin daxili tələbatını tam ödəməsi 
f) Texniki cəhətdən mənimsəmənin mümkün olması
7. 2005-ci ildə Azərbaycanda əhalinin sayı 8550,0 min nəfər, hər 1000 nəfərə
təbii artım 11,0 olmuşdur. Ölkədə əhalinin sayı neçə nəfər artmışdır?
8. Verilmiş xəritə-sxemdə I və II tip təbii artıma malik olan ölkələri müvafiq
qruplar üzrə ayırın:
I tip ölkələr
II tip ölkələr
 
 
9. Təbii artımın səviyyəsinə təsir göstərən amillər:
a) Əhalinin sosial-iqtisadi həyat şəraiti 
b) Şəhərlərin təsərrüfat strukturu 
c) Qadınların ictimai işlərdə məşğulluq səviyyəsi 
d) İxrac və idxal məhsullarının dəyərinin nisbəti 
e) Ərazinin təbii-coğrafi şəraiti və ehtiyatlar 
f) Adətlər, milli və dini xüsusiyyətlər
10. İstehsalın təşkili formalarına aid cədvəli tamamlayın:
Anlayışlar
İzahı
1.
Təmərküzləşmə
1. İstehsalın iri müəssisələrdə
cəmlənməsi


Ekoloji mühit və onun mühafizəsi
Ekoloji mühit və onun mühafizəsi
§52. Ətraf mühiti çirkləndirən mənbələr
Təbiətin mühüm tərkib hissəsi olan insan onu daim dəyişir və təbii tarazlığını pozur.
Cəmiyyətin texniki-iqtisadi imkanları genişləndikcə istifadə etdiyi ərazilərin də sahəsi
artır. Bununla yanaşı, onun yaşadığı sahələrdə ətraf mühitə vurduğu zərərin miqyası
da artır. Ona görə də təbii ehtiyatlardan istiifadə edilməsi, mənimsənilən ərazilərin
genişləndirilməsi zamanı ətraf mühitin mühafizəsi məsələləri ön plana çəkilməlidir.
Təhlil edək:
1.  Ətraf mühiti çirkləndirən əsas mənbələr hansılardır?
2.  Ətraf mühitin çirklənməsində hansı fiziki-coğrafi amillər iştirak edir?
3.  Ətraf mühitin daha çox çirkləndiyi ərazilər harada yerləşir?
Açar
sözlər
Təbii çirklənmə
mənbələri.
Sosial- iqtisadi
çirklənmə
mənbələri.
Yer kürəsinin təbiəti müxtəlif mənbələr hesabına çirklənə bilər. Onları təbii-coğrafi
və antropogen qruplara ayırmaq olar. Təbii-coğrafi proseslər nəticəsində ətraf
mühitin çirklənmə mənbələrinə vulkanların püskürməsi, meşə yanğınları zamanı
atmosferə atılan tullantılar, qazlar və tozlar, külək burulğanları zamanı havaya
qarışan tozlar aiddir. Bu mənbələr atmosferdə normadan artıq qarışıqların
yaranmasına səbəb olur. Məsələn, vulkanların püskürməsi nəticəsində hər il
atmosferə 3 mln.t kükürd oksidi atılır. Bəzən ildırım çaxması və bu zaman yaranan
şimşək də təbii


İslandiyada Bardarbunqa vulkanının püskürməsi fəlakətlərə səbəb olur. İldırım
zamanı bir neçə on min dərəcə temperatur yaranır. Onlar meşə yanğınlarına,
dağıntılara, insan ölümünə səbəb olur. Ondan qorunmaq üçün binalar və obyektlər
üzərində ildırımötürən qurulur.
Səhralarda yaranan toz burulğanı ətraf yaşayış məntəqələrinə daxil olaraq havanı
çirkləndirir.


§52. Ətraf mühiti çirkləndirən mənbələr
Meşələrin yanması ətraf mühiti
çirkləndirir
Sosial-iqtisadi sahələr də əsas çirklənmə mənbələrinə aiddir. Ətraf mühitin
çirklənməsinə insanın təsərrüfat fəaliyyəti, avtomobillər, kənd təsərrüfatı
məhsullarının becərilməsi, şəhərlərdə yaranan məişət tullantıları da ciddi təsir
göstərir. Faydalı qazıntıların hasilatı, kimya, tikinti məhsullarının istehsalı, yanacaq
məhsullarının yandırılması çirklənmənin əsas mənbələridir.
Əhalinin və təsərrüfatın çox cəmləndiyi, təbii sərvətlərin hasilatı aparılan rayonlarda
ekoloji cəhətdən gərgin vəziyyət yaranır. Avropa, Rusiyanın Avropa hissəsi, Şərqi,
Cənub-Şərqi Asiya, ABŞ-ın cənub və şərq rayonlarında ətraf mühit çox çirklənmişdir
və onun qorunması ciddi problemdir. Latın Amerikasının sahilləri, Cənub-Şərqi
Avstraliya, Dünya okeanının intensiv nəqliyyat yolları keçən ərazilərdə ekoloji
vəziyyət çox gərgindir.
 
Təbii və iqtisadi çirklənmə mənbələri


Ekoloji mühit və onun mühafizəsi
Bilirsinizmi
Mərkəzi Amerikada olan
Martinika adasında Montan-Pele
vulkanı yerləşir. 1902-ci ildə
onun püskürməsi nəticəsində
əmələ gələn qasırğa qızmar
lava, toz və küldən ibarət zəhərli
qarışıqları 28 min nəfərin
yaşadığı Sen-Pyer şəhərinə
aparmış və əhalinin tam
məhvinə səbəb olmuşdur. Bu
zaman limanda dayanan 17
gəmi də heyəti ilə birlikdə məhv
olmuşdur.
Sahilboyu ərazilərin havası və suyu daha
çox çirklənir
İri sənaye rayonlarında təbii sərvətlərin hasilatı, kimya, metallurgiya, tikinti
materialları istehsalı sahələrinin cəmlənməsi gərgin ekoloji şəraitin yaranmasına
səbəb olur. Ona görə bu ərazilərdə təsərrüfat və əhalinin təmərküzləşməsinin
qarşısını almaq üçün tədbirlər görülür.
Nə öyrəndik
Mövzuya aid suallar
Yerin təbii mühiti ....-.... və .... təsirlər nəticəsində çirklənməyə məruz qalır. Ətraf
mühiti çirkləndirən təbii mənbələrə ...., .... və .... aiddir. Toz burulğanı .... yerləşən
şəhərlərdə tez-tez yaranır və ciddi problemlərə səbəb olur. Vulkan püskürməsi
bəzən .... .... səbəb olur.
1.  Ətraf mühitin çirklənməsi hansı mənfi nəticələrə səbəb olur?
2.  Hansı hallarda təbii proseslər çirklənməyə səbəb olur?
3.  Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün hansı işlərin
görülməsi tələb olunur?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə