Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

Təbii artımın birinci və ikinci tipinə aid ölkələri kontur xəritəyə köçürün.


Əhali və təsərrüfatın ərazi təşkili
§48. Təbii ehtiyatlar
İnsanlar maddi ehtiyaclarını ödəmək, maddi məhsullar istehsal edən zavod və
fabriklərin xammal ilə təminatı üçün təbiətin bizə bəxş etdiyi nemətlərdən istifadə
edir. Yerin geoloji inkişafı çox mürəkkəb, təbii şəraiti müxtəlif olduğuna görə təbii
ehtiyatlar da çoxçeşidlidir. Təbii ehtiyatlar Yer üzərində qeyri-bərabər paylanır. Ona
görə bu nemətlərin əldə edilməsi uğrunda ölkələr arasında daim mübarizə gedir.
Təhlil edək:
1.  Təbii ehtiyatların hansı növləri vardır?
2.  Təbii ehtiyatların təsnifatı hansı xüsusiyyətlərə görə aparılır?
3.  Təbii ehtiyatlardan səmərəli istifadə üçün hansı tədbirlər görülür?
Açar sözlər
Təbii ehtiyatlar.
Tükənən təbii
ehtiyatlar. Tükənməyən
təbii ehtiyatlar.
Potensial ehtiyatlar.
Təbii ehtiyatlarla
təminat.
Təbii ehtiyatlar – əhalinin yaşaması və təsərrüfat fəaliyyəti üçün istifadə edilən
təbii sərvətlərdir. Təbii ehtiyatların bir hissəsi birbaşa istifadə olunur, digər qismi
emal edilir. Təbii ehtiyatların əsas növlərinə günəş enerjisi, Yerin daxili istiliyi
(geotermal), su, torpaq, bitki, heyvan və mineral ehtiyatlar aiddir. Mineral
ehtiyatlar filiz və qeyri-filiz faydalı qazıntılara ayrılır. Filiz faydalı qazıntılarına dəmir,
mis, alüminium, polimetal filizləri və s. daxildir. Neft, təbii qaz, kömür, yanar şist,
müxtəlif duzlar və mineral tikinti xammalları qeyri-filiz faydalı qazıntılarıdır.
Təbii ehtiyatlaın təsnifatı


Təbii ehtiyatlar tükənən və tükənməyən qruplara ayrılır. Torpaq, su, hava, bitki və
heyvan ehtiyatları tükənir, lakin sonra bərpa olunur. Onlara tükənən, lakin bərpa
olunan ehtiyatlar deyilir. Bəzən onların bərpası üçün uzun illər lazım gəlir.
Məsələn, torpağın 0,5-1 sm üst məhsuldar qatının bərpası üçün yüz il keçir. Təbii
ehtiyatların bir qismi isə istifadə edilir və


§48. Təbii ehtiyatlar
Neft platforması
bərpa olunmur. Onlara mineral ehtiyatlar daxildir. Bu ehtiyatlar tükənən, bərpa
olunmayan ehtiyatlar adlanır. Tükənməyən ehtiyatlara aid olan günəş, külək,
geotermal, qabarma-çəkilmə enerjisindən istifadə texniki cəhətdən mürəkkəbdir.
Ərazinin təbii ehtiyatlarla təminat səviyyəsi onların miqdarından, sahəsindən,
geoloji quruluşundan və istifadə dərəcəsindən asılıdır. Təbii ehtiyatlarla təminat
onların neçə ilə çatması və ya əhalinin hər nəfərinə düşən ehtiyatların miqdarı ilə
ölçülür.
Kəşf edilmiş neft ehtiyatları (2009)
Kəşf edilmiş təbii qaz ehtiyatları
(2009)
İstifadəsinin xarakterinə görə təbii ehtiyatlar maddi istehsal sahələrində (sənaye,
kənd təsərrüfatı və digər sahələr) və qeyrimaddi istehsal sahələrində (müalicə,
istirahət və turizm məqsədilə) istifadə olunan növlərə ayrılır.


Mineral sərvətlərə tələbat daim artsa da, onların ehtiyatları məhduddur. Artıq
dünyanın bəzi ölkələrində onların ehtiyatları azalmış və ya tam tükənmişdir. Ona
görə onlardan səmərəli istifadə edilməsi zəruridir. Bunun üçün mövcud yataqlar
səmərəli mənimsənilməli, xammallardan kom-


Əhali və təsərrüfatın ərazi təşkili
Daş kömürün kəşf edilmiş
ehtiyatlarına görə qabaqcıl yer
tutan ölkələr (2009)
pleks istifadə edilməlidir. Mövcud yataqlardan istifadə zamanı yeni texnologiyanın
tətbiq edilməsi, xammal itkisinin azaldılması, ekoloji mühitin qorunması vacib
vəzifələrdir.
Potensial ehtiyatlar – hazırkı şəraitdə istifadə edilməsi mümkün olmayan, lakin
ehtiyatları müəyyən edilmiş təbii sərvətlərdir.
Nə öyrəndik
Mövzuya aid suallar
Hesablayın
Mineral ehtiyatlar .... və ....-.... faydalı qazıntılara ayrılır. Təbii ehtiyatlar .... və ....
qruplara bölünür. Tükənən ehtiyatlara ...., .... və ...., tükənməyən ehtiyatlara .... ....,
.... və .... daxildir. Ehtiyatları müəyyən edilmiş təbii sərvətlər ...... ...... adlanır.
1. Təbii ehtiyatlar hansı qruplara ayrılır? 
2. Tükənən təbii ehtiyatlar hansı qruplara ayrılır? 
3. Mineral və torpaq-bitki ehtiyatları hansı xüsusiyyətlərinə görə fərqlənir?
№ Ölkələr
Kəşf edilmiş dəmir filizi
ehtiyatları, mlrd. ton
Əhalinin sayı,
mln. nəfər
Hər nəfərə düşən
ehtiyatlar, ton
1
Braziliya
17,6
195,5
2
Avstraliya 16,0
24,1
3
Rusiya
57,8
143,5


Ev tapşırığı
4
Kanada
11,7
34,5
Azərbaycanda olan təbii ehtiyatların təsnifatını hazırlayın. Onlardan hansıları
yaşadığınız ərazidə vardır və istifadə olunur?


§49. Təbii ehtiyatların təsərrüfat əhəmiyyəti
§49. Təbii ehtiyatların təsərrüfat əhəmiyyəti
Təbii ehtiyatlar hər bir ölkənin mühüm iqtisadi potensialıdır. Onlardan istifadə
edilməsi əsasında emal müəssisələri fəaliyyət göstərir, şəhərlər və qəsəbələrin
iqtisadi bazası yaradılır. Ölkənin sənayesinin sahə strukturu təbii ehtiyatların istifadə
edilməsi və emalından asılıdır.
Təhlil edək:
1.  Təbii ehtiyatlardan istifadə edilməsi zamanı hansı göstəricilər nəzərə alınır?
2.  Təbii ehtiyatlar və təsərrüfat obyektlərinin yerləşməsi arasında hansı əlaqələr
vardır?
Açar
sözlər
Təbii ehtiyatların
qiymətləndirilməsi.
İqtisadi
ehtiyatlar.
Cəmiyyətin sosial-iqtisadi inkişafı təbiətin bizə bəxş etdiyi təbii ehtiyatlardan istifadə
edilməsi ilə əlaqədardır. İnsanların təbii ehtiyatlara olan tələbatı müxtəlifdir. Su,
ərzaq ehtiyatlarına tələbat böyükdür və daim artır. Elm və texnika inkişaf etdikcə
istehsal edilən məhsulların material tutumluluğu azalır. Bununla yanaşı, neft, təbii
qaz, daş kömür, müxtəlif filizlər hələ də böyük həcmdə hasil olunur və emaldan
keçir.
Kəşf edilən və istismar olunan təbii ehtiyatlardan maddi istehsalın müxtəlif
sahələrində xammal kimi istifadə olunur. Onların bir hissəsi hazır məhsula çevrilir,
digər qismi xammal və ya yarımfabrikat kimi satılır. İstehsala cəlb edilən xammallar
müəyyən emal mərhələsindən keçdikdən sonra iqtisadi ehtiyatlara çevrilir. Təbii
ehtiyatlardan istifadə zamanı onların qiymətləndirilməsi lazım gəlir. Bura
ehtiyatların kəşfi, onların kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi aiddir.
Yanacaq və elektrik enerjisi ilə birlikdə sənaye məhsullarının istehsalına çəkilən
xərclər arasında xammalların maya dəyəri 75% təşkil edir. Xammalların çox hissəsi
İEOÖ-də yerləşir, onların əsas istifadəçiləri isə İEÖ-dir. Ona görə bu ölkələr xammal
bazaları əldə etmək uğrunda daim mübarizə aparırlar.
Hazırda neft, təbii qaz, kömür, dəmir filizi, polimetal filizləri və duzlar təsərrüfat
obyektlərinin fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Onlardan istifadə edilməsi
ölkənin iqtisadi potensialının güclənməsinə, müxtəlif məhsullara olan tələbatın
ödənilməsinə, əhalinin iş yerləri ilə təminatına imkan verir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə