Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

becərilməsi, onların xammal kimi ixracı da aiddir. Belə ölkələr aqrar-xammal
ölkələri adlanır.
İEOÖ arasında böyük fərqlər olduğuna görə onları aşağıdakı kimi qruplaşdırırlar:
Əsas ölkələr (Braziliya, Meksika, Hindistan və Çin) güclü potensiala malikdir, ÜDM-in
miqdarına görə dünyada ilk 20 ölkə sırasına daxildir, hər nəfərə düşən ÜDM-ə görə
isə İEOÖ-lərlə eyni sırada dururlar. Bəzi emal sə-


§43. İnkişaf etməkdə olan ölkələr (İEOÖ)
 
İnkişaf etməkdə olan ölkələrin qrupları
nayesi sahələri yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edir.
Neft ixrac edən ölkələrdə onun satışından əldə edilən gəlirlər hesabına hər nəfərə
düşən ÜDM 10-15 min dollardan çoxdur. Onlara Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ,
Qətər, Oman və Bəhreyn aiddir.
Yeni sənaye ölkələri (YSÖ) güclü emal sənayesi sahələrinə malikdirlər və nisbətən
yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənirlər. XX əsrin 70-80-ci illərində
əsasən Asiyada yerləşən ölkələr sosial-iqtisadi inkişaf tempinə görə qabaqcıl yer
tutmuşlar. YSÖ xarici investisiya, idxal edilən texnologiya, nisbətən ucuz və ixtisaslı
işçi qüvvəsi hesabına son vaxtlarda elmtutumlu sənaye məhsulları istehsal edirlər.
Yeni sənaye ölkələrinə İndoneziya, Tailand, Malayziya, Filippin, Uruqvay, Çili,
Argentina və s. aiddir.
Keçid dövründə olan ölkələrin bir hissəsi son vaxtlarda müstəqillik əldə etmiş,
digərlərində siyasi sistem dəyişmişdir. Bu qrupa Şərqi Avropanın,Asiyanın keçmiş və
hazırkı sosialist ölkələri aiddir.
 
Son vaxtlar İEÖ və İEOÖ-in bir neçə qruplaşması yaranmışdır. Onlardan biri də BRİKS
adlanır. Bura Braziliya, Rusiya, Hindistan, Çin və CAR aiddir.


Dünya ölkələrinin təsnifatı
 
Avrasiya ölkələrinin təsnifatı
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Xəritə üzərində iş
İnkişaf etməkdə olan ölkələr üçün ...., .... və .... göstəricilərinin aşağı olması
səciyyəvidir. Bu ölkələrdə .... .... və .... .... məhsulları daha çox istehsal olunur. Yeni
sənaye ölkələrinə ...., .... və .... aiddir. .... ...., .... və .... neft hasil edən ölkələr
sırasına daxildir. ...., .... və .... İEOÖ arasında məhsul istehsalına görə fərqlənir.
1. İnkişaf etməkdə olan ölkələrin fərqləndirici xüsusiyyəti hansılardır? 
2. İnkişaf etməkdə olan ölkələr dünyanın hansı regionlarında yerləşir? 
3. İnkişaf etməkdə olan ölkələr hansı qruplara bölünür?
İnkişaf etməkdə olan ölkələrin əlamətlərini göstərən cədvəli doldurun:
Sənaye
Xidmət
Əhali
Məşğulluq
 
 
 
 


İnkişaf etməkdə olan ölkələrin adlarını kontur xəritəyə qeyd edin.


§44. İnsanın İnkişaf Əmsalı
§44. İnsanın İnkişaf Əmsalı
Dünyanın müxtəlif regionlarında yerləşən ölkələrin iqtisadi, sosial və mədəni
inkişafı, əhalinin demoqrafik göstəriciləri arasında kəskin fərqlər vardır. Ona görə bu
göstərticilərdən istifadə edilməsi əsasında bütün dünya ölkələrinin müqayisə
edilməsi çətindir. Buna baxmayaraq BMT-nin ekspertləri tərəfindən “İnsanın İnkişaf
Əmsalı” kəmiyyəti müəyyən edilir. Bu kəmiyyətlər əsasında hər il ölkələrin sırası
verilir.
Təhlil edək:
1.  İnsanın İnkişaf Əmsalının müəyyən edilməsi üçün hansı göstəricilərdən istifadə
edilir?
2.  İnsanın İnkişaf Əmsalının öyrənilməsinin hansı əhəmiyyəti vardır?
3.  Azərbaycan İnsanın İnkişaf Əmsalı sırasında hansı mövqeyə malikdir?
Açar
sözlər
İnsanın İnkişaf
Əmsalı. Təhsil
göstəriciləri.
Sağlamlıq
göstəriciləri.
Ekoloji
göstəricilər.
İqtisadi
göstəricilər.
Dünya ölkələrinin inkişaf səviyyəsini və bu ölkələrdə
yaşayan əhalinin həyat səviyyəsini müqayisə etmək üçün
İnsanın İnkişaf Əmsalı (İİƏ) göstəricisi hesablanır.1990-cı
ildən BMT-nin İnkişaf Proqramı çərçivəsində “İnsanın
İnkişafı haqqında Məruzə” hazırlanır və hər il çap edilir.
Proqramda göstərilir ki, iqtisadi inkişafın məqsədi
insanların həyat səviyyəsini yüksəltmək, onların əmək
potensialından tam istifadə etməkdir.
İnsanın İnkişaf Əmsalını hesablamaq üşün aşağıdakılar
müəyyən edilir: 1) uzun və sağlam ömür
 
İnsanın İnkişaf Əmsalına görə ölkələrin qrupları, 2013


Dünya ölkələrinin təsnifatı
(orta ömür uzunluğu əsasında hesablanır); 2) təhsil səviyyəsi (böyüklər arasında
savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti
əsasında hesablanır); 
3) layiqli yaşayış standartları (gəlir əsasında hesablanan alıcılıq qabiliyyəti).
BMT-nin hesabatlarında İnsanın İnkişaf Əmsalı 0,800-dən yuxarı olan ölkələr yüksək,
0,799-0,500 arasında əmsala malik olan ölkələr orta inkişaf səviyyəsinə aid edilir.
0,499-dan 
aşağı əmsala malik olan ölkələr geri qalmış qrupa daxildir. 2013-cü il üçün tərtib
edilmiş siyahıya əsasən İnsanın İnkişaf Əmsalına görə ilk beş yerdə Norveç (0,944),
Avstraliya, İsveçrə, Niderland və ABŞ durur. 185 ölkə arasında son beş yer Syerra-
Leone, Çad, MAR, Konqo DR və Nigerə məxsusdur. Azərbaycan 0,747 bal ilə 76-cı
yeri tutur.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
Dünya ölkələrinin inkişaf səviyyəsini və bu ölkələrdə yaşayan əhalinin həyat
səviyyəsini müqayisə etmək üçün .... .... .... hesablanır. Bu zaman ...., .... və ....
nəzərə alınır. Ölkələr bu göstəriciyə görə ...., .... qruplara ayrılır.
1.  İnsanın İnkişaf Əmsalının yüksək və ya aşağı olmasına təsir edən amillər
hansılardır?
2.  İnsanın İnkişaf Əmsalının yüksəlməsi üçün hansı işləri görmək lazımdır?
İnsanın İnkişaf Əmsalı xəritəsində qruplar üzrə ölkələrin təsnifatını hazırlayın.
İnsanın İnkişaf Əmsalı sırasında ilk 10 ölkənin adını dəftərinizə yazın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə