Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

Dünya ölkələrinin təsnifatı
§42. İnkişaf etmiş ölkələr (İEÖ)
ABŞ, Kanada, Yaponiya və Qərbi Avropa ölkələri dünyanın əksər ölkələrindən
əhalinin gəlirlərinin və həyat səviyyəsinin, göstərilən xidmətlərin yüksək olmasına,
təsərrüfatın və şəhərlərin inkişafına görə irəlidədir.
Təhlil edək:
1.  İnkişaf etmiş ölkələrin inkişafının əsas göstəriciləri hansılardır?
2.  İnkişaf etmiş ölkələrin təsərrüfatı hansı əlamətlərinə görə fərqlənir?
 
İnkişaf etmiş ölkələrin qruplaşması
İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq
səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20-30
min ABŞ dolları həcmində olması və orta ömür müddətinin
çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil
səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı
böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı
məhsullarının əsas hissəsini istehsal edir.
İEÖ-i bir neçə yarımqrupa bölmək olar. Birinci yarımqrupa
iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr
daxildir. Onlara “böyük yeddilik” də deyilir (ABŞ, Yaponiya,
AFR, Fransa, Böyük Britaniya, İtaliya və Kanada). Bu ölkələrin
payına dünyanın ümumi və sənaye məhsulları istehsalının
40%-dən çoxu düşür.
Açar
sözlər
İnkişaf etmiş
ölkələr. “Köçürmə
kapitalizm”
ölkələri.


§42. İnkişaf etmiş ölkələr (İEÖ)
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Bilirsinizmi
1997-ci ildə Asiyada
yerləşən Koreya
Respublikası və
Sinqapur, 2001-ci ildə
Avropada olan Kipr İEÖ
qrupuna daxil
edilmişdir. Bu
yarımqrupa daxil olan
ölkələr ÜDM-in hər
nəfərə düşən həcminə
görə iqtisadi cəhətdən
yüksək inkişaf etmiş
ölkələrə yaxınlaşır. Onlar
mürəkkəb təsərrüfat
strukturuna malikdirlər,
o cümlədən xidmət
sahələri sürətlə inkişaf
edir, dünya ticarətində
fəal iştirak edirlər.
Onlar üç iri inkişaf mərkəzində – Qərbi Avropa,
Şimali Amerika və Şərqi Asiyada yerləşirlər.
İkinci yarımqrupa Qərbi Avropanın iqtisadiyyatı
güclü inkişaf etmiş kiçik ölkələri olan İsveçrə, Avstriya,
Belçika, Niderland, İsveç, Norveç, Danimarka,
Finlandiya daxildir. Bu ölkələrdə yüksək
texnologiyaya malik olan sənayedə istehsal edilən
məhsulların çoxu ixrac edilir, əsas gəlirləri
qeyriistehsal sahələrindən (bank işləri, xidmət
sahələri, turizm və s.) formalaşır.
Köçürmə kapitalizm ölkələri” olan Avstraliya
İttifaqı, Yeni Zelandiya, CAR, İsrail üçüncü
yarımqrupu təşkil edir. İsraildən başqa digər ölkələr
Böyük Britaniyanın keçmiş müstəmləkəsi olmuşlar
(bəzən Kanada da bu qrupa aid edilir). Ölkələrin
əhalisi əsasən müstəmləkəsi olduğu dövlətlərdən
(metropoliyalardan) olan miqrasiya hesabına
formalaşmışdır. Bu ölkələrin təsərrüfat sistemi də
Böyük Britaniyanın köməyi ilə qurulmuşdur.
Metropoliyadan olan şirkətlərin rolu böyükdür.
Orta inkişaf səviyyəsinə malik olan ölkələrə
İspaniya, Yunanıstan, Portuqaliya və İrlandiya aiddir.
İnkişaf etmiş ölkələrdə .... ...., .... və .... .... yüksək olması səciyyəvidir. Bu ölkələrdə
.... .... məhsulları daha çox istehsal olunur. “Köçürmə kapitalizmi” ölkələrində ....
və onların nəsilləri üstündür . ...., .... və .... inkişaf etmiş ölkələr sırasına daxildir.
“Böyük yeddilər” dünya .... və .... məhsullarının çox hissəsini verir.
1. İnkişaf etmiş ölkələrin fərqləndirici xüsusiyyəti hansılardır? 
2. İnkişaf etmiş ölkələr dünyanın hansı regionlarında yerləşir? 
3. Bu qrupa dünyanın hansı yeni ölkələrini aid etmək olar?
İnkişaf etmiş ölkələrin əlamətlərini əks etdirən cədvəli doldurun:
Sənaye
Xidmət
Əhali
Məşğulluq
 
 
 
 



Dünya ölkələrinin təsnifatı
§43. İnkişaf etməkdə olan ölkələr (İEOÖ)
Dünya ölkələrinin inkişaf səviyyəsində olan fərqlər getdikcə artır. Bu prosesin
güclənməsinə ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi və asılılığın artması
da təsir göstərir. Geri qalmış ölkələrdə yaranan sosialmədəni və demoqrafik
problemlər digər ölkələr üçün də təhlükə mənbəyidir.
Təhlil edək:
1.  İnkişaf etməkdə olan ölkələrin əsas əlamətləri hansılardır?
2.  İqtisadi inkişafın geri qalması bu ölkələrdə hansı problemləri yaradır?
3.  İnkişaf etməkdə olan ölkələrin təsərrüfatı hansı əlamətlərinə görə fərqlənir?
Açar
sözlər
İnkişaf etməkdə
olan ölkələr. Yeni
sənaye ölkələri.
Mineral-xammal
və aqrar-xammal
ölkələri.
İnkişaf etməkdə olan ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150-yə
qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların
əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial
inkişaf səviyyələrinə görə çox geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-
xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi
əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır.
İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu
qrup ölkələrə mineral-xammal ölkələri deyilir. İEOÖ-in əksəriyyəti üçün kənd
təsərrüfatı məhsullarının
Honqkonq şəhəri hazırda
dünyanın əsas iqtisadi
mərkəzlərindən biridir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə