Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

Tapşırıq
Ev tapşırığı
1.  Ətraf mühiti çirkləndirən mənbələrin sxemini hazırlayın.
2.  Ətraf mühitdə yaranan problemlərin ardıcıllığını müəyyən edin:
3. 
Azərbaycanda ətraf mühitin çirkləndiyi əraziləri xəritəyə əsasən (səh. 193)
müəyyən edin.
a. Su anbarları yaradılması 
c. Pambıqçılığın inkişafı
b. Suvarma kanalları çəkilməsi 
d. Torpaqların şoranlaşması
Ətraf mühitin çirklənməsinin artması səbəbləri haqqında esse yazın.


§53. Təsərrüfat sahələri və ekoloji mühit
§53. Təsərrüfat sahələri və ekoloji mühit
İnsanların sayının artması və tələbatının genişlənməsi prosesində təbiətə təsir də
çoxalır. Bu zaman yaşayış sahələri intensiv olaraq dəyişdirilir. Bir çox hallarda bu
dəyişikliklər təkcə təbiət üçün deyil, həm də cəmiyyət üçün fəlakətlərlə nəticələnir.
Artıq təbiətdə baş verən bir çox proseslərin qarşısını almaq ciddi problemə
çevrilmişdir. Onlara ozon qazının seyrəlməsi, tropik meşələrin qırılması, səhralaşma
və havanın temperaturunun artması aiddir.
Təhlil edək:
1.  Hansı təsərrüfat sahələri ətraf mühitin çirklənməsinə təsir edir?
2.  Dünyanın hansı regionları təsərrüfat sahələrinin fəaliyyəti nəticəsində daha çox
çirklənir?
3.  Azərbaycanda ətraf mühiti çirkləndirən əsas mənbələrə hansı istehsal
sahələrini aid etmək olar?
Açar
sözlər
Ətraf mühitin
çirklənməsi.
Radioaktiv
çirklənmə.
Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət
prosesində müxtəlif maddələr və birləşmələrin atılması
nəticəsində onun xüsusiyyətlərinin zərərli olaraq
dəyişməsidir. Yer qabığının çirklənməsi sənaye, tikinti və
kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş
verir. Əsas çirkləndiricilərə metallar və onların birləşmələri,
gübrələr, zəhərli kimyəvi və radioaktiv maddələr, məişət
tullantıları aiddir. Yer qabığına ən böyük mənfi təsir
göstərən amillərdən biri dağ-mədən sənayesi sahələridir.
Hidrosferin çirklənməsi su hövzələrinə sənaye, kənd
təsərrüfatı və məişət tullantılarının və çirkab sularının
axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada
Reyn, Dunay, Sena və Temza, ABŞ-da Missisipi və Ohayo,
MDB-də Volqa, Dnepr, Kür, Amudərya, Sırdərya çaylarının
həddən artıq çirklənməsinə səbəb olmuşdur.
Dünya okeanı üçün neftlə çirklənmə daha böyük təhlükə
mənbəyidir. Aralıq, Şimal, Baltik, Qara, Yapon, Karib
dənizləri, Qvineya, İran, Meksika, Biskay körfəzləri daha çox
çirklənmişdir. Dünya okeanının dərin sulu çökəklikləri
radioaktiv çirklənməyə məruz qalır.


Ekoloji mühit və onun mühafizəsi
Radioaktiv çirklənmə – coğrafi təbəqənin qlobal problemlərindən biridir. O,
radioaktiv filizlərin hasilatı, dinc məqsədlər üçün aparılan nüvə partlayışları, nüvə
sınaqları keçirilməsi, AES-lərdə baş verən qəzalar, nüvə tullantılarının emalı və
basdırılması nəticəsində yaranır. AES-lərdə olan qəzalar ciddi təhlükə mənbəyinə
çevrilir. Məs., 1986-cı ildə Ukraynada olan Çernobıl AES-dəki qəzadan sonra ətraf
ərazilərdə yaşayan əhali köçürülmüşdür. AES-lərdə alınan tullantıların okeanların
dərin sahələrində basdırılması planetdə əsas təhlükə mənbələrindən biridir.
Atmosferin çirklənməsi sənaye sahələrinin və nəqliyyatın fəaliyyəti nəticəsində
baş verir. Atmosferə atılan maddələr arasında turşulu yağışlara səbəb olan kükürd
dioksid (SO ) daha təhlükəlidir. Belə yağıntılar sənayenin inkişaf etdiyi regionlarda
geniş yayılmışdır. Atmosferə istixana qazlarının, ilk növbədə karbon dioksidin (CO )
atılması ciddi problemlərə səbəb olur.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
2
2
Yerin təbəqələri .... və .... tullantıları atılması nəticəsində çirklənməyə məruz qalır.
Dünya okeanının dərin sulu çökəklikləri .... çirklənməyə məruz qalır. Sənaye və
məişət tullantılarının atılması nəticəsində ...., .... və .... çayları, ...., .... və ....
dənizləri çox çirklənmişdir.
1.  Təsərrüfat sahələrinin ətraf mühiti çirkləndirməsinin mənfi nəticələri
hansılardır?
2.  İEÖ və İEOÖ-də fəaliyyət göstərən təsərrüfat sahələrinin ətraf mühiti
çirkləndirməsində hansı fərqlər vardır?
1.  Ətraf mühiti çirkləndirən təsərrüfat sahələrinin sxemini hazırlayın.
2.  Azərbaycanda təbii mühiti çirkləndirən müəssisələrin yerləşdiyi şəhərlərin
adlarını kontur xəritədə qeyd edin.
Ətraf mühiti çirkləndirən təsərrüfat sahələrinin düzgün yerləşməsinə aid
nümunələr göstərin.



§53. Təsərrüfat sahələri və ekoloji mühit


Ekoloji mühit və onun mühafizəsi
§54. Ətraf mühitin mühafizəsi yolları
Ətraf mühitin mühafizəsi hazırda vacib qlobal problemlərdən biri kimi həllini
gözləyir. Bu sahədə həyata keçirilən tədbirlər və görülən işlər texnologiyanın inkişaf
səviyyəsindən, təbii ehtiyatlardan istifadə edilməsi və kompleks emalından, ölkədə
bu sahəyə ayrılan vəsaitlərdən asılıdır. Ekoloji problemlərin dünya miqyasında həlli
üçün mütəmadi olaraq beynəlxalq səviyyədə konfranslar keçirilir. Lakin bu sahədə
hələlik ciddi dəyişiklik azdır. İEOÖ-də bu problemlər daha kəskindir və digər ölkələr
üçün də təhlükələr yaradır.
Təhlil edək:
1.  Ətraf mühitin mühafizəsi hansı yollarla aparılır?
2.  Ətraf mühitin mühafizəsi sahəsində regional və beynəlxalq səviyyədə hansı
tədbirlər yerinə yetirilir?
Açar
sözlər
Təbiəti mühafizə,
YUNEP, Yaşıllar
hərəkatı. Ekoloji
siyasət.
Dünyanın əksər ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir
neçə yoldan istifadə edilir. Bu yolları üç böyük qrupda birləşdirmək olar.
Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və
emalı, torpaqların rekultivasiyası (bərpa edilməsi) aiddir.
İkinci qrupa təbiəti qoruyan, tamamilə yeni texnologiyanın işlənib hazırlanması və
tətbiq edilməsidir. Az


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə