Coğrafiya 8


§55. Ətraf mühit və insanların sağlamlığının qorunması



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

§55. Ətraf mühit və insanların sağlamlığının qorunması
Böyük Çin səddi
Dağların mənzərəli təbiəti
turistləri daim cəlb edir
Tac-Mahal məqbərəsi
1.Təbii rekreasiya- turizm ehtiyatlarından istirahət, müalicə və turizm üçün
istifadə edilir. Onlara sahilboyu ərazilər, dağlar, meşələr, mineral sular aiddir.
2. Mədəni-tarixi ehtiyatlara tarixi, arxeoloji, şəhərsalma, arxitektura, incəsənət
abidələri daxildir. Bu abidələrə Londonda Vestminster, Moskvada Kreml, Paris
yaxınlığında Versal, Romada Kolizey, Aqrada (Hindistan) Tac-Mahal məqbərəsi, Misir
piramidaları, Nyu-Yorkda Azadlıq heykəli, Bakıda Qız Qalası aiddir.
1972-ci ildə Parisdə UNESCO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin
qorunması haqqında” Konvensiya qəbul edilmiş və onların siyahısı hazırlanmışdır.
Bu siyahıya daxil olan obyektlərin sayı hər il artır. 2009-cu ildə bu siyahıda 890
obyekt olmuşdur. Onların 689-u mədəni, 
176-sı təbii, 25-i mədəni-təbii obyektlərdir. Bu obyektlərin əsas hissəsi Avropada,
Asiyada, MDB ölkələrində yerləşir. Ümumdünya İrs obyektləri rekreasiya-tanışlıq


Ekoloji mühit və onun mühafizəsi
Ümumdünya Mədəni
İrs obyektlərinin
paylanması
fəaliyyətinin əsas mərkəzlərinə çevrilmişdir.
Milli adət-ənənələr, mərasimlər və bayramlardan da dünyanın müxtəlif ölkələrində
geniş miqyasda turizmin inkişafı üçün istifadə olunur. Turizm-rekreasiya təsərrüfatı
əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ekoloji cəhətdən sağlam ərazilərin seçilməsi .... .... yaradılması üçün istifadə
edilir. Rekreasiya ehtiyatlarına rekreasiya və turizmin təşkili üçün istifadə edilən
.... və .... obyektlər daxildir. Təbii rekreasiya-turizm ehtiyatları ...., .... və .... üçün
istifadə edilir. Mədəni-tarixi ehtiyatlara ...., .... və .... abidələri daxildir.
1.  Ekoloji mühit əhalinin sağlamlığına necə təsir göstərir?
2.  Dünyanın kurort-rekreasiya üçün əlverişli olan ehtiyatlarından necə istifadə
edilir?
3.  Dünyanın əsas kurort-turizm regionları hansılardır?
1.  Kurort-turizm ehtiyatlarının sxematik planını hazırlayın.
2.  Kurort-turizm şəraitinin qiymətləndirilməsi zamanı istifadə edilən
göstəricilərin planını hazırlayın.


Ev tapşırığı
Dünyanın əsas turizm mərkəzləri olan ölkələrin adlarını kontur xəritəyə köçürün.
Bu ölkələrdəki təbii və antropogen mənşəli turizmrekreasiya mərkəzlərini qeyd
edin.


§56. Azərbaycanın ekoloji vəziyyəti və turizm-rekreasiya ehtiyatları
§56. Azərbaycanın ekoloji vəziyyəti 
və turizm-rekreasiya ehtiyatları
Azərbaycanın neft-qaz ölkəsi kimi məşhur olması onun iqtisadi inkişafına böyük
təsir göstərmişdir. Bununla yanaşı, bu sahə hasilat rayonlarının həddən artıq
çirklənməsinə, Abşeron və Xəzərsahili rayonlarda ekoloji böhrana səbəb olmuşdur.
Hasilatın digər sahələri, sənaye və məişət tullantıları, kənd təsərrüfatında istifadə
edilən kimyəvi maddələr və meliorasiya suları ekoloji gərginliyə gətirib çıxarır.
Təhlil edək:
1.  Ölkədə ətraf mühitin çirklənməsinə hansı sahələr daha çox təsir edir?
2.  Ekoloji problemlərin həlli üçün hansı tədbirlər görülür?
3.  Azərbaycanda kurort-turizm təsərrüfatının inkişafı üçün hansı potensial
imkanlar vardır və onlar ölkənin hansı ərazilərində yerləşir?
Açar
sözlər
Təbii abidələr.
Tarixi abidələr.
Rekultivasiya.
Turizm-
rekreasiya
ehtiyatları.
Təbii sərvətlərin istismarı, torpaqların əkilməsi və meşələrin qırılması ekoloji
gərginliyin artmasına səbəb olur. Abşeron, Neftçala, Siyəzən, Salyan və Şirvan şəhəri
ətrafında neftlə çirklənmiş ərazilər çoxdur. İri şəhərlərin ətrafında olan, təbii
sərvətlər çıxarılan torpaqların rekultivasiyaya (bərpa olunmağa) böyük ehtiyacı
vardır. Belə ərazilərə Daşkəsənin, Abşeronun iri karxanaları, neft hasilatı rayonları,
Kür-Araz ovalığının neftlə çirklənmiş sahələri aiddir.


Nabranda istirahət mərkəzi
Bakı və Sumqayıtda yerləşən kimya, neft-kimya, neftayırma zavodlarından
atmosferə çoxlu tullantı atılır. Sahil qəsəbəsindəki sement zavodu, Gəncə
Alüminium zavodu və müxtəlif nəqliyyat vasitələri atmosferi çirkləndirən əsas
mənbələr sırasındadır.
Azərbaycanın ərazisində olan su hövzələri, xüsusilə çaylar həm ölkədən kənarda,
həm də respublika


Ekoloji mühit və onun mühafizəsi
daxilində çirklənir. Kür, Oxçu, Ağstafa, Tovuz,
Bərgüşad çayları ölkədən kənarda çirklənir.
Kür, Araz, Qoşqar, Parağa və digər çaylar
respublika daxilində sənaye və məişət
tullantıları, meliorasiya suları ilə çirklənir.
Kurort-turizm təsərrüfatı əhalinin həyat
səviyyəsinin yüksəldilməsi və istirahətinin
təşkilində mühüm rol oynayır. Azərbaycanda
ən mühüm təbii-rekreasiya ehtiyatları
Xəzər dənizinin sahillərində yerləşir. Yay
aylarında bol günəş şüaları, qızmar qumlar,
sahil boyu uzanan meşələr və mineral
bulaqlar bu ərazilərin müalicə və istirahət
üçün istifadə imkanlarını genişləndirir.
Abşeron yarımadasının şimal sahilləri əsas
istirahət yerləridir.
Göygöl, Naxçıvanda Batabat gölü mühüm
təbii-rekreasiya zonalarıdır. Şəki-Zaqatala,
Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran-
Astara, Yuxarı Qarabağ iqtisadi rayonlarında
olan gözəl mənzərəli dağlar, meşələr, təbii-
iqlim şəraiti əhalinin istirahətinin təşkil
edilməsi üçün istifadə edilir.
Ölkənin müxtəlif ərazilərində yerləşən
qalalar, tarixi-memarlıq abidələri, şəhər
xarabalıqları, qədim yaşayış məskənləri
turizm təsərrüfatının yaradılması üçün
mühüm əhəmiyyət kəsb edir.
Qax rayonunun İlisu
qəsəbəsində şəlalə
Xəzərin sahilində istirahət
mərkəzi
Şabran rayonunda olan
Çıraqqala


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə