Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

 
Sənaye sularının təmizlənməsi qarşıda duran əsas vəzifələrdən biridir


§54. Ətraf mühitin mühafizəsi yolları
Sutəmizləyici qurğu
tullantılı istehsal sahələrini inkişaf etdirmək, tullantıları yenidən emal etmək,
dövriyyəli su təchizatı sisteminə keçmək də təbiəti qoruyur.
Üçüncü istiqamət insanların yaşadığı təbii mühitin qorunması, onların
sağlamlığının mühafizəsi üçün çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsini
nəzərdə tutur. Əhalinin çox cəmləndiyi iri şəhərlərdən onların köçürülməsi zəruridir.
Bilirsinizmi
Dünyada ekoloji təhlükəsizliyin
gücləndirilməsi üçün müxtəlif
səviyyələrdə – yerli, regional və qlobal
səviyyədə tədbirlər görülür. Qlobal
ekoloji siyasətin formalaşması üçün
BMT-nin köməyi ilə Stokholmda
(1972), Rio de Janeyroda (1992),
Kiotoda (1997), Yohannesburqda
(2002) və Kopenhagendə (2009)
keçirilən Ümumdünya konfranslarının
xüsusi əhəmiyyəti olmuşdur.
Kioto Protokolunun imzalanmasında
məqsəd atmosferdə zərərli qazların
miqdarının müəyyən səviyyədən
yuxarı qalxmasının qarşısının
alınmasıdır. Bunun üçün ölkələr
müəyyən öhdəliklər götürmüşdür, hər
ölkəyə atılan tullantıların miqdarı üzrə
kvota (norma) verilmişdir.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq çoxdan ətraf mühitin qorunmasına


yönəldilən ekoloji siyasət həyata keçirir. Son vaxtlarda belə bir siyasət bəzi İEOÖ-də
də aparılır.
Dünyanın ayrı-ayrı regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli
işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün Təbii Ehtiyatlardan
Səmərəli İstifadə və Ətraf Mühitin Qorunması üzrə Təşkilat (YUNEP)
yaradılmışdır. Bir çox ölkələrdə Yaşıllar hərəkatı təbitətin qorunması üçün çalışır.
Azərbaycanda da təbiətin mühafizə edilməsi üçün xeyli işlər görülmüşdür və onlar
davam etdirilir. 2010-cu il ölkədə “Ekologiya ili” ol-


Ekoloji mühit və onun mühafizəsi
Sənaye və məət tullantılarının emalı
muşdur. 2011-ci ətraf mühitin qorunması, bu sahədə təhsil, gənclərlə əməkdaşlıq və
maarifləndirmə məqsədilə İDEA təşkilatı yaradılmışdır. İDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoqa Xidmət) ölkədə təbiətin qorunması üçün
xeyli işlər görür.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ətraf mühitin qorunması üçün .... .... tədbirləri həyata keçirilir. Bunun üçün .... ....
tətbiq olunur, .... .... istehsal sahələri yaradılır, .... su sisteminə keçilir. Ətraf
mühiti daha çox çirkləndirən sənaye sahələrinə ...., .... və .... aiddir.
1.  Ətraf mühitin çirklənməsi ölkələrin hansı regionlarında daha çox nəzərə
çarpır?
2.  Ətraf mühitin mühafizəsi sahəsində hansı tədbirləri daha səmərəli hesab
etmək olar?
3.  Dünya miqyasında ətraf mühitin mühafizəsi sahəsində hansı tədbirlərin
görülməsi vacibdir?
Kənd təsərrüfatında ətraf mühitin çirklənməsinə səbəb olan amilləri müəyyən
edin:
1. Mineral gübrələrdən istifadə 
2. Əkinlərin növbəli sisteminə keçid
3. Tarlaqoruyucu meşə zolaqlarının
4. Ziyanvericilərə qarşı maddələrdən
istifadə edilməsi 
5. Suvarmada yeraltı sulardan istifadə 


Ev tapşırığı
salınması
6. Normadan artıq suvarma
Yaşadığınız rayonda hansı ekoloji problemlər vardır? Onların aradan qaldırılması
üçün hansı tədbirlərin görülməsi lazımdır? Bu istiqamətdə hansı işlər görülür?
Bu sualların cavablarını dəftərinizə yazın.


§54. Ətraf mühitin mühafizəsi yolları


Ekoloji mühit və onun mühafizəsi
§55. Ətraf mühit və insanların sağlamlığının
qorunması
Yaşadığımız mühitin qorunması təkcə onun tarazlığının bərpası, gələcək nəsillərə
ötürülməsi üçün vacib hesab edilmir. Təbii-coğrafi şərait, mineral bulaqlar, dağların,
sahilboyu ərazilərin səfalı iqlim-sağlamlıq şəraiti insanların sağlamlığının bərpası,
xəstəliklərin müalicəsi məqsədilə istifadə edilir. Bu ərazilərin təmiz ekoloji şəraitinin
qorunub saxlanması ilə yanaşı, insanların yaratdığı maddi mədəniyyət abidələrinin
də mühafizəsi vacibdir. Onlar turuzmin inkişafı üçün də əhəmiyyətlidir.
Təhlil edək:
1.  Kurort-rekreasiya təsərrüfatının əhəmiyyəti nədir?
2.  Kurort-rekreasiya məqsədilə hansı ehtiyatlardan istifadə edilir?
3.  Hansı ərazilərdən turizm-rekreasiya məqsədilə istifadə olunur?
Açar
sözlər
Kurort-turizm
ehtiyatları.
Turizm-
rekreasiya
təsərrüfatı.
Ekoloji cəhətdən sağlam olan ərazilərin iqlim şəraiti əlverişli olduqda istirahətin
təşkili üçün infrastruktur şəbəkəsi yaradılır. Onlar turizm-rekreasiya
təsərrüfatının yaradılması üçün vacibdir. Rekreasiya ehtiyatlarına rekreasiya
(istirahət) və turizmin təşkili üçün istifadə edilə bilən təbii və antropogen obyektlər
daxildir. Buraya tarixi və ya bədii dəyərə malik, estetik cazibədarlığa və müalicə-
sağlamlıq əhəmiyyətinə malik obyektlər aiddir. Rekreasiya ehtiyatları iki böyük
qrupa ayrılır:


 
Aralıq dənizinin sahilləri dünyanın ən mühüm turizm mərkəzidir 
(Yunanıstanın Egey dənizi sahilləri)


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə