Coğrafiya 8


§56. Azərbaycanın ekoloji vəziyyəti və turizm-rekreasiya ehtiyatları



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

§56. Azərbaycanın ekoloji vəziyyəti və turizm-rekreasiya ehtiyatları
Ramana qalası
Azərbaycanın dağlıq və dağətəyi sahələrində çoxlu mineral bulaqlar vardır.
Naxçıvanda Badamlı, Sirab, Vayxır, Darıdağ, Kəlbəcərdə İstisu, Şuşada Turşsu və
Şırlan mineral bulaqları yerləşir. İlisu, Xalxal, Bum Şəki-Zaqatalada, Çüxuryurd
Şamaxıda, Cimi, Xaşi, Xaltan, Qalaaltı Quba- Xaçmazda, Şıx və Suraxanı Abşeronda
olan əsas mineral bulaqlardır. Onlar müalicə mənbələri kimi istifadə edilə bilər.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
.... .... ...., .... .... və .... .... ekoloji gərginliyin artmasına səbəb olur. Neftlə çirklənmiş
ərazilər ...., ...., .... və .... şəhəri ətrafında geniş yayılmışdır. Atmosferə atılan
tullantıların əsas hissəsi ...., ...., .... zavodların payına düşür. Bu müəssisələr ...., ....
və .... şəhərlərində yerləşir. 
Kurort-turizm təsərrüfatı, əhalinin .... .... .... və .... üçün mühüm rol oynayır.
1.  Ekoloji problemlərin yaranma səbəblərini hansı istiqamətlərdə
qruplaşdırmaq olar?
2.  Azərbaycanda çayların, göllərin, digər su hövzələrinin çirklənməsinə səbəb
olan istehsal və xidmət obyektləri hansılardır?
3.  Turizmin inkişafı üçün hansı təbii və tarixi abidələr vardır?
1.  “Azərbaycanın ekoloji vəziyyəti” xəritəsindən istifadə edərək ölkənin gərgin
ekoloji rayonları ilə təsərrüfatın yerləşməsi arasında əlaqələr üzrə cədvəli
doldurun:
Ərazi, şəhər, ətraf sahə
Ekoloji mühit
Təsərrüfat sahələri və obyektləri
 
 
 


Ev tapşırığı
2.  Azərbaycanda olan turizm-rekreasiya rayonlarını müqayisə edin.
“Ekoloji vəziyyətin qiymətləndirilməsi” xəritəsində verilən ərazilərin sərhədləri və
adlarını kontur xəritəyə köçürün.


Ekoloji mühit və onun mühafizəsi


§57. Ümumiləşdirici tapşırıqlar
§57. Ümumiləşdirici tapşırıqlar. Ekoloji problemlər
və 
                                          onların aradan 
                                                qaldırılması yolları
1. Hasilat və tədarük rayonlarında yaranan ekoloji problemləri müəyyən edib
cədvəli doldurun:
Oduncaq
tədarükü
Neft Təbii
qaz
Daş
kömür
Dəmir
filizi
 
 
 
 
 
2. Azərbaycanda ətraf mühitin qorunması üçün hansı tədbirlər görülür?
3. Ekoloji problemlərin həlli istiqamətində tədbirləri müəyyən edin.
4. Ekoloji təhlükə mənbələrinin yayıldığı rayonları müəyyən edib cədvəli
doldurun:
Mənbələr
Sənaye
tullantıları
AES Meşə
qırılması
Torpaq
eroziyası
və kimya
Karxana

tullantı
Daşınma

hasilatda
neft itkiləri
Dünya
 
 
 
 
 
 
Azərbaycan  
 
 
 
 
 
5. Azərbaycanın ekoloji gərginlik rayonlarını kontur xəritəyə köçürün.
6. Külək və toz burulğanlarının yayıldığı əraziləri müəyyən edin:
a) Turan və Qərbi Sibir ovalıqları 
b) Amazon və Kür-Araz ovalıqları 
c) Turan ovalığı və Ərəbistan yaylası 
d) Orta Sibir və Ərəbistan yaylaları 
e) Dekan və Braziliya yaylaları


Ekoloji mühit və onun mühafizəsi
7. Çirklənməyə çox məruz qalmış çaylar (I), dənizlər (II) və körfəzləri (III)
müəyyən edin:
Çaylar: Volqa, Ob, Reyn, Kolıma 
Dənizlər: Aralıq, Kara, Karib, Berinq 
Körfəzlər: Biskay, Anadır, İran, Bristol
8. Hansı şəhərlərin havasını daha təmiz hesab etmək olar?
1. Reykyavik, 2. Madrid, 3. Vaşinqton, 4. Pekin, 5. Tehran, 
6. Naftalan, 7. Mingəçevir, 8. Şuşa, 9. Şirvan, 10. Kislovodsk.
9. Abşeronda neftlə çirklənmiş ərazilərin bərpası üçün hansı tədbirlərin
görülməsi tələb olunur?
10. Dünya okeanında neftlə çirklənmiş rayonların yayılmasına təsir edən
amilləri müəyyən edin:


Terminlərin izahlı lüğəti
TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ
Adalar qövsü
 - materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində
yaranan vulkan mənşəli adalardır. Adətən onlara paralel olaraq novlar yaranır. Məs.:
Aleut adaları və Aleut novu.
Antisiklonlar
 - atmosferin qapalı yüksək təzyiq sahəsi. Mərkəzində atmosfer təzyiqi
normadan (760 mm c.st.) çox olur, kənara doğru azalır, ona görə hava axınları
mərkəzdən kənara yönəlir. Havanın hərəkəti Şimal yarımkürəsində saat əqrəbinin
hərəkəti istiqamətində, Cənub yarımkürəsində əksinə olur. Hava quru və aydın olur.
Areallar üsulu
 - kartoqrafik təsvir vasitələrində hər hansı prosesi, hadisəni,
canlıların yayılma xüsusiyyətini göstərmək üçün qəbul edilən şərti işarə sistemi.
Atmosfer cəbhələri
 - müxtəlif fiziki xassələrə (temperatur, təzyiq, rütubət) malik iki
hava kütləsi arasında keçid zonası. Yer üzərində arktik (antarktik), mülayim və tropik
planetar atmosfer cəbhələri ayrılır.
Atmosferin ümumi dövranı
 - bütün troposferi əhatə edən, Yerin ayrı-ayrı
qurşaqları arasında istiliyin və rütubətin mübadilə edilməsində əsas rol oynayan
hava axınları sistemi. Onlara passatlar, qərb küləkləri, şimal-şərq və cənub-şərq
küləkləri mussonlar, siklonlar və antisiklonlar aiddir.
Batiskaf
 - okean və dənizlərin dərinliklərini tədqiq etmək üçün müstəqil idarə edilən
aparat.
Böyük yeddilik
 - dünya təsərrüfatı və iqtisadiyyatında xüsusi rolu olan yüksək
inkişaf etmiş ölkələr qrupu. Onlara ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük
Britaniya, Fransa və İtaliya aiddir.
Cənub-şərq küləkləri
 - Cənub qütbünə yaxın enliklərin yüksək təzyiq sahələrindən
mülayim enliklərin (60° c.e.) alçaq təzyiq sahələrinə doğru əsən daimi küləklər.
Coğrafi informasiya
 - məlumatların toplanması, təhlili, onların xəritəyə
köçürülməsi ilə məşğul olan sahə.
Coğrafi qurşaqlar
 - Yer səthinin enlik zonallığı üzrə ən böyük fiziki-coğrafi bölgüsü.
Coğrafi qurşaqların adları və sərhədləri iqlim qurşaqları ilə üst-üstə düşür. Onlar
termik şəraitin ümumiliyi ilə səciyyələnir, lakin rütubətlənmə şəraiti eyni deyildir.
Coğrafi təbəqə
 - Litosferin yuxarı hissəsini, atmosferin aşağı təbəqəsini, hidrosferi
və biosferi əhatə edən təbəqə. Coğrafi təbəqənin yuxarı sərhədi troposferin yuxarı
qatlarında, yəni Yer səthindən 20-25 km hündürlükdə, aşağı sərhədi litosferdə 10-12
km dərinlikdə, hidrosferdə isə Marian çökəkliyində yerləşir.
Daimi küləklər
 - müxtəlif enliklərdə Yer səthinin qeyri-bərabər qızması nəticəsində
əmələ gələn müxtəlif xassəli hava kütlələrinin daim eyni istiqamətdə yerdəyişməsi.
Onlara passatlar, qərb küləkləri, şimal-şərq və cənub-şərq küləkləri aiddir. Daimi
küləklər müxtəlif enliklərin iqliminin formalaşmasına böyük təsir göstərir.
Dalğa
 - okean və dənizlərdə küləyin, atmosfer təzyiqinin dəyişməsinin, zəlzələnin,
qabarma qüvvəsinin təsirindən suyun üst qatının hərəkəti.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə