Coğrafiya 8


§45. Ümumiləşdirici tapşırıqlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

§45. Ümumiləşdirici tapşırıqlar
§45. Ümumiləşdirici tapşırıqlar. Ölkələrin inkişaf 
                                      səviyyəsinin müqayisə
edilməsi
1. Avstraliya və Kanada iqtisadi potensialına görə İEÖ-dir. Bu iki ölkənin
müqayisəsi üçün İEÖ və İEOÖ-ə aid əlamətləri əsasında Venn diaqramı qurun.
2. Verilən əlamətlərin hansı qrupa aid olduğunu müəyyən edin. Bu
əlamətlərin aid olduğu ölkələrə misallar göstərin:
İEÖ Əlamətlər
İEOÖ
1. Urbanizasiya səviyyəsi yüksəkdir 
2. Hasilat sənayesinin rolu yüksəkdir 
3. Xidmət səviyyəsi yüksəkdir, onun
məşğulluqda payı çoxdur 
4. Elmtutumlu məhsul istehsalı 
5. Əhalinin təbii artımı zəifdir 
6. Xarici miqrasiya yüksəkdir
3. Cədvəldə verilmiş qruplar üzrə ölkələrin adlarını yazın:
İEÖ
“Böyük yeddilər”
İEOÖ
“Yeni sənaye ölkələri”
 
 
 
 
4. İEOÖ geriliyi və onların aradan qaldırılması haqqında fikirlərinizi yazın:
Problemlər Səciyyəsi olduğu
ölkələr
Aradan qaldırılması
yolları
 
 
 
5. “İnsanın İnkişaf Əmsalı”nın yüksək (I) və aşağı (II) olduğu ölkələri müəyyən
edin:
a) Niderland, b) Kanada, c) Haiti, d) Finlandiya, 
e) Banqladeş, f) Mali, ə) Küveyt, j) Somali, 
g) Nigeriya, h) İsveçrə
6. Verilən əlamətlərdən hansını İEÖ-ə aid etmək olar?


A) Sahilboyu ərazilərin yüksək inkişafı, emiqrasiya 
B) Təsərrüfatın bərabər paylanması, hazır məhsul idxalı


Dünya ölkələrinin təsnifatı
C) Hasilat sənayesinin inkişafı, yüksək məşğulluq 
D) Emal sənayesinin inkişafı, yüksək xidmət səviyyəsi 
E) Şəhərlərin inkişafı, kənd təsərrüfatının üstün rolu
7. “Böyük yeddi”liyə daxil olan ölkələrin əlamətlərini müəyyən edin:
1. Dünyanın ümumi sənaye məhsullarının yarısını verirlər 
2. Təbii ehtiyatlarla təminatları yüksəkdir 
3. Kənd təsərrüfatı yeni ərazilərin mənimsənilməsi hesabına inkişaf edir 
4. Yüksək elmi-texniki potensiala malikdirlər 
5. Əhalinin sayı çox, sıxlığı yüksəkdir 
6. İqtisadi potensialı güclüdür
8. “İnsanın İnkişaf Əmsalı”nın müəyyən edilməsi zamanı nəzərə alınan
amillər:
A) Əhalinin sayı, məşğulluq quruluşu 
B) Təsərrüfat strukturu, emal sənayesinin inkşafı 
C) Sağlamlıq, uzunömürlülük, maddi təminat və təhsil səviyyəsi 
D) Uzunömürlülük, əhalinin yaş tərkibində uşaqların çox olması 
E) Əhalinin milli xüsusiyyətləri və təhsil səviyyəsi
9. İEÖ və “Yeni sənaye ölkələri”nin oxşar və fərqli cəhətlərinə aid olan cədvəli
doldurun:
İEÖ
Əlamətlər
YSÖ
Oxşar
Fərqli
 
 
 
 
10. Asiyanın inkişaf etmiş dövlətlərini seçin:
1) Hindistan 
2) Yaponiya
3) İran 
4) İsrail
5) Filippin 
6) Qazaxıstan


§45. Ümumiləşdirici tapşırıqlar


Dünya ölkələrinin təsnifatı


§46. Əhalinin sayı
Əhali və təsərrüfatın 
ərazi təşkili
§46. Əhalinin sayı
Əhali hər bir dövlətin mühüm iqtisadi və demoqrafik potensialıdır. Əhalinin sayı işçi
qüvvəsinin çox olması deməkdir. Onun sayının yüksək templə artımı nəticəsində
təsərrüfat sahələri ucuz işçi qüvvəsi ilə təmin edilir. Bu isə ölkənin iqtisadi
potensialının artımına imkan verir. Hər bir ölkə əhalinin sayı və artımının
nizamlanması üçün tədbirlər görür.
Təhlil edək:
1.  Əhalinin sayının artımına hansı amillər təsir göstərir?
2.  Əhalinin sayının çox olması demoqrafik inkişafa necə təsir göstərir?
3.  Azərbaycanda əhalinin sayının dəyişməsinə hansı proseslər təsir edir?
Açar
sözlər
Əhalinin sayı.
Demoqrafiya.
Demoqrafik
inkişaf. Əhalinin
artım dinamikası.
İllik mütləq artım.
Əhalinin sayını, təbii artımını, cins-yaş tərkibini
demoqrafiya elmi öyrənir. Alınan məlumatlardan
demoqrafik siyasətin işlənib hazırlanması, əmək
ehtiyatlarının məşğulluğu zamanı istifadə edilir. 2011-ci ilin
sonunda
 
Dünya əhalisinin sayının artımı


Əhali və təsərrüfatın ərazi təşkili
 
Dünya ölkələrində əhalinin sayının dəyişməsi (2013)
dünya əhalisinin sayı 7,0 mlrd. nəfərə çatmışdır. Əhalinin sayının 1 mlrd. nəfər
artması üçün 12 il vaxt lazım olmuşdur. 1999-cu ilin oktyabrında Yer kürəsində
əhalinin sayı 6,0 mlrd. nəfəri ötmüşdür.
Əhalisinin sayı çox olan ölkələr (2013)
XIX əsrdə, xüsusilə, XX əsrdə dünya əhalisinin sayının artım sürəti xeyli
yüksəlmişdir. Əhalinin sayının artımına və demoqrafik inkişafa əlverişli təbii-
coğrafi şərait, təsərrüfatın inkişaf səviyyəsi, qadınların məşğulluğu və təhsili, şəhər
əhalisinin çox və ya az olması təsir göstərir. Hazırda dünyada əhalinin illik artımı
85-90 mln. nəfər təşkil edir. Əhali artımının əsas hissəsi Asiya, Afrika və Latın
Amerikası ölkələrinin payına düşür. Qərbi Avropa, Şimali Amerika və Avstraliyada
əhalinin sayı aşağı sürətlə artır. Bu regionlarda əhalinin sayının artımına miq-


§46. Əhalinin sayı
Regionlar üzrə əhalinin sayının dəyişməsi və
proqnozu
rasiyalar ciddi təsir göstərir. Planetimizin bütün əhalisinin təqribən yarısı Asiyada
yaşayır.
Azərbaycanda əhalinin sayı 2010- cu ilin aprelində 9,0 mln. nəfərə çatmışdır. 2012-ci
ilin əvvəlində ölkədə əhalinin sayı 9,2 mln. nəfər olmuşdur. Əhalinin 52,9%-i
şəhərlərdə məskunlaşır. Ölkədə əhalinin əsas hissəsi Abşeronda cəmlənir. Bakının
paytaxt olması, təsərrüfatın burada cəmlənməsi ilə əlaqədar əhalinin sayı da
çoxdur. Düzənlik və dağətəyi zonalarda əhali sıx məskunlaşır. Onlara Kür- Araz,
Samur- Dəvəçi və Lənkəran ovalıqları, Şərur- Ordubad düzənliyi, Qanıx-
 
Azərbaycanda əhalinin sayının artımı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə