Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

Atmosfer
temperatur yüksək, hava quru və tozludur. Hava axınları aşağı hərəkət etdiyinə görə
doyma vəziyyətindən uzaqlaşır və yağıntılar az olur.
Mülayim hava kütlələri 50-60° şimal və cənub enlikləri ətrafında formalaşır. Hava
mülayim və yağıntılı olur. Arktika hava kütləsi Arktika zonasında yaranır, aşağı
temperaturu, az rütubətliyi, yüksək təzyiqi və aydın havası ilə seçilir. Antarktika
hava kütləsi Antarktida üzərində formalaşır. Yayda və qışda kəskin şaxtalar, güclü
küləklər olur. Qütblər yüksək atmosfer təzyiqi sahəsi olduğuna görə hava quru və
şəffafdır.
Formalaşdığı əraziyə uyğun olaraq dəniz və kontinental hava kütlələri ayrılır. Dəniz
hava kütlələri okeanlar və dənizlərin üzərində formalaşır. Onlar yüksək rütubətliyi,
havanın sutkalıq və illik temperatur amplitudunun az olması ilə fərqlənir.
Materiklərin daxilində kontinental hava kütlələri yaranır. Burada qış soyuq və
quru, yay isti və quru keçir. Tropik, mülayim və arktika hava kütlələri dəniz və
kontinental tiplərə ayrılır.
Azərbaycanda yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Ona görə yay
isti və quru, qış yağıntılı və mülayim keçir. Hava kütlələrinin yerini dəyişməsi il
ərzində Günəşin üfüqdə vəziyyətinin dəyişməsi ilə əlaqədardır.
Hava kütlələri arasındakı keçid zonalar atmosfer cəbhələri adlanır. Formalaşdığı
əraziyə görə arktika, antarktika, mülayim və tropik atmosfer cəbhələri ayrılır.
Onlara planetar atmosfer cəbhələri deyilir. Arktika və mülayim hava kütlələri
arasında arktika cəbhəsi (cənubda antarktika) yerləşir. Mülayim
 
İsti cəbhə
1- laylı yağış buludları; 2- yüksək-laylı buludlar; 
3- lələkvari-laylı buludlar; 4-lələkvari buludlar


§24. Hava kütlələri və atmosfer cəbhələri
Soyuq cəbhə 
1-laylı-yağış buludları; 2-yüksək-laylı
buludlar; 3-laylı-topa buludlar; 4-topa-
yağış buludları;
5-yüksək-topa buludları
və tropik hava kütlələri arasında mülayim cəbhələr, tropik və ekvatorial hava
kütlələri arasında tropik cəbhələr yaranır.
Planetar cəbhələrin daxilində isti və soyuq cəbhələr yaranır. Əgər isti hava soyuq
havanı sıxışdırırsa, onda isti cəbhə yaranır. Bu zaman temperatur artır, atmosfer
təzyiqi azalır, yağıntı düşür. Soyuq hava isti havanı sıxışdırırsa, soyuq cəbhə əmələ
gəlir. Soyuq cəbhədə hava soyuyur, atmosfer təzyiqi artır, güclü külək əsir, onun
sonunda leysan yağışları yağır.
Nə öyrəndik
Mövzuya aid suallar
Xəritə üzərində iş
Eyni xassələrə malik olan, troposferin böyük həcmli hava axınları ... .... adlanır.
Hava kütlələri ...... və ..... ..... görə bir-birindən fərqlənir. Formalaşdığı əraziyə görə
....., ....., ......, ...... və ...... hava kütlələri ayrılır.
1.  Yer üzərində formalaşan hava kütlələrinin xassələrinin dəyişməsinə hansı
coğrafi amillər təsir göstərir?
2.  Atmosfer cəbhələri Yerdə hansı hava şəraitinin formalaşmasına səbəb olur?
3.  Yaşadığınız ərazidə il ərzində hansı hava şəraiti formalaşır? Onların
dəyişməsinə səbəb nədir?
Təsvir edilən hava şəraitinin hansı ərazilərə aid olduğunu müəyyən edərək adları
verilən obyektlərin sırasını tamamlayın:
Hava il boyu isti
Hava il boyu isti və Fəsillər aydın
İl boyu qar və buz


və rütubətli olur,
bol yağıntı düşür
quru olur,
temperatur
yüksəkdir
seçilir, qış
soyuq, yay sərin
olur
yerdə qalır, az
yağıntılı və soyuq
olur
1. Mərkəzi Afrika 
2.
1. Böyük Səhra 
2.
1. Şərqi Avropa 
2.
1. Qrenlandiya 
2.


Atmosfer
§25. Daimi və mövsümi küləklər
Yer səthində əsən küləklərin istiqamətinə quru və suyun paylanması, onların
müxtəlif istilik tutumuna malik olması, Günəşin zenitdə olduğu məntəqələrin
dəyişməsi təsir göstərir. Avrasiya materiki daxilində qışda yüksək atmosfer təzyiqi
sahəsi yaranır. Belə vəziyyət Avrasiya və onun ətrafında yerləşən okeanlar arasında
küləklərin istiqamətinin ildə iki dəfə dəyişməsinə səbəb olur.
Təhlil edək:
1.  Yer səthində əsən küləklərin istiqamətinə hansı amillər təsir edir?
2.  Okean və quru sahələrinin paylanması, suyun və qurunun müxtəlif istilik
tutumuna malik olması küləklərin istiqamətinə necə təsir göstərir?
 
Yerdə atmosferin ümumi dövranı
Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar
üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması
nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi
olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə
doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər deyilir.
Onlar Yer kürəsini əhatə edir və atmosferin ümumi
dövranının mühüm tərkib hissəsidir. Daimi küləklər
hərəkət zamanı istiqamətini dəyişir. Yerin öz oxu ətrafında
fırlanması nəticəsində yaranan meyletmə – Koriolis
qüvvəsinin təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava
axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində
isə sola meyil edir. Ekvatordan uzaqlaşdıqca küləklərin
meyiletməsi artır.
Passat küləkləri tropik enliklərin yüksək təzyiq
sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru əsir.
Açar
sözlər
Atmosferin
ümumi dövranı.
Daimi küləklər.
Passatlar. Qərb
küləkləri.
Şimalşərq və
cənubşərq
küləkləri.
Mussonlar.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə