Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

2.  Xəritədən istifadə edərək litosfer tavalarının arasındakı konvergent və
divergent sərhədləri müəyyən edin.


§20. Litosfer tavaları
 
Yer qabığının quruluşu


Yerin fəal tektonik təbəqəsi


§21. Litosfer tavalarının hərəkətinin nəticələri
§21. Litosfer tavalarının hərəkətinin nəticələri
Dünyanın bəzi ölkələrində yaşayan insanları zəlzələlər və ya vulkanların püskürməsi
narahat etmir. Yaponiya, İndoneziya, Çili, Peru, İran və s. ölkələrdə isə dəfələrlə
minlərlə insan qabaqcadan xəbər verilməsi mümkün olmayan bu təbii fəlakətlərin
qurbanı olmuşdur. Bu ərazilərdə vulkanlar və zəlzələlərin baş verməsi təhlükəsi
daim yüksəkdir.
Təhlil edək:
1.  Litosfer tavalarının hərəkəti nəticəsində hansı relyef formaları yaranır?
2.  Litosfer tavalarının sərhədləri və fəal tektonik zonalar arasında nə kimi əlaqələr
mövcuddur?
Açar
sözlər
Vegener
nəzəriyyəsi. Rift
dərəsi. Adalar
qövsü. Novlar.
Orta okean
silsilələri.
A.Vegener 
(1880-1930)
Alman alimi Alfred Vegener 1912-ci ildə materiklərin üfüqi
hərəkət etməsi fikrini irəli sürmüşdür. XX əsrin 60-70-ci
illərində Yerin quruluşu haqqında fikirlərin inkişaf etməsi və
kosmosdan çəkilən şəkillər A.Vegenerin nəzəriyyəsinin
doğruluğunu sübut etdi. Litosfer tavaları sərhədlərinin
yerləşməsindən asılı olaraq üç hərəkət istiqaməti
fərqləndirilir:
1) Okean tipli yer qabığına malik olan iki litosfer tavası bir-
birindən kənarlaşır. Nəticədə vulkan püskürməsi ilə orta
okean silsilələri yaranır (məsələn, Şimali və Cənubi
Atlantika silsilələri). Onların zirvələri olan Azor, İslandiya,
Müqəddəs Yelena, Pasxa adaları okeanın səthindən yuxarı
qalxaraq adalar əmələ gətirir. Litosfer tavalarının
uzaqlaşması nəticəsində Atlantik və Hind okeanlarının
sahələri artır. Okean tipli litosfer
Okean tavalarının kənarlaşma sərhədi


Yerin fəal tektonik təbəqəsi
 
Materik tavalarının yaxınlaşma sərhədi
tavalarının sərhədləri boyu yerləşən kənarlaşma zonalarında əmələ gələn dərin
tektonik çatlar rift dərələri adlanır.
2) Materik tipli yer qabığına malik olan iki litosfer tavası toqquşur. Bu zonalar
konvergent sərhədlər adlanır. Nəticədə quruda iri dağ sistemləri yaranır. Avrasiya,
Afrika və Hind-Avstraliya tavalarının toqquşması nəticəsində Alp-Himalay qurşağına
aid dağlar yaranır.
3) Materik və okean tipli yer qabığına malik olan iki litosfer tavası birbirilə
toqquşarkən sahil boyu quruda dağlar, okeanda dərin okean çökəklikləri (novlar)
yaranır. Məs.: And dağları və Peru çökəkliyi. Bəzən novlara paralel olaraq adalar
qövsü əmələ gəlir. Məs.: Aleut adaları və Aleut novu, Marian adaları və Marian novu.
Materik və okean tipli yer qabığına malik olan litosfer tavalarının hərəkəti
nəticəsində Sakit okeanın sahəsi tədricən azalır.
Yerin geoloji inkişafının ilkin mərhələsində onun səthi əsasən su ilə örtülmüş,
qurunun sahəsi çox kiçik olmuşdur. Litosfer tavalarının bir-birindən kənarlaşması
nəticəsində onların səthində dərin çökmələr əmələ gəlmiş, su sahəsi böyümüş,
okean və dənizlər geniş ərazi tutmuşdur. Sonrakı mərhələdə isə litosfer tavalarının
bir-biri ilə toqquşması nəticəsində dağəmələgəlmə prosesi güclənmiş, Yerin
səthində qalxmalar baş vermişdir. Qalxmalar nəticəsində qurunun sahəsi
genişlənmiş, okeanın səthi isə kiçilmişdir.
Avrasiya və Ərəbistan litosfer tavalarının sərhədində yerləşən Azərbaycanda da
tektonik proseslər müşahidə olunur. Burada qırılma zonaları yaranmışdır. Onun
əsasında respublika ərazisində 5 tektonik zona ayrılır.


§21. Litosfer tavalarının hərəkətinin nəticələri
 
Materik və okean tavalarının toqquşma sərhədi
 
Azərbaycanın tektonik zonaları


Yerin fəal tektonik təbəqəsi
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
And dağları .... və .... tipli tavaların qarşılaşması nəticəsində yaranır. Materik tipli
litosfer tavalarının yaxınlaşma zonalarında .... yaranır. .... iki okean tipli litosfer
tavalarının aralanması nəticəsində əmələ gəlir. Litosfer tavalarının sərhədləri Yer
qabığının tektonik cəhətdən .... sahələridir.
1.  Litosfer tavalarının hərəkət etməsi nə ilə əlaqədardır?
2.  Orta okean silsilələri necə yaranır?
3.  Dərin okean çökəkliklərinə nümunələr göstərin.
4.  “Yer qabığının quruluşu” xəritəsindən istifadə edərək divergent və
konvergent sərhədlərdə yaranan relyef formalarını kontur xəritədə qeyd
edin.
1.  Divergent və konvergent sərhədlərin oxşar və fərqli xüsusiyyətlərini Venn
diaqramında göstərin.
2.  Uyğunluğu müəyyən edin:
1. Divergent 
2) Konvergent
a) Azor adaları 
b) Qafqaz dağları 
c) Cənubi Atlantika silsiləsi 
d) Peru çökəkliyi 
e) Ural dağları
1.  Dərin okean çökəkliklərinin yerləşdiyi əraziləri müəyyənləşdirin və kontur
xəritədə qeyd edin.
2.  Azərbaycanda ayrılan tektonik zonaların adlarını və əhatə etdiyi əraziləri
dəftərinizə yazın.


§22. Qədim quru və su sahələri
§22. Qədim quru və su sahələri
Antarktidada böyük ehtiyatlara malik olan daş kömür yataqları müəyyən edilmişdir.
Bu isə onu göstərir ki, materik bir zamanlar isti enliklərdə yerləşmiş, onun ayrı-ayrı
sahələrində isti və rütubətli iqlim şəraitində sıx meşələr əmələ gəlmişdir. Afrika,
Cənubi Amerika və Avstraliyada eyni yaşa, mənşəyə və xassələrə malik olan süxur
qalıqları aşkar edilmişdir. Bu materiklərdə adları müxtəlif olsa da, bir-birinə oxşar
olan dəvəquşu növləri yaşayır.
Təhlil edək:
1.  Antarktida materikinin faydalı qazıntılarını onun geoloji keçmişi ilə necə
əlaqələndirmək olar?
2.  Materiklərin eyni coğrafi enliklərində eyni xassələrə malik süxurların tapılmasını
nə ilə izah etmək olar?
Açar
sözlər
Pangeya,
Lavrasiya,
Hondvana,
Pantalass okeanı.
Tetis okeanı.
A.Vegener Yer səthində mövcud olmuş ilk geniş quru
sahəsini Pangeya adlandırmışdır. Pangeya qurusu təqribən
200-250 milyon il bundan əvvələ qədər mövcud olmuşdur.
Bu quru sahəsini Pantalass adlanan okean əhatə etmişdir.
Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki
Lavrasiya və Hondvanaya parçalanmışlar. Lavrasiya qurusu
şimal hissədə, Hondvana isə cənubda yerləşirdi. Bu iki
nəhəng quru sahəsinin arasında qalan çökmüş sahədə
nəhəng Tetis okeanı mövcud olmuşdur.
Azərbaycan Respublkasının ərazisi vaxtilə Tetis okeanının
suları altında olmuşdur. Tetis okeanının çəkilməsi
nəticəsində onun yerləşdiyi ərazi quru sahəsinə
çevrilmişdir. Güman edilir ki, Aralıq dənizi, Qara dəniz,
Xəzər dənizi, Aral gölü Tetis okeanının yerində qalmış su
hövzələridir. 135 milyon il əvvəldən
 
Quru sahələri 200 milyon il əvvəl
 
Quru sahələri 135 milyon il əvvəl


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə