Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   43


Yerin hərəkəti və onun coğrafi nəticələri
§16. İşıqlanma qurşaqları
Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması
dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta
enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların
düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan
fərqlərdən yaranır.
Təhlil edək:
1.  İşıqlanma qurşaqlarının ayrılması zamanı hansı coğrafi hadisə əsas götürülür?
2.  İşıqlanma qurşaqları hansı əlamətlərinə görə bir-birindən fərqlənir?
İşıqlanma qurşaqları
Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı
onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə
işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə
fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun
dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən
ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə
işıqlanma qurşaqları ayrılır.
Şimal və Cənub tropikləri arasında tropik işıqlanma
qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə
olduğuna görə kifayət qədər işıqlanır və istilik alır. Ona görə
havanın orta illik temperaturu 20°C-dən yuxarı olur.
Tropiklər və qütb dairələri arasında Şimal mülayim və
Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Burada
Günəş zenitdə olmur, ilin dörd fəsli aydın hiss edilir,
tropiklərə doğru iqlim istiləşir. Yayda Günəş
Açar
sözlər
İşıqlanma
qurşaqları.
Tropik, mülayim
və qütb
işıqlanma
qurşaqları.


§16. İşıqlanma qurşaqları
üfüqdən yüksəyə qalxır, isti olur, gündüz uzun, gecə qısadır. Qışda Günəş üfüqdə
alçaqda olur, soyuqdur, gündüz qısa, gecə uzundur.
Coğrafi qütblər və qütb dairələri arasında Şimal qütb və Cənub qütb işıqlanma
qurşaqları ayrılır. Bu qurşaqlar daxilində yayda qütb gündüzləri olur, Günəş üfüqdə
alçaqda durur. Yer səthini Günəş zəif qızdırır. Qışda uzun müddət Günəş üfüqdə
görünmür və qütb gecələri müşahidə edilir. Ona görə bu enliklərdə soyuq iqlim
formalaşır.
Nə öyrəndik
Mövzuya aid suallar
Xəritə üzərində iş
Ev tapşırığı
Günəşin Yer səthini qızdırmasına görə fərqlənən ..... ....... ayrılır. Şimal və Cənub
tropikləri arasında ..... işıqlanma qurşağı yerləşir. Tropiklər və qütb dairələri
arasında ..... ....... və ..... ....... işıqlanma qurşaqları ayrılır. ..... ....... və ..... .......
işıqlanma qurşaqları coğrafi qütblər və qütb dairələri arasında yerləşir.
1.  Yerin kürə şəklində olması onun Günəş tərəfindən qızdırılmasına necə təsir
edir?
2.  Fəsillərin əmələ gəlməsi işıqlanma qurşaqlarında özünü necə göstərir?
3.  Ekvatorda fəsillərin yaranmaması nə ilə əlaqədardır? Bu ərazilər qütb
qurşaqlardan nə ilə fərqlənir?
Yerin işıqlanma qurşaqlarını kontur xəritəyə köçürün və onların sərhədlərini
rənglərlə fərqləndirin.
İşıqlanma qurşaqlarında yerləşməsinə görə coğrafi obyektləri qruplaşdırıb
cədvələ yazın: Alyaska yarımadası, Somali yarımadası, Yava adası, Müqəddəs
Yelena adası, Lima şəhəri, Madrid şəhəri, Murmansk şəhəri, Saxalin adası,
Malakka yarımadası, Yamayka adası, Yeni Zelandiya adaları.
Şimal və Cənub qütb
işıqlanma qurşaqları
Şimal və Cənub mülayim
işıqlanma qurşaqları
Tropik
işıqlanma
qurşağı


 
 
 


Yerin hərəkəti və onun coğrafi nəticələri
§17. Günəş şüalarının düşmə bucağının
hesablanması
Günəş şüalarının düşmə bucağından asılı olaraq Yer səthi
müxtəlif dərəcədə istilik və işıq alır. Şimal və Cənub
tropikləri arasında Günəşin zenitdə olduğu məntəqəyə
onun şüaları 90° bucaq altında düşür. Bu göstərici şüaların
maksimum düşmə bucağı hesab olunur. VII sinifdən
bildiyimiz kimi, 21 mart və 23 sentyabr günlərində Günəş
ekvatorda zenitdə olarkən şüalar bura maksimum bucaq
altında düşür. Buradan şimala və cənuba doğru onun
şüalarının düşmə bucağı azalır. Bu halda hər iki
yarımkürədə yerləşən istənilən məntəqəyə şüaların düşmə
bucağını hesablamaq üçün aşağıdakı ifadəni yaza bilərik:
ω =90°-φ
Burada, ω - günəş şüalarının düşmə bucağı, 
                   φ - məntəqənin yerləşdiyi coğrafi enlik.
Həmin ifadəyə görə deyə bilərik ki, 21 martda Bakı şəhərinə
günəş şüaları 50° bucaq altında düşür.
Martın 21-dən iyunun 22-nə qədər Günəşin zenitdə olduğu
enliklər şimala tərəf hərəkət edir. 22 iyunda Günəş 23,5°
şimal enliyində yerləşən Şimal tropikində zenitdə olur. Bu
müddət ərzində Günəşin zenitdə olduğu enliklər şimala
tərəf hərəkət etdikcə Şimal tropik xəttindən şimalda
yerləşən məntəqələrdə şüaların düşmə bucağı artır və 22
iyunda maksimum qiymətə çatır. Ona görə ifadəni belə
yazmaq olar:
ω =90°-φ+A
Açar
sözlər
Günəş şüalarının
düşmə bucağı.
Maksimum
düşmə bucağı.
Minimum düşmə
bucağı.


§17. Günəş şüalarının düşmə bucağının hesablanması
Burada A – Günəşin zenitdə olduğu coğrafi enlikdir. Məsələn, 22 iyunda Bakı
şəhərinə günəş şüaları maksimum qiymət olan 73,5° bucaq altında düşür.
Həmin vaxtda Cənub tropik xəttindən cənubda yerləşən məntəqələrdə günəş
şüaları minimum bucaq altında düşür. Günəşin zenitdə olduğu enliklər
ekvatordan nə qədər şimala hərəkət edirsə, Cənub tropikindən cənubda olan
məntəqələrə düşən şüaların bucağı azalmış olur. Ona görə belə yazmaq
mümkündür:
ω =90°-φ-A
Verilmiş ifadəyə əsasən deyə bilərik ki, 22 iyunda 40° cənub enliyində yerləşən
Buenos-Ayres şəhərinə günəş şüaları minimum qiymət olan 26,5° bucaq altında
düşür.
23 sentyabrdan 22 dekabra qədər Günəşin zenitdə olduğu enliklər cənuba tərəf
hərəkət edir. Ona görə Şimal və Cənub yarımkürələrində vəziyyət əksinə dəyişir. 22
dekabrda günəş şüaları Bakıya 26,5°, yəni minimum bucaq altında düşür. Buenos-
Ayres şəhərinə isə həmin gün günəş şüaları maksimum, yəni 73,5° bucaq altında
düşür.
Öyrəndiklərinizi tətbiq edin
Günəşin müxtəlif coğrafi enliklərdə zenitdə olması zamanı istənilən məntəqəyə
şüaların düşmə bucağını hesablamaq olar. Bunun üçün üç vəziyyət nəzərə alınır:
1) Günəş ekvatorda zenitdə olarkən hər iki yarımkürədə yerləşən istənilən
məntəqəyə şüaların düşmə bucağını aşağıdakı ifadəyə görə yazmaqla
hesablamaq olar:
ω =90°-φ
2) Günəş şüalarının zenitdə olduğu nöqtələr və məntəqə eyni yarımkürədə
yerləşərkən şüaların düşmə bucağını tapmaq üçün 90°-dən məntəqənin
yerləşdiyi coğrafi enliyin qiymətini çıxmaq, üzərinə günəş şüalarının zenitdə
olduğu paralelin qiymətini gəlmək lazımdır. Ona görə ki, Günəşin zenitdə olduğu
ərazilər ekvatora nisbətən məntəqəyə 1° yaxınlaşdıqda onun şüalarının düşmə
bucağı da 1° artır.
ω =90°-φ+A


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə