Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

Yerin hərəkəti və onun coğrafi nəticələri
Yerin hərəkəti və onun coğrafi nəticələri
§13. Qurşaq vaxtı
Təsəvvür edək ki, Rusiya, ABŞ, Kanada kimi ərazisi böyük olan ölkələrdə hər bir
vilayətdə və ya ştatda vaxtın ayrıca hesablama sistemindən istifadə edilir. Bu halda
bir şəhərdən digərinə gedərkən sutkanın və saatın necə dəyişdiyini müəyyən
etməkdə nə qədər problem yarana bilər, onların əlaqələndirilməsi isə mümkünsüz
olar. Belə olmaması üçün dünyada vaxtın vahid hesablama sistemi tətbiq olunur.
Təhlil edək: 
1.  Dünyanın ayrı-ayrı ərazilərində sutkanın vaxtları arasında əlaqələr necə
yaradılır?
2.  Müxtəlif məntəqələr arasında qurşaq vaxt fərqini necə hesablamaq olar?
Açar
sözlər
Qurşaq vaxtı. 
Orta meridian.
Yer kürə şəklində olduğuna görə onun sutkalıq hərəkəti zamanı ayrı-ayrı sahələrdə
müxtəlif vaxtlar olur. Bu vaxtlar arasında əlaqə yaratmaq üçün Yerin öz oxu
ətrafında fırlanma dövrünə uyğun olaraq 24 saat qurşağı ayrılır.
Beynəlxalq razılaşmaya əsasən qurşaqların hesablanması hər 15°-dən bir Qrinviç
meridianından başlanır. Bu meridian xətti XXIV və ya şərti olaraq qəbul edilən 0
qurşağın orta meridianı hesab edilir. Bu halda XXIV və ya 0-cı qurşaq 7,5° ş.u. və
7,5° q.u. arasında, I qurşaq 7,5° ş.u.- 22,5° ş.u. arasında yerləşir. Azərbaycan üçüncü
saat qurşağına düşür. Meridianlar qərbə doğru da hesablandığına görə XXIII qurşaq
7,5° q.u.-22,5° q.u. arasında yerləşir.
Meridianın hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun qiyməti 15°-yə
bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavaba 1 saat əlavə olunur. Əgər məntəqə
Qərb yarımkürəsində yerləşirsə, alınan cavab 24-dən çıxılır. Yəni, XXIV saat
qurşağından qərbə doğru hesablanır.


§13. Qurşaq vaxtı
Hər bir saat qurşağı üçün onun ortasından keçən meridian üzərində olan yerli vaxt
qurşaq vaxtı kimi qəbul edilir. Əgər 0-cı saat qurşağının orta meridianı başlanğıc
meridian hesab olunursa, bu halda qurşaqlarda bu xətt hər 15°-dən bir keçirilmiş
olacaq. I saat qurşağında 15° ş.u., II saat qurşağında 30° ş.u. (2 · 15° = 30°) orta
meridian kimi qəbul edilir, yəni, saat qurşağının qiyməti 15°-yə vurulur. Şərqə
getdikcə qurşaq vaxtı bir saat artır, qərbə getdikcə bir saat azalır.
Beynəlxalq razılığa əsasən yeni sutkanın başlanması 180° meridiandan hesablanır.
Bu meridian Təqvim vaxtının Beynəlxalq dəyişmə xətti adlanır.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Hesablayın
Dünyanın ayrı-ayrı ərazilərində sutkanın müxtəlif vaxtlarının yaranması Yerin ......
...... olması ilə əlaqədardır. Qrinviç meridianı ...... və ya ...... mərkəzindən keçir.
Bakı şəhəri ...... ..... yerləşir. Qurşaq vaxtı kimi onun ...... ...... meridian üzərində
olan vaxt qəbul edilir.
1. Saat qurşaqları hansı meridiandan başlayaraq hesablanır? 
2. Yer kürəsində qurşaq vaxtının tətbiq edilməsinin əhəmiyyəti nədir? 
3. Azərbaycan hansı saat qurşağında yerləşir?
Şəhərləri yerləşdiyi saat qurşaqlarına uyğun olaraq qruplaşdırın:
1. Vaşinqton
77° q.u.
4. Tokio
140° ş.u.
2. Astana
72° ş.u.
5. Ər-Riyad
46° ş.u.
3. Moskva
38° ş.u.
6. Kanberra
150° ş.u.
1.  Bakı və London şəhərləri arasında qurşaq vaxt fərqini müəyyən edin.
2.  V və XXIII qurşaqların orta meridianları arasında dərəcə fərqini hesablayın.
3.  London şəhərindən (başlanğıc meridiandan) uçuşa başlayan iki təyyarə bir-
birindən 9990 km uzaqlaşırsa, onların endiyi məntəqələr arasında qurşaq


vaxt fərqini hesablayın.
4.  London şəhəri ilə 3, 5, 7 saat qurşaq vaxt fərqinə malik olan şəhərlərin
adlarını müəyyən edin.


Yerin hərəkəti və onun coğrafi nəticələri
§14. Yerin illik hərəkəti
Yer Günəş sisteminə daxil olan digər planetlərdən təkcə həyatın mövcud olmasına
görə fərqlənmir. Yer bu sistemdə aralıq mövqe tutduğuna görə orta temperatura
malikdir. Eyni zamanda, onun ayrı-ayrı məntəqələrində təbii şərait müxtəlif olur. Bu
müxtəlifliyi yaradan amillərdən biri də onun Günəş ətrafında fırlanması və xəyali
fırlanma oxunun orbit müstəvisinə meyilli olmasıdır.
Təhlil edək: 
1.  Günəşin üfüqdə hündürlüyünün dəyişməsi Yer səthində hansı dəyişikliyə səbəb
olur?
2.  Yerin ayrı-ayrı hissələrində fəsillərin bir-birini əvəz etməsində fərqlərin
yaranmasına səbəb nədir?
Açar
sözlər
21 mart. 
23 sentyabr. 
22 iyun. 
22 dekabr.
Yerin Günəş ətrafında hərəkəti zamanı il ərzində 4 əsas hadisə fərqləndirilir. Onlara
fəsillərin dəyişdiyi günlər – 21 mart, 23 sentyabr, 22 iyun, 22 dekabr aiddir. Bu
hadisələr hər il eyni vaxtda təkrar olunur. Günəş ətrafında meyilli hərəkəti
nəticəsində Yer ilin ayrı-ayrı vaxtlarında müxtəlif dərəcədə istilik alır. Buna görə
fəsillər əmələ gəlir.
21 martda günorta vaxtı Günəş ekvator üzərində zenitdə olur, yəni, onun şüaları
buraya düz bucaq altında düşür. Bu halda Şimal və Cənub yarımkürələri
 
Yerin Günəşə nisbətən mövqeyinin dəyişməsi
bərabər miqdarda günəş istiliyi alır, gecə və gündüzün uzunluğu bərabər olur. Bu
zaman Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız başlanır. Ekvatordan
uzaqlaşdıqca günəş şüalarının düşmə bucağı və yer sət-


§14. Yerin illik hərəkəti
 
Yerin Günəş ətrafında hərəkəti
hinin aldığı istilıik də azalır.
Eyni hadisə 23 sentyabrda da baş verir. Lakin 21 martdan fərqli olaraq bu zaman
yarımkürələr üzrə fəsillərin başlanmasının yeri dəyişir. Həmin gün Şimal
yarımkürəsində payız, Cənub yarımkürəsində yaz başlanır.
Yerin orbit üzrə hərəkəti davam etdiyinə görə 21 martdan sonra Günəş şüalarının
zenitdə olduğu məntəqələr şimala doğru yerini dəyişir. 22 iyunda Günəş 23°27′
şimal enliyinə çatır. Bu paralel Şimal tropiki adlanır. Həmin vaxt Yerin şimal hissəsi
Günəşə tərəf çevrildiyinə görə Şimal yarımkürəsi daha çox istilik alır. Ona görə
burada yay fəslidir. Həmin vaxt Cənub yarımkürəsi Günəşdən az istilik alır, burada
qış fəsli yaranır.
 
Yay və qış gündönümü və gecə-gündüz bərabərliyi günlərində mülayim qurşaqda (45°
şm.e) Günəşin üfüqdə görünən hərəkəti


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə