Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

Yerin hərəkəti və onun coğrafi nəticələri
Ekvatorda Günəşin üfüqdə
görünən hərəkəti (21 mart və 23
sentyabrda Günəş zenitdə olur)
22 dekabrda isə Günəş 23°27′ cənub enliyində zenitdə olur. Bu paraleldən cənubda
o, zenitdə olmur. Həmin paralel Cənub tropiki adlanır.
22 dekabrda Yerin Cənub yarımkürəsi Günəşə tərəf çevrilmişdir və bura daha çox
qızdırılır. Ona görə ekvatordan cənubda yay fəsli olur. Şimal yarımkürəsi az qızdığına
görə burada qış fəsli yaranır. Subtropik və mülayim enliklərdə fəsillərin dəyişməsi
aydın müşahidə olunur.
Beləliklə, Günəş il ərzində Şimal və Cənub tropikləri arasında zenitdə olur. Ona görə
bu ərazilər kifayət qədər istilik və işıq alır, müxtəlif iqlim qurşaqları və tipləri yaranır.
Nə öyrəndik
Mövzuya aid suallar
Xəritə üzərində iş
....... Günəş şüaları düz bucaq altında düşür. ....... Şimal yarımkürəsində payız,
Cənub yarımkürəsində yaz başlanır. Günəş ....... 23°27′ şimal enliyinə çatır. .......
isə Günəş 23°27′ cənub enliyində zenitdə dayanır. Günəş il ərzində ........ və ........
tropikləri arasında zenitdə olur.
1.  Günəşin üfüqdə hündürlüyünün dəyişməsinə səbəb nədir?
2.  Günəşin zenitdə olduğu və olmadığı ərazilərin təbii şəraitində hansı fərqlər
yaranır?
3.  22 iyun və 22 dekabrda Azərbaycanın təbiətində yaranan əsas fərqlər
hansılardır? Onları izah edin.


Verilən şəhərləri uyğun olaraq cədvələ yazın. Onların adlarını kontur xəritəyə
köçürün: Havana, Qahirə, Brazilia, Pekin, Karakas, Astana, Xartum, Tehran,
Cakarta, Ulan-Bator.
Günəşin zenitdə olduğu şəhərlər
Günəşin zenitdə olmadığı şəhərlər
 
 


§15. Qütb gecə və gündüzləri
§15. Qütb gecə və gündüzləri
Dünyanın iki məntəqəsində – Şimal və Cənub qütblərində Günəş ildə ancaq bir dəfə
çıxır və bir dəfə də batır. Buna da səbəb Yerin kürə şəklində olması, fırlanma oxunun
orbit müstəvisinə meyilli olması, qütblərin ilin müəyyən vaxtlarında Günəşə tərəf və
ya əksinə çevrilməsidir. Bu hadisə sərt təbii şəraitin formalaşmasına, geniş
ərazilərin buzla örtülməsinə səbəb olur.
Təhlil edək:
1.  Qütbətrafı enliklərdə işıqlı və qaranlıq dövr nə qədər davam edir?
2.  Bu ərazilərdə işıqlı və qaranlıq dövr ilin hansı vaxtlarında yaranır?
 
Simal yarımkürəsində qütb gündüzü
Açar
sözlər
Şimal qütb
dairəsi. Cənub
qütb dairəsi.
Qütb gecələri.
Qütb gündüzləri.
Bizim hər gün adət etdiyimiz və həyat tərzimizi müəyyən
edən hadisə gecə-gündüzlərin əmələ gəlməsi və bir-birini
əvəz etməsidir. Bu hadisə dünyanın yalnız müəyyən
hissələrində baş verir. Yer il ərzində Günəş ətrafında meyilli
hərəkət edir. Bu zaman coğrafi qütblərə yaxın ərazilərdə
Günəş bir gündən bir neçə aya qədər üfüqdə batmır və ya
görünmür.
Şimal yarımkürəsində yay olarkən Yerin şimal hissəsi
Günəşə tərəf çevrilmiş olur. Burada, 22 iyunda gecə-
gündüzlərin bir-birini əvəz etməsi 66°33′ şimal enliyinə
qədər davam edir. Bu paralel Şimal qütb


Yerin hərəkəti və onun coğrafi nəticələri
22 iyunda Günəşin Şimal qütb dairəsində
görünməsi
dairəsi adlanır. 22 iyunda Şimal qütb dairəsində Günəş üfüqdə dairəvi olaraq dövr
edir və 24 saat batmır. Buna qütb gündüzü deyilir.
Həmin vaxtda Yerin Cənub yarımkürəsi Günəşdən əks tərəfə çevrilmişdir. Ona görə
də qütbrətrafı ərazilər işıqlanmır. Nəticədə 66°33′ cənub enliyində Günəş 24 saat
üfüqdə görünmür. Bu hadisə qütb gecəsi adlanır. 66°33′ c.e. Cənub qütb dairəsi
adlanır.
Qütb gecə və gündüzlərinin uzunluğu Şimal və Cənub qütb dairələrindən coğrafi
qütblərə qədər artır. Şimal yarımkürəsində yay olarkən qütb gündüzləri Şimal qütb
dairəsində bir sutka, Şimal coğrafi qütbündə 6 aya qədər davam edir. Bu hadisə
martın 21-dən sentyabrın 23-nə qədər olur. Cənub yarımkürəsində isə bu dövrdə
qütb gecələrinin uzunluğu Cənub coğrafi qütbünə qədər artır. Burada gecələr 6 aya
qədər davam edir.
Şimal yarımkürəsində qütb gecəsi


§15. Qütb gecə və gündüzləri
Altı aydan sonra yarımkürələrdə fəsillərin yeri dəyişir. Bununla əlaqədar qütb gecə-
gündüzlərinin yeri də dəyişir. 22 dekabrda Şimal qütb dairəsində qütb gecələri bir
sutka davam edir. Şimal coğrafi qütbündə gecələrin uzunluğu 6 aya qədər (23
sentyabrdan 21 marta qədər) olur. Bu vaxt Cənub qütb dairəsindən Cənub coğrafi
qütbünə qədər qütb gündüzləri əmələ gəlir. Qütbdə gündüzlər 6 aya qədər davam
edir.
Nə öyrəndik
Mövzuya aid suallar
Tapşırıq
Ev tapşırığı
Şimal və Cənub qütb dairələri ilə coğrafi qütblər arasında ........- ........
növbələşməsi pozulur. 22 iyunda ........ ........ ........ qütb gündüzü 24 saat davam
edir. Həmin gün ........ ........ ........ qütb gecəsi əmələ gəlir. 22 dekabrda ........ ........
........ 24 saat qütb gecəsi, ........ ........ ........ 24 saat qütb gündüzü müşahidə edilir.
Qütblərdə gecə və gündüzlərin uzunluğu ........ gün davam edir.
1.  Qütb gecə və gündüzlərinin əmələ gəlməsinə səbəb nədir?
2.  Şimal və Cənub qütbətrafı ərazilərdə qütb gecə-gündüzlərinin yerini
dəyişməsinin səbəblərini izah edin.
Şimal qütb dairəsinin keçdiyi coğrafi obyektləri müəyyən edərək cədvəli
doldurun:
Ölkələr
Adalar
Yarımadalar
Şəhərlər
Dağlar
Dənizlər
1.
2.
3.
Şimal qütb dairəsindən şimalda yaşayan xalqların həyat tərzi haqqında məlumat
toplayın və esse yazın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə